Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə175/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   171   172   173   174   175   176   177   178   ...   181

 

396


qızlarını, onlara qarşı olan qohumluq sevgisi ilə öpməsi caizdir. Lakin onları 

şəhvətlə öpməsi caiz deyildir. 



Məsələ 98: Vacib ehtiyata əsasən, ləzzət və  şəhvət hissi olmasa belə, 

açıq-saçıq (erotik) filmlərə baxmaq caiz deyil. 



Məsələ 99: Müsəlman kişinin naməhrəm qadına əl verib görüşməsi ara-

da parça və bu kimi maneənin olması şərti ilə caizdir. Amma qadınla əl verib 

görüşməkdən çəkinmək və əl verməmək onun üçün zərərlə nəticələnərsə, bu 

zaman zərurət qarşısında tələb olunan miqdarda əl-ələ verməsi caizdir. 



Məsələ 100: Kişinin, uşaq olmaması məqsədi ilə qoruyucu rezindən isti-

fadə etməsi caizdir. Vacib ehtiyata əsasən, bu işdə həyat yoldaşının da razılı-

ğı olmalıdır. 

Məsələ 101: İstər pul ilə olsun, istərsə də pulsuz, şahmat oynamaq ha-

ramdır.  İki  şəxsin kompyuter vasitəsilə  şahmat oynaması haramdır.  Əgər 

kompyuterdə bir şəxs şahmat oynayarsa, vacib ehtiyata əsasən, yenə haram-

dır. 


Məsələ 102: Kart və bu kimi qumar alətlərində pul ilə oynamaq haram-

dır. Vacib ehtiyata əsasən, pulsuz oynamaq da tərk olunmalıdır. 



Məsələ 103: Futbol, həndbol və bu kimi idman növləri ilə stadionlarda 

məşğul olmaq və bunları televizorda seyr etmək, bütün bunlarla məşğul ol-

maq istər pul ilə olsun, istərsə də pulsuz, halaldır. Lakin bütün bunlarla məş-

ğul olmaq namazı tərk etməmək və şəhvətlə baxmamaq şərtilə olmalıdır. 



Məsələ 104: Güləş və boksla, pulsuz və insanın bədəninə zərər yetirmə-

mək şərtilə məşğul olmaq caizdir. 



Məsələ 105: Saxta və etibarsız pullardan istifadə etmək haramdır. 

Məsələ 106: Şir, pələng, canavar, tülkü, fil, ayı, pişik, balina və bu kimi 

heyvanların bazarda qiymət verilərək satılması  və  hətta  əgər mütəxəssis 

alimlər istifadə edərsə, caizdir. Amma ov itindən başqa it və donuzun alqı-

satqısı haramdır. 



Məsələ 107: Hər bir müsəlmana İslam şəriətində halal olan ticarət malla-

rının alqı-satqısında müsəlman və qeyri-müsəlmanlarla şərik olması caizdir. 



Məsələ 108: Müsəlmana, müsəlman ölkələr və müsəlmanlarla düşmən 

olub müharibə edən ölkələrlə ticarət etməsi caiz deyildir. 



Məsələ 109: Heç bir müsəlman özünü insanların qarşısında alçaltmama-

lıdır.  İstər müsəlman, istərsə  də qeyri-müsəlman olsunlar və eyni zamanda 

bir müsəlmanın qarşısında özünü alçaldacaq bir iş görmək caiz deyildir. 

Məsələ 110: Müsəlmana, restoran və barlar kimi araq və digər spirtli iç-

kilər satılan yerlərdə fəhlə və xidmətçi kimi işləmək, qabları təmizləmək və 

bu yolla maaş almaq caiz deyildir. Buna səbəb onun haram olmasıdır. Bəzi 

şəxslər bu cür işlərdə işləməyə məcbur olduqlarını söyləyərək müxtəlif bəha-

nələr gətirirlər. Lakin bu cür bəhanələr qəbul olunmur. Allah təala buyurub: 

“Və ona gözlənilmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, 

Allah ona kifayət edər. Allah Öz buyurduğunu yerinə yetirəndir. Allah 

hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (Talaq-3) 



 

397


Allah təala başqa bir ayədə buyurmuşdur: “Mələklər öz nəfslərinə zülm 

edənlərin canlarını alarkən deyəcəklər: “Siz nə vəziyyətdə idiniz?” On-

lar deyəcəklər: “Biz yer üzündə zəif kəslər idik.” Mələklər onlara deyə-

cəklər: “Allahın torpağı geniş deyildimi ki, sizdə hicrət edəsiniz?” Onla-

rın sığınacaqları yer Cəhənnəmdir. Ora necə də pis yerdir. Yalnız hicrət 

etməyə yol və çarə tapmağa qadir olmayan kişi, qadın və uşaqlar müs-

təsnadır.” (Nisa-97,98) 

Peyğəmbər(s) “Vida həcci”ndə belə buyurdu: “Cəbrail mənə dedi ki, 



heç kəs öz ruzisini kamil şəkildə tapmayana qədər dünyadan getməz və 

siz ruzinizi yaxşılıq və təqva ilə tələb edin. Allah təala ruzini xalq arasın-

da haram deyil, halal şəkildə bölmüşdür. Kim Allahın  əzabından qor-

xub səbr etsə, Allah onun ruzisini yetirəcək. Tələsərək hörmətsizlik edib 

haram yolla qazanmaq istəyən şəxsin haramı həmin halaldan çıxacaq və 

Allah həmin haramın hesabını Qiyamət günündə ondan soruşacaq.” 

Məsələ 111: Qeyri-İslami ölkələrdə ilan və timsah kimi heyvan dərilə-

rindən hazırlanmış dəri məmulatları pakdır. Bu cür dərilərin alış-veriş, hətta 

təharət və paklığa riayət olunması vacib olan yerlərdə də bu cür dərilərdən 

istifadə etmək caizdir. 



Məsələ 112: Şəriət qaydası ilə kəsilməyən dəridən hazırlanan ayaqqabı 

ayağı nəcis etmir. Amma ikinci rütubət olsa, bu hal istisnadır. Belə ki, əgər 

ayaq tərləyərsə və corab ayağın tərini özünə çəkərsə, lakin ayaqqabıya keç-

məsə, ayaq və ya corab nəcis olmaz. 



Məsələ 113: Qeyri-İslami ölkələrdə tikilmiş gödəkçə, papaq və ya kəmər 

kimi məhsullar, həmçinin qeyri-İslami məkanlarda satılan bu məhsulların şə-

riət qaydası ilə  kəsilmiş,  əti halal olan heyvanın dərisindən hazırlandığına 

ehtimal olunsa, həmin dərilərlə namaz qılmaq caizdir. 



Məsələ 114: Kişilərin qızıldan istifadə etməsi, istər nişan üzüyü olsun, 

istərsə başqa zinət əşyası kimi, caiz deyildir. 



Məsələ 115: Kişilərin “platin” adlanan zinət əşyasından istifadə etməsi, 

caizdir. 



Məsələ 116: Qadınlar hər bir halda (istər ibadət vaxtı olsun, istərsə ol-

masın) qızıldan istifadə edə bilərlər. 



Məsələ 117: Vacib ehtiyata əsasən, qadının kişi paltarı, kişinin də qadın 

paltarı geyinməsi caiz deyildir. 



Məsələ 118: Ərindən ayrıldıqdan sonra arvad dərhal ərə gedərsə, o, uşa-

ğa sahib çıxa bilməz və uşaq ataya verilər. 



Məsələ 119: Uşağın atası vəfat edərsə, uşaq yetkinlik yaşına (həddi-bü-

luğa) çatana qədər ona sahib çıxmaq haqqı anaya aiddir. 



Məsələ 120: Uşağa sahib çıxmaq ata-anaya məxsus olduğu kimi, bu 

haqqı tələb etmək də uşağın haqqıdır. Valideyn uşağına sahib çıxmaqdan im-

tina edərsə, uşaq onlardan özünə sahib çıxmalarını tələb edə bilər. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə