Microsoft Word shahmarova aliya doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix14.04.2018
ölçüsü0,75 Mb.
#38389
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

44 

 

çox komponentləri indi meydana gəlməyə başlamışdır. 



Azərbaycanda indi keçid dövründə infrastrukturların durumunu başlıca olaraq 

onun  siyasi  müstəqilliyi  ilə,  yeni  iqtisadi  sistemə  keçidi  ilə,  bazar  iqtisadiyyatının 

bərqərar  olması  ilə  və  müharibə  vəziyyətində  olması  ilə,  ərazimizin  20  faizinin 

erməni qəsbkarlarının işğalı altında olması ilə xarakterizə etmək olar. 

90-cı  illərin  əvvəlində  Azərbaycanın  siyasi  müstəqillik  əldə  etməsi  ilə 

infrastrukturların  vəziyyətinin  əsaslı  surətdə  dəyişməsi  zərurətini  meydana  çıxarır. 

Bu  hər  şeydən  əvvəl,  sosial-iqtisadi  sistemin  dəyişməsi,  yeni  mahiyyətli  və  təbiətli 

quruluşun  yaradılması  və  bunun  tərkibində  müasir  bazar  iqtisadiyyatının  təşəkkül 

täpması  ilə  izah  edilir.  Makroiqtisadiyyat  səviyyəsində  belə  əsaslı  dəyişikliklərin 

aparılması  həm  mövcud  infrastrukturlara  və  həm  də  yeni  sosial-iqtisadi  şəraitə 

uyğun gələn infrastrukturların yaranmasına və təşəkkülünə də şamil edilir. 

Yeni  iqtisadi  münasibətlər  şəraitində  bir  çox  özəklər  artıq  özəl  mülkiyyət 

formasında fəaliyyət göstərirlər. Məsələn, şəhər daxili sərnişin nəqliyyatında, mənzil 

istifadəsi  sahəsində  özəl  kütləvilik  artır.  Özəl  təhsil  və  özəl  səhiyyə  ocaqları 

yaranmış və fəaliyyət göstərirlər. 

Ə

mtəə  və  xidmətlər  bazarı  onunla  xarakterizə  olunur  ki,  burada 

istehlakçılarla  istehsalçılar  arasında  istehlak  təyinatlı  əmtəə  və  xidmətlərin  alqı-

satqısı,  baş  verir.  stehlak  bazarında  maddi-əşya  formasında  olan  əmtəələrin  alqı-

satqısı üçün razılaşmaların bağlanması üzrə satış əməliyyatlarının aparılmasında əsas 

rol ixtisaslaşmış sərbəst qeyri-dövlət təsisatları olan əmtəə birjalarına məxsusdur. 

Ə

mtəə  birjalarının  əsas  təyinatı  öz  əksini  razılaşmaların  bağlanmasında, 



xidmətlərin  göstərilməsində,  əmtəə  satıcıları  və  alıcıları  arasında  satış  prosesinin 

tənzimlənməsində,  qiymət  haqqında  məlumatların  yığılması  və  dərc  olunmasında 

tapır. 

Bundan  başqa  xidmət  bazarı  əhaliyə  pullu  məişət  xidmətini  (camaşırxana, 



kimyəvi  təmizləmə,  bərbərxana,  hamam,  rabitə  və  nəqliyyat  xidməti),  kommunal 

xidməti və digər xidmətləri əhatə edir. 

Qeyd  etmək  lazımdır  ki,  əvvəllər  Respublikada  əsasən  iki  struktur  -  Dövlət 

Təchizat  Komitəsi  və  Satış  Nazirliyi  mərkəzləşdirilmiş  qaydada  alıcılarla  satıcılar 

arasında  əmtəələrin  bölgüsü  ilə  məşğul  olurdular.  Lakin  respublika  müstəqillik 



45 

 

qazandıqdan  və  bazar  iqtisadiyyatına  keçid  başlayandan  sonra  həmin  strukturların 



ə

vvəlki  qaydada  fəaliyyət  göstərmələri  mümkün  olmadı.  Buna  görədə  yeni 

strukturlar, o cümlədən birjalar yaranmağa başladı. 

Azərbaycanda  ilk  yaranan  birjalar  -  Xalq  Birjası,  Aqrar-Sənaye  Birjası, 

Xammal-Əmtəə Birjası, Respublika Əmtəə Birjasıdır. Sonralar onlardan bir çoxu öz 

fəaliyyətini  dayandırdı  və  yalnız  Respublika  Əmtəə  Birjası  hələlik  sabit  fəaliyyət 

göstərir. 

Birjanın formalaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 №-li 

qərarına  uyğun  olaraq  16  yanvar  1991-ci  ildə  başlandı.  Əvvəlcə  o,  Bakı  birjası 

adlanırdı  və  məhdud  məsuliyyətli  cəmiyyət  kimi  təsis  edilmişdi.  Sonra  Nazirlər 

Kabinetinin  226  №-li  27  iyul  1991-ci  il  tarixli  qərarına  əsasən  Bakı  birjasının  adı 

dəyişdirildi  və  Respublika  Əmtəə  Birjası  adlandırıldı.  Birjanın  fəaliyyəti  25  may 

1994-cü  ilə  qədər  Respublika  Prezidentinin  337  №-li  12  sentyabr  1991-ci  il  tarixli 

Fərmanı  ilə  təsdiq  olunmuş  “Birja  fəaliyyəti  haqqında”  müvəqqəti  Əsasnamə  ilə 

tənzimlənirdi. 

25  may  1994-cü  ildə  “Əmtəə  Birjası  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  qəbulundan  sonra  Respublika  Əmtəə  Birjasının  fəaliyyəti  bu  qanuna 

uyğun olaraq tənzimlənir. 

Həmin qanuna əsasən birja öz fəaliyyətini təsisçilərin ümumi iclasında təsdiq 

olunmuş  Nizamnamə  əsasında  həyata  keçirir.  Birja  satışinin  qaydaları  birja 

ə

məliyyatlarının  həyata  keçirilməsi  və  onunla  əlaqədar  mübahisəli  məsələlərin  həll 



edilməsi üçün  əsas  sənəddir. Birja  satışi iki  yolla həyata keçirilir  -  broker və diller 

fəaliyyəti vasitəsilə. 

Cədvəl  2.1.-də  Azərbaycanda  birjaların  fəaliyyəti  haqqında  məlumat 

verilmişdir. 

 

 

 



 

 

 




46 

 

Cədvəl 2.2. 



Azərbaycan Respublikasında birja fəaliyyəti 

 

Cədvəl  2.1.-dən  göründüyü  kimi  verilən  illər  ərzində  olan  göstəricilər  həm 



artır,  həm  də  azalır.  Bağlanan  razılaşmaların  sayı,  birjaların  dövriyyəsi,  valyuta 

ə

məliyyatları  2002-ci  ilə  qədər  azalmışdırsa,  artıq  2003-cü  ildən  sürətli  inkişaf 



etməyə başlamışdır. Yerdə qalan göstəricilər isə nisbətən az fərqlə artmışlar. 

Birja  satışinin  içtirakçıları  birja  hərraclarında  aşağıdakı  razılaşmaları 

bağlaya bilərlər: 

əmtəə  alqı-satqısı  üzrə  razılaşmalar,  forvard  razılaşmalar,  füçers  razılaşmalar, 



opsiorı razılaşmaları. 

Respublika  Əmtəə  Birjası  öz  maddi  bazasının  yaradılması  və  xərclərin 

ödənilməsi  üçün  büdcə  vəsaitlərinin  və  ya  kredit  resurslarının  cəlb  olunmaması 

strategiyasına  əsasən  hərəkət  edir.  Yalnız  öz  mənfəəti,  eləcə  də  sponsor  və 

xeyriyyəçi  köməyi  hesabma  əsas  vəsaitlər  alınır,  öz  təsisçilərinə  və  üzvlərinə 

dividendlər ayırırlar. 

 

2003 


2004 

2005 


2006 

2007 


Fəaliyyətdə olan birjaların 

sayı 




ş



çilərin siyahı üzrə sayı 

34 


59 

81 


91 

73 


Broker kantorlarının sayı 

194 


177 

174 


205 

200 


Keçirilən hərracların sayı 

458 


416 

540 


922 

791 


Bağlanan 

razılaşmaların sayı 

2827 

2812 


1886 

4216 


4998 

Birjaların 

dövriyyəsi, 

mlrd.manat 

993.3 

1152.5  1065.4  3745.2  5563.5 



o cümlədən istehlak malları 

üzrə 


1.3 

0.2 


0.6 

0.9 


-

 

stehsal  təyinatlı texniki 



məhsullar üzrə 

.2.8 


4.3 

1.7 


0.7 

1.5 


Qiymətli kağızlar üzrə 

-

 

0.5 



568.2 ' 

596.5 


417.4 

Valyuta 


ə

məliyyatları üzrə 

835.8 

994.8 


576.0 

3014.0  4898.4 

Digərləri 

153.4 


152.9 

118.9 


133.1 

246.2 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə