Microsoft Word S. C. Salayeva, Avtoreferat doc



Yüklə 487,86 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix07.07.2018
ölçüsü487,86 Kb.
#53596
  1   2   3   4   5   6   7


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

BOTANİKA  İNSTİTUTU 

 

 

 

 

Əlyazması hüququnda 

 

 



 

SAMİRƏ CƏFƏR qızı SALAYEVA  

 

 

 

AZƏRBAYCANIN XƏZƏRYANI BÖLGƏLƏRİNƏ MƏXSUS 

ABORİGEN ÜZÜM SORTLARI VƏ YABANI 

FORMALARININ GENETİK MÜXTƏLİFLİYİNİN 

ÖYRƏNİLMƏSİ 

 

 



03.00.15  - Genetika 

 

 



Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 



A V T O R E F E R A T I 

 

 



 

 

 



 

 

BAKI – 2011 




 

2

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Genetik 



Ehtiyatlar  İnstitutunun “Meyvə bitkiləri” laboratoriyasında və 

Fransanda INRA-nın  Üzüm və  Şərab Elmləri  İnstitutunun “Üzümün 

ekofiziologiyası  və funksional genomu” laboratoriyasında yerinə 

yetirilmişdir. 

 

 

Elmi rəhbər:  

biologiya 

elmləri doktoru, professor  

                                       E.M.AXUNDOVA 

 

 

Rəsmi opponentlər: akademik 

   

 

 

U.K.ƏLƏKBƏROV 

 

 

 

 

  biologiya 

elmləri doktoru 

   

 

 

İ.M.ŞAHMURADOV                                                            

       

 

Aparıcı təşkilat: Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, 

 

 

  “Bitki 

seleksiyası” şöbəsi    

 

 



Dissertasiyanın müdafiəsi  «_7___» «__10________» 2011-ci il saat ___ 

da  Azərbaycan MEA Botanika İnstitutunun nəzdində  fəaliyyət 

göstərən D.01.061. Dissertasiya Şurasının yığıncağında aşağıdakı 

ünvanda keçiriləcəkdir. 

 

 

Ünvan: Bakı şəhəri, AZ1073, Badamdar şossesi 40 



 

 

Dissertasiya ilə Azərbaycan Respublikası MEA-nın Botanika 



İnstitutunun kitabxanasında tanış olmaq olar. 

 

 



Dissertasiyanın avtoreferatı «____» «___________» 2011-ci il tarixində 

göndərilmişdir. 

 

 

 



D.01.061 Dissertasiya  

Şurasının elmi katibi, 

biologiya elmləri doktoru                                     S.C.İBADULLAYEVA 


 

3

GİRİŞ 



 

Mövzunun aktuallığı:  Çoxsaylı  süfrə  və kişmiş sortları ilə  təmsil 

olunan,  şirə, konserv, dərman preparatları, müxtəlif növ qıcqırtma 

məhsullarının istehsalında istifadə edilən, həmçinin dekorativ 

məqsədlərlə becərilən  üzüm bitkisi (Vitis vinifera L.) dünya bazarında 

özünəməxsus yer tutur [Commbe, 1992].

 

 



Son iki əsr ərzində bir çox alimlər, o cümlədən De Candolle [1855], 

Vavilov [1935], Negrul [1965], Zhukovsky [1975], Olmo [1976], Zohary 

və Hopf [1993] Qara dəniz, Qafqaz və Xəzər dənizi arasındakı regionun 

üzümün ilkin mümkün mənşə mərkəzi kimi münasibliyini göstərmişlər. 

Yerli şəraitə adaptasiya etmiş aborigen üzüm sortlarının (V. vinifera L. 

ssp. sativa) varlığı, tipik tüklü (typica Negr.) və  tüksüz yarpaqlı 

(aberrans Negr.) növmüxtəliflikləri ilə  təmsil olunan yabanı  üzüm 

formalarının (V. vinifera ssp. sylvestris Gmel.) geniş yayılması, habelə 

tarixi məlumatlar və arxeoloji qazıntıların nəticələri Azərbaycanın 

üzüm bitkisinin (V. vinifera) mənşə  mərkəzlərindən biri olduğunu 

göstərir [Ampeloqrafiya, 1973]. 

Üzüm bitkisinin yetişdirilməsinin uzunmüddətli tarixi, xüsusilə, bu 

bitkinin qələmlərlə çoxaldılma üsulu bir çox biotiplərin, hətta sortların 

tanınmamasına və/ya dünyanın müxtəlif regionlarında fərqli adlarla 

identifikasiya olunmasına gətirib çıxartmışdır [Vignani et al., 2002].  

Respublikamızın  ərazisində yayılmış, morfoloji əlamətlərinə  görə 

bir-birindən fərqlənən,  ətraf mühitin mənfi amillərinə davamlı yabanı 

üzüm formaları, həmçinin yerli istifadəyə, uzunmüddətli saxlanılma, 

daşınma və qurudulmaya yararlı, yüksək keyfiyyətli süfrə  və  şərab 

sortları [Ampeloqrafiya, 1973; Negrul, 1946] qiymətli genetik 

dəyişkənliyin potensial mənbəyi kimi istifadə  üçün qorunub 

saxlanılmalıdır. Mövcud genetik dəyişkənliyin qorunub saxlanılması və 

gələcəkdə effektiv istifadəsi üçün, ilkin olaraq, onun qiymətləndirilməsi 

və yayılma səviyyəsinin təyini (üzüm nümunələrinin identifikasiyası, 

pasportlaşdırılması, sortlar və yabanı formalar arasında genetik 

yaxınlığın təyin olunması) tələb olunur. 

Müasir dövrdə istifadəsi geniş  vüsət almış molekulyar marker 

texnologiyaları, Vitis vinifera növünə məxsus üzüm nümunələri arasında 

filogenetik  əlaqələri təyin etməklə, genetik müxtəlifliyin tədqiqi, 

genotiplərin identifikasiyası, rüşeym plazmasının qiymətləndirilməsi, 

genom xəritələrinin təşkili kimi məsələlərin həllində  ən etibarlı  və 

səmərəli üsullardandır [Miguel et al., 2008; Maia, 2009; Kayani, 2008; 

Myles et al., 2010]. Ampeloqrafiya ilə molekulyar-genetik analizin 



Yüklə 487,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə