66
Naxçıvan MR-in yay otlaqları altında istifadə edilən torpaqların eroziyaya
uğraması nəticəsində 350 min başdan çox mal-qaranın yemlə təmin
olunmasında ciddi problemlər yaranmışdır.
Nəzərə alsaq ki, hal-hazırda torpaqların böyük bir hissəsi özəlləşdirilib
və şəxsi maraqlar xatirinə torpağın qorunması arxa plana keçib, onda bu
məsələnin nə qədər aktual olduğu diqqəti cəlb edir.
Tapdalanmış, bitki örtüyü məhv edilmiş, strukturu pozulmuş torpaq
qatını bərpa etmək, onun əvvəlki səmərəsini qaytarmaq üçün eroziyanın
qarşısını almaq, meliorativ tədbirlər sistemini həyata keçirmək lazımdır. Qeyd
edək ki, bir çox regionlarda bu tip tədbirlərin həyata keçirilməsi nəticəsində
milyonlarla hektar torpaq sahəsi öz əvvəlki vəziyyətinə qaytarılaraq yüksək
səmərə əldə edilmişdir. Torpaqların eroziya uğrama dərəcəsindən və fiziki
coğrafi şəraitdən asılı olaraq tətbiq edilən meliorativ tədbirlər sistemi də
müxtəlif olmalıdır.
Ə
sas acınacaqlı hal ondan ibarətdir ki, Naxçıvan MR-in dağlıq
zonasında torpaqların eroziyaya uğraması çox intensiv gedir.
Eroziya prosesinin inkişafına təkan verən antropogen amil, onun
energetikasını, yəni şiddətliliyini təmin edən isə iqlim və relyefdir. Eroziyanın
qarşısını alan təbii amil bitki örtüyü və torpağın xassəsidir. Eroziyanı
şə
rtləndirən amillər kimi yamacın meylliyi və bitki örtüyünün sıxlığının
öyrənilməsi böyük əhəmiyyətə malikdir.
Eroziyaya qarşı mübarizədə dağlıq və dağətəyi rayonlarda yamacların
meylliyini, torpağın eroziyaya uğrama dərəcəsini, əkiləcək bitkinin torpaq
mühafizəedici xüsusiyyəti nəzərə alınmalıdır.
Bunun üçün torpaqları müxtəlif kateqoriyalara ayırma zərurəti meydana
çıxmışdır.
Eroziyaya uğramış torpaqların ekoloji vəziyyətini yaxşılaşdırmaq, onların
eroziya prosesinin qarşısını almaq və meliorativ tədbirlər sistemini həyata
keçirmək məqsədilə Naxçıvan MR-in dağlıq zonasının torpaqlarını aşağıdakı
kateqoriyalara ayırmaq olar.
67
Torpağın yuyulma dərəcəsini, yamacların meylliyini, bitki örtüyünün
vəziyyətini, otlaq kimi istifadə olunan ərazilərin məhsuldarlığını və bir çox
təbii və antropogen amil və kriteriyaları nəzərə alaraq MR-in dağlıq zona
torpaqları aşağıdakı 4 kateqoriyaya ayrılır.
Birinci kateqoriyaya eroziyaya uğramış və meylliyi 10 dərəcəyə qədər
olan ərazilər daxildir. Qeyd edək ki, bu torpaqların məhsuldarlığı, alp
qurşağında 18 sen/ha-dan çoxdur. Bu torpaqların təbii və ekoloji vəziyyəti
nisbətən əlverişli olduğundan orada geniş meliorasiya tədbirlərinin həyata
keçirilməsi tələb olunmur. Yalnız otarmanın vaxtına və normasına riayət
olunması lazımdır. Bu kateqoriyaya daxil olan torpaqlar ümumi zonanın
7,2%-ni təşkil edir.
Ikinci kateqoriyaya zəif dərəcədə eroziyaya uğramış meylliyi 10-20
0
olan ərazilər daxildir. Bu torpaqların məhsuldarlığı alp qurşağında 10-8,4
sen/ha, subalp qurşağında 18-11,3 sen/ha təşkil edir. Dağlıq zonada bu
torpaqların sahəsi özündən əvvəlki kateqoriyaya nisbətən çoxdur. Bu
torpaqlarda meliorativ tədbirlər sisteminin həyata keçirilməsi tələb olunur. Ot
örtüyü seyrək olan sahələrdə mineral və üzvi gübrələr verməklə, yerli şəraitə
uyğun olan çoxillik ot toxumu səpməli, ərazi daşlardan təmizlənməli, bitki
örtüyünün botaniki tərkibinin yaxşılaşdırılmasına xüsusi fikir verilməlidir.
Burada tikanlı və zəhərli bitkilər daha şirəli, biokütlə ehtiyatı çox olan
növlərlə əvəzlənməlidir. Bu kateqoriyaya daxil olan torpaqlar ümumi zonanın
13,5%-ni təşkil edir.
Üçüncü kateqoriyaya orta dərəcədə eroziyaya uğramış, meylliyi 20-30
0
arası olan ərazilər daxildir. Alp qurşağında bu torpaqların məhsuldarlığı 8,4-
6,5 sen/ha, subalp qurşağında isə 11,3-8,7 sen/ha təşkil edir. Qeyd edək ki, bu
kateqoriyaya daxil olan torpaqlar ümumi zona torpaqlarının 32,4%-ni təşkil
edir. Ekoloji şəraiti yaxşılaşdırmaq üçün bu torpaqlarda kompleks tədbirlər
sistemi tələb olunur. Otarmada dövriyyə sisteminin tətbiq edilməsi, mineral
gübrələrin verilməsi və çoxillik ot səpininin aparılması, ərazinin daşlardan
təmizlənməsi vacibdir. Mövcud su mənbələrindən istifadə etməklə ərazilərin
68
çiləmə üsulu ilə suvarılması və ot örtüyünün qalınlaşdırılması təxirə salınmaz
tədbirlərdəndir.
Dördüncü kateqoriyaya daxil olan torpaqlar şiddətli dərəcədə eroziyaya
məruz qalır. Burada yamacların meylliyi çox sərt olub, 30
0
-dən yuxarıdadır.
Ə
razi torpaqlarında ot örtüyünün məhsuldarlığı alp qurşağında 6,5-1,3
sen/ha, subalp qurşağında 8,7-1,8 sen/ha olmaqla bu torpaqların ümumi
zonanın təqribən yarıya qədərini təşkil edir. Ekoloji vəziyyətin kəskin şəkildə
olması ilə əlaqədar bu torpaqların ümumi zonanın təqribən yarıya qədərini
(46,9%-ni ) təşkil edir. Ekoloji vəziyyətin kəskin şəkildə olması ilə əlaqədar
bu torpaqlar üzərində ciddi tədbirlər sistemi həyata keçirilməlidir. Ot
örtüyünü bərpa etmək üçün otarma prosesini dərhal dayandırmaq, dincə
qoymaq, çoxillik ot səpini aparmaq, ərazini daşlardan təmizləmək və mövcud
su mənbələrindən istifadə etməklə su çiləmə işlərini həyata keçirmək
lazımdır.
Göründüyü kimi torpaqları kateqoriyaya ayırarkən onların eroziyaya
uğrama dərəcəsi, yamacların meylliyi və otlaqların məhsuldarlıqları əsas
meyar kimi qəbul edilmişdir.Naxçıvan Muxtar Respublikasının dağlıq zonası
təbii- ekoloji şəraitə, rekreasiya ehtiyatlarına malikdir. Hazırda dağlıq zonanın
təbii ehtiyatlarının ətraflı öyrənilməsi və onların istehsal dövriyyəsinə cəlb
edilməsi, nəticədə istehsal sahələrinin genişləndirilməsi, onun kompleks inkişaf
etdirilməsi, həmçinin təbiətin mühafizəsi kimi mühüm vəzifələrin həlli tələb
olunur.
Eroziyaya uğramış torpaqların yaxşılaşdırılması üçün görülən önəmli
tədbirlərdən biri də fitomeliorativ tədbirlərdir. Naxçıvan MR-in zonasında
eroziyaya uğramış torpaqları bərpa etmək üçün həyata keçirilən kompleks
tədbirlər sistemində fitomeliorativ tədbirlərin xüsusi yeri var. Eroziya prosesi
nəticəsində orta dərəcədə eroziyaya uğramış ərazilərdə torpaqların
məhsuldarlığı 69%, şiddətli dərəcədə eroziyaya uğramış növlərdə isə torpağın
məhsuldarlığı 93,6% aşağı düşür. Göründüyü kimi eroziya prosesi nəticəsində
Dostları ilə paylaş: |