Microsoft Word S. C. Salayeva, Avtoreferat doc



Yüklə 487,86 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix07.07.2018
ölçüsü487,86 Kb.
#53596
1   2   3   4   5   6   7

 

4

vəhdəti isə genetik yaxın genotipləri qruplaşdırmağa, seleksiya 



proqramları  üçün genetik fərqli valideyn formalarını  təsnif etməyə, 

həmçinin populyasiyaların müxtəlifliyi və genetik strukturu haqqında 

daha ətraflı informasiya toplamağa imkan verir. 

Beləliklə, bir tərəfdən Azərbaycanın Xəzəryanı bölgələrində yayılmış 

üzüm bitkisinin zəngin genetik müxtəlifliyinin  öyrənilməsinə olan 

obyektiv tələbat, digər tərəfdən isə Azərbaycanın yerli üzüm 

sortimentinin

 

yaranmasına dair əsaslı informasiyanın yoxluğu, 



həmçinin Azərbaycana məxsus yabanı  üzüm nümunələrinin  üzümün 

mədəniləşdirmə prosesindəki rolunun araşdırılmaması dissertasiya 

işinin mövzusunun seçimini şərtləndirmişdir. 

 

Tədqiqatın məqsədi və  vəzifələri: Dissertasiya işində  məqsəd 

Azərbaycanın Xəzəryanı  bölgələrinə  məxsus mədəni və yabanı  üzüm 

nümunələrinin genetik müxtəlifliyinin öyrənilməsi olmuşdur. 

Bu məqsəddən  çıxış edərək, aparılan tədqiqatlarda qarşıya 

aşağıdakı vəzifələr qoyulmuşdur:  

 

Azərbaycanın Xəzəryanı bölgələrinə məxsus mədəni və yabanı üzüm 



nümunələrinin, biomorfoloji-kəmiyyət  əlamətlərini  öyrənməklə, 

çoxölçülü statistik proqramlar əsasında genetik müxtəlifliyinin 

tədqiqi və məhsuldarlığın əsas elementlərinin müəyyənləşdirilməsi

 

Populyasiya-statistik metodlar əsasında tədqiqat obyekti kimi 



seçilmiş üzüm nümunələri arasından məhsuldar formaların təyini və 

gələcəkdə seleksiya proqramlarında istifadə  üçün perspektiv 

nümunələrin seçilməsi; 

 

Tədqiqatda istifadə olunan RAPD, nüvə və xloroplast mikrosatellit 



praymerlərinin effektivliyinin təyini, mədəni və yabanı  üzüm 

nümunələrinin nüvə  və xloroplast genomlarında polimorfizmin 

səviyyəsinin qiymətləndirilməsi, genotiplərarası genetik oxşarlıq və 

genetik məsafələrin müəyyənləşdirilməsi; 

 

Molekulyar-genetik  üsullar  əsasında Abşeron yarımadası,  Şabran, 



Quba və Nabran bölgələrinə məxsus üzüm populyasiyaları daxilində 

genetik müxtəlifliyin tədqiqi, populyasiyalar arasında genetik 

diferensiasiyanın qiymətləndirilməsi və populyasiyalararası genetik 

məsafələrin müəyyənləşdirilməsi; 

 

Üzüm nümunələrinin yarpaqlarında resveratrol antioksidantının 



miqdarının təyini və  nümunələrdəki resveratrolun miqdarı ilə 

RAPD praymerləri ilə amplifikasiya olunmuş DNT fraqmentlərinin 

hər biri arasında asılılığın olub-olmadığının öyrənilməsi; 



 

5

 



RAPD, nüvə  və xloroplast mikrosatellit praymerləri vasitəsilə  əldə 

olunmuş  nəticələrin müqayisəli təhlili,  üzüm nümunələrinin 

identifikasiyası, sinonim və omonim formaların təyini. 

Elmi yeniliklər:  Üzümün (V.vinifera  L.) genetik müxtəlifliyinin 

araşdırılması bu sahədə Azərbaycanda ilk tədqiqat işidir və Xəzəryanı 

bölgələrə  məxsus, qiymətli yabanı  və  mədəni  üzüm nümunələrinin və 

onların genofondunun öyrənilməsinin nəzəri və praktiki cəhətdən 

əhəmiyyətli olmasını  təsbit edir. Tədqiqat işində  mədəni və yabanı 

üzüm nümunələrinin genetik müxtəlifliyi biomorfoloji-kəmiyyət 

əlamətləri ilə yanaşı, ilk dəfə olaraq, RAPD, nüvə  və xloroplast 

mikrosatellit markerləri  əsasında müqayisəli  şəkildə  öyrənilmiş, 

Abşeron,  Şabran, Quba və Nabran bölgələrinə  məxsus  üzüm 

populyasiyalarının genetik strukturu çoxölçülü statistik metodlar 

vasitəsilə analiz olunmuşdur.  İlk dəfə olaraq, molekulyar-genetik və 

populyasiya-statistik  üsullardan kompleks şəkildə istifadə etməklə, 

Xəzəryanı  bölgələrə  məxsus mədəni və yabanı  üzüm nümunələrində 

polimorfizmin səviyyəsi qiymətləndirilmiş, nümunələrarası genetik 

məsafə 

təyin edilmiş, nümunələrin qohumluq əlaqələri 



müəyyənləşdirilmiş, genotiplər identifikasiya olunmuşlar. Bunların 

əsasında Azərbaycanın  üzüm bitkisinin mənşə  mərkəzlərindən biri 

olması  təsdiqlənmişdir. Nümunələrin identifikasiyası  ölkəmizə  məxsus 

üzüm genetik materialının respublikamıza mənsubluğunu sübut etməyə 

imkan verir.  

İlk dəfə olaraq, Azərbaycana məxsus mədəni və yabanı  üzüm 

nümunələrinin yarpaqlarında resveratrol antioksidantının miqdarı 

ölçülmüş, OPF-18 RAPD praymeri ilə amplifikasiya olunmuş 2300 n.c. 

uzunluğunda olan DNT fraqmenti ilə resveratrol antioksidantının 

yüksək miqdarı arasında asılılığın mövcudluğu aşkar edilmişdir. 



İşin praktiki dəyəri: Tədqiq olunmuş üzüm nümunələrində çoxölçülü 

statistik metodlarla biomorfoloji-kəmiyyət  əlamətləri arasından 

məhsuldarlığın komponentlərinin müəyyən edilməsi seleksiya sahəsində 

əhəmiyyətli olub, məhsuldarlığın artmasına səbəb olacaq tədbirlərin 

tətbiqini proqnozlaşdırmağa imkan verir. Həm biomorfoloji-kəmiyyət 

əlamətləri, həm də bilavasitə nüvə və xloroplast genomları səviyyəsində 

nümunələrarası genetik məsafənin təyini, yabanı  və  mədəni  üzüm 

genofondları arasındakı genetik müxtəlifliyin etibarlılığının 

müəyyənləşdirilməsi gələcəkdə  həyata keçiriləcək seleksiya proseslərini 

istiqamətləndirməyə xidmət edir. Üzüm nümunələrinin identifikasiyası, 

sinonim formaların aşkar olunması onların etibarlı  şəkildə  təsnif 



 

6

edilməsinə  və uzunmüddətli təkamülün nəticəsi olan mövcud genetik 



müxtəlifliyin genbanklarda düzgün  şəkildə  ex situ mühafizəsinə imkan 

verir. Resveratrol antioksidantının yüksək miqdarı ilə RAPD markeri 

arasında asılılığın mövcudluğu cari DNT fraqmentinin SCAR markeri 

kimi zaman və  vəsait sərfinə yol vermədən resveratrolun miqdarının 

çox olduğu genotiplərin tanınmasında tətbiqini mümkün edir. Tədqiqat 

işində Azərbaycana məxsus mədəni  üzüm nümunələrinin yabanı 

əcdadları  təyin olunmuşdur ki, bu da öyrənilmiş yabanı  üzüm 

nümunələrinin müxtəlif məqsədlərlə  həyata keçiriləcək genetik 

tədqiqatlarda istifadəsində faydalı olacaqdır. Molekulyar markerlərlə 

tədqiqat işinin optimallaşdırılması davamlı  üzüm sortlarının 

yaradılmasına imkan verir. Bu istiqamətdə aparılacaq tədqiqatların son 

məqsədi qiymətli  üzüm nümunələrinin faydalı genlərinin, həmçinin 

kəmiyyət  əlamətlərinin genlərinin identifikasiyası  və  xəritələnməsinin 

mümkünlüyüdür.  

Beləliklə, Azərbaycanın Xəzəryanı  bölgələrinə  məxsus mədəni və 

yabanı  üzüm nümunələrinin genetik müxtəlifliyi və genofondunun 

öyrənilməsi  üzüm populyasiyalarının genetik strukturu, təkamülü, 

mənşəyi haqqında  əsaslı informasiya verərək, Azərbaycanın  üzüm 

rüşeym plazmasının gələcək idarəsi üçün çox faydalıdır.  

Aprobasiya:  Dissertasiya işinin  əsas nəticələri akademik Həsən 

Əliyevin 100 illik yubileyinə  həsr olunmuş “Ekologiya: təbiət və 

cəmiyyət problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi 

konfransda (2007), Bakı  Dövlət Universitetində “Biologiyanın müasir 

problemləri” mövzusunda keçirilmiş respublika elmi konfransında 

(2008), Bakı  Dövlət Universitetində “Biologiyada elmi nailiyyətlər” 

mövzusunda keçirilmiş respublika elmi konfransında (2009), 

Azərbaycan Milli Elmlər Akademiyası aspirantlarının illik elmi 

konfransında (2009), Bakı  Dövlət Universitetinin 90 illik yubileyinə 

həsr olunmuş beynəlxalq elmi konfransda (2009), akademik Abdulla 

Qarayevin anadan olmasının 100 illik yubileyinə  həsr olunmuş “XXI 

əsrdə biologiyanın aktual problemləri” mövzusunda keçirilmiş 

respublika elmi konfransında (2010), İtaliyanın Baloqna şəhərində 

keçirilmiş “Bitki genetik resurslarının genomuna dair 2-ci beynəlxalq 

simpozium”da (2010), İran  İslam Respublikasının Tehran şəhərində 

keçirilmiş “11-ci bitki elmləri konqresi”ndə (2010), Bakı  Dövlət 

Universitetində gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın 

nəzəri və  tətbiqi problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi 

konfransında (2011) məruzə edilmişdir. 



Yüklə 487,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə