Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

26 

 

 



  Gölün ətrafı neft qalıqları, sənaye və məişət tullantıları ilə ciddi çirklənməyə 

məruz qalıb. Gölün yaxınlığında yaşayış və ya bağ sahələri salınıb, ləğv olunmuş 

neft-qaz quyuları müasir tələblərə müvafiq konservasiya olunmayıb. Ərazidə açıq 

qoruq,  kənd  təsərrüfatı  obyektləri,  işləməyən  neft  quyuları,  torpaq  yollar, 

fəaliyyətdə olan və olmayan kommunikasiya xətləri və s. vardır. 

 Gölün  şimal  tərəfi  neft-mədən  sularından,  boru  kəmərlərindən,  neft 

quyularından  və  s.  mənbələrdən  axıntılar  və  sızmalar  nəticəsində  daha  ciddi 

çirklənməyə  məruz  qalmışdır.  Torpağa  yayılmış  və  hopmuş  xam  neft 

karbohidrogenləri polimerləşərək çoxillik axıntı yerlərində bitum qatı yaratmışdır.   

 Gölün şimali-şərq hissəsi nisbətən düz ərazidir. Cənuba getdikcə ərazidə relyef 

dəyişikliyi  müşahidə  olunur.  Gölün  cənub-şərq  sahilində  relyef  səviyyəsi  400  m 

məsafədə 10-15 m dəyişməkdədir. Gölün qərb sahili də relyefli ərazidir (şəkil 3). 

Burada da yüksəklik eyni qaydada dəyişir. 

 

 



 

Şə

kil 3. Qala gölünün ümumi görünüşü. 



  

  Ərazinin  çirklənmə  dərəcəsi  müxtəlifdir.  Gölün  şimal  sahilində  neft-qaz 

infrastrukturu  obyektləri  yerləşən  sahələrdə  neftlə  çirklənmə  çox  yüksək  həddə 

çatmaqla  30-70%  təşkil  edir.  Şimal  tərəfdə  neftlə  çirklənmənin  dərinliyi  80-100 

sm-dir. Digər sahələrdə neftlə çirklənmə nisbətən aşağıdır (10-20 sm). 

   Gölün üzəri nazik neft təbəqəsi, dibi isə yumşaq təbəqə ilə əhatə olunmuşdur. 

Oradan  götürülmüş  nümunələrin  kimyəvi  təhlilinə  görə  bu  ağır  neft  qarışığı  olan 

gilli qalıqlardır. 

   Gölün  geoloji  quruluşu:  Tektonik  baxımdan  Qala  gölünün  ərazisi  Şərqi 

Abşeron  sinklinoriumunda,  şimal-qərbdən  cənub-şərq  istiqamətində  uzanan  Qala 

antiklinalının  şərq  qanadında  yerləşir.  Qala  gölünün  mərkəzi  və  şimal  hissəsini 

kəsməklə  qərb-şərq  istiqamətində  2  dərinlik  qırılması  ehtimal  olunur.  Bununla 

yanaşı  gölün  şimal-qərb  hissəsində  3  km  uzunluğunda  Balaxanı  mərtəbəsində 



27 

 

 



qırılmanın  olması  da  geoloji  baxımdan  təyin  olunmuşdur.  Ərazidə  Abşeron  yaşlı 

süxurlar 3-5º bucaq altında şərq və şimal-şərq istiqamətində yatmışlar (şəkil 4). 



 Gölün  geoloji  vəziyyəti  və  su  balansı:  Qala  qəsəbəsinin  cənub-qərbində 

eroziya-deflyasiya  mənşəli  çökəklikdə  yerləşən  göl  morfoloji  baxımdan  təbiidir. 

Onun  müxtəlif  üsullarla  tədqiqi  göstərilmişdir  ki,  bu  göl  XX  əsrin  40-cı  illərinə 

qədər  kiçik  bir  ərazini  (40-50  ha)  əhatə  etməklə  təbii  hidroloji  rejimi  (qış-yaz 

maksimum və yay-payız minimum səviyyəsi) ilə fəaliyyət göstərmişdir. 

  XX əsr boyu Abşeron yarımadasında sənayenin, xüsusən də neft sənayesinin 

sürətli  inkişafı,  yaşayış  məntəqələrinin  genişlənməsi və onların  da  çox hissəsində 

kanalizasiya sisteminin qeyri-qənaətbəxş fəaliyyəti təbii göllərin hidroloji rejiminə 

ciddi təsir göstərmişdir.  

  Bunun  da  nəticəsi  olaraq  Qala  gölündə  də  su  səviyyəsi  yüksəlmiş,  əraziləri 

genişlənmiş  və  göl  ətrafında  neqativ  geoekoloji  problemlərin  intensivləşməsi 

müşahidə olunmaqdadır.   

        Qeyd  etmək  lazımdır  ki,  2  hissədən  ibarət  olan  bu  göl  Qala  kəndinin 

həyatında mühüm rol oynamaqla, duz istehsalında xammal mənbəyi kimi istifadə 

olunmuşdur.  Şimal  hissədə  gölün  suyu  şirin  (1.0-3.0  q/l),  cənub  hissədə  yerləşən 

gölün suyu isə duzlu (>150 q/l) olmuşdur. Sonrakı müddətdə gölün şimal qərbində 

yerləşən  keçmiş  “Əzizbəyovneft”  NQÇ -nin  neft  buruqları  və  neft  ayırıcı 

qurğularından  (seperator)  axıdılan  lay  suları  hesabına  gölün  su  həcmi  və  ərazisi 

xeyli  genişlənmişdir.  Gölün  su  həcminin,  ərazisinin  genişlənməsi  nəticəsində 

paralel lay  suları gölə  daxil  olan neft  məhsulları ilə qarışaraq onun  çirklənməsini 

xeyli intensivləşdirmişdir. 

        Gölün  içərisində  və  sahilində  fəaliyyətini  dayandırmış  və  qismən  fəaliyyət 

göstərən onlarla neft buruqlarının mədən suları, ətrafda yerləşən kiçik ölçülü neftli 

gölməçələrin çirkab suları onilliklər boyu birbaşa bu gölə axıdılmışdır. Aparılmış 

hidrogeoloji  tədqiqatlar  göldən  ətraf  ərazilərə  su  axınının  olmadığını  göstərir. 

Atmosfer  yağıntılarının  Abşeron  yarımadasına  düşən  illik  həcminin  250  mm,  göl 

hövzəsinin  su  toplayan  sahəsinin  12  km

2

,  gölün  indiki  səthinin  1  km



2

 olduğunu 

nəzərə alaraq gölün su balansı aşağıdakı kimi qiymətləndirilir. 

       Cədvəl 5-də görünür ki, gölün səviyyəsinin  indiki vəziyyətdə saxlanması üçün 

ə

lavə  (0.96  l/s)  suyun  gölə  vurulması  tələb  olunur.  Digər  istənilən  səviyyədə 



saxlanılması  üçün  isə  gölün  su  balansında  iştirak  edən  sənaye  və  digər 

mənbələrdən  daxil  olan  yerüstü  axının  həcmi  korrektə  olunmalıdır.  Son  illərdə 

Qala  kəndi  inkişaf  edərək  gölün  şimal-şərq  sahili  boyu  xeyli  genişlənmişdir. 

Yaşayış məntəqəsində əsaslı kanalizasiya sistemi olmadığı üçün göstərilən ərazinin 

tullantı  suları  da  gölə  axıdılır.  Gölün  cənub  və  cənub-şərq  ətrafında  məişət  və 

tikinti tullantılarından  yaranmış 3 ha-dan artıq zibilliklər ərazisi də mövcuddur. 

       Hal-hazırda  Qala  gölünün  su  balansında  təbii  (atmosfer  yağıntıları, 

buxarlanma, qrunt suları ilə qidalanma) və süni (sənaye və lay suları, kanalizasiya 

axınları) amillər xüsusi rol oynayır. 

 

 



         


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə