Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 



        

Neftlə cirklənmiş ərazilərin fitоmeliоrasiya üsulu ilə bərpası təklif edilmiş; 

        Abşeron yarımadasında ekoloji mühitin nizamlanması yolları müəyyən 

edilmişdir; 



        Tədqiqatın informasiya bazası və işlənmə metodları. Disertasiya 

işinin yerinə yetirilməsində mövzular üzrə MDB dövlətlərində və xaricdə nəşr 

olunmuş bir çox mövcud ədəbiyyatlardan, həmçinin müəlliflərin şəxsi 

tədqiqatlarının materiallarından istifadə edilmişdir. 

        Qarşıya qoyulan tapşırığın yerinə yetirilməsində aşağıdakı metodlardan 

istifadə edilmişdir: 



Müqayis_əli_–_co_ğrafi_metod.'>        Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların 

torpaqəmələgətirən amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, 

onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən 

amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların 

kartoqrafiyasında daha geniş istifadə olunur.  

        Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki və 

başqa analiz metodları sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və 

xassələri haqqında mühakimə yeritməyə imkan verir.  

        Stasionar metod. Bu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin 

öyrənilməsinə xidmət edir.  

        Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri 

modelləşdirməyə imkan verir. Bu metod əsasında ayrı-ayrı torpaqların torpaq-

ekoloji göstəriciləri əsasında onların ekoloji modelləri qurulur.  

         Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı 

(1:100000, 1:50000) topoqrafik əsasda torpaqların ekoloji qiymətləndirmə 

xəritələri tərtib edilir. Bu zaman xüsusi texnologiya əsasında topoqrafik xəritədən 

relyefin plastikası çıxarılaraq, bu yeni əsas üzərində torpaq konturları yerləşdirilir. 

          Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod 

torpaqşünaslıqda xüsusi elmi-praktiki istiqamət olan torpaqların bonitirovkası 

zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik 

göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında 

onların müqayisəli qiymətləri - bonitet balları tapılır.  

        Abşeron yarımadasında kənd təsərrüfatının təşkili, əkin dövriyyəsinin, 

gübrələmə sistemlərinin tətbiqi, ərazinin qurulmasına və torpaqların 

meliorasiyasına dair layihələrin işlənməsi, həmçinin kənd təsərrüfatı texnikasının, 

bitki növlərinin seçilməsi torpaq haqqında biliklərə istinad edir. 

         Tədqiqatın elmi yeniliyi – Abşeron yarımadasının iqlim,torpaq ehtiyatları, 

antropogen təsiri nəticəsində torpaq ehtiyatlarının neft tullantıları ilə çirklənməsi 

tərəfimizdən tədqiq edilmişdir.  

          Abşeron yarımadasının süni və təbii göllərin ekoloji vəziyyəti, göllərin və 

gölətrafı ərazilərin  neftşlam və radioaktiv tullantılarla çirklənməsi (Qala gölü 

timsalında) tərəfimizdən müəyyənləşdirilmişdir.  

          Abşeron yarımadasının neft sənayesinin inkişaf tarixi müəyyən edilmiş, 

torpaq ehtiyatlarının çirklənməsi müəyyənləşdirilmiş, torpaqların münbitliyinə 

neftlə çirklənmənin təsiri müəyyənləşdirilmişdir. 



 

 



            lk dəfə olaraq, Abşeron yarımadasında ekoloji gərginlik yaradan səbəblər 

təhlil edilmiş, neftlə və məişət tullantıları ilə çirklənmiş torpaqların bioloji 

rekultivasiya üsulu ilə təmizlənməsi təklif edilmişdir. 

            şin təcrübi əhəmiyyəti elmi – texniki tərəqqi keyfiyyətcə yeni yüksək 

mərhələ kimi söz yox ki, cəmiyyətə böyük fayda verir, əhalinin ümumi güzəranının 

inkişafına şərait yaradır. Tərəfimizdən yerinə yetirilən “Abşeron yarımadasında 

çirklənmiş torpaqların bioloji rekultivasiyasının aparılma metodları”  tədqiqat 

işindən Azərbaycan Respublikasının şoranlaşmış torpaqlarının bərpa edilməsində,  

kənd təsərrüfatının, sənayenin iqtisadiyyatının  inkişafı məqsədilə istifadə edilə 

bilər. 


          şin strukturu. Tədqiqat işinin həcmi, Giriş, 3 fəsil, nəticə və ədəbiyyat 

siyahısı hissələrindən ibarətdir. Fəsillərin daxilində tədqiqat materialları məntiqi 

ardıcıllıqla qruplaşdırılmışdır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



 

                                                FƏS L I 

 

ABŞERON YARIMADASININ TƏB  ŞƏRA T  VƏ TƏB  EHT YATLARI 



 

        1.1.Abşeron yarımadasının  fiziki-coğrafi səciyyəsi və xarakterik 

xüsusiyyətləri.  

       


Abşeron yarımadası –

Xəzər dənizinin

 qərb sahilində, 

Azərbaycan 

dövləti 

ə

razisində yarımada. Yarımadada 



Bakı, Sumqayıt

 və 


Xırdalan 

şə

hərləri ilə yanaşı, 



32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m

2

.



 

Hesab edilir ki, 

"Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə 

"duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə 

edilmişdir.

 

       Böyük Qafqaz təbii vilayətin şərqində yerləşən Qobustan-Abşeron fiziki-



coğrafi rayonu Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) 

qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda 

Cənub Şirvan düzünə qədər uzanır. Qobustan alşaq dağlıq sahəsi və Ələt tirəsi 

fiziki-coğrafi rayonda mühüm relyef formalarıdır. Burada həmçinin yarğanlar, 

alçaq dağlar, tirələr, dağlararası çökəkliklər və sahilboyu terraslar geniş 

yayılmışdır. 

       Qobustan-Abşeron fiziki-coğrafi rayonu və onun Xəzər sahili zonaları 

Azərbaycanda palçıq vulkanlarının cəmləşdiyi əsas ərazilərdir. Burada Torağay, 

Lökbatan, Bozdağ, Osmanbozdağ, Ayrantökən, Mişovdağ, Axtarmapaşalı və s. 

Palçıq vulkanları yerləşir. Ərazi Kaynazoy yaşlı, şist, əhəngdaşı, qum, gil kimi 

süxurlarla örtülür. Sumqayıt çayının sol sahillərində Təbaşir yaşlı süxurlara da rast 

gəlinir. 

      Burada yayı quru, isti, qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi 

hakimdir. Qobustanda havanın orta illik temperaturu 14°-14,5°S-dir. Rayonun 

qalan ərazilərdə havanın orta illik temperaturu 10°-12°S müşahidə edilir. Yanvarda 

havanın orta temperaturu 0°-3°S arasında olur, iyulda isə bu göstərici 25°-27°S 

arsında dəyişi. Bakıda havanın maksimum temperaturu yayda 40°S-yə qədər 

qalxırsa, qışda havanın minimum temperaturu  -13°S-yə enir. Abşeron 

yarımadasının şimalında havanın maksimum temperaturu 42°S, havanın minimum 

temperaturu qışda  -16°S qeydə alınmışdır. Regionda 150 mm-dən 400  mm-ə 

qədər yağıntı düşür. Qobustanın cənub-şərq kənarlarını külək tutmadığına görə 

ə

razi respublikada ən az ( 150 mm ) yağıntı alan sahədir. 



      Qobustandan axan Pirsaat, Ceyrankeçməz, Sumqayıt çayları, həmçinin digər 

kiçik çaylar yağış suları ilə qidalandığına və orta dağlıq zonadan başlandığına görə 

yayda çoxu quruyur. Ərazinin yumşaq və asan yuyulan süxurlarla örtülməsi burada 

sıx yarğanlar şəbəkəsinin əmələ gəlməsinə səbəb olmuşdur. 

      Qobustan-Abşeron fiziki-coğrafi reyonunun boz-qonur və şorakətli boz-qonur 

torpaqlarında yovşan, şoran, dəvətikanı, kəndiz və efemerlər bitir. Onlar 

yarımsəhra landşaft qurşağına daxildir və ərazinin başdan-başa əhatə edir. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə