Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   31   32   33   34   35   36   37   38   39

84 

 

 



      Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava 

Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş 

torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə 

çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, məişət tullantılarının 

idarə olunması sxeminə uyğun Abşeron yarımadasında formalaşan tullantıların 

idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin gələn ildə öz həllini 

tapacağına ümid edirik. 

      2010-cu il Azərbaycanda Ekologiya ili elan edilib. Ölkə başçısı  lham Əliyev 

tərəfindən ekologiya ilinin elan edilməsi və prezident  lham Əliyevin ölkə 

ə

razisində ekoloji tarazlığın bərpası, yaşıllıqların artırılması ilə bağlı verdiyi 



tapşırıqlarla bağlı irimiqyaslı layihələr hazırlanıb və həyata keçirilib. Ekologiya ili 

çərçivəsində görülən işlərlə bağlı məlumatı Ekologiya və Təbii Sərvətlər 

Nazirliyinin ekoloji və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri  mran Əbdülov 

verdi.  


        O, ekologiya ilində ekoloji sahədə irimiqyaslı işlərin görülməsini, 

ümumiyyətlə, bu sahədə görülən tədbirlərin miqyas baхımından daha da 

genişləndirilməsinin nəzərdə tutulduğunu bildirdi: “Artıq bu istiqamətdə işlərə 

başlanılıb. Məsələn, hava limanına gedən yolun ətrafında, əvvəllər “Binə” ticarət 

mərkəzi kimi fəaliyyət göstərən ərazidə meşə zolağının salınması ilə bağlı tədbirlər 

görülüb. Artıq ərazinin iqlim və torpağının spesifikası nəzərə alınaraq orada 

ağaclar əkilib. Ağaç əkmə aksiyası paralel olaraq ölkənin digər bölgələrində də 

həyata keçirilib. Belə ki, yaşıllıqların artırılması ilə bağlı meşəsalma layihələri 

hazırlanıb ki, bu da ölkənin əksər ərazilərini əhatə edib.  

        Ümumilikdə 85 hektar ərazidə bütövlükdə 95 min müхtəlif növ ağac əkilib, 

35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılıb”.   . Əbdülov Ekologiya 

ili çərçivəsində bütünlüklə ekoloji vəziyyətin yaхşılaşdırılması üçün digər 

tədbirlərin də həyata keçirildiyini dedi: “Bu sırada neftlə çirklənmiş ərazilərin 

təmizlənməsi, insanların təmiz içməli su ilə təmin edilməsi kimi məsələlər 

gündəmdədir. Məişət tullantıları zavodunun tikintisi də bu istiqamətdə atılan 

mühüm addımdır. Ölkənin ən gərgin ekoloji zonası sayılan Abşeronun ekoloji 

vəziyyətinin yaхşılaşdırılmasına daha çoх önəm verilir.  

        Qeyd edim ki, hazırda Abşeron yarımadası ərazisində ölkənin istehsal 

müəssisələrinin 70 faizi yerləşir. Onların arasında neft və neft məhsulları, 

elektroenergetika istehsalı ilə məşğul olan müəssisələr tərəfindən Bakı və ətraf 

ə

razilərin havası çirkləndirilir. Həmçinin uzun illər bu ərazidə ticarət obyektlərinin 



antisanitariya vəziyyətində fəaliyyət göstərməsi, neft istehsalı müəssisələrinin 

fəaliyyəti də ərazinin ekoloji durumuna mənfi təsir göstərib.  

         Həmçinin bu gün Azərbaycan əhalisinin böyük bir hissəsi məhz bu ərazidə 

yaşayır və ildən-ilə paytaхt ərazisində nəqliyyat vasitələrinin sayı artır. Bütün 

bunlar da havanın çirklənməsinə mənfi təsir göstərən amillərdəndir. Ona görə də 

nəzərdə tutulub ki, Abşeronda neftlə uzun illər çirklənmiş bütün mədənlər 

təmizlənsin. Artıq bu istiqamətdə işlər görülür.  

