Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

24 

 

 



       Aparılan müşahidələr və analizlər göstərir ki, dib çöküntülərinin hər 

kiloqramında  891  mq  neft  məhsulları,  535  mq  manqan,  32  mq  kadmium,  53  mq 

nikel, 27 mq xrom, 30 mq sink, 24 mq kobalt toplanmışdır. Bu göstəricilər Masazır 

gölünün gərgin ekoloji vəziyyətə malik olduğunu göstərir. 



        Mirzələdi gölü Novxanı və Binəqədi qəsəbələri arasında dəniz səviyyəsindən 

12,1 m hündürlükdə yerləşir. Gölün orta dərinliyi 1 m, sahil zolağının uzunluğu 21 

km, su tutumu 1,9 mln

3

-dir. Mirzələdi gölü duzlu göldür.  



        Gölə il ərzində, əsasən, Binəqədi qəsəbəsindən məişət-kommunal suları (1095 

min m


3

) və yaxınlıqda yerləşən neft buruqlarından (182 min m

3

) lay suları axıdılır. 



Suyunun  minerallaşma  dərəcəsi  388  q/l  olmaqla  Mirzələdi  gölü  şor  sulu  göllər 

qrupuna aiddir və onun fon tərkibində xloridlər (231 q/l) üstünlük təşkil 

edir. Bu da sanitar normaları 160 dəfə aşır.  

        Kalsium 0,6 q/l, maqnezium isə 3,4 q/l olmaqla normadan müvafiq olaraq 3 

və  6  dəfə  yüksəkdir.  Çirkləndirici  maddələrin  konsentrasiyaları  kifayət  qədər 

yüksək  olmaqla  sanitar  normaları  dəfələrlə  aşır.  Normanı  daha  çox  kadmium  19 

dəfə  və  mis  12  dəfə  aşır.  Neft  məhsulları  və  detergenlər  normadan  7  və  4  dəfə 

yüksək  qeydə  alınmışdır.  Gölün  suyunun  oksigen  rejimi  də  pozulmuşdur.  Suyun 

tərkibində həll olmuş oksigenin miqdarı normadan 8 dəfə azalaraq 0,49 mq/l təşkil 

edir. 


       Mirzələdi  gölünün  dib  çöküntülərində  hər  kiloqramında  820  mq  neft 

məhsulları,  560  mq  manqan,  55  mq  nikel,  42  mq  kadmium,  37  mq  sink,  30  mq 

mis, 23 mq xrom və 22 mq kobalt müşahidə olunur. 

        Son  iki  gölün  –  Mirzələdi  və  Masazır  göllərinin  sularının  və  dib 

çöküntülərinin analizləri göstərir ki, onlar kifayət qədər yüksək çirklənməyə məruz 

qalmışdır. Bu göllərin ekoloji vəziyyətinin olduqca gərgin olması ətraf mühitə də 

öz təsirini gösətərməkdədir. 

        Beləliklə,  Abşeron  yarımadasındakı  200-dən  çox  gölün  ekoloji  cəhətdən 

vəziyyəti  ilə  əlaqədar  problemləri  və  respublika  iqtisadiyyatı  üçün  onların  törədə 

biləcəyi təhlükəni yuxarıda adları çəkilən göllərin timsalında təsvir etməyə 

çalışdıq. 

       Son  illərdə  Abşeron  yarımadasının  su  hövzələrinin  ekoloji  vəziyyətinin 

öyrənilməsində  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Milli  Monitorinq 

Departamentinin, Kompleks Hidrogeologiya və Mühəndis geologiyası 

Ekspedisiyasının  və  Mineral-Xammal  Elmi-Tədqiqat  nstitunun  böyük  xidmətləri 

olmuşdur. Bu işlər sössüz ki, Abşeron yarımadasının daxili su hövzələrinin ekoloji 

cəhətdən törədə biləcəyi təhlükələrin və ətraf mühitə, insan sağlamlığına 

və  iqtisadiyyata  vurulacaq  ziyanların  aradan  qaldırılmasında  öz  xidmətini 

göstərəcəkdir. 

        Ekoloji  problemlərin  həlli  kompleks  şəkildə,  çox  sahəli  və  effektli 

aparılmalıdır.  Bunun  üçün  hər  şeydən  əvvəl  geoekoloji  şəraiti,  mühitin 

dqradasiyasını  yaradan  mexanizmi  aradan  qaldırmaq  lazımdır.  Tullantı  sularının 

təmizlənməsi üçün təmizləyici qurğular tikilməlidir.  

         Eyni  zamanda  göllərə  axıdılan  çirkab  sularının  həcmi  minimuma 

endirilməlidir. Göllərin səthindən neft məhsulları yığılmalı və çirkli dib 



25 

 

 



çöküntülərindən  göllər  təmizlənməlidir.  Onların  sahillərində  abadlıq  işlərinin 

aparılması,  quraqlığa  və  şorluluğa  davamlı  ağac  və  kol  bitkilərinin  əkilməsi 

məqsədə müvafiq hesab edilir. 

         Abşeron göllərini ekoloji cəhətdən sağlamlaşdırmaq, sabitləşdirmək, onların 

səviyyə  rejimini  nizamlamaq  lazımdır.  Bunun  üçün  göllərin  səviyyə  rejimini, 

kimyəvi tərkibini, balansını və hidrokimyəvi cəhətlərini öyrənmək üçün 

mütəmadi olaraq geoekoloji monitorinq işlərinin aparılması zəruridir. 

  Abşeron  yarımadasının  Qala  qəsəbəsinin  qərbində  yerləşən  Qala  gölün  və 

onun ətrafının ekoloji sağlamlaşdırılması məqsədi ilə kompleks elmi-tədqiqat işləri 

aparılmışdır.  

  Abşeron yarımadasının çirklənmiş ərazilərində (Qala gölü və onun ətrafında) 

ekoloji  tarazlığın,  enerji  resurslarından  səmərəli  istifadənin  normativ  bazası  və 

onun  insan  orqanizminə  təsirinin  ekoloji  problemlərinin  tənzimlənməsinin  təmin 

edilməsinin  təşkilati  və  sosial  istiqamətlərinin  mövcud  vəziyyətini  araşdırıb 

ehtiyat іmkanlarını aşkara çıxartmaq və onların səmərəli istifadə olunmasını təmin 

edən təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.  

  Hesab  edirik  ki,  əldə  olunan  məlumatların  kompleks  təhlili,  təklif  və 

tövsiyələrin hazırlanması, nəinki Qala gölünün, eləcə də digər göllərin və onların 

ə

trafının  təmizlənməsi,  torpaqların  bioməhsuldarlığının  bərpa  edilməsi  və  ətraf 



mühitin sağlamlaşdırılmasına köməklik göstərəcəkdir. 

  Gölün  110  il  bundan  əvvəlki  hərbi  xəritədə  yeri  göstərilib.  Cənub-  şərqdə 

indiki ərazinin təxminən 25 %-i qədər mövcud olan bu göl “duzlu göl” adlandırılıb. 

Yerli  əhali  əvvəllər  gölün  quruyan  hissəsindən  və  suyundan  məişətdə  işlətmək 

üçün  duz  emal  etmişlər.  Heyvandarlıqda  bu  gölün  duzu  daha  yararlı  hesab 

olunurmuş. 

  Gölün  şimal  sahilində  neft-qaz  infrastrukturu  obyektləri  yerləşən  sahələrdə 

neftlə  çirklənmə  çox  yüksək  həddə  çatmaqla  30-70%  təşkil  edir.  Şimal  tərəfdə 

neftlə  çirklənmənin  dərinliyi  80-100  sm-dir.  Digər  sahələrdə  neftlə  çirklənmə 

nisbətən aşağıdır (10-20 sm). 

  Tədqiqatlara  və  yerli  sakinlərin  məlumatlarına  əsaslanaraq  bu  nəticəyə 

gəlmək olar ki, gölün suyunun artmasının əsas mənbəyi onun şimal sahilini əhatə 

edən  ərazidə  hazırda  fəaliyyət  göstərməyən  keçmiş  NQÇ -nə  məxsus  neft 

quyularından  axıdılan  və  əvvəllər  bu  ərazidə  yerləşən  neft  ayırıcı  qurğunun 

(separator) fəaliyyəti ilə bağlı ayrılan lay suları olmuşdur. Keçmiş neft quyularının 

və  digər  neft-qaz  infrastrukturu  obyektlərinin  qalıqları  indiyə  kimi  ərazidə 

qalmaqla,  onların  yerləşdiyi  və  bitişik  sahələrin  müxtəlif  dərəcədə  neftlə 

çirklənməsinə səbəb olmuşdur. 



   Gölün  topo  –  geodeziya  təsviri:  Qala  gölü  şimal-qərbdən  cənub-şərq 

istiqamətinə  uzanmaqla  uzunluğu  2900  m,  eni  250-350  m-dir.  Gölün  sahəsi 

təxminən 90 ha, suyunun həcmi 2 milyon m

3

-dən çoxdur. Gölün ümumi görünüşü 



aşağıda verilmişdir. Gölün şimalında maksimal dərinlik 2.5 m, orta hissəsində 7.0 

m,  cənubunda  isə  5.5  metrdir.  Gölün  dibi  ovalvaridir.  Göl  morfoloji  baxımdan 

eroziya-deflyasiya mənşəlidir. Sahə eroziyaya uğradığından texnogen dəyişikliklər 

çoxdur.  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə