Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə176/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   173   174   175   176   177   178   179   180   181

 

398


Məsələ 121: Ata-ana vəfat edərsə, uşağa sahib çıxmaq ata tərəfdən olan 

babaya məxsus olur. 



Məsələ 122: Ata və ya ana tərəfdən uşağa sahib çıxmaq haqqı olan şəxs 

şəriət qaydalarına münasib şəkildə uşağa qulluq etmək məqsədi ilə başqasına 

verə bilər. 

Məsələ 123: Kasıb valideynə himayədarlıq edib, onların xərcini ödəmək 

oğula vacibdir. 



Məsələ 124: Kasıb övladlara maddi yardım etmək ataya vacibdir. 

Məsələ 125: Əgər İslam dininin müqəddəs hökmləri və müsəlmanların 

namusu bir neçə imkanlı şəxsin pulu ilə qorunacaqsa, müsəlmanların taleyi 

təhlükədədirsə, həmin  şəxslər öz pullarını Allah yolunda və müsəlmanların 

taleyi naminə təmənnasız olaraq xərcləməlidirlər. 



Məsələ 126: Xüms verən şəxs, verdiyi xümsün müqabilində şəriət ha-

kimi və ya onun nümayəndəliyinin möhürü olan qəbz almalıdır və  hətta 

bunu tələb etməlidir.  Əks təqdirdə, xümsün vacibliyi onun üzərindən gö-

türülməz.  



Məsələ 127: Məkkənin sərhəddi “Nur” dağının ətəyinə qədərdir. Lakin 

bu dağın yuxarı hissəsi Məkkənin xarici hesab olunur. Zil-qədə ayında Mək-

kəyə giriş edənlər, Zil-hiccə ayında bu dağa qalxarlarsa, ümrələri batil olar. 

Buna görə də, həcci-təməttödən əvvəl “Tənim” məscidində ehram bağlayıb 

yenidən ümrə etməlidirlər. Amma zil-hiccədə daxil olan şəxslər ümrə ilə 

həcci-təməttö arasında “Nur” dağına qalxa bilərlər. 



Məsələ 128: Mükəlləf öz xüms, zəkat və kəfarrələr kimi şəriət ödənişlə-

rini nümayəndəlik iddiası edən hər bir şəxsə verə bilməz. Əks təqdirdə, hə-

min ödənişlərin vacibliyi onun üzərindən götürülməz. Mükəlləf yalnız iddia-

çının öz iddiasını – şəriət hakimi tərəfindən verilmiş, eyni zamanda onun 

möhür və imzasını özündə  əks etdirən etimadnaməni təqdim etmək kimi – 

sübuta yetirə bilcək sənədin olduğuna xatircəmlik əldə etdikdən sonra həmin 

ödənişləri ona təqdim edə bilər və  təqdim etdikdən sonra hökmən ondan 

qəbz tələb etməlidir. 



 

 

 

 

 

 

 


 

399


 

 

TERMİNLƏR 

 

Adil: Haram işləri tərk edib, vacib əməlləri yerinə yetirməyə sövq edən 

səciyyəyə sahib olan, ədalətlə rəftar edən şəxs. 



Ariyə: Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək. 

Ayat namazı: Zəlzələ olduqda, ay və günəş tutulduqda və bu kimi təbiət 

hadisələri baş verdikdə, vacib olan iki rükət namaz. 



Az su: Yerdən qaynamayan və kür sudan az olan su. 

Batil: Bir əməlin düzgün olmaması və Allahın istədiyi kimi yerinə yeti-

rilməməsi. 



Bidət:  İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü dinə 

əlavə etmək. 



Birinci fəcr: Sübh azanına yaxın gün doğan tərəfdən görünən ağartı. 

Böyük hədəs: Qüslü vacib edən əməllər (meyitə toxunmaq və cinsi əla-

qə kimi). 



Vacib: Allah tərəfindən yerinə yetirilməsinə əmr olunan əməl. 

Vacib qüsl: Yerinə yetirilməsi gərəkli olan qüsl. 

Vədiə: Əmanət. 

Vəhşət namazı:  Ölən  şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan 

iki rükət namaz. 



Vəqf:  Malı öz istifadəsindən çıxarıb, mənfəətini bəzi fərdlərə və yaxud 

xeyir işlərə xərcləmək. 



Varis: Ölən şəxsin malına qanuni şəkildə sahib olan şəxs. 

Vəsi: Ölünün vəsiyyət etdiyi şəxs. 

Vəsiyyət: İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyə-

ləri. 


Vədi: Sidiyə çıxdıqdan sonra insandan xaric olan maye. 

Vəkalət: İnsanın bir şəxsi müəyyən bir işi icra etmək üçün vəkil etməsi. 

Vəzi: Bəzi vaxtlarda insandan sperma gəldikdən sonra xaric olan maye. 

Vilayət: Rəhbərlik, idarəçilik. 

Vitr namazı:  Səkkiz rükət gecə namazı  və iki rükət  şəf namazından 

sonra qılınan bir rükətli namaz. 



Qaib olmaq: Hazır olmamaq. 

 

Qəyyum:  Başqasının qanuni şəkildə  rəhbəri olan şəxs; ata, baba və 

şəriət hakimi kimi. 

Qəşş: Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı də-

yəri çox olan malla məlum olmayacaq tərzdə qarışdırmaq. 



Qəsb:  Başqasının malını  və yaxud haqqını zülmkarlıqla istila etmək

zorla almaq. 




 

400


Qunut: Namazın 2-ci rükətində qiraətindən sonra əllərin içini üzün qar-

şısında tutaraq zikr və dua oxumaq. 



Qurani–Kərimin vacib səcdələri: Qurani–Kərimin 15 səcdə ayəsi var. 

Belə ki, insan həmin ayələri oxuyarkən dərhal Allahın əzəməti və böyüklüyü 

qarşısında səcdə etməlidir. Bu ayələrin dördünün səcdəsi vacib, qalan on 

birinin səcdəsi isə müstəhəbdir. 

Səcdəsi vacib olan ayələr bunlardır: 

1. 21-ci cüz, “Səcdə” surəsi, 15-ci ayə. 

2. 24-cü cüz, “Fussilət” surəsi, 37-ci ayə. 

3. 27-ci cüz, “Nəcm” surəsi, sonuncu ayə. 

4. 30-cu cüz, “Ələq” surəsi, sonuncu ayə. 

Səcdəsi müstəhəb olan ayələr bunlardır: 



1. 9-cu cüz, “Əraf” surəsi, sonuncu ayə. 

2. 12-ci cüz, “Rəd” surəsi, 15-ci ayə. 

3. 14-cü cüz, “Nəhl” surəsi, 49-cu ayə. 

4. 15-ci cüz, “İsra” surə, 107-ci ayə. 

5. 16-cı cüz, “Məryəm” surəsi, 88-ci ayə. 

6. 17-ci cüz, “Həcc” surəsi, 18-ci ayə. 

7. 17-ci cüz, “Həcc” surəsi, 77-ci ayə. 

8. 18-ci cüz, “Furqan” surəsi, 60-cı ayə. 

9. 19-cu cüz, “Nəml” surəsi, 25-ci ayə. 

10. 23-cü cüz, “Sad” surəsi, 24-cü ayə. 

11. 30-cu cüz, “İnşiqaq” surəsi, 21-ci ayə. 

Qufeylə namazı: Şam namazından sonra gün batan tərəfdən qızartı çə-

kilməmiş qılınması müstəhəb olan iki rükətli xüsusi namaz. 



Qüsalə: Bir əşyanı yuduqdan sonra ondan öz-özünə və yaxud sıxılmaqla 

tökülən su. 



Qüsl:  “Qürbət”, Allaha yaxınlaşmaq məqsədilə  bədəni xüsusi qaydada 

yumaq. 


Daimi  əqd:  Daimi nikah, ömrünün sonuna kimi həyat yoldaşı ilə 

bərabər yaşamaq məqsədilə qurulan evlilik əlaqəsi. 



Dinin zəruriyyəti: Dinin ən mühüm hökmləri (namaz və orucun vacib-

liyi kimi). 



Diyə: Qan bahası. 

Eyni-nəcis: Nəcisin əsli, sidik, qait, sperma, leş, qan, it, donuz, kafir, şə-

rab və pivə kimi nəcis olanların özü. 



Əhd:  Öhdəyə almaq, söz vermək, yaxşı  iş görmək və pis işi tərk etmək 

üçün xüsusi bir ifadə ilə Allah təala ilə əhd bağlamaq, Allah təalaya söz vermək. 



Əqd: Müqavilə, bağlılıq, evlilik nikahı. 

Ehtiyat:  Həqiqətə çatdığına güvənə biləcək  şəkildə  hərəkət etmək, 

Allahın hökmü məlum olmadığı halda Onun hökmünə  əməl edərkən  əmin 

olacaq tərzdə davranmaq. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə