Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

34 

 

 



FƏS L  II 

ABŞERON YARIMADASINDA Ç RKLƏNM Ş TORPAQLARIN B OLOJ  

REKULT VAS YASININ APARILMA METODLARI 

 

        2.1.Abşeron yarımadasının neft sənayesinin inkişaf tarixi. 



        Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb 

tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) 

Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu- shaq 

stəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, 

Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.  

         talyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq 

ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) 

Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, 

neftin  rana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi 

illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində 

aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə 

usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. 

Ə

min Əhməd Razinin ( ran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı 



ə

trafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm 

"qara", həm də "ağ" neft çıxarılırdı.  

        Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer  sveç səfirliyinin 

katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı 

yataqlarında olmuş, neftin Abşeron yarımadasından  rana, Orta Asiyaya və Şimali 

Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy 

Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki 

neft quyusu qazdırmışdır 

       Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, 

bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur. 

       I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil 

edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə 

Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan 

sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin 

inkişafı başlanır. 

       XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m 

aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. 

1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad 

Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində 

soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət 

göstərirdi. 

       Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə 

bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft 

hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə 

başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. 

Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye 




35 

 

 



mərkəzlərindən birinə çevrilir.  lk dəfə Abşeron yarımadasında 1871-ci ildə 

Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci 

ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: 

"Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və " carədarların 

ə

lində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci 



ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca 

qoyulur. 

         O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar 

edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi.  carədar 

hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik 

idi.  carədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX 

ə

srin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil 



edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX 

ə

srin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) 



azərbaycanlı olmuşdur.  

       O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı 

Zeynalabdin Tağıyev,  sa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, 

Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk 

səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır. 1873-cü ildə milliyətcə isveç 

olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 

1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti 

yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk 

dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, 

mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına 

aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara 

verildi. 

        1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km 

uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə 

Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km 

idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 

        1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və 

neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik 

idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin 

satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft 

ş

irkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə 



nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da 

dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-

alim D. .Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək 

üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 

km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır. 

        Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti 

fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə 

ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft 

sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə