Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

51 

 

Eroziya    proseesi    təkcə    bitki    örtüyünün    dəyişilməsinə,  torpaqda    qida  



maddələrinin    miqdarının    azalmasına    deyil,  eyni    zamanda    bitkilərin    kök  

kütləsinin    inkişafına    da    təsir    göstərir.  Süxurların    aşınmasında,  torpaq  

ə

mələgəlmə  prosesində  bitkilərin  kök  sisteminin  böyük  rolu  olduğunu  nəzərə  



alsaq    eroziyanın    təsiri    ilə    bu    göstəricinin    dəyişilməsi    torpaq    örtüyü    üçün  

həlledici  amildir. Bitki  örtüyü  torpaqqoruyucu  və  su  tənzimedici  xüsusiyyətə  

malik    olduğundan    onun    torpaqaltı    və    torpaqüstü    hissələrinin    inkişafının  

öyrənilməsi    eroziya    prosesinin    qarşısının    alınması    baxımından    çox    aktual  

məsələdir. Naxçıvan  Muxtar  Respublikasının  ərazisi  bitkilərin  növ  müxtəlifliyi  

ilə    seçilir.  Bu    baxımdan    müxtəlif    bitki    formasiyalarının    analoji    xüsusiyyəti  

bir-birindən  fərqlidir. Möhkəm  və  sıx  kök  kütləsi  ilə  hörülmüş  torpaq  qatı  

möhkəm    çim    qatı    ilə    örtüldüyündən    hətta    meylliyi    30

0

  –dən    yuxarı    olan  



yamaclarda  torpağın  yuyulması  müşahidə  edilmir.  

Hidrometrik    və    relyef    şəraitinin    əlverişli    olduğu    sahələrdə    bitki  

örtüyünün  sıx  olması  ilə  əlaqədar  torpaqda  güclü  kök  sistemi  əmələ  gəlir  ki, 

bu    da    torpağın    fiziki,  kimyəvi    və    bioloji    xassələrinin    inkişaf    etdirərək  

yaxşılaşdırır.  Qeyd    edək    ki,  bitki    örtüyünün    yerüstü    hissəsi    nə    qədər    çox  

inkişaf  edərsə  onun  kök  kütləsinin  də  torpaqda  miqdarı  bir  o  qədər  artıq  

olur.  Bu    baxımdan    çimli    dağ-çəmən    torpaqların    yeraltı    kök    sistemi    sıx  

hörülmüş  şəkilə  malik  olmaqla  müstəsna  xüsusiyyətə   malikdir. Beləliklə, istər  

torpaq    qatları    üzrə,  istərsə    də    yuyulma    dərəcəsinə    görə    kök    kütləsinin  

paylanması  göstərir  ki, onun  əsas  və  ya  əksər  hissəsi  torpaq  profilinin  üst  10  

sm-lik  qatında  olmaqla, aşağı  qatlarda  kəskin  azalır. 

Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  meşələr  çox  da  geniş  sahə  

tutmasada    əvvəllər    meşə    massivlərinin    böyük    olması    nəticəsində    bəzi  

ə

razilərdə  torpaq  əmələgəlmə  prosesi  meşə  xarakterinə  malikdir. Əsasən  ağac  



və    kol    bitkilərinin    inkişaf    etdiyi    qəhvəyi    dağ    meşə    torpaqlarında    hündür, 

qalın  ağac  və  kol  bitkilərinin  inkişafı  üçün  torpaq  altında  qalın  kök  kütləsi  

mövcuddur.  

 



52 

 

§2.3.  Naxçıvan    MR-ın    dağlıq    zona    torpaqlarının    eroziya    təhlükəsi  



ehtimalına  görə  rayonlaşdırılması 

 

Naxçıvan    MR-in    dağlıq    zonası    əsrlərdən    bəri    insanın    təsərrüfat  



fəaliyyətinin    təsirinə    məruz    qalır.  Həm    antropogen    həm    də    təbii    amillərin  

təsiri    nəticəsində    torpaq    eroziyası    intensiv    inkişaf    edərək    geniş    miqyasda  

sahəni  əhatə  etmişdir. Ərazidə  mövcud  olan  qayalıqlar, səpinti  və  töküntülər, 

çınqıllıqlar,  cığırlar,  çim    qatı    tamamilə    pozulmuş    yamaclar,  bitki    örtüyü  

tamamilə  məhv  olmuş  ərazilər   buna  canlı  şahiddir. Naxçıvan  MR-in  dağlıq  

zonası    ümumi    ərazinin    yarıdan    çoxunu    tutmaqla    relyef    quruluşu    çox  

müxtəlifdir. Belə  ki, ərazinin  cənub-şərq  hissəsi  dəniz  səviyyəsindən  yüksəkliyi  

baxımından    yamacların    meylliyi,  parçalanması,  məhəlli    eroziya    bazisinin  

dərinliyi  və  başqa  xüsusiyyətlərinə  görə  mərkəzi  hissəyə  nisbətən  daha  çox  

sərt,  parçalanmış    səciyyəyə    malik    olduğundan    torpağın    eroziyaya    məruz  

qalması  təhlükəsi  ehtimalı  da  çoxdur. 

Muxtar    Respublikanın    yüksək    dağlıq    zonasının    torpaqları    qranit    tipli  

püskürülmüş    süxurlar,    əsasən    porfritlərin    üzərində    formalaşmışdır.  Yüksək  

dağlıq  zonada  püskürülmüş  süxurlarla  yanaşı  əhəngdaşı,  metamorfik  mənşəli 

(Şərur,    Ordubad    və    Culfa    rayonlarının    mərkəzi    hissəsində    mərmərləşmiş  

ə

həngdaşları)   süxurlar  da  geniş  yayılmışdır. 



Qeyd  etmək  lazımdır  ki,  dağların  ətraflarında  qədim  allüvial  mənşəli,  

pliosen  və  postpliosenin  buzlaq  çınqıl  daşlı  süxurlara  və  gillərə  rast  gəlinir. 

Naxçıvan    Muxtar    Respublikasının    dağlıq    zonası    üçün    allüvial  

çöküntülər    səciyyəvidir.  Onlar      əsasən    qumlu,    çınqıl    daşlı    gətirmələrdən  

ibarətdir  ki,  bu  da  çay  yatağı  boyunca  yerləşən  sahələrdə  və  subasarlarda  

təmsil  olunmuşdur. 

Eroziyanın    inkişafı    artdıqca    bitki    örtüyünün    torpaqqoruyucu    xassəsi  

azalır. 


Qeyd    etdiyimiz    kimi    eroziya    təhlükəsini    təyin    edən    ən    başlıca  

amillərəyamacın    meylliyi,  uzunluğu,  forma    və    baxarlığı,  bitki    örtüyü    aid  




53 

 

edilməlidir.Torpaqların    eroziyaya    uğraması    və    eroziyanın      müxtəlif  



formalarının  inkişafı  ayrı-ayrı  dağ  massivləri  və  inzibati  rayonlar  üzrə  yerli  

xüsusiyyətlərdən  asılı  olaraq  dəyişir. Muxtar  Respublikanın  dağlıq  zonasında  

eroziyanın  inkişafına  nəzər  salanda  görürük  ki, ayrı-ayrı  inzibati  rayonlarda  

yamacların    meylliyi,  hidrotermik    və    botaniki    amillərlə    əlaqədar    eroziyanın  

inkişafı  müxtəlifdir. 

Səthi  su  axınının  yaranması  və  formalaşması  üçün  yamacın  meylliyi  

ə

sas  şərtlərdəndir. Ona  görə  də  yamacın  meylliyi  eroziya  təhlükəsi  ehtimalını  



müəyyən    etməyə    imkan    verir.  Buna    görə    də    bəzi    hallarda    eroziya  

təhlükəsinin  baş  verməsi  üçün  başlanğıc  meylliyi  1  və  2  dərəcə  hesablamaq  

olar.  Lakin    bu    meyllilik    hər    yer    üçün    şamil    edilə    bilməz.  Belə    ki,    bəzi  

hallarda    eroziya    prosesinin    baş    verməsi    0,5

0

    və    hətta    0,3



0

-də    mümkün  

olmadığı  halda, bəzən  10-15  dərəcə  və  hətta  20

0

  müşahidə  edilmir. Hər  iki  



halda    ərazinin    sahəsi    torpağın    özünün    xüsusiyyətləri    mühüm    rol    oynayır. 

Lakin  burada  bitki  örtüyü  faktorunu  da  yaddan  çıxarmaq  olmaz. Qeyd edək  

ki, səthi  axının  və  eroziya  prosesinin  yaranmasında  bitki  örtüyünün  sıxlığı, 

kök  sisteminin  qalınlığı, çim  qatının  olması  və  başqa  xüsusiyyətləri  mühüm  

rol    oynayır.  Ağac    və    kol    bitkilərinin    üstünlük    təşkil    etdiyi    ərazilərdə   

eroziyanın    baş    verməsi    çətinləşir.  Bitki    örtüyündən    kasad,  bozqırlaşmış  

yamaclarda  isə  eroziya  prosesi  asanlıqla  inkişaf  edir[32]. 

Eroziya  təhlükəsi  ehtimalı  iqlim  ünsürlərindən  atmosfer  çöküntülərinin  

intensivliyindən, miqdarından, yağıntının  növündən  və  başqa  xüsusiyyətlərindən  

asılıdır.  Leysan    yağışları    özünün    intensivliyinin    qeyri-bərabər    olması    ilə  

səciyyələnir.  Belə    ki,  bir    leysan    yağışı    müddətində    onun    sürəti    0,1-0,2  

mm/dəqiqədən  6-10 mm/dəqiqəyə  qədər  dəyişə  bilər. Bir  qayda  olaraq  yağışın  

davamiyyəti  çox  olduğu  hallarda  onun  intensivliyi  orta  sürətdən  aşağı  olur. 

Lakin   Naxçıvan  şəraitində  düşən  yağıntının  miqdarı  qısa  olduğu  üçün  onun  

intensivliyi   yüksək  olur  və  nəticədə  hər  vaxt  eroziya  təhlükəsi  xüsusi  ilə  

bitki  örtüyü   seyrək  olan  yamaclarda  gözlənilir[27]. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə