Microsoft Word S. C. Salayeva, Avtoreferat doc


Nəşrlər: Dissertasiya işinə aid 22 elmi əsər nəşr olunmuşdur



Yüklə 487,86 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix07.07.2018
ölçüsü487,86 Kb.
#53596
1   2   3   4   5   6   7

 

7

Nəşrlər: Dissertasiya işinə aid 22 elmi əsər nəşr olunmuşdur.   



Dissertasiyanın quruluşu və həcmi: Dissertasiya işi ümumi həcmi 185 

səhifə olmaqla, giriş, 5 fəsil, yekun, nəticələr, tövsiyələr, istifadə edilmiş 

ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Dissertasiya işində 33 cədvəl 

və 31 şəkildən istifadə olunmuş, 212 ədəbiyyat mənbəyinə istinad 

edilmişdir. 

 

2. TƏDQİQATIN MATERİALI VƏ METODİKASI 



 

  Tədqiqat obyekti kimi Abşeron yarımadasına,  Şabran, Quba və 

Nabran bölgələrinə  məxsus,  Vitis vinifera  növünə aid 65 yerli üzüm 

nümunəsindən (31 mədəni və 34 yabanı) istifadə olunmuşdur. Bu üzüm 

genotipləri AMEA Genetik Ehtiyatlar İnstitutunun və Az. ET 

Üzümçülük və  Şərabçılıq  İnstitutunun  üzüm kolleksiyalarına aiddirlər. 

Üzüm nümunələrinin biomorfoloji-kəmiyyət  əlamətləri beynəlxalq 

deskriptorlar [1983] əsasında tədqiq edilmiş, korrelyasiya, “path”, 

“principle component” (əsas komponent) və klaster kimi çoxölçülü 

statistik proqramlar əsasında analiz olunmuşdur. Üzüm nümunələrinin 

nüvələrindəki genetik müxtəlifliyi 27 RAPD (Random Amplified 

Polymorphic DNA - təsadüfi amplifikasiya olunmuş polimorf DNT) və 

15 SSR (Simple Sequence Repeats - sadə ardıcıllığın təkrarları) 

praymeri, xloroplastlarındakı genetik müxtəlifliyi isə 3 ccmp (consensus 

chloroplast microsatellite primers - konsensus xloroplast mikrosatellit 

praymerləri) ilə  tədqiq etmək  üçün total DNT S.Decroocq tərəfindən 

modifikasiya edilmiş Doyle və Doyle-nin [1990] CTAB protokolu 

əsasında  üzüm qələmlərinin yaşıl toxumalarından ekstraksiya edilmiş, 

spektrofotometrdə miqdarı  təyin olunmuş, 1.5%-li aqaroza gellərində 

elektroforez edilməklə təmizlik dərəcəsi yoxlanılmış, müvafiq qatılıqda 

durulaşdırılmış və PZR (polimeraza zəncirvari reaksiyası) aparılmışdır.  

RAPD praymerləri ilə  əldə olunmuş PZR məhsulları 2%-li aqaroza 

gellərində, SSR praymerləri və ccmp-lərlə  əldə olunmuş PZR 

məhsulları isə 6%-li poliakrilamid gellərində elektroforetik analiz 

edilmişlər.

 

Molekulyar-genetik analizlər Fransada INRA-nın (Institut 



National de la Recherche Aqronomique) Üzüm və  Şərab Elmləri 

İnstitutunun “Üzümün ekofiziologiyası  və funksional genomu” 

laboratoriyasında yerinə yetirilmişdir. Analizlərdə MSTATC, 

POPGENE, SPSS, STAT GRAPH, NTSYS, PhotoCapt, GENETIX, 

Arlequin və GIMP kompyuter proqramlarından istifadə olunmuşdur.   

 

 




 

8

3. Genetik müxtəlifliyin biomorfoloji-kəmiyyət əlamətləri əsasında 



çoxölçülü statistik metodlarla tədqiqi 

 

Azərbaycanın Abşeron yarımadasına məxsus 30 mədəni,  Şabran, 

Quba və Nabran bölgələrinə  məxsus 30 yabanı  üzüm nümunəsinin 

genetik müxtəlifliyini ampeloqrafik xüsusiyyətləri  əsasında tədqiq 

etmək məqsədi ilə, uyğun olaraq, 23 və 22 kəmiyyət  əlaməti  üzərində 

çoxölçülü statistik təhlil aparılmışdır. Həm mədəni və  həm də yabanı 

üzüm nümunələrində  tədqiq olunan əlamətlər  üzrə variasiya əmsalının 

qiymətləndirilməsi  əlamətlərin  əksəriyyətində genetik müxtəlifliyin 

mövcudluğunu göstərmişdir. Mədəni  üzüm nümunələrində bir kolun 

məhsuldarlığı (41.82%), salxımın kütləsi (37.57%), bir zoğun 

məhsuldarlığı (33.57%), salxımda gilələrin sayı (27.86%) və toxumun 

sayı (27.58%) əlamətləri üzrə variasiya əmsalı böyük qiymətlər almaqla, 

sadalanan  əlamətlərin genetik müxtəlifliyinin yüksək olduğunu 

göstərmişdir. Mədəni  üzüm nümunələrində  tədqiq olunan kəmiyyət 

əlamətlərinə “path” analizinin tətbiqi 

nəticəsində bir zoğun məhsuldarlığı, 

bir koldakı salxımların sayı  və 

salxımın uzunluğu 

əlamətlərinin 

məhsuldarlığa bilavasitə, müsbət 

təsirlərinin yüksək olduğu (uyğun 

olaraq, 0.226, 0.81, 0.36) və onların 

mədəni 

üzüm nümunələrində 



məhsuldarlığın elementləri olmaları 

aşkar edildi.

 

  

Klaster analizi nəticəsində 23 



kəmiyyət  əlaməti  əsasında Abşerona 

məxsus mədəni  üzüm nümunələri 

arasındakı Evklid genetik məsafəsi 

təyin edilmiş, genotiplər 3 qrupa 

ayrılmış, Gavangir, Hacı Abbas, 

gecyetişən Sarıgilə  və Ala şanı kimi 

yüksək məhsuldar sortlar eyni qrupda 

qruplaşmışlar (Şək. 3.1). “Principle 

component” analizi məhsuldarlığın 

artmasına səbəb olacaq müvafiq 

genotipləri və əlamətləri təyin edərək, klaster analizinin müəyyən etdiyi 

Gavangir, Hacı Abbas, gecyetişən Sarıgilə  və Ala şanı sortlarını bir 

daha yüksək məhsuldar sortlar kimi qiymətləndirmişdir.  



 

9

4. Üzüm nümunələrinin genetik müxtəlifliyinin molekulyar-genetik 



markerlər əsasında tədqiqi 

 

4.1.Genetik müxtəlifliyin RAPD markerləri əsasında qiymətləndirilməsi 

 

 

27 RAPD praymerinin tətbiqi nəticəsində 65 üzüm genotipində 522 



DNT fraqmenti amplifikasiya olunmuş, onlardan 464-ü 250-3000 n.c. 

ölçüsündə olmaqla, aqaroza gelində daha aydın təzahür etmiş və yüksək 

təkrarlanma qabiliyyətinə malik olmaqla, statistik analizlərə daxil 

edilmişdir. Bu DNT parçalarının 157-si (33.84%) bütün nümunələrdə 

müşahidə olunmuş, 307-si (66.16%) isə polimorfluğu ilə seçilmişdir 

(Cədvəl 4.1).  

Cədvəl 4.1 

İstifadə olunmuş bəzi RAPD praymerləri ilə aşkar edilmiş 

polimorfizmlər 

Praymerlər 

Zolaqların 

sayı 

Analiz 

edilmiş 

zolaqlar 

Polimorf 

zolaqlar 

Polimorfluğun 

faizi 

Genetik 

müxtəliflik 

indeksi 

PHA-02 

18 17 12 70.59 0.852 

OPA-1 

10 8  5 62.5 0.615 

OPA-17 

18 14 13 92.85 0.909 

OPO-02 

19 18 10 55.55 0.889 

OPO-03 

24 21 12 57.14 0.884 

OPO-04 

28 20 13 65.00 0.866 

OPC-16 

24 24 18 75.00 0.927 

OPF-18 

17 17 16 94.12 0.914 

V-20 

12 12  9 75.00 0.624 

P-166 24 

24 

17 

70.83 

0.885 

Total 

522 464 307 --------- ----- 



Orta qiymət 

19.33 17.18 11.37  67.12  79.03 

 

Polimorf DNT fraqmentlərinin yüksək sayı OPC-16, P-166 və OPF-



18 praymerləri vasitəsilə, uyğun olaraq, 18, 17 və 16 zolaq olmaqla, ən 

az sayı isə OPA-1 praymerinin tətbiqi ilə  aşkar edilmişdir. Genetik 

müxtəliflik indeksinin 0.927, 0.914 və 0.909-a bərabər  ən yüksək 

qiymətləri, uyğun olaraq, OPC-16, OPF-18 və OPA-17 

praymerlərindən istifadə  nəticəsində  əldə olunduğundan, onlar üzüm 

nümunələrini bir-birlərindən dəqiqliklə  fərqləndirən praymerlər kimi 

qiymətləndirilmişlər və genetik müxtəlifliyi izah edəcək digər 

tədqiqatlarda istifadə edilmələri üçün tövsiyə olunurlar. Ən zəif genetik 

müxtəliflik isə OPA-1 (GM=0.615) və V-20 (GM=0.624) praymerləri 

vasitəsilə aşkar olunmuşdur. 

  OPF-18 praymerinin tətbiqi ilə amplifikasiya olunmuş 2300 n.c. 

uzunluğunda olan spesifik DNT fraqmenti ilə resveratrol 

antioksidantının nümunələrdəki yüksək miqdarı arasında “t student 



Yüklə 487,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə