Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

38 

 

 



hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, 

torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu “yer 

kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin 

edir”.  


       Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, 

torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif 

təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə 

çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007).  

       Torpaqəmələgəlmədə canlı orqanizmlərin, ilk növbədə yaşıl bitkilərin və 

mikroorqanizmlərin xüsusi rolu var. Onların fəaliyyətinin təsiri altında dağ 

süxurlarının torpağa çevrilməsi və münbitliyinin formalaşması ilə bağlı 

ə

həmiyyətli proseslər, o cümlədən bitki qidasının əsasını təşkil edən küli 



elementlərin və azot birləşmələrinin konsentrasiyası, üzvi maddələrin sintezi və 

parçalanması, bitkilərin və mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları ilə 

dağ süxurlarının mineral birləşmələrinin qarşılıqlı təsiri və s. baş verir.         

        Torpaqəmələgəlmənin bioloji mahiyyətinin dərk edilməsində V.R.Vilyams və 

V. .Vernadskinin xüsusi xidmətləri olmuşdur.  qlim şəraitinin, bitki örtüyünün, 

dağ süxurlarının və relyefin müxtəlifliyi və ayrı-ayrı ərazilərin yaşındakı fərqlər 

torpaqların təbiətdə müxtəlifliyini şərtləndirir. Onların yayılmasının cöğrafi 

qanunauyğunluqları torpaqəmələgətirən amillərin ahəngi ilə müəyyən olunur.  

         Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və 

bitki örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və 

ş

aquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq 



örtüyünün xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin 

torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır. Özünün xüsusi 

keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın 

həm məhsulu və həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi 

təbiətinin inkişafında əhəmiyyətli mühit kimi çıxış edir.  

         Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji 

mübadiləsi halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül 

tapmış və özünün çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün 

zəruri olan müvazinətin saxlanmasında əvəzsiz şərt kimi çıxış edir. Münbitlik 

xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış 

edir.  

         Abşeron yarımadasında torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, 



insan torpaqların xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin 

torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir etməklə 

torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir; meşələrin salınması və 

qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini, 

qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın 

becərilməsi, gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, 

gipsləmə və s.) də torpaqlara az təsir göstərmir.  

        Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni 

zamanda bu əməyin məhsuludur. Bir halda ki, torpaq və torpaq örtüyünün başqa 



39 

 

 



elmlər və cəmiyyət həyatının müxtəlif tərəfləri ilə qarşılıqlı əlaqəsi çox 

müxtəlifdir, torpaqların vahid (baza) təsnifatı ilə yanaşı torpaqların sahə və 

regional təsnifatı və qruplaşdırılması da zəruridir. Torpaqların formalaşması və 

inkişafını, onun tərkib və xassələrini öyrənməkdən ötrü torpaqşünaslıq elmi geniş 

tədqiqat metodları sisteminə malikdir.  

        Torpaqşünaslıq bu zaman kimya, fizika və başqa elmlərin nailiyyətlərindən də 

geniş istifadə edir. Torpaqşünaslıqda tədqiqat metodları aşağıdakılardan ibarətdir:  

        Müqayis_əli_–_co_ğrafi_metod.'>Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların 

torpaqəmələgətirən amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, 

onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən 

amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların 

kartoqrafiyasında daha geniş istifadə olunur.  

        Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki və 

başqa analiz metodları sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və 

xassələri haqqında mühakimə yeritməyə imkan verir.  

        Stasionar metod. Bu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin 

öyrənilməsinə xidmət edir.  

        Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri 

modelləşdirməyə imkan verir. Bu metod əsasında ayrı-ayrı torpaqların torpaq-

ekoloji göstəriciləri əsasında onların ekoloji modelləri qurulur.  

         Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı 

(1:100000, 1:50000) topoqrafik əsasda torpaqların ekoloji qiymət xəritələri tərtib 

edilir. Bu zaman xüsusi texnologiya əsasında topoqrafik xəritədən relyefin 

plastikası çıxarılaraq, bu yeni əsas üzərində torpaq konturları yerləşdirilir. 



         Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod 

torpaqşünaslıqda xüsusi elmi-praktiki istiqamət olan torpaqların bonitirovkası 

zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik 

göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında 

onların müqayisəli qiymətləri - bonitet balları tapılır.  

        Abşeron yarımadasında kənd təsərrüfatının təşkili, əkin dövriyyəsinin, 

gübrələmə sistemlərinin tətbiqi, ərazinin qurulmasına və torpaqların 

meliorasiyasına dair layihələrin işlənməsi, həmçinin kənd təsərrüfatı texnikasının, 

bitki növlərinin seçilməsi torpaq haqqında biliklərə istinad edir. 

        Müstəqillik əldə etmiş respublikamızda torpaq islahatının keçirilməsi, torpaq 

münasibətlərinin özəlləşdirmə aparmaqla yenidən məqsədyönlü təşkili, torpaq 

ehtiyatlarından səmərəli istifadə olunması və onun potensial imkanlarının düzgün 

müəyyən edilməsi vacib məsələlərdir. Bu baxımdan sıx əhalisi və yüksək dərəcədə 

inkişaf etmiş sənaye rayonu olan Abşeron yarımadası ərazisinin torpaq 

ehtiyatlarının çirklənmədən qorunub saxlanması, aqroekoloji xüsusiyyətlərinin 

rekultivatsiya məqsədilə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.  

       Abşeron yarımadasının müasir torpaq strukturunun vəziyyəti göstərir ki, 

ə

razinin yararlı torpaq sahələri geniş miqyasda təbii və antropogen amillərin 



təsirinə məruz qalmış və müxtəlif dərəcədə çirklənmişdir. Bu amillər nəinki 

torpaqların səthi və eləcə də dərininə çirklənməsinə, eyni zamanda onların 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə