Microsoft Word S. C. Salayeva, Avtoreferat doc



Yüklə 487,86 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix07.07.2018
ölçüsü487,86 Kb.
#53596
1   2   3   4   5   6   7

 

12

müxtəlifliyinin təyinində  münasib SSR praymerləri kimi istifadə  üçün 



tövsiyə olunurlar.  

Azərbaycanın yabanı  və  mədəni  üzüm nümunələrinin nüvə 

mikrosatellit lokusları  əsasında genetik oxşarlığını  müəyyən etmək və 

onların qohumluq əlaqələri haqqında təsəvvürləri formalaşdırmaq 

məqsədilə SPSS proqram paketi əsasında,

 

UPGMA metodundan 



istifadə etməklə klaster analizi aparılmış və dendroqram qurulmuşdur. 

Dendroqramda mədəni və yabanı  üzüm nümunələri 9 qrupda 

qruplaşmışlar. Dendroqramın təhlili və Cakkard genetik oxşarlıq 

indeksinin təyini nəticəsində məlum olmuşdur ki, təsadüfi yolla seçilmiş 

Azərbaycanın Xəzəryanı  bölgələrinə  məxsus mədəni və yabanı  üzüm 

genotiplərinin nüvə mikrosatellit lokuslarına görə genetik müxtəlifliyi 

nümunələrin coğrafi yayılmasına uyğundur. 

Hər bir populyasiya daxilində hesablanmış allellərin sayı, effektiv 

allellərin sayı, gözlənilən heteroziqotluğun orta qiymətləri  ən yüksək 

genetik müxtəlifliyin 17 genotipdən ibarət  Şabran zonasına məxsus 

yabanı  üzüm populyasiyasında, daha sonra isə 31 nümunədən ibarət 

Abşeron yarımadasına məxsus mədəni  üzüm populyasiyasında 

mövcudluğunu göstərmişdir. Belə bir vəziyyət seleksiya zamanı 

nümunələrə  göstərilmiş,  “butulka boğazı” və    “əsasçı”nın effektlərini 

xatırladan seçmə təzyiqi ilə izah oluna bilər. 

Molekulyar müxtəlifliyin statistik analiz (AMOVA) üsulu vasitəsilə 

4 populyasiya arasında təyin olunmuş  müxtəlifliyin etibarlılığı  təsdiq 

edilmiş,  ən yüksək genetik fərqlənmənin yabanı  və  mədəni  üzüm 

populyasiyalarının nümunələri (43.2%), bir qədər az isə Nabran, Quba 

və  Şabran zonalarına məxsus  üç yabanı populyasiyanın nümunələri 

arasında (38.2%) olduğu müəyyənləşdirilmişdir (Cədvəl 4.3). 

 

Cədvəl 4.3 



15 nüvə SSR lokusu əsasında molekulyar müxtəlifliyin analizi 

Dəyişkənlik mənbəyi Sərbəstlik 

dərəcəsi 

Müxtəlifliyin 

komponentləri 

Müxtəliflik 

(%-lə) 

P (ehtimallılıq) 



Populyasiyalar arasında 

61 2.18  18.6 



< 0.00 

Yabanı populyasiyalar 

arasında  

2 4.49 38.2 



< 0.00 

Yabanı və mədəni 

populyasiyalar arasında 

1 5.08 43.2 



< 0.00 

Ümumi 


64 11.75 

 

 



 

Şək. 4.2-də əks olunmuş dendroqramda Nabran zonasına aid üzüm 

nümunələri digər bölgələrin 

üzüm nümunələrindən uzaqda 




 

13

lokallaşdıqları halda, Quba və  Şabran zonalarına məxsus  üzüm 



nümunələri bir-birilərinə yaxın genetik məsafədə qruplaşmışlar.  

 

4.3. Genetik müxtəlifliyin xloroplast mikrosatellit lokusları əsasında 

tədqiqi 

 

Mədəni və yabanı  üzüm nümunələrinin filogenetik əlaqələrini və 



xloroplast genomu səviyyəsində genetik müxtəlifliyini  öyrənmək 

məqsədilə  tədqiq olunmuş xloroplast mikrosatellit lokuslarından 

ccmp3 və ccmp5-də 2 (uyğun olaraq, 106 n.c., 107 n.c. və 104 n.c., 105 

n.c.), ccmp10-da isə 3 allel müxtəlifliyi (114 n.c., 115 n.c. və 116 n.c.) 

aşkar olunmuşdur. Hər bir lokusda müşahidə olunan allellərin 

ölçülərindəki fərq mononukleotid təkrarında A və ya T qalıqlarının say 

müxtəlifliyi ilə 

əlaqədardır [Arroyo-Garcia et al., 2002].

 

Tədqiqatımızda xloroplast mikrosatellit lokuslarında aşkar olunmuş 



allellərin 4 üzüm populyasiyasında rastgəlmə tezlikləri hesablanmışdır. 

Genotiplərdə tədqiq olunmuş xloroplast mikrosatellit lokuslarının allel 

kombinasiyaları əsasında 6 haplotip müəyyən edilmişdir. Haplotiplərin 

təyini nəticəsində  məlum olmuşdur ki, tədqiqatda istifadə olunmuş 3 

ccmp-dən yalnız 2-si informativdir; belə ki, ccmp3 və ccmp5-in hər biri 

vasitəsilə 2 müxtəlif  ölçülü allel aşkar olunsa da, onların mədəni və 

yabanı üzüm genotiplərində paylanması eyni olmuş və yeni haplotipin 

əmələ  gəlməsində rolu olmamışdır. Lakin üç praymerə  görə  təyin 

olunmuş Nei genetik müxtəliflik indeksinin orta qiymətləri təqribən 

eyni olmuşdur; bu nəticə genetik müxtəlifliyin  öyrənilməsi, filogenetik 

əlaqələrin təyini istiqamətində aparılacaq tədqiqatlarda hər  üç 

praymerin tətbiqini tövsiyə etməyə imkan verir.

 

Xloroplast haplotiplərinin genotiplərdə paylanması populyasiyalar 



daxilindəki müxtəlifliyi ifadə edir; tədqiq olunan populyasiyalar 

sırasında Abşeron yarımadasına məxsus  üzüm nümunələrində 5 

müxtəlif haplotipə (D, C, B, E və F) rast gəlinməsi bu ərazinin ən çox 

haplotip müxtəlifliyinə malik olduğunu göstərir (Cədvəl 4.4). Bu da öz 

növbəsində Abşeronun yerli mədəni üzüm nümunələrinin ana valideyni 



 

14

kimi seçilmiş  müxtəlif bölgələrin yabanı  üzüm nümunələrindən  əmələ 



gəldiyini ehtimal etməyə imkan verir. 

Cədvəl 4.4 

Üzüm populyasiyalarında aşkar olunmuş xloroplast haplotipləri və 

onların rastgəlmə tezlikləri 

Populyasiyalarda haplotiplərin rastgəlmə tezliyi 

 

Z



ona

la



N

ümu




1 (D) 

2 (C) 


3 (B) 

4 (E) 


5 (F) 

6 (A) 


Abşeron  

31 


61.3 (19) 

16.13 (5) 

6.45 (2) 

6.45 (2) 

9.67 (3) 

0 (0) 


Şabran 

17 


11.76 (2) 

0 (0) 


58.82 (10) 

0 (0) 


17.64 (3) 

11.76 (2) 

Nabran 



12.5 (1) 



87.5 (7) 

0 (0) 


0 (0) 

0 (0) 


0 (0) 

Quba 


22.22 (2) 

11.11 (1) 

55.55 (5) 

0 (0) 

11.11 (1) 



0 (0) 

Yabanı üzüm 

populyasiyası 

34 


14.7 (5) 

23.53 (8) 

44.12 (15) 

0 (0) 


11.77 (4) 

5.88 (2) 

Orta qiymət 

 

36.92 (24) 



20.0 (13) 

26.15 (17) 

3.07 (2) 

10.76 (7) 

3.07 (2) 

 

Haplotiplərin təyini və 



onlarla  üzüm nümunələrinin 

coğrafi mənşəyi arasındakı 

asılılıqların araşdırılması 

nəticəsində  məlum olmuşdur 

ki, D  haplotipi tədqiq olunan 

4  üzüm populyasiyasının hər 

birində  mövcuddur (Cədvəl 

4.4) və allellərinin nukleotid 

sayına görə (107 n.c., 104 n.c., 

115 n.c.) digər haplotiplərdən 

ən az fərqlənən haplotipdir 

(Şək. 4.3). Bu fakta 

əsaslanaraq, cari haplotipin 

Azərbaycanın Xəzəryanı  bölgələrinin  üzüm nümunələrində  aşkar 

olunmuş digər 5 haplotip üçün mənşə olması ehtimal edilir. D 

haplotipinin tezliyinin məhz mədəni üzüm nümunələrdə yüksək olması 

(19 mədəni üzüm nümunəsində aşkar olunmuşdur) bu haplotipin üzüm 

nümunələrinin mədəniləşdirilmə prosesində  müəyyən rol oynadığını 

göstərir.

 

 




Yüklə 487,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə