Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə178/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   173   174   175   176   177   178   179   180   181

 

404


Nəfsi-möhtərəmə:  Şəriət baxımından qanı möhtərəm (toxunulmaz) 

olan, halal olmayan, öldürülməsi caiz olmayan şəxs. 



Nəzir: Xüsusi bir niyyətlə yaxşı bir işi görməyi və ya pis bir işi tərk et-

məyi özünə vacib etmək. 



Nifas: Doğuşdan sonra qadının bətnindən gələn qan. 

Nikah: Evlənmək. 

Nisab: Təyin edilmiş miqdar. 

Nisa (qadınlar) təvafı: Həcc və münfəridə ümrəsinin son təvafı. Bu tə-

vafı tərk etmək, təvaf edənə haramdır. 



Rəbəvi borc: Artığı ilə ödəmək şərtilə verilən borc. 

Rəcaən: Həqiqətə çatmaq ümidi ilə bir iş görmək. 

Rəca məqsədi: Bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə, onu 

həqiqətə oxşatmaq ümidilə yerinə yetirmək. 



Rəhn:  Borclu  şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Təyin 

edilmiş vaxtda borc qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar 

əvəzində istifadə edə bilər. 

Tərəxxüs həddi: Qalacağı yerdən oranın azanı eşidilməyəcək və divarı 

görünməyəcək qədər uzaq məsafə. 



Rükn: Bir işin təməli, ibadətlərin təməli. 

Ruku:  Önə doğru  əyilmək, namazda Allahın  əzəməti qarşısında  əllər 

dizə çatacaq qədər əyilmək. 



Rukuya bitişik qiyam: Rukuya  əyilməmişdən  əvvəlki sonuncu anda 

ayağa qalxmaq. Bu əməl namazın rüknlərindəndir. 



Sa: Çəkisi üç kiloqram hesab olunan ölçü vahidi. 

Səhv səcdəsi: Namazda səhvən edilən yanlışlıqlar üçün namazdan sonra 

edilən səcdə. 



Seyid: İmam Əli(ə) və xanım Fatimə(ə)-ın nəslindən olan şəxs. 

Tərtib: Namazdan sonra zikr, dua və Quran oxumaqla məşğul olmaq. 

Təqlid: Müctehidin fətvalarına əməl etmək. 

Talaq: Boşamaq, evlilik müqaviləsini xüsusi qaydaya əsasən pozmaq. 

Bain talağı: Kişinin yenidən nikah etməmiş öz qadınının almağa haqqı 

olmayan talaq. 



Xül talağı:  Ərinə meyli olmayan, öz mehriyyəsini və ya başqa malını 

ona bağışlayaraq boşanmaq istəyən qadının talağı. 



Rici talaq: İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq ve-

rən talaq. 



Təvaf namazı: Həcc və ümrə mərasimlərində Kəbə evini təvaf etdikdən 

sonra qılınan iki rükət namaz. 



Təharət: Təmizlik, dəstəmaz almaq, qüsl vermək, təyəmmüm etmək. 

Təkbirətül-ehram: Namaza başlamaq məqsədi ilə deyilən “Allahu əkbər” 

– zikri. 



Təlqih: Kişinin spermasını qadının bətninə köçürmək. 


 

405


Tərtibi qüsl: Qüsl niyyəti ilə əvvəlcə baş və boynu, sonra sağ tərəfi, da-

ha sonra isə sol tərəfi yumaq. 



Tərtibi dəstəmaz: Dəstəmaz niyyətilə üzü əlləri yumaq, başa və ayaqla-

ra məsh çəkmək. 



Təsəttür: Özünü örtmək, örtünmək, islami geyimə əməl etmək. 

Təsmiyə:  Allah-taalanın adını dilə  gətirmək, “Bismillahir-Rəhmanir-

Rəhim” – demək. 



Təşrih: Ölülərin bədənini tibbi və digər məlumatlar əldə etmək məqsə-

dilə yarmaq. 



Təzkiyə edilmiş: Şəriət qaydası ilə kəsilmiş heyvan. 

Ümrə: Allahın evini ziyarət etmək, Kəbə evində yerinə yetirilməsi vacib 

olan bəzi əməllər, müəyyən şərtlər daxilində yetkinlik yaşına çatmış hər bir 

insana ömründə bir dəfə vacib olan əməl. Ümrə iki qismə bölünür: 

1. Təməttö ümrəsi; təməttö həccindən sonra və yaxud həccsiz yerinə yetirilir. 

2. Müfrədə ümrəsi: “Qiran” və “İfrad” həccindən sonra və yaxud həccsiz 

yerinə yetirilir. 

Bu iki qismin keyfiyyəti və  fərqləri haqda əlavə  məlumat  əldə etmək 

istəyənlər “həccin hökmləri” bölümünə müraciət edə bilərlər. 



Fəqir: Yoxsul, möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışı-

ğına sahib olmayan şəxs. 



Fətva: Şəriət məsələlərində müctehidin nəzəri. 

Fəcr:  Sübhə yaxın günəş doğmamışdan qabaq üfüqün gündoğan tərəf-

dən görünən ağartı, dan yerinin sökülməsi. 



Fəcri-kazib: Birinci fəcr, sübh azanına yaxın şərqdə, şaquli şəkildə gö-

rünən ağartı. 



Fəcri-sadiq: İkinci fəcr, birinci fəcrdən sonra üfüq boyu görünən ağartı, 

sübh azanının vaxtı. 



“Fitr” bayramı: Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü. 

Fitrə: “Fitr” bayramı günü bayram münasibətilə  fəqirlərə verilməsi və 

yaxud zəkatın xərc ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda

arpa və ya onların miqdarında pul. 

Fitri mürtədd: Müsəlman atadan yaxud müsəlman anadan və yaxud da 

müsəlman ata-anadan doğulan və sonradan kafir olan şəxs. 



Fitriyyə: Fitrə zəkatı. 

Fi-səbilillah: Allah yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi 

bütün müsəlmanların faydalanacağı iş. 



Xüms:  Beşdə bir, xüsusi yerlərdə  xərclənməsi lazım olan yeddi şeyin 

beşdə biri. 



Xovf (qorxu) namazı: döyüş və bu kimi hallarda qılınan namaz. 

Heyz: Aybaşı qanı. 


 

406


Şəriət hakimi: İslam hökmlərini icra məqamında olan müctehid və 

yaxud onun nümayəndəsi, başqa sözlə, islami ölçülərə görə hökmü keçərli 

olan müctehid və yaxud onun nümayəndəsi. 

Haram: İslama görə yerinə yetirilməsi qadağan olunmuş iş. 

Hərbi kafir: Müsəlmanlarla savaş halında olan kafir. 

Hənut:  Ölənin alnına,  əllərinin içinə, dizlərinin gözünə  və ayağın baş 

barmaqlarının ucuna kafur sürtmək. 



Cahil: Bilməyən (şəriət hökmlərindən xəbəri olmayan). 

Qasir cahil (cahili-qasir): Məsələnin hökmünü bilmədiyinə görə günahı 

olmayan cahil, yəni, Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud 

özünü cahil bilməyən şəxs. 

Müqəssir cahil (cahili-müqəssir): Bilmədiyinə görə günahı olan cahil, yəni, 

məsələləri  öyrənməyə imkanı olduğu halda, tənbəllik edib öyrənməyən şəxs. 



Cəbirə:  Yara və bu kimi zədələrin üzərinə sürtülən dərman və yaxud 

yaraların üzərinə bağlanan sarğı.  



Cəbirə qüslü: Bədən üzvlərində yara olduğu halda verilən qüsl. 

Cəbirə  təyəmmümü:  Təyəmmüm üzvlərində yara olduğu təqdirdə 

alınan dəstəmaz. 



Cəllal: İnsanın nəcisini yeməyə adət etmiş heyvan. 

Camaat namazı: İki və daha artıq adamın öz cərgələrindən birinə iqtida 

ilə qıldıqları namaz. 



Cəm kəffarəsi: Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doy-

durmaq və bir qul azad etmək). 



Cənabət: Cənabətli hal, bir şəxsdən spermanın çıxması və yaxud biri ilə 

cinsi əlaqədən sonrakı hal. 



Cima: Cinsi əlaqə. 

Cüalə: “kim mənin üçün filan işi görərsə, ona müəyyən bir mal verəcə-

yəm” – deyə  bildirilən  qərar. Bu qərarı bildirənə “cail”, ona əməl edənə 

“amil” deyirlər. 

Cümə namazı: Cümə günü günorta vaxtı Zöhr namazının əvəzinə ən azı 

beş nəfərdən ibarət camaatla qılınan iki rükət namaz. 



Cüz: Bir əməlin tərkib hissəsidir. 

Şaxis: Günorta vaxtını təyin etmək üçün yerə sancılmış ağac və s. 

Şəf namazı: Gecə namazından sonra qılınan iki rükət müstəhəb namaz.  

Şəri zibh: Heyvanları şəriətdə göstəriş verildiyi tərzdə kəsmək. 

Şükr səcdəsi:  Allah-taalaya əta etdiyi nemətlər müqabilində şükr məq-

sədi ilə alnı yerə qoymaq. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə