54
Naxçvan MR-ın dağlıq zonası yamacların meylliyi və bitki örtüyünün
sıxlığına görə rayonlaşdırılmışdır. Bu xüsusiyyətlərinə görə eroziya təhlükəsinə
görə dağlıq zona ərazisi bir neçə hissəyə ayrılır[10].
1)Meylliyi 10
0
-dən az bitki örtüyünün sıxlığı isə 30 %-dən artıq olan
ə
razilərdə eroziya təhlükəsi praktik olaraq gözlənilmir. Həmin ərazilərdə
eroziya təhlükəsi gözlənilmir.
2) Meylliyi 0-10
0
olan ərazilərdə normal halda eroziya təhlükəsi
gözlənilmir. Burada yalnız bitki örtüyünün sıxlığı 45-50 %-dən aşağı
düşdükdə eroziya təhlükəsi ehtimal olunur.
3) Meylliyi 10-20
0
və ot örtüyünün sıxlığı 55-65 % olan ərazilər – zəif
təhlükəli, bitki örtüyü 45-55% olan ərazilər orta təhlükəli, bitki örtüyünün
sıxlığı 25-35% olan ərazilər çox təhlükəli, bitki örtüyünün sıxlığı 25%-dən
aşağı olan ərazilər isə ən çox təhlükəli torpaqlar hesab olunur.
4) Meylliyi 20-30
0
və bitki örtüyünün sıxlığı 55-65% olan ərazilər orta
təhlükəli, meylliyi 20-30
0
olan bitki örtüyünün sıxlığı 55-45% və daha aşağı
olan ərazilər isə ən çox təhlükəli torpaqlar hesab olunur.
5) Meylliyi 30
0
-dən çox və bitki örtüyünün sıxlığı 55-65% və 55%-dən
aşağı olan ərazilər ən çox təhlükəli torpaqlar hesab olunur.
Relyef, iqlim və torpağın özü bu və ya digər dərəcədə eroziya prosesi
təhlükəsinin yarada bilir. Bitki örtüyü isə əksinə, eroziya prosesini qismən və
ya tamamilə dayandıra bilər. Belə ki, bitki örtüyü leysan yağışları zamanı
hətta çox meylli yamaclarda belə eroziya prosesinin baş verməsinə imkan
vermir. Lakin bitki örtüyü seyrək olan, azacıq meylli yamaclarda və zəif
intensivliyə malik yağışlar zamanı eroziya prosesi təhlükəsi artır. Beləliklə, bu
və ya digər iqlim, relyef və torpaq örtüyü şəraitində bitki örtüyündən asılı
olaraq eroziya təhlükəsi ehtimalı dəyişilə bilər.
Eroziya prosesinin inkişafında meyllilik, baxarlıq, bitki örtüyünün sıxlığı,
hidroloji, iqlim və digər amillərin rolu böyükdür. Naxçıvan Muxtar
Respublikasının dağlıq zonası kimi mürəkkəb fiziki-coğrafi şəraitə malik
ə
razidə bu müxtəliflik daha da kəskindir.
55
Naxçıvan MR-ın dağlıq zonasında eroziya prosesinin yamacların
meylliyi və bitki örtüyünün sıxlığından asılı olaraq inkişaf və ərazi
torpaqlarının bu amillərin təsiri ilə qruplaşdırılaraq rayonlara ayrılması
aşağıdakı cədvəldə öz əksini tapmışdır.
Naxçıvan MR-in dağlıq zonasının eroziya təhlükəsi ehtimalına görə
rayonlaşması[10].
Meyllilik
dərəcə
ilə
Ümumi
sahə:
ha-%-lə
Təhlükəsiz Zəif
təhlükəli
Orta
təhlükəli
Çox
təhlükəli
Ə
n çox
təhlükəli
<10
7115,62
30,00
7381,28
31,12
4959,59
20,91
3071,58
12,95
1190,68
5,02
23718,75
8,25
10-20
11801,44
26,50
7762,23
17,43
10852,88
24,37
5067,94
11,38
9049,26
20,32
44533,75
15,49
20-30
16651,60
20,70
4456,51
5,54
12130,73
15,08
16474,62
20,48
30729,04
38,20
80442,50
27,98
>30
4996,98
3,60
9397,10
6,77
18974,64
13,67
34173,79
24,62
71262,49
51,34
138805,00
48,28
Cəmi
40665,64
14,11
28997,12
10,09
46917,84
16,32
58787,93
20,45
112231,47
39,03
287500
100,00
Belə ki, yağıntının düşməsi ilə əlaqədar eroziya prosesi yüksək dağlıq
zonaya nisbətən orta və aşağı dağlıq zonada aprel ayında 4-5 dəfə çox, may
ayında isə əksinə olur.
Bitki örtüyünün torpaq mühafizəedici rolu hədsiz dərəcədə müxtəlif və
böyükdür. Əraziyə yağan yağıntı bitkinin səthinə düşdükdə sonra onun bir
hissəsi torpağa keçir və zərbə qüvvəsi nisbətən azalır. Bitki örtüyü səthi
axının həcmini azaltmaqla eroziya təhlükəsi ehtimalı gözlənilən sahələrdə
eroziyanın qarşısını alır.
56
Torpaq eroziyasının qarşısının alınmasında və eroziya təhlükəsi
gözlənilən sahələrdə onun baş verməsi ehtimalını zəiflətmək və ya qarşısını
almaq üçün bitki kök sisteminin rolu böyükdür. O torpağın yuyulub
dağılmağa qarşı müqavimətini artırır. Bundan əlavə bitki qalıqları və
çürüntüləri torpağın məsaməliliyini artırır. Bu isə torpağın sukeçirme
qabiliyyətini yüksəldir və beləliklə də yamaclarda səthi axının həcmini və
intensivliyini zəiflədir. Bundan başqa kök sistemi torpağın üzvi maddələrlə
zənginləşmə mənbəyi olub, onun münbitliyini və eroziyaya qarşı davamlılığını
artırır.
Növ tərkibindən, sıxlığından, kök sisteminin inkişaf xüsusiyyətlərindən,
çim qatının qalınlığından asılı olaraq leysan yağışları dövrü çoxillik otların
eroziyaya qarşı səmərəsi aydın müşahidə olunur. Xüsusəndə çoxillik bitkilərin
torpaq mühafizə edici rolu bitki örtüyünün sıxlığı ilə müəyyən edilir.
Eroziya təhlükəsini müəyyən edən başlıca göstəricilərdən biri də
yamacların baxarlığıdır. Yamacın meylliyindən, uzunluğundan və formasından
fərqli olaraq mikroiqlim torpaq və bitki örtüyü yamaclarda baxarlıqdan asılı
olaraq müxtəlif olduğundan eroziya prosesinin baş verməsi də müxtəlifdir.
Belə ki, Muxtar Respublikanın dağlıq zonasının əksər hissələrində bu proses
cənub və şərq baxarlı yamaclarda şimal və qərb baxarlı yamaclara nisbətən
bir neçə dəfə çox getmişdir.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının dağlıq
zonasında cənub baxarlı yamaclar üstünlük təşkil etdiyindən, ot örtüyünün
zəif inkişaf etdiyi sahələrdə aprel və mayın birinci ongünlüyündə leysan
yağışları və intensiv qar əriməsi eyni vaxtda təsadüf etdiyindən bu vaxt belə
ş
imal-şərq baxarlı yamaclarda eroziya prosesinin inkişafı üçün daha çox
təhlükə yaranır. Belə ki, eroziyaya uğramış torpaqlar ərazinin yarıdan çox
hissəsini təşkil edir.
Eroziya təhlükəsi ehtimalını qiymətləndirərkən orta çoxillik yağıntının,
xüsusilə orta illik miqdarı əsas yer tutur. Belə ki, yağışların intensivliyindən
və miqdarından asılı olmayaraq eroziya prosesi müxtəlif dərəcədə gedir. Bəzən