Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası 2010



Yüklə 267,63 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü267,63 Kb.
#63601


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

 

FOLKLORDA ÖZ ƏKSİNİ TAPMIŞ AĞILARIN FORMALAŞMASINDA  

PARALELİZMLƏRİN MİFOLOJİ FUNKSİYALARI 

 

FƏRƏH CƏLİL  

Bakı Slavyan Universiteti 

ôаrаh.саlil@rambler.ru

 

Folklorda müşahidə olunan paralelizmlərin genezisi ilə bağlı bu günədək elmdə bir sıra 

araşdırmalar  aparılmışdır. Belə ki, R.Laut, C.M.Hopkins, C.F.Deyvis, P.A.Budberq, V.Şteynis, 

A.N.Veselovsi, V.M.Jirmunski, R.Yakobson, Y.M.Meletinski o cümlədən Azərbaycanda K.Ab-

dulla, M.Adilov, A.Hacıyev kimi araşdırmaçılar müxtəlif xalqların folklor yaradıcılığında əks 

olunmuş paralelizmlərlə bağlı ciddi əsərlər işləyib hazırlamışlar. Ağılar ibtidai inanc sis-

temindən qaynaqlanan mərasim aktlarından biri kimi folklorda geniş  şəkildə öz əksini tap-

mışdır. Ağılarda yer alan əsas faktor insanın psixoloji vəziyyətinin təbiətlə  vəhdətdə gö-

türülməsi ilə bağlıdır. Bunun səbəbi isə totemistik və animistik düşüncə ilə əlaqədardır. Elə bu 

səbəbdən də, ağılarda insanın daxili vəziyyəti təbiət hadisəsi ilə müqayisə olunur. Məqalədə bu 

fikrə aydınlıq gətirmək üçün Naxçıvan ərazisində toplanılan ağılar üzərində təhlillər aparılır. 

 

Türk mifoloji təfəkküründə insanın doğumu, yetkinlik yaşına çatması, evliliyi 

və ölümü xüsusi bir status kimi qəbul edilir və bununla bağlı xalq arasında məra-

simlər keçirilirdi. “Kitabi-Dədə Qorqud” dastanından da göründüyü kimi, istər qəhrə-

man doğulduğu zaman, yaxud xüsusi sınaqdan keçdikdən sonra qazandığı adqoyma 

mərasimində obanın dədəsi, xüsusi seçilmiş el ağsaqqalı mərasimə dəvət olunur və o, 

həmin şəxsin şanına dəyərli sözlər deyərək ona xeyir- dua verərdi.  İnsanın həyatdan 

köçməsi də bu mənada xüsusi mərasimlə müşahidə olunardı. Öncəliklə bunu qeyd 

etməliyik ki, türklərdə ölüm anlayışı olmadığı üçün bu faktor, yəni həyatdan köçmə, o 

biri dünyaya yolasalma ilə bağlı  keçirilən mərasimlər ağılarla müşahidə edilər, bunun 

üçün də məclisə xüsusi ağıçılar dəvət olunardılar.     

Beləliklə də, folklor yaradıcılığının növlərindən olan ağıların əsas funksiyası 

yasla bağlı icra olunan mərasimlər üçün nəzərdə tutulardı. Ağıların mətninə  nəzər 

saldıqda, demək olar ki, hər bir ağının məzmunu təbiətin əhval-ruhiyyəsi ilə insanın 

daxili hisslərinin müqayisəsi üzərində qurulur. Bu isə mifoloji kontekstdə paralelizm-

lərin formalaşmasına gətirib çıxarır. Yəni insanın psixoloji vəziyyəti təbiətin  əhval-

ruhiyyəsi ilə uyğunlaşdırılır. Bu isə folklorda paralelizmlərin yaranmasına səbəb olur.  

Folklor yaradıcılığında öz əksini tapmış paralelizmlərin tədqiqi ilə bağlı 

XVIII  əsrin sonlarından bu günə  qədər bir çox dünya alimləri ciddi elmi fikirlər 

söyləmişlər. Bu tədqiqatçılardan R.Laut, C.M.Hopkins, C.F.Deyvis, P.A.Budberq, 

V.Şteynis, A.N.Veselovski, V.M.Jirmunski, R.Yakobson, Y.M.Meletinski, o cüm-

lədən Azərbaycanda K.Abdulla, M.Adilov, A.Hacıyev kimi araşdırmaçılar müxtəlif 

xalqların folklor yaradıcılığında  əks olunmuş paralelizmlərlə bağlı ciddi əsərlər 

 67



işləyib hazırlamışlar. Adlarını çəkdiyimiz bu alimlərdən bəziləri paralelizmləri mifo-

loji konteksdən təhlil etməyə çalışmış, digərləri isə folklor yaradıcılığındakı 

paralelizmləri leksik-qrammatik, eləcə də poetik-sintaktik cəhətdən təhlil etmişlər.  

Öncə paralelizmlərin ilkin yaranma səbəblərinə nəzər salaq: Y.M. Meletinski 

paralelizmlərlə bağlı fikrini belə ifadə edirdi: “Paralelizm epik yaradıcılığın qədim 

ifadə tərzidir”(6, 41).   

Paralelizmlərin folklor yaradıcılığında belə geniş yayılmasının qədim dövr 

üçün öz sosial-psixoloji səbəbləri var idi. İnsanın dünyanı dərki, onun təbiətə münasi-

bəti, animistik, totemistik düşüncə tərzi zamanla şifahi yaradıcılıqda  paralellərin for-

malaşmasına gətirib çıxarırdı. Bu mənada istər türk, istərsə də digər qədim xalqların  

folklorunda istənilən qədər paralelizmlərlə rastlaşmaq mümkündür.   

Böyük rus folklorşünası A.N.Veselovski paralelizmlərin yaranma səbəbini 

aşağıdakı şəkildə sinifləşdirirdi: 

“Paralelizmlərin tərkibində köçürülmələrin toplanılması aşağıdakılardan ibarətdir: 

1)

 

həyatın, hərəkətin  əsas nişanəsindən  əmələ  gələn uyğun  əlamətlərin kompleksi 



və xarakterindən;  

2)

 



bu  əlamətlərin bizim həyat qavramımıza müvafiq olan iradə  və  hərəkəti ifadə 

etməsindən; 

3)

 

digər obyektlərlə əlaqənin yaratmış olduğu bunun kimi paralelizm oyunu olma-



sından; 

4)

 



hadisənin həyati dolğunluğundan və  dəyərlərindən, yaxud obyektin insana mü-

nasibətindən ibarətdir” (3, 102). 

İnsanın təbiətlə müqayisəsini A.N.Veselovski ikiüzvlü paralelizm adlandırırdı.  

O, bu haqda yazırdı: “Bunun ümumi halı belədir: təbiətin şəkli, onun yanında isə buna 

(təbiət hadisəsinə) bənzər insan həyatı; obyektiv məzmunun fərqliliyində onlar bir-

birini təkrarlayırlar, onlar arasında uyğunluq yaranır və aydın olur ki, onlar arasında 

ümumilik var”(3, 104). 

Paralelizmin üzvlərindən birinin cizgiləri, hər hansı ikinci üzvün cizgisinin 

məzmununa müvafiq olaraq məntiqi  şəkildə ortaya çıxır. Bu hal paralelizmin üzv-

lərindən birinin təhrif olunması hadisəsi deyil, sadəcə bilərəkdən susmaqdır. Beləliklə 

də, subyektin daxili vəziyyəti obyektlə yanaşı işlənilir. Paralelizmin birinci hissəsində 

yalnız təbiət hadisəsi təsvir olunur. İkinci hissədə isə  təbiətlə yanaşı  işlənilməklə 

insanın daxili vəziyyəti açılır. Buradan isə digər nəticə ortaya çıxır. Paralelizmlərdən 

birinci üzv susarkən ikinci üzvün “obrazında və yaxud anlayışında formal məntiqi 

inkişaf ifadə olunur” (13, 118). 

Buna misal olaraq Naxçıvan bölgəsində toplamış olduğumuz ağılardan birinə  

diqqət yetirək: 

Qardaşlar, ay qardaşlar, 

Qar kəsər yağış başlar, 

Tabutum əyri gedər, 

Yapışmasa qardaşlar. 

 

Burada biz kədərin havanın korlanması, qar və yağışla müşayiət olunması 



hadisəsini ölən  şəxsin vəziyyəti ilə müqayisəsini görürük və ikiüzvlü paralelizmlə 

qarşılaşırıq. Yəni yalnız bir obyektdən istifadə olunur və biz eyni zamanda psixoloji 

paralelizmin şahidi də oluruq. Psixoloji paralelizmlərdə  iki motiv qarşılaşdırılır, biri 

digərindən xəbər verir, onlar bir-birini izah edir, üstünlük insan məzmunu ilə 

 68



yüklənmiş hissənin üzərinə düşür. 

Paralellərdə rastlaşdığımız  əsas cəhətlərdən biri də müqayisə üçün seçilən  

obyektin (təbiət nümunəsinin) hər bir xalqın  şifahi yaradıcılığındakı davamlılığı ilə 

bağlıdır.  

A.N.Veseleovski yazırdı: “Paralelin tam sabitliyi (davamlılığı) yalnız bu hallar-

da əldə edilir. 

1.

 

Nə zaman ki, hərəkətin kateqoriyasının əsas uyğunluğuna görə nisbətən daha 



aydın olan, ona tərəfdar çıxan,  yaxud onu rədd edən uyğun cizgilər seçilir. 

2.

 



Nə zaman ki, paralel bəyənilir, adiləşərək kulta yaxud adətlərə daxil olur, bu 

zaman o müəyyənləşir  və uzun müddətə (folklorda) möhkəmlənir. Bu zaman 

paralel simvola çevrilir, müstəqil şəkildə mövcud olur və digər uyğunluqlarda 

ümumi isim kimi çıxış edir (3,  116).  

Türk folklorunda insanın daxili vəziyyəti əsasən güllə, ağacla, dağla və su ilə 

müqayisə olunur. Bu isə animistik və totemistik düşüncənin nəticəsidir.  Əsasən qa-

dının gülə, meyvəyə,  ağaca bənzədilməsi türk folkloru üçün də ənənəvi haldır. 

Asif Hacılının “Bayatı poetikası” əsərinin “Praqmatika” bölümündə Gürcüstan 

türkləri arasında qeydə aldığı bir bayatıya nəzər salaq: 

Anam bəni ağlasın, 

Boxçamı tərs bağlasın, 

Yaz gəldi, bən gəlmədim,  

Çiçək görsün ağlasın.

 

Asif Hacılı bu bayatının məzmunundakı türk xalqı üçün kononik ideyalardan 



olan ölümsüzlük ideyasını  təhlil edərkən yazırdı: “İnsan və  hər yaz açan çiçəklər 

arasında paralelizm (çiçək görsün ağlasın-məni  əvəz edən, xatırladan çiçəklər) va-

sitəsi ilə ölüm, ayrılıq, əcəl  inkar olunur (2, 118). 

Yaxud Naxçıvan bölgəsində qeydə alınan ağılardan birində deyilir: 

Bağçada barı qaldı, 

Yemədi barı qaldı, 

Dünyadan cavan getdi, 

Yetim balası qaldı. 

Burada da biz həyatdan erkən köçən qadının ağaca bənzədilməsi hadisəsini gö-

rürük. Ağacın barı, yəni meyvəsi onun kiçik körpəsi kimi dəyərləndirilir. Türk folk-

lorunda istənilən qədər qadının ağacla müqayisəsi motivinə rast gəlmək mümkündür. 

Daha iki ağıda isə insanın dağa müraciətinin şahidi oluruq 

Bu dağlar ulu dağlar, 

Ağladı ulu dağlar, 

Mən bir qardaş itirdim, 

Dərdimə aləm ağlar 

 

Yaxud:  


Bu dağlar uca dağlar

Başını duman bağlar, 

Mən anamı itirdim 

Halımı görən ağlar 

Burada isə biz insanın dağa bənzədilməsinin  şahidi oluruq. Təbii ki, bir çox 

xalqlarla yanaşı türk dastanlarında öz əksini tapmış paralelizmlər də XX əsrin təd-

qiqat obyektlərindən biri olmuşdu. Məşhur rus alimi V.M.Jirmunski, türk xalqlarının 

 69



şifahi xalq yaradıcılığında öz əksini tapmış paralelizmləri tədqiq edərkən qeyd edirdi 

ki, müxtəlif türk xalqlarının  şifahi yaradıcılığındakı paralelizmlər ciddi qanunauy-

ğunluqlara tabedir. V.M.Jirmunski eyni zamanda qeyd edirdi ki, bu və ya digər türk 

xalqlarının mədəni modelləri, eposları da daxil olmaqla nə qədər qədimdirsə, o qədər  

paralelizmin əsasları daha aydın ifadə olunur (4, 104).   

Bu fikrə istinad etsək, belə bir nəticəyə  gəlmiş olarıq ki, türk xalqının digər 

folklor nümunələri kimi ağıları da olduqca qədim dövrə məxsusdur. Bu isə bir daha 

millətin qədimliyini sübut edir.  

İbtidai inanc sistemindən qaynaqlanan bu hal, təbii ki, zamanla dastan yara-

dıcılığına da öz təsirini göstərmişdi.

    

 

 

 

 

 

 

 

ƏDƏBİYYAT 

1. Abdullayev K. Sirr içində dastan, yaxud gizli Dədə Qorqud-2. Bakı: Elm, 1999, 152 s.  

2. Hacılı A. Bayatı poetikası, Bakı: Elm, 2000, 164 s.  

3. Веселовский А.Н. Историческая поэтика. М.: Высшая школа, 1989, 406 с. 

4. Жирмунский В.М. Сравнительно-историческое изучение фольклора // Сравнительное 

литературоведение. Восток и Запад. Л.: Наука, 1979, с.185-191. 

5.  Жирмунский  В.М.  Ритмико-синтаксический  параллелизм  как  основа  древнетюрк-

ского народного эпического стиха // Вопросы языкознания, №4, 1964, с. 3-24. 

6. Мелетинский Е.М. Эдда и ранние формы эпоса. М.: Наука, 1968, 368 с. 

7. Maaday–Kara destanı. Top. S. Bekki. Ankara: Manas yayıncılıq, 2007, 457 s.  



 

МИФОЛОГИЧЕСКИЕ ФУНКЦИИ ПАРАЛЛЕЛИЗМОВ В ЗАРОЖДЕНИИ 

ПЛАЧА И ЕГО ОТРАЖЕНИЕ В УСТНОМ ТВОРЧЕСТВЕ 

 

Ф.Д.ДЖАЛИЛ 

 

РЕЗЮМЕ 

 

Плач, как один из видов  в устном творчестве, связан с ритуалами,  созданным в 

первобытных  обществах.  В  плаче  отражается  психологическое  состояние  человека,  

которое сопровождается с природными явлениями. Такое отражение связано анимисти-

ческими и тотемистическими мировоззрениями первобытных обществ.   

 

 



 

 

 



 

 

 



 

                          

MYTHOLOGICAL FUNCTIONS OF PARALLELISM IN THE ORIGIN  

OF CRYING AND ITS REFLECTION IN THE FOLKLORE 

 

 F.J.JALIL 

 

SUMMARY 

 

Crying, as one of the kinds of oral creativity is connected with the rituals created in 



primitive societies. Crying reflects the person’s psychological state which is accompanied by 

the natural phenomena. Such reflection is connected with animistic and totemic outlooks of 

primitive societies.   

 

 



 70

Yüklə 267,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə