Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   ...   19   20   21   22   23   24   25   26   27

72 

 

ə



laqədar  Gədəbəy  rayonunda  torpağın  məhsuldarlığı  1,5 dəfə, Laçında  2  dəfə  

artmışdır. 

 

Torpağın    dincə    qoyulmasının    gücləndirilmiş    formasının    tətbiqi  



eroziyanın    intensiv    inkişaf    etdiyi    ərazilər    üçün    çox    zəruridir.  Ikiqat    dincə  

qoyma    tətbiq    edildikdə    bitkilərin    vegetasiya    dövrü    uzanmaqla,  onların  

toxumlamasına    şərait    yaranır.  Nəticədə    torpaq    üzərində    həm    yaşıl    kütlənin  

miqdarı  artır, həm  də  torpaq  üzərinə  tökülmüş  bitki  toxumları  gələcəkdə  bitki  

örtüyü  seyrək  olan  sahələrdə  belə, inkişaf  edərək  torpağın  bitki  örtüyü  ilə  

təminatını  artırır. Deməli  ekoloji  vəziyyəti  ağır  olan  torpaqlarda  dincə  qoyma  

bitkilərin  toxumlama  fazasına  qədər  inkişafını  təmin  etmək  əsas  meliorativ  

tədbirlərdən    sayılır.  Bu    tədbirlərin    həyata    keçirilməsi    ilə    əlaqədar    torpağın  

nəmliyi    artır,  çim    qatı    inkişaf    edir,  səthi    axımın    qarşısı    alınır,  eroziyanın  

qarşısı  alınmaqla  bərabər  məhsuldarlığın  artması  üçün  münbit  şərait  yaranır.  

 

Bu  tədbirlər  sisteminin  tətbiqinin  əsas  üstünlüyü  ondan  ibarətdir  ki, heç  



bir  vəsait  tələb  etmir. Beləliklə, bazar  iqtisadiyyatı  dövründə  heç  bir  maliyyə  

vəsaiti  sərf  etmədən  hər  hansı  tədbiri  həyata  keçirmək  çox  böyük  iqtisadi  

səmərə  verir. Sonrakı  dövrlərdə  ekoloji  şəraiti  yaxşılaşdıraraq  kənd  təsərrüfatı  

dövrüyyəsinə  qaytarılmış  torpaqlardan  istifadə  iqtisadi  səmərəni  ikiqat  artırır. 

 

Alp    və    subalp    qurşağında    torpaqların    eroziyaya    qarşı    dayanıqlığını  



artırmaq,  eroziya    prosesinin    qarşısını    almaq,  torpaq    üzərində    olan    bitki  

örtüyünün  botaniki  tərkibini  yaxşılaşdırmaq, bitki  örtüyünün  sıxlığını  artırmaq, 

topağın   nəmliyini    artırmaq    baxımından   torpağın   dincə   qoyulmasının    böyük  

ekoloji  və  iqtisadi  əhəmiyyəti  vardır[32]. 

 

Naxçıvan  MR-in  dağlıq  zona  torpaqlarının  əsas  hissəsi  yay  otlaqları  və  



biçənəklər    altında    istifadə    olunur.  Mövcud    üsullardan    istifadə    edilməsi  

torpaqların  eroziyadan  mühafizəsini  və  səmərəli  istifadəsini  təmin  etmir. Otlaq  

ə

razilərinin    qeyri-düzgün    istifadəsi    onların    botaniki    tərkibini    pisləşdirməklə  



torpağın    ekoloji    davamlılığını    da    azaldır.  Ona    görə    də    Naxçıvan    MR-in  

dağlıq  zonasında  torpaqların  ekoloji  vəziyyətini  yaxşılaşdırmaq  və  eroziyadan  

mühafizə    etmək    məqsədilə    əraziləri    bir-birindən    fərqləndirməklə    istifadəsi  



73 

 

labüddür.  Hər    bir    ərazinin    xüsusiyyətləri  (bitki    örtüyünün    botaniki    tərkibi, 



sıxlığı, yamacların  dikliyi və s.) nəzərə  alınmaqla  istifadəsi  təmin  edilməlidir. 

Bu  zaman  torpağın  istifadəsi  elə  təşkil  edilməlidir  ki, otlaq  ərazisində  otarılan  

heyvanlar    ondan    səmərəli    və    ekoloji    müvazinətini    pozmadan    istifadə    edə  

bilsin. Belə  ki, davar  üçün  zəngin, müxtəlif  otlu, incə  və  alçaq  boylu  bitki  

örtüyünə    malik    sahələr   daha   səmərəli   olduğu   halda, iri    buynuzlu    mal-qara  

üçün  yüksək  boylu  subalp  bitkiləri  olan  ərazilər  daha  əlverişlidir. Ərazilərin  

düzgün  seçilməsi  həm  heyvanların  lazımi  yemlə  təmin  olunmasını, həm  də  

torpağın  artıq  tapdalanmamasını  təmin  edir. Bu  tədbirlərin  həyata  keçirilməsi  

mövcud  torpaq  ehtiyatlarından  səmərəli  istifadə  etməklə  kənd  təsərrüfatının  

lazımi  yemlə  təmin  olunmasına  kömək  edir.  

 

Naxçıvan    ərazisində    olan    otlaqların    məhdud    sahəyə    malik    və    aşağı  



keyfiyyətli  olduğunu  nəzərə  alaraq  otarma  normasına  riayət  edilməsi  vacibdir. 

Torpaq  eroziyasını  şərtləndirən  antropogen  təsir  formalarından  biri  də  dağlıq  

ə

razilərdə    biçənəklərin    düzgün    seçilməməsidir.  Səthi    meylli,  dik,  cənub    və  



cənub-qərb  ekspozisiyalı  yamacların  biçənək  kimi  istifadəsi  ekoloji  baxımdan  

məqsədə  uyğun  deyil. Bu  yamaclarda  ot  örtüyünün  süni  şəkildə  götürülməsi  

torpağın  eroziyaya  qarşı  davamlılığını  azaldır. Ona  görə  də  biçənəklər  əsasən  

relyefin    hamar,  terrasa    bənzər,  bitki    örtüyü    sıx    və    şimal    ekspozisiyalı  

yamaclarında  olmalıdır. Belə  ki, bitki  örtüyünün  tərkibi  və  keyfiyyəti  nəzərə  

alınaraq  otarma  norması  tətbiq  edilməlidir.  

 

Torpaqların  ekoloji  vəziyyətinin  yaxşılaşdırılmasında  və  eroziyaya  qarşı  



mübarizədə    ərazinin    mexaniki    təmizləməsinin    böyük    əhəmiyyəti    vardır. 

Ə

razinin    dik,  meylli,  girintili-çıxıntılı,  çox    yerdə    daşlı    olması    ilə    əlaqədar  



torpaqdan    istifadə    çətinləşir.  Ona    görə    də    torpağın    səthi    xırda    daşlardan  

təmizlənib, onun  yerinə  çoxillik  yonca, pişikquyruğu, çəmən  topalı  və s. otların  

toxumlarının    səpilməsi    vacibdir.  Beləliklə,  Muxtar    Respublikanın    dağlıq  

zonasında    torpaq-ekoloji,  torpaq-meliorativ    tədbirlərdən    biri    kimi    ərazilərə  

bitki  toxumlarının  səpilməsinin  böyük  əhəmiyyəti  vardır. 



74 

 

 



Torpaq    eroziyasına    qarşı    mübarizə    aparmaq    və    bitki    örtüyünün  

məhsuldarlığını    yüksəltmək    üçün    torpaqların    düzgün    və    səmərəli    istifadəsi  

təşkil    edilməlidir.  Bu    istiqamətdə    əsas    göstərici    eko-meliorativ    tədbirləri  

həyata    keçirərkən    elmi    nailiyyətlərə    əsaslanmaq    lazımdır.  Muxtar  

Respublikanın    dağlıq    zonasındakı    otlaq    əraziləri    Dövlət    Torpaq    və  

Xəritəçəkmə    Komitəsi    tərəfindən    fermerlərə    icarəyə    verilir.  Torpaqların  

icarəyə  verilməsi  zamanı  torpaqların  xüsusiyyətləri, bitki  örtüyünün  botaniki  

tərkibi, ərazinin  relyef  xüsusiyyətləri  nəzərə  alınmalıdır. Icarəyə  vermə  zamanı  

fermerlərin  nəzarəti  altında  tez  yetişən  otlaq  sahəsi  ilə  yanaşı  gec  yetişən  

otlaq      sahəsi    də    olmalıdır.  Belə    ki,    istifadəçilər    onlara    təhkim    olunmuş  

sahələrindən    bitki    örtüyünün    tərkibində    və    vegetasiya    müddətindən    asılı  

olaraq  istifadə  etməklə  ümumilikdə  torpaqların  eroziyadan  mühafizəsinə  nail  

olurlar. Bu  işin  üzərində  dövlət  nəzarəti  olmalıdır. Istifadəçiyə  verilmiş  torpaq 

(  otlaq,  örüş  və  s.  )  heç    bir    ekoloji    pozuntuya    məruz    qalmadan    istifadə  

olunmalı  və  geri  qaytarılmalıdır.  

 

Son  40-45  ildə  bir  sıra  ölkələrin  dağlıq  rayonlarında  xüsusilə  Qərbi  



Avropada, Böyük  Britaniyada, Norveçdə,  sveçdə, Almaniyada   mövcud  torpaq  

ehtiyatlarından    səmərəli    istifadə    məqsədilə    yüksək    məhsuldarlıqlı    otlaqların  

yaradılmasına    başlanılmışdır.  Bu    məqsədlə    ayrılmış    torpaq    sahəsinə    yüksək  

məhsuldarlığa  və  yem  vahidinə  malik  qarışıq  bitki  toxumları  seçilib  səpilir. 

 

Naxçıvan    MR-in    dağlıq    zonasında    torpaqları    deqradasiyaya    uğradan  



eroziya    prosesini    yaradan    antropogen    faktorlardan    biri    də    otlaqlar    altında  

olan    torpaqların    həddən    artıq    yüklənməsidir.  Məlum    olduğu    kimi,  bu  

ə

razilərdə    təbii    yem    bazasına    əsaslanan    köçəri    heyvandarlıq    çox    qədim  



zamanlardan    inkişaf    etmişdir.  Həddən    artıq    və    nizamsız    otarma    dağ  

çəmənlərinin    yararsız    hala    düşməsinə    və    eroziyanın    inkişafına    şərait  

yaradır[11].  

 

Dağlıq    ərazilərdə    eroziyaya    qarşı    mübarizə    tədbirləri    təkcə    həmin  



ə

razilərin    özü    üçün    deyil,  eyni    zamanda    yüksəklik    baxımından    özündən  

aşağıda    yerləşən    zona    torpaqlarının    mühafizəsi    üçün,  habelə    təsərrüfat  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə