Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

57 

 

dağlıq  zona  torpaqlarında   Salvartı, Sağarsu  və  Soyux  yaylaqlarında  həm  çox  



və  həm  də  intensiv  şəkildə  yağıntı  düşür. Lakin  Ordubad  zonasında  Şahbuza  

nisbətən  eroziya  prosesi  3-4  dəfə  çox  gedir. 

 

Ümumiyyətlə, illik  yağıntının  eroziya  təhlükəsi  ehtimalına  görə  yağışın  



intensivliyini  qruplaşdıraraq  1  ha-dan  5  tona  qədər  torpaq  yuyulmuş  sahələri  

zəif, 5-20  t/ha-nı  orta, 20-30  t/ha-nı  şiddətli  və  50  t/ha-dan  çox  olanı  isə  çox  

ş

iddətli    eroziya    təhlükəsi    ehtimalı    olan    sahələr    adlandırırlar.  Bütün    bunlara  



ə

saslanaraq  dağlıq  zona  torpaqları  eroziya  təhlükəsi  ehtimalına  görə  aşağıdakı  

rayonlara    bölünmüşdür.  Belə    ki,  eroziya    prosesi    praktik    olaraq    müşahidə  

olunmayan  və  eroziya  təhlükəsi  ehtimalı  gözlənilməyən  Batabat, Salvartı, Rus  

düzü,  Tilyək    sahəsi,  zəif    eroziya    təhlükəsi    ehtimalı    gözlənilən    Dəmirli, 

Qonaqgörməz,  Piyazbaşı,  Sağarsu,  Buğakar    sahəsi,  orta    dərəcədə    eroziya  

təhlükəsi  ehtimalı  gözlənilən  Kükü, Diyax, Soyux, Qapıcıq  sahəsi  və  nəhayət  

ş

iddətli    dərəcədə    eroziya    təhlükəsi    gözlənilən    Hazaraməçid,  Ayıçınqıl, 



Ə

ppəktəpə    və    Gəmiqaya    sahələrindəki    torpaqların    sahəsi    tədqiq    olunan  

ə

razinin    14,11%-ni,  20-30



0

      meyllikdə,  20,70  %-ni,  30

0

-dən    yuxarı    meyllikdə  



isə  cəmi  3,60%-ni  təşkil  edir[10]. 

 

Meylliyi  10



0

-dən  aşağı, bitki  örtüyünün  sıxlığı  20-25%  olan  yamaclarda  

eroziya    təhlükəsi    ehtimal    olunan    torpaqların    sahəsi    6,8%  olduğu    halda, 

meylliyi  10-20

0

-də  bitki  örtüyünün  sıxlığı  40-45%  olan  sahələrdə  13,7%, 20-



30

0

-də  24,6%  meylliyi  30



0

-dən  çox  olan  yamaclarda  isə  54,9%  olmuşdur. 

 

Eroziya  təhlükəsi  ehtimalına  görə  tədqiqatçılar  il  ərzində  hər  hektarda  



2,5  ton  torpaq  yuyulduqda  onu  eroziya  baxımından  təhlükəsiz,  2,5-6,0  ton  

yuyulduqda      zəif    təhlükəli,  6-12    ton    yuyulduqda    orta      təhlükəli,  12-24    ton  

yuyulduqda    çox    təhlükəli    və    nəhayət    60    ton    və    daha    çox    yuyulduqda  

dəhşətli  təhlükəli  dərəcələrə  ayırmışlar.  

 

Eroziya  prosesinin  inkişafında  meyllilik, baxarlıq, bitki  örtüyünün  sıxlığı, 



hidroloji, iqlim  və  digər  amillərin  rolu  böyük  olduğundan  yuyulma  ehtimalı  

ayrı-ayrı  sahələrdə  artıb  azalır. Qeyd  edək  ki, Naxçıvan  MR-ın  dağlıq  zonası  

kimi    mürəkkəb    fiziki-coğrafi    şəraitə    malik    ərzidə    bu    müxtəliflik    daha    da  



58 

 

kəskindir. Dediklərimizə  əsaslanaraq  müəyyən  edilmişdir  ki, Naxçıvan  MR-ın  



dağlıq  zonasında  iqlim, yamacın  meylliyi, baxarlığı, uzunluğu  və  s.  torpağın  

eroziyaya  qarşı  davamlığı  və  digər  vəziyyətlərin  məcmusu  ilə  əlaqədar  olaraq  

bütün  hallarda  eroziya  təhlükəsi  ehtimalı  artır. Eroziya  prosesinin  intensivliyi  

hər    şeydən    əvvəl    səthin    meylliyindən    və    torpağın    bitki    örtüyü    ilə    nə  

dərəcədə  təmin  olunmasından  çox  asılıdır. Bunları  nəzərə  alaraq  yuxarıdakı  

cədvəldən  də  göründüyü  kimi, eroziya  təhlükəsi  ehtimalını   müəyyən  etmək  

məqsədilə  ərazi  meylliyinə  görə  4   qrupa  bölünmüşdür. Meylliyi  10

o

-yə  qədər  



olan  ərazilər, 10-20

0

  arası  olan  ərazilər, 20-30



0

  arası  olan  ərazilər  və  30

0

-dən  


yuxarı  meyllilikli  ərazilər. Bu  qrupların  hər  biri  bitki  örtüyü  ilə  örtülməsinə  

görə  dörd   yarımqrupa  bölünmüşdür. Belə  ki, bitki  örtüyü  75-85%  olan  bütün  

ə

razilər    meyllikdən    asılı    olmayaraq    eroziya    təhlükəsi    olmayan    sahələrdir. 



Həmçinin  meylliyi  10

0

  və  bitki  örtüyünün  sıxlığı  45-55%  olan  ərazilər  az  



təhlükəli, meylliyi  10

0

  və  bitki  örtüyünün  sıxlığı  25-35%  olan  sahələr  orta  



təhlükəli, meylliyi  10

0

, bitki  örtüyünün  sıxlığı  isə  25%-dən  az  olan  sahələr  



çox  təhlükəli  hesab  olunur[11]. 

 

Eroziya    prosesinin    inkişafına    təkan    verən    antropogen    amil,  onun  



energetikasını, yəni  şiddətliliyini  təmin  edən  isə  iqlim  və  relyefdir. Eroziyanın  

qarşısını    alan    təbii    amil    bitki    örtüyü    və    torpağın    xassəsidir.  Eroziyanı  

şə

rtləndirən    amillər    kimi    yamacın    meylliyi    və    bitki    örtüyünün    sıxlığının  



öyrənilməsi  böyük  əhəmiyyətə  malikdir. 

 

 



 

 

 



 

 

 



 


59 

 

 



 

 

III  Fəsil.Naxçıvan    MR-ın    dağlıq    zona    torpaqlarının    ekoloji  

vəziyyəti  və  mühafizəsi 

 

 

§3.1. Naxçıvan  MR-ın  dağlıq  zonasının  ümumi  ekoloji  vəziyyəti 



 

   Naxçıvan  Muxtar  Respublikasında  təbiəti  mühafizə  məsələləri  və  bəzi  

ekoloji    problemlər    son    30    ildə    xeyli    kəskinləşmişdir.Ərazinin    təbii  

sərvətlərindən  kortəbii  istifadə  nəticəsində  ətraf  təbii  mühitə  antropogen  təsir  

güclənmiş, bir  neçə  sahədə  texnogen  landşaftlar  formalaşmışdır. Ümumiyyətlə, 

Muxtar    Respublikanın    atmosfer,  hidrosfer,  torpaq,  bitki    və    heyvanat    aləmi  

insanların    təsərrüfat    fəaliyyəti    nəticəsində    nəzərə    çarpacaq    dərəcədə  

dəyişmişdir. Bu  da  ərazidə, xüsusən  dağ- mədən  sənayesi  və  kənd  təsərrüfatı  

rayonlarında  ekoloji  problemləri  kəskinləşdirmişdir. Hazırda  iqtsadi  və  sosial  

iqtisadi    problemlərin    çoxluğu, iqtisadi   rayonun   blokada    vəziyyətində   olması  

ekoloji  problemlərin  həllini  çətinləşdirir.  

Muxtar    Respublikanın   dağlıq    zonası    Azərbaycanda    eroziya    prosesinin  

kəskin   inkişaf    etdiyi    regionlardan   biri    olmaqla    özünə    məxsus    təbii  coğrafi  

xüsusiyyətləri    və    nəticələri    ilə    xarakterizə    olunur.  Muxtar    Respublikanın  

ə

razisi  respublikamızın  ən  ekoloji  təhlükəli  regionlarındandır. Naxçıvan  MR-də  



eroziyanın  baş  vermə  səbəblərini,  onun  inkişafını, intensivliyini  öyrənmək  və  

buna    müvafiq    qabaqlayıcı    tədbirlərin    işlənib    hazırlanması,  torpaqların  

eroziyadan  mühafizəsi  bu  günün  ən  aktual  məsələlərindəndir. 

 

Naxçıvan  Muxtar  Respublikasında  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  



üçün  böyük  iqlim  və  torpaq  ehtiyatları  vardır. Lakin, torpaq  ehtiyatlarından  

səmərəli  istifadə  və  onların  mühafizəsi  məsələləri  kəskin  olaraq  qalır. Burada, 

ümumi  torpaq  fondu  536300  ha- a bərabərdir. Həmin  torpaq  fondunun  155384  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə