Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə173/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   169   170   171   172   173   174   175   176   ...   181

 

392


Məsələ 81: Əgər bir şəxs namazın vaxtı keçənə qədər namaz qılmasa və 

(namazın vaxtı keçəndən) sonra təyyarə ilə hələ namaz qılmağa vaxt olan bir 

yerə uçsa, vacib ehtiyata əsasən, namazını “ma fiz-zimmə” (boynunda qalan 

namaz) niyyəti ilə, yəni, əda və qəza niyyəti olmadan qılmalıdır.  



Məsələ 82: Əgər insan təyyarə ilə səfər etsə və təyyarədə namaz qılmaq 

istəsə, namaz vaxtı üzü qibləyə olmaq, bədəninin aramlığı  və sair şərtlərə 

riayət etməklə namazını qılsa, namazı düzgündür. Əgər vaxtı varsa, təyyarə-

dən düşdükdən sonra şərtlərə malik olan namazı  qıla bilsə, ehtiyata əsasən, 

təyyarədə qıldığı namaz düzgün deyil. Amma vaxt dar olarsa, namazını təyya-

rənin içində qılması vacibdir və bu zaman əgər qiblənin istiqamətini bilsə, hə-

min istiqamətə  qılmalıdır. Zərurət halı istisna olmaqla üzü qibləyə olmadan 

qılınan namaz düzgün deyil. Bu halda, hər zaman təyyarə qiblə istiqamətindən 

dönsə, qibləyə tərəf dönməli və döndüyü zaman zikr və qiraəti deməməlidir. 

Qiblənin özünə diqqət yetirə bilməsə, çalışmalıdır ki, qiblədən doxsan dərəcə-

dən artıq dönməsin. Əgər qiblənin istiqamətini bilməsə, onu təyin etmək üçün 

çalışmalı və öz zənninə əməl etməlidir. Əgər zənn edə bilməsə, namazını qiblə 

olmasına ehtimal verdiyi hər tərəfə qıla bilər. Amma müstəhəb ehtiyata əsa-

sən, namazı dörd istiqamətə qılsın. Bu, qibləni ayırd edərək üzü qibləyə daya-

na bildiyi hala aiddir. Əgər namazın “təkbirətül-ehram”dan başqa bir hissəsini 

yerinə yetirə bilməsə, onunla kifayətlənsin. Əgər ümumiyyətlə bacara bilməsə, 

üzü qibləyə dayanmaq şərti qüvvədən düşür. 

İnsan namazın vaxtından əvvəl ixtiyari halda – hətta təyyarədə çarəsiz-

likdən namazını qiblə  və  bədənin aramlığı kimi şərtləri olmadan qılacağını 

bilsə belə – təyyarə ilə səfər edə bilər. 



Məsələ 83: Əgər bir şəxs sürəti yerin fırlanma sürəti ilə bir olan təyyarəyə 

minsə və yerin şərqindən qərbinə doğru hərəkət edib bir müddət yerin ətrafına 

fırlansa, vacib ehtiyata əsasən, hər iyirmi dörd saatda hər beş namazını (müt-

ləq) “qürbət” niyyəti ilə yerinə yetirməli, orucunu isə qəza etməlidir. 

Əgər təyyarənin sürəti yerin fırlanma surətindən iki qat artıq olsa, təbii ki, 

hər on iki saatda bir dəfə yerin ətrafına fırlanacaq və iyirmi dörd saatda iki 

dəfə sübhün açılışını, iki dəfə günortanı və iki dəfə qürubu görəcəkdir. Vacib 

ehtiyata əsasən, hər sübh açılanda sübh namazını, hər günorta zamanı zöhr və 

əsr namazlarını və hər qürubdan sonra şam və xiftən namazlarını qılsın. 

Əgər daha yüksək sürətlə yerin ətrafına fırlansa, məsələn, hər üç saatdan 

bir, yaxud ondan az bir müddətdə yerin ətrafına fırlansa, hər sübh, günorta 

və qürub zamanı namaz vacib deyildir. Vacib ehtiyata əsasən, hər iyirmi 

dörd saatda “mütləq qürbət” niyyəti ilə beşlik namazları yerinə yetirsin. Bu-

nu da nəzərə alsın ki, sübh namazını dan yeri sökülənlə günəş doğan vaxt 

arasında, zöhr və əsr namazını günorta ilə qürub arasında, şam və xiftən na-

mazını qürubla gecə yarısı arasında qalsın. 

Bu məsələdən aydın olur ki, əgər təyyarənin sürəti yerin hərəkət sürətinə 

bərabər olsa və qərbdən şərqə doğru uçsa, hər beş namazı öz vaxtlarında qıl-




 

393


malıdır. Həmçinin əgər onun sürəti yerin sürətindən az olsa da, hökm eyni-

dir. Amma onun sürəti yerin sürətindən çox olsa, məsələn, hər üç saatda, ya-

xud ondan az vaxtda yerin ətrafına dolansa, onun məsələsi qeyd olunanlar-

dan aydınlaşır. 



Məsələ 84: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs sübh açılan-

dan sonra öz şəhərində oruc niyyəti edib təyyarə ilə  səfər etsə  və  hələ dan 

yeri sökülmədiyi bir şəhərə çatsa, sübh açılana qədər yemək yeyə bilər. 

Məsələ 85: Əgər bir şəxs Ramazan ayında günortadan sonra öz şəhərin-

dən səfər edib hələ günorta olmamış bir şəhərə çatsa, vacib ehtiyata əsasən, 

orucunu açmamalıdır və qəzası da ona vacib deyildir. 

Məsələ 86: Əgər bir şəxsin vəzifəsi səfərdə oruc tutmaq olsa və öz yerində 

Ramazan ayının ayını gördükdən sonra üfüq fərqliliyi üzündən hələ ayın görün-

mədiyi bir yerə çatsa, həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayı-

nın ayını gördüyü bir ölkədə bayram keçirdikdən sonra üfüq fərqliliyi baxı-

mından ay görünməyən bir yerə getsə, vacib ehtiyata əsasən, həmin günü özünü 

orucu batil edən işlərdən saxlasın və həmin günün qəzasını da yerinə yetirsin. 



Məsələ 87: Əgər insan ilin altı ayını gecə, altı ayının isə gündüz olduğu 

yerdə olsa, vacib ehtiyata əsasən, namazında ora hər iyirmi dörd saatda bir 

gecə-gündüz olan ən yaxın bir məkanı nəzərə almalı və “mütləq qürbət” niy-

yəti ilə  hər beş namazını  həmin yerin üfüqünə uyğun yerinə yetirməlidir. 

Orucuna gəldikdə isə vacibdir ki, Ramazan ayında elə bir şəhərə getsin ki, 

orada oruc tuta bilsin, yaxud ondan sonra gedib qəzasını etsin. Əgər bunu 

bacarmasa, oruc əvəzinə fidyə verməlidir. 

Lakin hər iyirmi dörd saatda gecə-gündüz olan bir şəhərdə olsa, hətta 

gündüz iyirmi üç saat, gecəsi isə bir saat, ya əksinə olsa, onun namazının 

vaxtı xüsusi vaxtlara tabedir. 

Amma oruca gəldikdə isə, mümkün olduğu qədər Ramazan ayının oru-

cunu tutması vacibdir. Mümkün olmadığı təqdirdə, oruc üzərindən götürülür. 

Əgər onun qəzasını yerinə yetirə bilərsə, qəzası ona vacib olur, əks halda, 

“fidyə” verməsi lazımdır. 

 

24. Lotereya biletləri 

Lotereya biletleri bəzi  şirkətlərin müəyyən məbləğə satdığı vərəqlərdir. 

Onların verdiyi iltizama əsasən, bu vərəqləri alan şəxslər arasında püşk atılır 

və püşkdə adı çıxan şəxsə müəyyən məbləğdə mükafat verilir. Belə bir iş, bir 

neçə formada təsəvvür oluna bilər: 

1.  Pulu həmin vərəqin müqabilində püşkü qazanmaq və mükafatı  əldə 

etmək ehtimalı ilə versin. Bu halda alış-veriş  şübhəsiz, haram və batildir. 

Əgər bir şəxs bu haram işi etsə  və püşk atarkən qazansa, püşk atan şirkət 

dövlət şirkəti olsa, hədiyyə ünvanı ilə aldığı məbləğ sahibi məlum olmayan 

əmlakdan sayılacaq və ondan istifadə etməyin caiz olması  şəriət hakiminə 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə