Microsoft Word S. C. Salayeva, Avtoreferat doc



Yüklə 487,86 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix07.07.2018
ölçüsü487,86 Kb.
#53596
1   2   3   4   5   6   7

 

15

Üzüm nümunələrinin xloroplast mikrosatellit lokuslarının allel 



müxtəlifliyinin klaster analizi nəticəsində Cakkard genetik oxşarlıq 

indeksinin 10-a bərabər məsafəsində genotiplər, onlarda aşkar olunmuş 

haplotip müxtəlifliyinə uyğun olaraq, 6 qrupda qruplaşmışlar. Klaster 

analizi  əsasında qurulmuş dendroqram genotiplərin xloroplast DNT-

nin mikrosatellit lokusları  əsasında təyin olunmuş genetik 

müxtəlifliyinin onların coğrafi paylanmasına uyğun olmadığını göstərir.  

Xloroplast mikrosatellit lokuslarının allel tezlikləri əsasında 4 üzüm 

populyasiyası arasındakı Nei genetik məsafəsinin təyini nəticəsində 

məlum olmuşdur ki, Quba və  Şabran nümunələri Nei genetik məsafə 

indeksinin 0.07-ə 

bərabər qiymətində bir-birlərinə digər 

populyasiyaların nümunələrindən daha yaxındırlar. Abşeronun  üzüm 

nümunələri Quba və  Şabran nümunələrindən bir qədər uzaqda 

yerləşərək, Nei genetik məsafəsinin 0.316-a bərabər qiymətində 

onlardan ayrılmış, Nabran zonasına məxsus üzüm nümunələri ilə digər 

populyasiyalar arasındakı genetik məsafə isə 0.848-ə bərabər olmuşdur.  

 

5. Azərbaycanın mədəni və yabanı üzüm nümunələrinin genetik 

müxtəlifliyinin müqayisəli öyrənilməsi və genotiplərin identifikasiyası 

 

RAPD və xloroplast mikrosatellit markerləri  əsasında tərtib 



olunmuş dendroqramlarda əksər klasterlərin həm mədəni, həm də 

yabanı üzüm nümunələrindən ibarət olması tədqiq olunan mədəni üzüm 

nümunələrinin  əksəriyyətinin genetik cəhətdən yabanı  nümunələrə 

oxşarlığını ifadə edir. Bu nəticə  mədəni  üzüm nümunələrinin onlara 

genetik yaxın olan yabanı  üzüm nümunələrindən mənşə alması fikrini 

irəli sürməyə imkan verir. Başqa sözlə desək, RAPD və xloroplast 

mikrosatellit praymerləri vasitəsilə  mədəni və yabanı  üzüm 

nümunələrinin identifikasiyası paleontoloji dəlilləri, həmçinin bir sıra 

tarixi qaynaqlarda üzümün mədəniləşdirilməsinə dair verilmiş 

məlumatları  təsdiqləyərək, Azərbaycanın  şimal-şərqini  əhatə edən 

Xəzəryanı  bölgələrin  üzüm bitkisinin mədəniləşdirmə  mərkəzlərindən 

biri olduğunu göstərir.  Öyrənilmiş regionun üzüm bitkisinin 

müxtəlifliyinin mərkəzi olmasını sübut edən bu nəticə biotik və abiotik 

amillərə davamlı genlərin əldə olunmasında cari zonanın yabanı üzüm 

nümunələrinin əhəmiyyətliliyindən xəbər verir.  

RAPD və xloroplast mikrosatellit praymerlərinin verdiyi 

informasiyadan fərqli olaraq, nüvə mikrosatellit lokuslarına görə 

yabanı və mədəni üzüm nümunələri arasında genetik oxşarlıq müəyyən 

edilməmişdir ki, bu da minilliklər  ərzində  təbii mühit  şəraiti fonunda 



 

16

ətraf mühit amillərinin nüvə genomuna, xüsusilə mikrosatellit lokuslara 



göstərdikləri müntəzəm təsirin nəticəsi kimi izah oluna bilər. 

Tədqiqat obyekti kimi seçilmiş üzüm nümunələrinin RAPD, nüvə və 

xloroplast mikrosatellit markerlərinin klaster analizi əsasında  əldə 

olunmuş dendroqramların və bu dendroqramların qurulmasında  özül 

rolunu oynayan Cakkard genetik oxşarlıq indeksinin qiymətlərinin 

müqayisəli təhlili nümunələrin identifikasiyasına xidmət etməklə 

yanaşı, genetik yaxın və ya uzaq olan genotiplərin mənşəyi haqqında 

təsəvvürün formalaşmasında, nümunələrin sinonim və omonimliyinin 

təyinində də əhəmiyyətli olmuşdur. Üzüm kolleksiyasında “Ortayetişən 

Sarıgilə” və “Gecyetişən Sarıgilə” adları ilə saxlanılan iki sortun eyni 

RAPD, nüvə  və xloroplast mikrosatellit markerlərinə malik olması 

onların sinonim nümunələr, yaxud da eyni bir sortun klon formaları 

olduğunu göstərir. Tezyetişən Sarıgilə sortu isə RAPD markerlərinə və 

nüvə mikrosatellit lokuslarının allel müxtəlifliyinə  görə bu iki sortdan 

cüzi fərqlənsə  də, onlar kimi D haplotipinə malik olmuşdur; bu isə 

Sarıgilə sortlarının eyni ana bitkinin nəsilləri olduqlarını sübut edir. Ağ 

şanının 4 variasiyasının (xırda-oval giləli, iri giləli, uzunsov giləli və 

klon forma) RAPD və nüvə mikrosatellit markerlərinin müqayisəsi bu 

sortların bir-birindən genotipcə kəskin fərqləndiyini, onların xloroplast 

mikrosatellit lokuslarının analizi isə  xırda-oval giləli və uzunsov giləli 

Ağ şanı sortlarının D haplotipinə malik olmaqla eyni, iri giləli Ağ şanı 

və klon formanın isə uyğun olaraq, B və F haplotiplərinə malik 

olmaqla müxtəlif ana bitkilərdən əmələ gəldiyini göstərdi.   

  

NƏTİCƏLƏR 



 

1.

 



Biomorfoloji-kəmiyyət  əlamətlərinin “principle component” və 

klaster analizləri Gavangir, Hacı Abbas, gecyetişən Sarıgilə  və Ala 

şanı sortlarının Azərbaycanın Abşeron yarımadasına məxsus 30 

mədəni  üzüm nümunəsi içərisində  ən məhsuldar sortlar olduğunu 

göstərir. “Path” analizi vasitəsilə  müəyyən edilmişdir ki, mədəni 

üzüm nümunələrində bir koldakı salxımların sayı, salxımın uzunluğu 

və bir zoğun məhsuldarlığı, yabanı  üzüm genotiplərində isə bir 

zoğun məhsuldarlığı, həmçinin yüz gilənin kütləsi, yarpağın eni, 

gilələrin eni, gilələrin uzunluğu və məhsuldar zoğların sayı əlamətləri 

məhsuldarlığın əsas elementləridir. 

2.

 

Mədəni və yabanı  üzüm nümunələrinin nüvə genomu səviyyəsində 



yüksək genetik müxtəliflik OPC-16, OPF-18 və OPA-17 RAPD 

praymerlərindən istifadə  nəticəsində  aşkar olunmuşdur. RAPD 




 

17

praymerləri ilə amplifikasiya olunmuş DNT fraqmentlərinin klaster 



analizi nəticəsində Cakkard genetik oxşarlıq indeksinin 0.508-ə 

bərabər qiymətində bütün nümunələr 9 qrupda birləşdirilmişlər.  

3.

 

OPF-18 RAPD praymeri vasitəsilə amplifikasiya olunmuş 2300 n.c. 



uzunluqlu spesifik DNT fraqmenti ilə resveratrol antioksidantının 

yüksək miqdarı arasında statistik cəhətdən önəmli asılılıq vardır. 

4.

 

RAPD markerlərinə  görə hesablanmış Nei genetik müxtəliflik 



indeksinə  əsasən genetik müxtəliflik Abşeron yarımadasındakı 

mədəni  üzüm populyasiyasında yüksək (0.852), Nabran və Quba  

bölgələrindəki yabanı  üzüm populyasiyalarında nisbətən zəif 

(müvafiq olaraq, 0.824 və 0.793), Şabran zonasında isə  daha 

aşağıdır (0.765). 

5.

 



Nüvə mikrosatellit praymerlərindən istifadə  nəticəsində VVMD28, 

VVMD36 və VVS2 lokuslarının genetik müxtəlifliyinin yüksək 

olduğu aşkar edilmişdir; nüvə mikrosatellit lokusları  üzrə allellərin 

sayı, effektiv allellərin sayı, müşahidə olunan və  gözlənilən 

heteroziqotluğun səviyyəsinə  görə  ən yüksək genetik müxtəliflik 

Şabran zonasının üzüm populyasiyasındadır.    

6.

 

Nüvə mikrosatellit lokuslarındakı allel müxtəlifliklərinin klaster 



analizi nəticəsində 65 üzüm nümunəsi 9 qrupa ayrılmışdır;  bu 

klasterləşmə,  mədəni və yabanı  üzüm nümunələrinin coğrafi 

müxtəlifliyi ilə əsasən (yalnız 3 nümunə istisna olmaqla) uzlaşır.  

7.

 



Molekulyar müxtəlifliyin statistik analiz (AMOVA) üsulu vasitəsilə 

nüvə mikrosatellit lokusları  səviyyəsində 4 populyasiya arasında 

təyin olunmuş genetik müxtəlifliyin etibarlılığı  təsdiqlənməklə 

yanaşı, mədəni və yabanı  üzüm populyasiyaları arasındakı genetik 

fərqin 43.2%, yabanı populyasiyalar arasındakı  fərqin isə 38.2% 

olduğu müəyyən edilmişdir.  

8.

 

Xloroplast mikrosatellit praymerlərindən istifadə etməklə  müəyyən 



olunmuş 6 haplotipdən yalnız birinə (D) Abşeron, Şabran, Quba və 

Nabran populyasiyalarının hamısında rast gəlinir və  həmin 

haplotipin tezliyi yabanı üzüm populyasiyası ilə müqayisədə mədəni 

üzüm populyasiyasında ~4 dəfə yüksəkdir (uyğun olaraq, 14.7% və 

61.3%). Bu fakt D haplotipinin üzümün mədəniləşdirmə prosesində 

müəyyən rol oynadığını güman etməyə əsas verir.   

9.

 

Molekulyar-genetik analizlər nəticəsində gecyetişən və ortayetişən 



Sarıgilə sortlarının sinonim, yaxud eyni bir sortun klon formaları, 

Ağ  şanının 4 variasiyasının isə genotipcə bir-birindən kəskin 

fərqlənən omonim nümunələr olmaları  aşkar edilmişdir; xırda-oval 



Yüklə 487,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə