Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

22 

 

 



edir.  Onun  oksigen  rejimi  tam  pozulmuşdur  və  suda  konsentrasiyası  1-2  mq/l 

arasındakı tərəddüd edir ki, bu da sanitar normadan 2-4 dəfə azdır. Gölün suyunda 

oksigenin azlığı görünür ki, gölə atılan çirkləndirici maddələrin oksidləşməsindən 

irəli  gəlir.  Burada  oksigenin  biokimyəvi  sərfi  16  mq/l  təşkil  edir  ki,  bu  da 

normadan 4 dəfə artıqdır.  

        Böyük  şor  gölündə  kation  və  anionların  konsentrasiyası  normanı  kəskin 

şə

kildə aşır. Belə ki, kalsiumun miqdarı yol verilən qatılıq həddindən (YVQH) 45 



dəfə, maqnezium 15 dəfə, xloridlər 205 dəfə, sulfatlar isə 3 dəfə çoxdur. Neft 

məhsulları  və  fenolların  konsentrasiyası  sanitar  normaları  uyğun  olaraq  66  və  20 

dəfə aşmışdır. Detergenlərin də (sintetik yuyucu maddələrin) miqdarı normadan 9 

dəfə yüksəkdir. Ağır metalların misin konsentrasiyası 6 dəfə, kadmiumun 

konsentrasiyası isə 2 dəfə normadan artıqdır.  

        Hal-hazırda  Böyük  şor  gölünü  qurutmağa  çalışırlar.  Onun  su  hövzəsinin 

çirklənmə  səviyyəsi  olduqca  yüksəkdir  və  ekoloji  təhlükənin  artması  davam 

etməkdədir. 



        Bülbülə  gölü  səthinin  sahəsi  300  ha,  dərinliyi  2,5  m  olmaqla  Abşeron 

yarımadasının  mərkəzində  yerləşir.  Gölə  axıdılan  məişət  tullantılarının  gündəlik 

miqdarı 25,1 min m

3

, uyğun olaraq illik həcmi isə 9162 min m



3

 təşkil edir.  

        Bu  tullantılar  əsasən  Bakıxanov,  Bülbülə,  Əmircan  və  Qaraçuxur 

qəsəbələrinin  məişət-çirkab  sularından  ibarətdir.  Gölün  suyu  şortəhər  olmaqla 

minerallaşma  dərəcəsi  1,7  q/l-dir.  Kationların  (kalsium  və  maqneziumun) 

konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) 

miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir.  

        Detergenlərin  miqdarı  YVHQ-dən  9,5  dəfə,  fenolların  miqdarı  8  dəfə,  neft 

məhsullarının  və  misin  konsentrasiyası  isə  3,5-4  dəfə  artıqdır.  Gölün  oksigen 

rejimi norma daxilindədir və bu göl Böyük şor gölü ilə müqayisədə 

çirklənməyə o qədər də yüksək dərəcədə məruz qalmamışdır. 

       Qırmızı gölün ərazisi 700 ha, suyunun həcmi isə 8,3 mln.m

3

-dir. 1976-cı ilə 



kimi  göl  neft  mədənlərindən  çıxan  lay  sularının  qəbuledicisi  kimi  istifadə 

olunmuşdur. Hal-hazırda hər gün Lökbatan qəsəbəsindən 47,3 min m

3

 məişət 


tullantıları gölə daxil olur.  

      Beləliklə,  Qırmızı  gölə  il  ərzində  17955  min  m

3

  çirkab  suları  buraxılır  ki, 



onların  da  əsasını  Lökbatan  qəsəbəsinin  məişət-çirkab  suları  (9115  min  m

3

)  və 



Hacı Həsən gölündən axan sular (6570 min m

3

) təşkil edir. Gölün suyunun oksigen 



rejimi  ciddi  pozulmuşdur.  Belə  ki,  həll  olmuş  oksigen  normadan  2-2,5  dəfə  az 

müşahidə olunur. Suyu şor olmaqla minerallaşma dərəcəsi 55 q/l-dir.  

       Aparılan  laboratoriya  tədqiqatlarının  nəticələri  göstərir  ki,  gölün  suyunun 

tərkibində anion və kationların konsentrasiyası YVHQ-ni dəfələrlə aşır. Bu zaman 

kalsiumun  miqdarı  normadan  2,3  dəfə,  maqnezium  5,7  dəfə,  xloridlər  8,5  dəfə, 

sulfatlar  isə  8  dəfə  yüksək  qeydə  alınmışdır.  Suda  fenolların  konsentrasiyası 

normanı  15  dəfə,  neft  məhsulları  5  dəfə,  mis  4  dəfə,  kadmium  və  detergenlərin 

miqdarı  isə  3  dəfə  aşır.  Bütün  bunlar  gölün  ekoloji  durumunun  gərgin  olduğunu 

deməyə əsas verir. 



23 

 

 



        Hacı Həsən gölü Bakı şəhərinin cənub-qərb hissəsində – Yasamal dərəsində 

yerləşir.  Akvatoriyası  175  ha,  dərinliyi  2  m,  suyunun  həcmi  isə  3,2  mln  m

3

-dir. 


Gölə il ərzində 9040 min m

3

 məişət-sənaye çirkab suları atılır ki, onların da 80%-i 



məişət  mənşəli  tullantılardır,  suyunun  minerallığı  2,5  q/l-dir.  Gölün  suyunun  fon 

tərkibində  anionlar  üstünlük  təşkil  edir  və  konsentrasiyası  sanitar  normaları  aşır.    

Xloridlərin miqdarı normadan 44 dəfə, sulfatların miqdarı isə 1,6 dəfə yüksəkdir. 

Hacı  Həsən  gölü  ancaq  fenollar  (YVHQ=8),  cadmium  (YVHQ=4)  və  mis 

(YVHQ=3,5)  ilə  orta  səviyyədə  çirklənmişdir.  Gölün  su  mühitinin  və  dib 

çöküntülərinin çirklənmə dərəcəsi ekoloji baxımdan orta qiymətləndirilə bilər. 



        Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla Zığ qəsəbəsindən axan 

məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Gölə axıdılan məişət 

tullantı sularının illik həcmi 1826 min m

3

, sənaye (neft, qaz) tullantıları isə 



73  min  m

3

-dir.  Götürülmüş  su  nümunələrinin  analizlərinin  nəticələri  göstərir  ki, 



gölün  suyu  şor  olmaqla  minerallaşma  dərəcəsi  166  q/l-ə  çatır.  on  tərkibində 

xloridlər  96,  mqanezium  42,6  və  sulfatlar  5,4  q/l  olmaqla  sanitar  normaları 

müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimi 

pozulmuşdur.  

       Oksigenin  konsentrasiyası  sanitar  normadan  1,6  dəfə  aşağıdır.  Çirkləndirici 

maddələrdən yüksək miqdarda cadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla 

müşahidə  olunur  ki,  bu  da  sanitar  normadan  uyğun  olaraq  8,4  ;  6  ;  4,5  dəfə 

yüksəkdir. 

       Zığ  gölünün  dib  çöküntülərində  manqan  (222  mq/kq),  neft  məhsulları  (63 

mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), 

xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta 

qiymətləndirmək olar. 



       Masazır gölü ellips formasında olub səthi 8,33 km

2

-dir. Ən böyük eni 2,6 km, 



gölün orta dərinliyi 0,6 m, sahil xəttinin uzunluğu 14 km, suyunun həcmi 6,8 mln 

m3-dir.  

       Göl əsasən atmosfer yağıntıları və qismən yeraltı sular hesabına qidalanır. 

Bundan  başqa,  gölə  Masazır  və  Novxanı  qəsəbələrinin  məişət  kommunal  suları 

axıdılır. Tullantı sularının miqdarı gün ərzində 8 min m

3

 təşkil edir. Gölün suyunun 



minerallaşma dərəcəsi 280 q/l təşkil edir və bu göstəriciyə görə Masazır gölü 

ş

or  sulu  göllər  qrupuna  aid  edilir.  Suyunun  ion  tərkibində  xloridlər  (161  q/l)  və 



sulfatlar  (8,6  q/l)  üstünlük  təşkil  edir,  onların  konsentrasiyası  sanitar  normaları 

müvafiq olaraq 2 və 17 dəfə aşır.  

       Kalsium (0,6 q/l) və maqnezium (3,4 q/l) konsentrasiyası nisbətən az olsa da 

onların göstəriciləri sanitary normadan 3,5 və 17 dəfə yüksək qeydə alınmışdır. 

Çirkləndirici  maddələrdən  daha  yüksək  miqdarda  misin  və  kadmiumun 

konsentrasiyaları  müşahidə  edilir  ki,  onların  da  göstəriciləri  normanı  müvafiq 

olaraq 10,5 və 17 dəfə aşır. 

       Detergenlərin  və  neft  məhsullarının  miqdarının  nisbətən  az  olmasına 

baxmayaraq  onların  da  konsentrasiyaları  normadan  müvafiq  olaraq  6  və  2,4  dəfə 

yüksək qeydə alınmışdır. Masazır gölünün suyunun davamlı çirklənməsi dib 

çöküntülərinin də çirklənməsinə səbəb olur.  



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə