Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

20 

 

 



elementlərə aid edilir. 

       Abşerоn yarımadasında kənd yerlərinin inkişafı və ekоlоji vəziyyətin 

yaxşılaşdırılmasından ötrü Azərbaycan höküməti sоn illər bir sıra muhum addımlar 

atmışdır. Əhalinin içməli suya, təbii qaza оlan tələbatını ödəmək üçün layihələr və 

prоqramlar işlənilmiş və 2008-ci ildə bu işlər başa çatdırılacaqdır. Bütün kəndlərdə 

və qəsəbələrdə infrastruktur оbyektlərinin (yоlların, rabitə оbyektlərinin, 

məktəblərin, xəstəxanaların, turizm оbyektlərinin) bərpası, yenilərinin inşası 

həyata kecirilir. 

       Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 

sərəncamı ilə Abşerоn yarımadasında ekоlоji mühitin yaxşılaşdırılması məqsədi ilə 

qəbul edilmiş prоqram neftlə çirklənmiş tоrpaqların təmizlənməsi ilə yanaşı digər 

sənaye və məişət tullantılarının emalı və utilizasiyasını, sağlamlıq оbyektlərinin 

(xəstəxana, sanatоriya-kurоrt) inşasını, yaşıllaşdırma işlərinin aparılmasını və s. 

nəzərdə tutur. 



 

      1.5.Abşeron yarımadasının təbii və süni göllərinin ekoloji vəziyyəti. 

      Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl 

mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m

3

 müxtəlif tərkibli çirkab 



suları  axıdılır. Suların tərkibində neft məhsullarının, ağır metalların və digər 

zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin 

dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət 

tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında 

kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir.   

       Ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindən digər 

layihələrlə birlikdə, «Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların 

ekoloji vəziyyətinin sağlamlaşdırılması» layihəsi də işlənib hazırlanmışdır. Lakin 

təhlil göstərir ki, bu tədqiqatların tam həyata keçirilməsi bir sıra təşkilati və 

maliyyə problemləri ilə bağlıdır. Ona görə də yarımadadakı bütün göllərə dair 

ekoloji, geoloji-morfoloji və digər tədqiqat işləri başa çatdırılmamışdır.   

       XX əsrin ikinci yarısından başlayaraq insan və ətraf mühit, təbiət və cəmiyyət 

arasında  yaranan  ekoloji  gərginliklər  ekologiya  terminini  daha  geniş  anlamda 

gündəmə gətirmişdi. 

       Alimlərin  hesablamalarına  görə  insan  cəmiyyəti  təşəkkül  tapandan  bəri 

meşələrin  üçdə  ikisi  qırılmış,  minlərlə  bitki  və  heyvan  növləri  məhv  edilmiş,  10 

milyard  ton  oksigen  ehtiyatı  azalmış,  200  milyon  hektardan  çox  əkin  sahəsi 

yararsız hala düşmüş, yerüstü və yeraltı su ehtiyatları çirklənmə prosesinə 

məruz qalmışdır.  

      XXI əsrə qədəm qoyduğumuz bir vaxtda hər gün 44 ha torpağın münbitliyi, bir 

heyvan  və  bitki  növü  itir,  28  ha  meşə  məhv  olur.  Ətraf  mühitin  çirkləndirilməsi 

insan sağlamlığı üçün önəmli yer tutan su, hava və torpağın tərkibinin dəyişməsinə 

səbəb  olur.  Bütün  təbii  sular  bir-birilə  sıx  surətdə  əlaqəli  olmaqla  yerin  vahid  su 

örtüyünü-hidrosferi əmələ gətirir. Sənayenin sürətlə inkişafı və əhalinin artması ilə 

ə

laqədar  olaraq  halhazırda  dünyada  içməli  su  problemi  və  onun  çirklənmədən 



mühafizəsi məsələsi kəskin şəkil almışdır.  


21 

 

 



       BMT-nin  Baş  Asambleyasının  XXXV  qurultayında  elan  olunmuşdur  ki, 

halhazırda  planetin  1  milyarddan  çox  əhalisi  keyfiyyətli  su  qıtlığından  əziyyət 

çəkir. 

       Yerüstü  və  yeraltı  su  ehtiyatlarının  çirklənməsi  Azərbaycan  Respublikasının 



Abşeron yarımadası üçün də olduqca xarakterikdir. Sənaye sahələrinin (xüsusilə də 

neft  sənayesinin)  sürətli  inkişafı,  məişət  və  kommunal  mənşəli  tullantıların 

mütəmadi olaraq artması yarımada ərazisində təbii və süni şəraitlərdə formalaşmış 

sututarların ekoloji və hidrogeoloji-ekoloji şəraitinin olduqca mürəkkəbləşməsinə 

gətirib  çıxarmışdır.  Yarımadanın  hidroloji  şəbəkəsi  Sumqayıt  və  Ceyrankeçməz 

çaylarından  (aşağı  axarlarından),  200-dən  çox  irili-xırdalı  duzlu  göllərdən, 

həmçinin  Ceyranbatan  su  anbarından,  Abşeron  magistral  kanalından  ibarətdir. 

Abşeron yarınmadası, demək olar ki, bütün texnogen təsirlərin cəmləşdiyi poliqona 

bənzəyir. 

         Hal-hazırda bu ərazidə elə bir göl və ya su hövzəsi yoxdur ki, texnogen təsirə 

məruz qalmasın. Son 50-60 ildə Abşeron yarımadasının göllərində ekoloji 

vəziyyət  kəskin  surətdə  dəyişməkdədir.  Bu,  yarımada  ərazisində  neft  sənayesinin 

inkişafı  ilə  bağlı  olaraq  buruq  quyularının  sularının,  mədənlərin  neftli  axınlarının 

və təsərrüfat axınlarının artması ilə bağlıdır.  

        Son  20  ildə  Xəzər  dənizində  su  səviyyəsinin  yüksəlməsi  də  göllərin  ekoloji 

şə

raitinə və hidroloji rejiminə təsir göstərmişdir. Belə ki, göllərin sahələri artmış, 



suların  tərkibində  neft  məhsullarının,  fenolların,  səthi  aktiv  maddələrin,  ağır 

metalların  və  digər  zərərli  maddələrin  qatılığı  buraxıla  bilən  həddən  dəfələrlə 

çoxalmışdır.  Dib  çöküntülərində  radionuklidlərin  artması  və  suda  həll  olmuş 

oksigenin azalması təhlükəsi mövcuddur.  

        Abşeron  yarımadası  göllərinə  aid  müxtəlif  illərdə  ayrı-ayrı  mütəxəssislər 

tərəfindən  müəyyən  məlumatlar  nəşr  olunsa  da  yarımadanın  gölləri  yaxın  illərə 

kimi  kompleks  şəkildə  tədqiq  olunmamışdır.  Son  100  ildə  və  xüsusən  də  son  on 

illikdə  göl  hövzələrinə  antropogen  təsirlər  artmışdır.  Bu  təsirlərin  nəticəsində 

göllərin  həm  morfoloji  xüsusiyyətləri  və  həm  də  hidrofiziki-biokimyəvi  xassələri 

dəyişmişdir. Yarımada gölləri axarsız, əsasən dayaz, suları şortəhər və həll olmuş 

duzlarla  ifrat  dərəcədə  doymuş,  əksəri  yayda  quruyaraq  dibinə  duz  çökdürmə 

xassələrinə malikdirlər.  

         Yarımadada göllərin ehtiyatlarını onların su kütləsi, çalarlarına çökən duzlar 

və zaman-zaman toplanan dib çöküntüləri təşkil edir. Abşeron yarımadasının daxili 

su  hövzələrinin  geoekoloji  vəziyyəti  ilə  əlaqədar  problemləri  və  respublika 

iqtisadiyyatı  üçün  onların  törədə  biləcəyi  təhlükəni  hərtərəfli  təsəvvür  etmək 

məqsədilə  ekoloji  cəhətdən  daha  çox  təhlükəli  hesab  edilən  su  hövzələrinin 

vəziyyətinin yığcam şəkildə təsvirini verməyi məqsədə-müvafiq hesab edirik. 



        Böyük şor gölü Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 4 m 

yüksəklikdə yerləşir. Gölün səthinin sahəsi 1300 ha, suyunun həcmi 47,3 mln.m

3

-

dir. Göldən götürülmüş su nümunələrinin təhlili göstərir ki, gölün suyu 



həddindən artıq çirklənmiş və minerallaşmışdır (120 q/l).  

       Yaxınlıqda yerləşən müəssisələrin və yaşayış məntəqələrinin tullantı suları bu 

gölə axıdılır. Gölə il ərzində daxil olan çirkab sularının həcmi 8614 min.m

3

 təşkil 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə