75
sahələrinə, yaşayış məntəqələrinə, yollara, körpülərə, kommunikasiya
qurğularına külli miqdarda ziyan vuran sel daşqınlarının əmələ gəlməsinin
qarşısını almaq və onun gücünü zəiflətmək və başqa məsələlərin həllində
xüsusi əhəmiyyət kəsb edir.
Dağlıq zonalarda bitki örtüyünün sıxlığını artırmaq, torpağın ekoloji
vəziyyətini yaxşılaşdırmaq üçün dünyanın bəzi ölkələrində süni suvarma
tətbiq edilir. Hələ keçmiş SSR dövründə Qırğızıstanın dəniz səviyyəsindən
2800-3200 metr yüksəklikdə yerləşən ərazilərində suvarma tətbiq edilmiş və
yaxşı nəticələr əldə olunmuşdur. Naxçıvanın dağlıq zonasında kontinental
iqlim şəraitində bu metodun tətbiqi məqsədə uyğundur. Muxtar Respublikanın
dağlıq zonasında mövcud su mənbələrinin istifadə etməklə dağ yamaclarının,
xüsusilə cənub və cənub-şərq yamacların süni suvarılması böyük səmərə verə
bilər. Sistemsiz və uzun müddətli otarmalar nəticəsində bu yamaclar
tamamilə bitki örtüyündən məhrum olaraq çılpaqlaşır. Məhz belə ərazilərdə
süni suvarmanın tətbiqi bitki örtüyünün vegetasiyasını sürətləndirməklə
torpağın nəmliyini artırır, bitkilərin yeraltı və yerüstü inkişafı torpaq-bitki
kompleksinin birgə inkişafı eroziyaya qarşı davamlılığı artırır. Yalnız burada
çiləmə üsulu ilə və ya zəif axın yaratmaqla suvarma tətbiq olunmalıdır.
Muxtar Respublikanın dağlıq zona torpaqlarının ekoloji vəziyyətini
sabit saxlamaq və yüksək kənd təsərrüfatı məhsuldarlığına nail olmağın
səmərəli vasitələrindən biri də mövcud olan su mənbələrindən düzgün
istifadədir. Yağıntısı az, quraq, kontinental ərazi üçün bu çox aktual məsələdir.
Məlum olduğu kimi, Muxtar Respublikanın dağlıq zonasında yağış və qar
suları ilə qidalanan çoxlu sayda yüksək keyfiyyətə malik bulaqlar var.
Bundan əlavə Batabat, Qanlıgöl və Göygöllər də bu ərazidə yerləşir. Eyni
zamanda su ehtiyatı məhdud olan Qazanyaylaq, Yağlıdərə, Rezinyaylaq və s.
ə
razilər də az deyil. Mövcud su mənbələri əsrlərdən bəri başlı-başına
buraxıldığından fiziki aşınma və antropogen amillərin təsiri ilə xüsusilə
otarma ilə əlaqədar olaraq töküntü və səpinti materialları ilə örtülmüşdür. Bu
isə öz mənfi təsirini həm otlaqlara, həm də ərazidə su çatışmazlığı
76
probleminin yaranmasına göstərmişdir. Dünyanın bəzi ölkələrində, xüsusilə
Almaniyada torpaqların ekoloji vəziyyətini yaxşılaşdırmaq və yüksək
məhsuldarlıq əldə etmək üçün ərazilərdə meliorativ tədbirlər içərisində
mineral gübrələrin tətbiqi müstəsna yer tutur. Mineral gübrələr verməklə
məhsul artımı quraq illərə nisbətən rütubətli illərdə daha çox olur. Yağıntının
miqdarından asılı olaraq bəzən gübrə verilən sahəyə nisbətən gübrələnməmiş
sahədə məhsuldarlıq daha aşağı olur.
Naxçıvanın dağlıq zonası kimi mürəkkəb torpaq ekoloji xüsusiyyətlərə
malik bir ərazidə gübrələrin tətbiqi mövcud elmi nailiyyətlərə əsaslanaraq, hər
bir torpaq sahəsinin aqroiqlim şəraiti nəzərə alınaraq verilməlidir.
Ümumiyyətlə, respublikamızda bu istiqamətdə heç bir təcrübənin olmaması
müvafiq çətinliklər törətsədə, xarici ölkələrin təcrübələrindən istifadə
olunmalıdır. Bu məqsədlə dünyanın bəzi ölkələrində aparılmış təcrübələr və
alınmış nəticələri nəzərdən keçirərkən məlum olur ki, gübrələnmənin miqdarı,
vaxtı və yeri torpağın gələcək məhsuldarlığını müəyyən edən əsas ekoloji
göstəricilərdir. Gübrələrin səmərəliliyi təkcə ekoloji şəraitdən asılı olmayıb,
torpaq örtüyündən istifadədən də asılıdır.
Dağlıq zona torpaqlarının məhsuldarlığını artırmaq məqsədi ilə azot
gübrələrinin müxtəlif formalarından istifadə olunması vacibdir. Azot
gübrələrinin yüksək dozada təbii çəmənliklərə bir tərəfli verilməsi onun
botaniki tərkibinə mənfi təsir edir. Birinci üç ildə çəmən topalı, çəmən qırtıcı,
çəmən tülküquyruğu kimi qiymətli növlər üstünlük təşkil etdiyi halda, sonrakı
illərdə azot gübrəsinin təsiri nəticəsində həmin növlərin yerini alaq otları
tutur. Çəmən qırtıcı quraqlıq sevdiyindən Naxçıvan şəraitində xüsusi çəkisinə
görə üstünlük təşkil edir.
Müasir dövrdə torpaqların eroziyadan mühafizəsi və bu prosesin
qarşısının alınması məqsədilə müxtəlif vasitə və üsulların təklif olunmasına
baxmayaraq bu tədbirlərin bəzilərinin iqtisadi səmərəsi nəzərə alınmır.
Torpaqların mühafizəsində və eroziya prosesinin qarşısının alınmasında ən
ə
lverişli vasitələrdən biri də mexaniki tədbirlərin aparılmasıdır. Mexaniki
77
meliorativ tədbirlərin sırasına torpaqların daşlardan təmizlənməsi, yamacların
terraslaşdırılması, şumun yamacın eninə aparılması, eroziyaya uğramış
torpaqlarda meydançaların və xəndəklərin yaradılması və s. daxildir.
Dağlıq zonada denudasiya prosesi ilə əlaqədar torpaq örtüyünün
üzərində müxtəlif ölçülü daşlar toplanır. Bu daşlar torpaq üzərində müəyyən
sahə tutmaqla torpaqda bitki örtüyünün həm yeraltı, həm də yerüstü
hissəsinin inkişafına mane olur. Bəzi hallarda bu daşlar topa halında bütöv
səthi örtük təşkil edir. Səthi axınların yarandığı zaman bu daşlar yamac
boyunca aşağı sahələrə doğru diyirlənərək torpağın üzərini örtür. Yaşayış
məntəqələrinə aid mədəni əkinçiliyin inkişaf etdiyi torpaqlarda ərazinin
daşlardan təmizlənməsi yüksək məhsuldarlığa nail olmağa imnkan vermişdir.
Bu üsul iqtisadi baxımdan əlverişli olub, heç bir vəsait tələb etmir.
Torpaqların mənimsənilməsində və eroziyanın qarşısının alınmasında
istifadə olunan mexaniki meliorativ tədbirlərdən biri də tapdalanmış torpaq
qatının vaxtaşırı yumşaldılmasıdır. Yumşadılmış yamacda torpağın sukeçirmə
qabiliyyəti və məsaməliliyi artdığına görə səthə düşən yağıntının xeyli hissəsi
torpağa hopur. Bu həm torpaqda rütubətin miqdarını artırır, həm də bitkilərin
inkişafını sürətləndirir. Səthə düşən yağıntının böyük hissəsi torpağa hopmaqla
səthi axının yaranması məhdudlaşır. Nəticədə eroziyanın, xüsusilə də təkrar
eroziyanın qarşısı alınır.
Torpaqların məhsuldarlığını artırmaq üçün səthi yaxşılaşdırma işləri
aparılmalıdır. Səthi yaxşılaşdırma işləri sisteminə daxil olan mədəni-texniki
tədbirləri həyata keçirərkən, ilk növbədə örüşlər kolluqlardan, daşlardan
təmizlənməli, kələ-kötür yerlər hamarlanmalıdır. Ümumiyyətlə, yaylaqlarda səthi
və dərindən yaxşılaşdırma işləri görərkən hidrotexniki, fitomeliorativ, mədəni-
texniki, aqrotexniki tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Naxçıvan
MR-ın dağlıq zonasında müasir ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün bu
tədbirlər təxirəsalınmazdır.
Dostları ilə paylaş: |