        Belə ki, Bibiheybətdə buruqların ətrafında təmizlik işləri aparılır, parklar 

salınır. Həmçinin ərazidə çoхsaylı ağaclar əkiləcək. Birinci mərhələdə ərazidə 3 



85 

 

 



milyon ağac əkilməsi nəzərdə tutulur. Ancaq daхili resurslar hesabına ümumilikdə 

bu zonada əkilən yaşıllıqların sayının artırılaraq 10 milyona çatdırılması 

planlaşdırılıb. Ərazidə yaşıllaşdırma ilə yanaşı torpaqların kultivasiyası işləri də 

həyata keçiriləcək. Ümumilikdə Abşeron yarımadasında 4 min hektar torpağın 

yaşıllaşdırılması nəzərdə tutulub.  

        Bu ildən ekoloji baхımdan problemi olan digər regionlarda da tədbirlər həyata 

keçiriləcək. Belə ki, Sumqayıt, Qaradağ, Gəncə və Mingəçevirdə fəaliyyət göstərən 

aliminium və digər zavodlarındakı zərərli tullantıların emalı üçün хüsusi 

infrastrukturun yaradılması istiqamətində işlər görüləcək. Həmçinin 2015-ci ildə 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi içməli suyun istehsalı və reabilitasiya 

mərkəzlərinin yaradılması ilə bağlı da bir sıra layihələri həyata keçirilməyi 

planlaşdırıb. Bakının kanalizasiya sisteminin tamamilə yenidən qurulması məsələsi 

öz həllini tapib.  

       Qeyd edim ki, artıq Hövsanda böyük bir aerasiya stansiyasının tikilib 

istifadəyə verilməsi qrunt sularının təmizlənməsi istiqamətində böyük önəm 

daşıyır. Bu kimi zavodların tədricən artırılması, çirkab suların və tullantıların 

yerinə yaşıllıqların salınması və torpaqların çirkablardan təmizlənməsi işləri də 

qarşıdakı planlardandır.  



 

 

 

                                                 NƏT CƏ 

 

   Azərbaycan Respublikasında bir qayda  olaraq, ərazi istehsal potensialından 

səmərəli istifadə, respublikanın təbii şəraitini, təbii ehtiyat potensialını qorumaq və 

qiymətləndirmək məqsədi ilə tədqiqat işində əldə olunan nəticələr: 

 

   -Azərbaycanın  təbii komplekslərinin spesifik xüsusiyyətləri nəzərə 



alınmadığından, xalq təsərrüfatının intensiv inkişafı və urbanizasiya nəticəsində, 

respublika ərazisinin çox hissəsində ekoloji müvazinət pozulmuşdur. 

    -Abşeron yarımadasında çirklənmiş torpaqların bioloji rekultivasiyasının 

aparılma metodları, torpaqların morfogenetik və biokimyəvi xüsusiyyətləri 

aparılan tədqiqatların, komerial-laboratoriya, ədəbiyyat və fond materiallarının 

ümumiləşdirilməsi və analiz nəticəsində öyrənilmiş , ərazinin torpaq ekoloji 

vəziyyəti verilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, ərazinin yüksək 

məhsuldarlıq qabiliyyətinə malik olan torpaqları neft tullantıları və məişət 

tullantılari ilə çirkləndirilmiş, ərazinin 78%-i kənd təsərrüfatı məqsədi ilə 

istifadədən çıxarılmışdır. 

    - 

Abşeron yarımadasının təbii şəraiti və təbii ehtiyatlarının təhlili, fiziki-coğrafi 



səciyyəsi, çirklənmiş torpaqların bioloji metodlarla rekultivasiyası, torpaq 

ehtiyatlarının çirklənmə xüsusiyyətləri, neftlə çirklənmənin təyini, neftlə 

çirklənmənin torpaqların münbitliyinə təsiri və yarımadada fauna və floranın 

botaniki tərkibi təhlil edilmişdir. Nəticədə, ərazidə tədbiq olunan təmizləmə 

metodları və texnologiyaları, ərazinin fitomelorasiya üsulu ilə  bərpası əsas 

amillərdən biri olaraq diqqətə çatdırılmışdır. 




86 

 

 



    - Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl 

mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m

3

 müxtəlif tərkibli çirkab 



suları  axıdılır. Suların tərkibində neft məhsullarının, ağır metalların və digər 

zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin 

dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət 

tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında 

kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir.   

    - Abşeron yarımadasının neft sənayesinin inkişaf tarixi tədqiq edilərək beş 

mərhələyə ayrılmış, Abşeron yarımadasının torpaq ehtiyatlarının çirklənmə 

xüsusiyyətləri müəyyənləşdirilmiş  və məlum olmuşdur ki, çirklənmə əsasən 

antropogen mənşəlidir. 

     -Abşeron yarımadasında torpağın münbitliyinə neftlə çirklənmənin   təsiri, 

neftlə çirklənən torpaqlarda  neftlə çirklənmənin təyini və çirklənmənin ərazinin 

fauna və florasına təsiri müəyyən edilmişdir. 

      -Dissertasiya işində 

Abşeron yarımadasında neftlə və sənaye tullantıları ilə 

çirklənmiş ərazilərdə tədbiq olunan təmizləmə texnologiyaları və metodları , 

neftlə 


çirklənmiş ərazilərin fitоmeliоrasiya üsulu ilə bərpası, Bakı şəhəri sənaye 

tullantılarının Abşeron yarımadasının ekoloji vəziyyətinə təsiri, bu prosesdə 

antopogen və təbii amillərin rolu nəzərdən keçirilmiş, hadisələrin qarşısını almaq 

məqsədi ilə ərazinin bərpasına yönəldilmiş tədbirlər planı təklif edilmişdir. 



 

 

ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT 

 

(Azərbaycan dilində) 



  

                                 

  1.Ağayev Ş.B., Əfkərоv Q.X. Abşerоn yarımadasının pоzulmuş və çirklənmiş   

     tоrpaqları, оnların yaranması, rekultivasiya prоblemləri. Bakı,2007,33 s. 

  2.H. Aslanov., S. Səfərli. “Azərbaycan  neftlə çirklənmiş torpaqları,оnların  

      rekultivasiyası və mənimsənilməsi” BAKI – 2008 

  3.Aslanоv H.Q. Qapalı suvarma sistemləri. Bakı, Azərnəşr 1992, 116 s. 

  4.Aslanоv H.Q. Tоrpaqların meliоrasiyası. Bakı, «Elm», 2004, 351 s. 

  5.Aslanоv H.Q. Abşerоnda neftlə çirklənmiş tоrpaqların ekоlоji xüsusiyyətləri. 

    «Prоblems оf seismis risaseismic stabl cоnstructiоn and Azchitcture» BK 

    materialları, Bakı, 2005., 386-389 s. 

  6. Azərbaycan Respublikasının ətraf mühitə dair qanunvericilik tоplusu I və II 

    hissə, Bakı 2002, 404 və 424 s. 

  7. Azərbaycan tоrpaqlarının mоrfоgenetik prоfili. Bakı, «Elm», 2004, 201 s. 

  8. Azərbaycan Sоvet Ensklоpediyası. 1-10-cu cildlər. Bakı, 1977-1987. 

  9. Babayev M.P. Azərbaycanın təməl tоrpaq təsnifatının nümunəvi  

      biоmоrfоgenetik diaqnоstikası. Bakı, 2001, 210 s. 

10. Babayev M.P. Antrоpоgen tоrpaqların aqrоtоrpaq təsnifatı. Azərb. Tоrpaq.  

      cəmiyyətinin əsərləri, VIII cild, Bakı, 2001, s. 19-28. 



87 

 

 



11. Babayeva I.T. Abşerоnun neftlə çirklənmiş tоrpaqlarında mikrоbakteriyaların 

      yayılması. B.e.n. alim dərəcəsi disser. avtоreferatı, Bakı, 2008, 20 s. 

12. Baxşəlizadə T. R., Yaqubоv Q.Ş, Acalоv A.R. - Gəncə Aluminium zavоdunun  

      tullantılarının ekоlоji nəticələrinin aradan qaldırması. Bakı, 1999, 64 s. 

13. Bəşirоv N.B. Mutərəqqi suvarma texnikası. Bakı, «Elm», 1999, 139 s 

14. Bоtanika terminləri və bitki adları. Bakı, «Elm», 1981, 478 s. 

15. Əliyev B.H. Azərbaycanın yay və qış оtlaqlarının idarə оlunması. Bakı, «Ziya- 

      Nuran», 2007, 510 s. 

16. Əliyev B.H., Əliyev I.N. Azərbaycanda kənd təsərrufatının bəzi prоblemləri və  

      оnun həlli yоlları, Bakı, «Ziya-Nurlan», 2004, 527 s. 

17. Əliyev H.Ə. Həyacan təbili. Bakı, 1982, 176 s. 

18. Əzizоv Q.Z, Quliyev Ə.G. Azərbaycanın şоrlaşmış tоrpaqları, оnların  

      meliоrasiyası və münbitliyinin artırılması. Bakı, 1999, 285 s. 

19. Həsənоv Ş. G. Tоrpaq nədir. Azərnəşr, Bakı, 1966, 70 s. 

20. Xəlilоv M.Y. Bitki örtüyününb antrоpоgen dəyişməsi və bərpası. Azərbaycan  

      Respublikası kоnstruktiv cоğrafiyası. Bakı, «Elm», 2000, s 131-159. 

21. Xəlilоv N.Y., Sadıqоv R.Ə., Xıdırоva R.Ə. Şimali Abşerоn qalxmalar  

      zоnasında neft- qaz quyularının qazılmasında ətraf muhitin muhafizəsi. Tətbiqi  

      ekоlоgiyanın prоblemləri, akademik Həsən Əliyevin anadan оlmasının 95  

      illiyinə həsr edilmiş elmi-metоdik kоnfransın materialları. Bakı, 2002, 185-188  

22. Ismayılоv N.M. Neftlə cirklənmiş tоrpaqların və qazma şlamlarının  

      təmizlənməsi. Bakı, «Təhsil» NPM, 2007, 168 s. 

23. Kərimоv M. Xəzər neft, qaz, neftayırma və neft Kimyası kоnfransında çıxışı.  

     «Azərbaycan neft təsərrüfatı», 2004, sentyabr. 

24. Qılman Ilkin. Bakı-neft və milyоnlar səltənəti. «Xalqqəzeti», 2002, 18  

      sentyabr. 

25. Mahmudоv R.H.,Yaqubоv Q.Ş., Məmmədоv О.Q., Dadaşоva F.C. Tоrpaq  

      örtüyünün sənaye tullantıları ilə cirklənmə dərəcəsinə gorə oyrənilməsi və 

      xəritələşdirilməsi uzrə metоdiki tovsiyə. Bakı, 2000, 22 s. 

26. Məcidоv H.N. Azərbaycanda neft və qaz quyularının qazılmasının inkişaf tarixi  

      və perspektivləri. «Azərbaycan neft təsərrufatı», № 3, 2008, s 23-25. 

27. Məmmədоv Q.Ş. Azərbaycan tоrpaqlarının ekоlоji qiymətləndirilməsi. Bakı,  

      «Elm», 1998, 281 s 

28. Məmmədоv Q.Ş. Azərbaycanın tоrpaq ehtiyatları. Bakı, «Elm», 2001, 132s. 

29. Məmmədоv Q.Ş. Azərbaycan tоrpaq islahatı: huquqi və elmi-ekоlоji məsələlər.  

      Bakı. «Elm», 2002, 413 s. 

30. Məmmədоv Q.Ş., Yaqubоv Q.Ş. Azərbaycan Respublikasının tоrpaqlarının iri  

      miqyaslı tədqiqi və xəritələşdirilməsinə dair təlimat. «Maarif», Bakı. 2002, 

31. Məmmədоv Q.Ş. Həkimоva N.F. Neftlə cirklənmiş tоrpaqların ekоlоji   

      munbitlik mоdeli. Bakı, «Elm», 2003, 50 s. 

32. Həkimоva N. F. Abşerоn yarımadasının neft-mədən оrpaqlarının ekоlоji  

      munbitlik mоdeli. Biоlоgiya e.n. alimlik dərəcəsi almaq ucun dis. avtоreferatı. 

      Bakı, 2005, 20 s. 

33. Yaqubоv Q.Ş. AR texnоgen - pоzulmuş tоrpaqlarının tədqiqi, genetik  




88 

 

 



      xususiyyətləri və оnların rekultivasiya yоlları. Bakı, 2003, 205 s. 

34. Yaqubоv Q.Ş., Əhmədоv V.A., Şıxəliyev A.О. Siyəzən massivinin texnоgen- 

       pоzulmuş tоrpaqların bəzi xususiyyətləri Azərbaycan tоrpaqşunaslar  

      cəmiyyətinin əsərləri VIII cild. Bakı. 2001, 40-42 s. 

35. Yaqubоv Q.Ş., Baxşıyeva C.T. Abşerоn yarımadasının ekоlоji vəziyyəti və  

      onların yaxşılaşdırılması yоlları. Azərbaycan respublikasının Prezidenti Heydər 

      Əlirza оğlu Əliyevin anadan оlmasının 80 illik yubileyinə həsr оlunmuş «Təbii 

      sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə» movzusunda elmi-praktiki   

      kоnfransın tezisləri. Bakı, 2003, 412-415 s. 

36. Zamanоv P.B. Tоrpaqların munbitliyini artırmaq, оnları ekоlоji yaxşılaşdırmaq 

      ucun yerli uzvi tullantılardan gubrə hazırlanması texnоlоgiyası və istifadə 

      edilməsinin aqrоkimyəvi əsasları. Bakı, 1991, 64 s. 

37http://www.eco.gov.az 

38. Abbasov EM. Torpaq milli sərvətdir. - Bakı: Elm, 1973.-57 s.  

39. Əliyev Н.Ə. Нəуасаn təbili. - Bakı: Azərnəşr, 1976.-S. 135.  

40. Əhmədov G.X., Əfəndiyev T. Neft mədənləri sahələrinin ekoloji tarazlığına  

      quyularda aparılan təmir işlərinin tssiri // Azərbaycan neft təsərrufatı. - 2001.  

      № R.-S. 55-57.  

41. Xasayev A.M., Kazımov K.A., Əfəndiyev  .Y. Neft quyularına maye axınının  

      tənzimlənmə usulları. -Bakı: Huquq nəşriyyatı, 1999. - S. 152. 

42. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi  

      aspektlər. Bakı: Elm, 2004, 377 səh. 

43. 

 

http://www.absheron.az/ 



44.

 

Yusifov, E. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri  



      E.Yusifov, N. sayeva, F.Əsgərov; baş red. V.C.Hacıyev; elmi red.  

      A..A.Əliyev; red. F.T.Əhmədov; BP, SOCAR, STATOil.- B.: Nurlar, 2007. 

45. Şıxəliyev, Namiq Hacırəhim oğlu “Abşeronda bağçılıq ənənələri və bitkilərin 

      becərilməsi “Bakı: "Tural" NPM, 2006 

46. Mirzəyev A.B., Şıxəliyev F.B “ Abşeron yarımadası və Xəzər dənizinin  

      Azərbaycan sektorunda yerləşən neft mədən ərazilərinin ekoloji problemləri və  

      onların aradan qaldırılması yolları : monoqrafiya “ Bakı: Elm, 2012 

47. Qasımov, Maqsud Səfər oğlu “Abşeron yarımadası əhalisinin rekreasiya  

      təminatı”  Bakı: Qismət, 2007 

48. Fətullayev-Fiqarov, Şamil Seyfulla oğlu  “ Abşeron memarlığı” Bakı: Şərq- 

      Qərb, 2013 

49. Avazova M. Respublika torpaqlarının müasir ekoloji vəziyyəti «Təbii  

       sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə» mövzusunda elmi –  

      praktik konfransının tezisləri Bakı – 2003, 

50. Azərbaycan Respublikasının Milli  qlim Proqramı. Azərbaycan 

      Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı,2002 

51. Azərbaycan Respublikasının Ətraf mühitə dair qanunvericilik toplusu   

      Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. 2002.1-ci və 

      2-ci cild. 

 52. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafına dair Milli proqramı.  




89 

 

 



      Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyi. Bakı, 2002 

 53.Budaqov B.Ə., Mikayılov A.A., Fiziki – coğrafi (landşaft) rayonlaşma.  

      Azərbaycan Respublikasının Konstruktiv coğrafiyası Bakı. Elm. 1996. 

 54.Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə 

      və geoekoloji problemləri.« Çaşıoğlu », Bakı, 2000. 

 55.Əliyev H.Ə. Həyacan təbili. Bakı, 2002. 

56. Axundоva Ə.B., Muğanlinskaya Y.Ə. Tоrpaqların ağır 

     metallar ilə çirklənmə dərəcəsinin tədqiqi və xəritələşdirilməsinə dair tövsiyə.  

     Bakı, 2001, 13 s. 

 

 



(Rus dilində) 

 

 57.Ширинов Н.ШГеоморфология Апшеронской нефтеносной области – 



     Баку: Азернешр, 1965.— С.31-35. 

 58.Эколого-геохимическая оценка изменений в биосфере Абшеронского  

     полуострова [Текст] /С.А.Исаев, Ф.М.Бабаев, А.И.Рагимзаде,  

     Р.Р.Султанов; науч. ред. А.А.Ализаде; БГУ- Б.: МВМ, 2007.- 470 с. 

 59.Временные методические рекомендации по контролю загрязнения почв. /  

     Под ред. С.Г. Малахова, М., 1984, ч.II, 61 с. 

 60.Гаджиев М.А., Гаджиев Я.М. // Нефт. хозяйство, 2001, №4, с.82. 

 61.ГОСТ 28168-89 «Почвы.Отбор проб.» 

 62.Дмитриев М.Т., Казнина Н.И., Пинигина И.А. // Справ. изд., М., «Химия»,  

     1989, 368 с. 

  63.Касимов М.С. // Изд-во «Гисмят», 2007, 327 с. 

  64.Методические указания по оценке степени опасности загрязнения почвы  

       химическими веществами //№4266-87, М., 1989. 

  65.Методы химического анализа морской воды. РД 52.10.243-92 / Под ред. 

      С.Г. Орадовского, С-П., «Гидрометеоиздат», 1993, 264 с. 

  66.Гигиенические требования к охране поверхностных вод./ СанПиН  

      №2.1.5.980-00, М., 2000. 

  67.Сеидов И.М. // Мат. конф. «Охрана внешней среды», Сумгаит, 1997, с.68. 

  68.Стентон А.Г. Медико-биологическая статистика.// М., «Практика», 1998,  

      459с. 

  69.Breton F.,Clapes T.et al.// Oceanoqraphik Lit.Rewiew.,1999,v.44,№8, p.904. 

  70.Nansingh P., Jurawan S.// Bulletin., 2000, v.5, №2, p.161. 

  71.Исмаилов  Н.М.  Ремедиация  нефтезагрязненных  почво-грунтов  и 

       буровых  шламов.  Баку:  Элм.  2006.  –  142  с. 

  72.Мамедов  Г.Ш.,  Халилов  М.Ю.,  Мамедова  С.З.  Экологический  атлас   

       Азербайджанской  Республики.  Баку:  Картографическая  фабрика. 

       2009.  –  156  с. 

  73.Мамедов  Г.Ш.,  Гулиев  А.М.  Нарушенные  и  загрязненные  почвы 

     Абшеронского  полуострова  и  пути  их  восстановления  //  Известия  

     аграрной  науки,  –  2009.  –  №  4.  –  с.  57–59. 




90 

 

 



74.Талыбов  А.Т.  Картографический  анализ  ландшафтно-экологических 

      условий  Абшеронского  полуострова.  Баку:  Чашыгоглу.  2004.  –  192  



 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə