Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

31 

 

 



a)

Şə

kil 5 b)



Qala gölünün ətrafında qamma-şüalanma fonu yüksək olan 

nöqtələr 

        1.7.Abşeron yarımadasının faydalı qazıntıları və təsərrüfatı. 

       Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-

dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, 

həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi 




32 

 

 



(xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından 

biridir.


 

        


        Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə 

daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft 

(25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının 

nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda 

(780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün 

müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. 

Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin 

tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur.  

         Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə 

verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-

Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, 

Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır.    

       Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas 

neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin 

növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha 

artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, 

Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-

Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu 

və antiklinal quruluşludur.  

        Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı 

Küryanı rayonlarındadır.  şlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-

qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir.

 

Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), 



duz, qum və əhəng yataqları vardır. Abşerondakı 

Masazır,


 Qala, 

Böyük Şor,

 

Xocahəsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir 



qismi Abşeronda yerləşir.

 

        Abşeronda yerləşən palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə 



Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud 

olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi 

hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər 

akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir.

  

        Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı 



Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir 

Abşeron 


yarımadası 

Azərbaycanın

 əsas sənaye rayonu olaraq özündə neft-qaz çıxarma və 

emalı sənaye komplekslərini birləşdirir.  Yarımadanın ekoloji tarazlığının 

pozulmasında bu müəssisələrin rolu çox böyükdür.  

        Hal-hazırda ekoloji mühiti tənzimləmək və sovetlər dövründən miras qalmış 

ekoloji təhlükə amillərini aradan qaldırmaq üçün müxtəlif dövlət və qeyri-dövlət 

proqramları həyata keçirilməkdədir.

 

Yarımadanın kənd təsərrüfatına heyvandarlıq, 



üzümçülük, bağçılıq və bostançılıq aiddir. Klimatik dənizkənarı kurortlara 


33 

 

 



malikdir. 

Mərdəkan, Buzovna, Zağulba, Bilgəh, Türkan və Pirallahı

 uşaq 

sanatoriyaları, vərəm və revmatizmə qarşı istirahət evləri, uşaq və yeniyetmələr 



üçün düşərgələr fəaliyyət göstərir.

 

         Yarımadada yaşayan əhalinin 95%-ni 



azərbaycanlılar

, qalan 5%-ni isə digər 

millətlər (

ruslar və ukraynalılar

 və s.) təşkil edir. 

Yarımadanin şimal sahilində əhalisi 300 min nəfər olan sənaye şəhəri 

Sumqayıt

cənub sahilində isə 



Bakı

 şəhəri yerləşir. 

         Abşeron yarımadası Azərbaycanın əsas sənaye rayonu olaraq özündə neft-qaz 

çıxarma və emalı sənaye komplekslərini birləşdirir. Yarımadanın ekoloji 

tarazlığının pozulmasında bu müəssisələrin rolu çox böyükdür. Hal-hazırda ekoloji 

mühiti tənzimləmək və sovetlər dövründən miras qalmış ekoloji təhlükə amillərini 

aradan qaldırmaq üçün müxtəlif dövlət və qeyri-dövlət proqramları həyata 

keçirilməkdədir. 

         Yarımadanın kənd təsərrüfatına heyvandarlıq, üzümçülük, bağçılıq və 

bostançılıq aiddir.  Klimatik dənizkənarı kurortlara malikdir. Mərdəkan, Buzovna, 

Zağulba, Bilgəh, Türkan və Pirşağıda uşaq sanatoriyaları, vərəm və revmatizmə 

qarşı istirahət evləri, uşaq və yeniyetmələr üçün düşərgələr fəaliyyət göstərir. 

Yarımadada yaşayan əhalinin 95%-ni azərbaycanlılar, qalan 5%-ni isə digər 

millətlər (ruslar, ukraynalılar və s.) təşkil edir. Yarımadanin şimal sahilində əhalisi 

300 min nəfər olan sənaye şəhəri Sumqayıt, cənub sahilində isə Bakı şəhəri 

yerləşir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə