60
ha- ı kənd təsərrüfatı üçün yararlıdır. Yararlı torpaqların 74681 ha-ı təbii
otlaq və biçənəklərin payına düşür. Ümumi torpaq fondunun 381084 ha- ı isə
az yararlı və yararsız torpaqlardır[5].
Heyvandarlığın intensiv inkişafı otlaqlardan geniş istifadəyə səbəb olur.
Otlaq üçün nəzərdə tutulmuş normalara riayət olunmaması nəticəsində torpaq
eroziyası güclənir. Hazırda yay otlaqlarının 44 %- dən artığı yararsız vəziyyətə
düşmüşdür. Qış otlaqlarında da müəyyən sahələr tam sıradan çıxmış və
eroziya prosesinin şiddətlənməsi üçün əlverişli şərait yaranmışdır.
Məlumdur ki, yeni təsərrüfat sisteminin tətbiqi torpaqların şəxsi
mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə bölünməsinə səbəb olmuşdur.
Məhz yeni torpaq mülkiyyətçiləri də torpaqların səmərəli istifadəsinə, onun
qorunmasına nail olmuşdur.
ntensiv otarılma nəticəsində qış otlaqları kimi istifadə edilən
Böyükdüzdə yem bitkilərinin sahəsi kiçilir, bəzi ərazilər tamamilə
çılpaqlaşaraq səhra landşaftına çevrilirlər. Bu ərazi daxilində öldürgən və
üzərrik bitkilərinin arealı isə getdikcə genişlənir. “Batabat “ , “ Keçəldağ “ ,
“Qanlı göl “ yaylaqlarında isə gəvən, kəklikotu və s. kimi bitkilər yem
otlaqları sıxışdırır, bəzi sahələrdə isə dağ yamacları güclü eroziyaya məruz
qalır.
Naxçıvanın şəhər ətrafı torpaqları sənaye və məişət zibilxanalarına
çevrilir. Məsələn: Naxçıvan şəhərinin 5- 6 km- yi tərkibində metal tullantıları,
ş
üşə qırıqları, plastik məhsullar və s. olan zibilliyə çevrilmişdir. Belə vəziyyət
rayon mərkəzlərinin ətrafında da müşahidə olunur. Nəticədə 10 ha- la kənd
təsərrüfatına yararlı torpaq sahələri zibillənərək sıradan çıxır. Bunun qarşısını
almaq üçün zibilxanalara xüsusi ərazilər ayırmaq və onları emal etmək
lazımdır.
Naxçıvan Muxtar Respublikasının dağlıq zona torpaqları müxtəlif
dərəcədə eroziyaya uğramışdır.Eroziya prosesinin inkişafında meyllilik,
baxarlıq, bitki örtüyünün sıxlığı, hidroloji, iqlim və digər amillərin rolu böyük
olduğundan yuyulma ehtimalı ayrı-ayrı sahələrdə artıb azalır. Qeyd edək ki,
61
Naxçıvan MR-ın dağlıq zonası kimi mürəkkəb fiziki-coğrafi şəraitə malik
ə
rzidə bu müxtəliflik daha da kəskindir. Muxtar Respublikanın dağlıq zonası
Azərbaycanda eroziya prosesinin kəskin inkişaf etdiyi regionlardan biri
olmaqla özünə məxsus təbii coğrafi xüsusiyyətləri və nəticələri ilə xarakterizə
olunur. Muxtar Respublikanın ərazisi respublikamızın ən ekoloji təhlükəli
regionlarındandır. Naxçıvan MR-də eroziyanın baş vermə səbəblərini, onun
inkişafını, intensivliyini öyrənmək və buna müvafiq qabaqlayıcı tədbirlərin
işlənib hazırlanması, torpaqların eroziyadan mühafizəsi bu günün ən aktual
məsələlərindəndir. Eroziyaya uğramış torpaqların ümumi sahəsi 152231 ha
təşkil edir. MR- nın ərazisində yerləşən inzibati rayonlar arasında əkin
sahələrinin eroziyaya uğrama dərəcəsinə görə Babək rayonu ümumi əkin
sahəsinin 14,0 %-i, Şərur rayonu ümumi əkin sahəsinin 11,7 %-i, Ordubad
rayonu ümumi əkin sahəsinin 71,9 %-ni, Şahbuz rayonu ümumi əkin
sahəsinin isə 77,8 %-i bu və ya digər dərəcədə eroziyaya uğramışdır.
Naxçıvan Muxtar Respublikasında yayılmış torpaqlar müxtəlif dərəcədə
ş
orlaşmaya məruz qalmışdır. Ayrı-ayrı inzibati rayonlar üzrə torpaqların
ş
oranlaşmasına görə Babək rayonu üzrə ümumi əkin sahəsinin 5,9 %- i, Şərur
rayonu üzrə isə ümumi əkin sahəsinin 32,9%-i bu və ya digər dərəcədə
ş
orlaşmışdır. Babək rayonunun ümumi örüş sahəsinin 23,4 %- i, Şərur rayonu
üzrə ümumi örüş sahəsinin 35,2 %-i müxtəlif dərəcədə şorlaşmaya məruz
qalmışdır. Ümumiyyətlə, Babək rayonu üzrə 5694 ha, Şərur rayonu üzrə isə
13272 ha torpaq sahəsi müxtəlif dərəcədə şorlaşma prosesinə məruz
qalmışdır[24].
MR – ın dağlıq zonasında vaxtaşırı baş verən sellər torpaq eroziyasını
daha da gücləndirir və bəzən dağ yamaclarının torpaq örtüyünü tamamilə
yuyub aparır. Torpaq eroziyasının qarşısını almaq üçün bir sıra
aqrotexniki,mühəndis, fitomeliorativ və digər bu kimi kompleks tədbirlər
sistemini həyata keçirmək lazımdır. lk növbədə eroziyaya uğrayan yamacların
bərkidilməsi, həmin sahələrdə meşəliklər, kolluqlar və mədəni bitkilərin
62
ə
kilməsi zəruridir. Bu tədbirlər həyata keçirilərkən yamaclar eninə
ş
umlanmalı, terraslar yaradılmalıdır.
Naxçıvanın təsərrüfatına böyük zərər vuran sellərin qarşısını almaq
üçün sel əmələgətirən hövzənin maili yamaclarının bərkidilməsi, bu sahədə
meşə və kolluqların salınması, terraslaşdırma aparılması vacibdir. Dünya
təcrübəsi göstərir ki, yamacların terraslaşdırılması nəticəsində axımın ümumi
həcmi 83 % , suyun işlənməsi 40 % , torpağın ümumi yuyulması isə 200 dəfə
azalır.
Torpaq eroziyasının qarşısını almaq üçün subalp və alp çəmənliklərinin
həddindən artıq otarılmasına yol verməmək, dağ yamacları boyu sel tutan
sahələrdə qoruyucu meşə zolaqları salmaq, yaşayış məntəqələrini, əkin
sahələrini sellərin dağıdıcı təsirindən qorumaq üçün xüsusi bənd və qurğular
yaratmaq və digər tədbirləri həyata keçirməkdə torpaqların mühafizəsini
təmin etmək olar.
Torpaqların şoranlaşmadan, eroziyadan, çirklənmədən mühafizə etmək,
onların səmərəli istifadəsinə nail olmaq üçün müvafiq dövlət təşkilatları
hazırda torpağın əsil sahibi olmuş kənd əhalisinə yaxından köməklik
etməlidirlər.
Naxçıvan iqtisadi rayonunun ərazisi məhdud su ehtiyyatlarına malikdir.
qtisadi rayon ərazisində axan Araz çayı , Arpaçay , Naxçıvançay , Gilançay ,
Ordubadçay , Əlincəçay və s. çaylar həm Muxtar Respublika ərazisində , həm
də Ermənistan və Türkiyə ərazilərində ciddi çirklənməyə məruz qalırlar.
Araz çayı ekoloji vəziyyəti Türkiyə , Naxçıvan və ran ərazisində axan
çaylarla demək olar ki, pozulmuşdur. Lakin Ermənistan ərazisindən axıb
Araza tökülən çaylar Arazın əsas çirklənmə mənbəyi hesab olunur. rəvan
şə
hərindən keçən Zəngi çayı vasitəsi ilə şəhərin sənaye və məişət çirkab
suları həmin çayla Araza axıdılır. Hazırda Naxçıvan ərazisində olan
təmizləyici qurğular tam həcmdə işləmədiyindən çirkab suları təmizlənməmiş
halda su hövzələrinə axıdılır. Naxçıvan şəhərində fəaliyyət göstərən
təmizləyici qurğunun sıradan çıxması və köhnəlməsi nəticəsində şəhərdən
Dostları ilə paylaş: |