Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

36 

 

 



sənayesi sahibkarlarından olan mesenat  sa bəy Hacinskinin "Hacı-Çeleken" neft 

ş

irkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi.     



Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən 

müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin 

emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir 

emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft 

sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) 

və neft hasilatı kəskin surətdə azalmışdır. 



       II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən 

sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü 

ə

hatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə 



axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni 

neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir 

və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSR -nin 

neft hasilatının 76%-ni təşkil edir.  

       Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H. smayılov 

("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş 

geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq 

görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft 

avadanlıqlarının və neftçi mütəxəssislərin SSR -nin şərq rayonlarına (Tatarıstan, 

Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft 

hasilatı 11,1 mln. tona düşür. 

        7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay 

dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın 

ə

sasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur. 



        III mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə 

Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi 

davam edir. 

         Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz 

yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-

Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma 

işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft 

qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın 

infrastrukturu inkişaf etdirilir. 

        Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat 

yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, 

Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər 

yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya 

təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi.  

        Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində 

külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək 

məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail 

olunmuşdur. 




37 

 

 



        IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün 

sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə 

qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin 

Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.  

        Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin 

hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" 

stehsalat Birliyi ( B) yarandı və SSR  Neft Sənayesi Nazirliyi Xəzərdə 

Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq 

Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-

kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan 

neftçilərinə həvalə etdi. 

         Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin 

dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə 

Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə 

demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft 

və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları 

ilə bağlı idi.  

        Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi 

nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran 

kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. 

Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk 

vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq 

üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə 

işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması 

nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf 

olunmasına imkan yarandı.  

         Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf 

edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və 

qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən 

qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi 

Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan 

zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və 

b.). 

         Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun 



Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ 

dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu 

zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin 

möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. 



         V mərhələ SSR -nin dağılması, müstəqillik dövrün və Azərbaycanın yeni 

tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir. 

 

      2.2.Abşeron yarımadasının torpaq ehtiyatlarının çirklənmə xüsusiyyətləri. 



      Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal 

yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə