Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə174/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   170   171   172   173   174   175   176   177   ...   181

 

394


müraciət etməklə şərtlənir. Əgər həmin şirkət özəl olsa, həmin maldan istifa-

də etmək o zaman caizdir ki,  – hətta onun malı olmadığını bilsə belə – sahi-

binin onun istifadəsinə razı olmasını bilsin. 

2. Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək yox, məktəb tik-

dirmək, körpü inşa etdirmək kimi xeyriyyə  işlərində  iştirak etmək maddi 

yardım göstərmək olsa, eybi yoxdur. Bu fərziyyədə,  əgər püşk bir adamın 

adına çıxarsa  şırkət də dövlət  şirkətidirsə, mükafatı almaq vacib ehtiyata 

görə,  şəriət hakiminin icazəsi ilə  və ona müraciət etməklə ondan istifadə 

etməyin eybi yoxdur. Əgər dövlət şirkəti olmasa, verilən hədiyyədən istifadə 

etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur. 

3.  Pul verməkdə  məqsəd  şirkətə borc vermək olsun; belə ki, alıcı 

(lotereyanı alan) müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verib, 

şirkətdə qeyd olunan məbləği qaytarmaqla yanaşı püşk atmaqla adı  çıxan 

şəxsə müəyyən məbləği mükafat ünvanı ilə verməyə iltizamlı olur. Bu alış-

veriş haramdır. Çünki bu, ribalı borc qismindən sayılır. 

 

25. Ayın görünməsi ilə bağlı hökmlər 

1. Hər hansı bir ölkədə hicri qəməri ayının daxil olması dedikdə, ayın bulud, 

duman və bu kimi maneələr olmadığı halda, adi gözlə görünə biləcək  şəkildə 

həmin ölkənin üfüqündə görünməsi nəzərdə tutulur. Buna əsasən də ayı, (teleskop 

və bu kimi vasitələrlə) təchiz olunmuş gözlə görməyin heç bir faydası yoxdur. 



2. Ay görünərkən iki ölkə arasındakı üfüq müştərəkliyi dedikdə; (yuxa-

rıda qeyd olunan) xarici maneələrin olmadığı halda, ayın həqiqi görünməsi 

birinci ölkədə baş verdiyi kimi ikinci ölkədə də baş verməsi nəzərdə tutulur. 

Məlumdur ki, görünmə, günəş qürub edərkən ayın üfüqdən qalxması ilə baş 

verir. İki ölkənin üfüq müştərəkliyi meridian xətti üzrədir və ay görünərkən 

onun üfüqdən qalxdığı gecə  hər iki ölkədə görünməsi zəruri deyil. Əksinə, 

bir çox hallarda ay üfüqdən müəyyən qədər qalxıb göründüyü zaman ekvator 

xəttinin cənubunda yerləşən ölkələrin çoxunda görünə bilir. Belə olan halda 

onu həmin gecə  şimal yarımkürəsində yerləşən ölkələrdə görmək – hətta 

həmin ölkələr ekvator xəttinin cənubunda yerləşən ölkələrlə meridian xəttin-

də müştərək olsalar da – mümkün deyildir. Çünki bu zaman ay, ya  həmin 

ölkədə günəş batmazdan əvvəl qürub edir, ya da günəş qürub etdikdən sonra 

ay həmin ölkədə üfüqdə müəyyən qədər qalxaraq görünməz olur. 

3. Hicri qəməri ayı başlayarkən bəzən müctehidlər arasında, digər şəriət 

məsələlərində olduğu kimi, bu məsələdə də rəy müxtəlifliyi olur. Bu zaman 

hər bir mükəlləf təqlid

1

 etdiyi müctehidin fətvasına  əməl etməlidir. Məhz 



                                                             

1

 Təqlid – mükəlləfin öz müctehidinin fətvasına sözsüz əməl etməsidir. Belə ki, müctehid hər 



hansı məsələdə fətva verərsə, mükəlləf həmin fətvanı olduğu kimi icra etməlidir. Məsələn, müc-

tehid Ramazan ayının 30 gün olduğuna fətva verərsə, müqəllid də, bu fətvaya uyğun olaraq Ra-

mazan ayını 29 gün deyil, məhz 30 gün qeyd etməlidir. 



 

395


buna görə  də möminləri, bu rəy müxtəlifliyini  qəbul edib onu mübahisə 

mövzusuna çevirməmələri üçün maarifləndirmək lazımdır. 



4. Ayın başlanması dedikdə, mövcud olduğun ölkənin üfüqündə ayın adi 

gözlə görünməsi nəzərdə tutulur. Əgər (ayı adi gözlə gördüyünə yəqin edib) 

buna inansan və yaxud (ayın adi gözlə görünməsini) bir-birinin sözünü tək-

zib etməyən şahidlər bildirsələr, (öz inamına və yaxud şahidlərin sözünə) eti-

mad etmək caizdir. Əks təqdirdə, buna etimad etmək caiz deyil. Mükəlləf 

şəxsin inamı əsasında ay sabit olur. Belə ki, ay, mükəlləf şəxsin yaşadığı öl-

kənin üfüqündə adi gözlə görünməlidir. 

 

26. Qanunlara riayət etməklə bağlı hökmlər 

Məsələ 88: İstər İslami dövlətdə olsun, istərsə də qeyri-İslami dövlətdə 

piyadaların hərəkət etdiyi küçələrdə onların gediş-gəlişinə mane olub yolu 

kəsmək, caiz deyildir. 

Məsələ 89: Müsəlman şəxs başqasının malına, hətta mal sahibi kafir olsa 

belə, xəyanət edə bilməz. Belə ki, əmanəti qoruyub tam şəkildə sahibinə qaytar-

maq hər bir müsəlmanın vəzifəsidir. Deməli, zavod və ya fabriklərdə fəhlə, ya-

xud mağazalarda satıcı və ya şirkətlərdə mühasibatçı işləyən şəxs cavabdeh ol-

duğu malı mənimsəməsinə, əmanət sahibinə xəyanət etməsinə haqqı yoxdur. 

Məsələ 90: Müsəlman qeyri-İslami dövlətə daxil olduğu zaman qeyri-

müsəlmanların mal-dövlətini oğurlaya bilməz. 



Məsələ 91: Müsəlman qeyri-qanuni yollarla yardımlar əldə edə bilməz, 

həmçinin doğru olmayan məlumatları işıqlandıra bilməz. 



Məsələ 92: Qeyri-İslami ölkələrdə müsəlmana mal, namus və yaxud 

başqa bir cəhətdən təcavüz olunarsa, haqqını tələb etmək üçün başqa bir qa-

nuni çıxış yolu tapa bilməsə, həmin ölkənin hüquq mühafizə orqanlarına mü-

raciət edə bilər.  



Məsələ 93: Təhsil müəssisələrində imtahan zamanı nizam-intizama zidd 

olan müəyyən aldadıcı vasitələrlə imtahan vermək caiz deyil. 



Məsələ 94: Nəqliyyat vasitələrində siqaret çəkmək sərnişinlərə qadağan 

olunubsa və yaxud bu hökmətin qanunudursa, birinci halda şəraitə, ikinci 

halda qanuna riayət etmək lazımdır. 

Məsələ 95: Qeyri-İslami ölkələrə viza ilə  səfər edən  şəxs, həmin ölkənin 

müqəddəs şəriətimizin göstərişlərinə zidd olmayan qanunlarına riayət etməlidir. 



Məsələ 96: Qeyri-İslami ölkələrdə, müsəlmanın öz ehtiyacını ödəməsi 

məqsədilə işıq, qaz və su sayğaclarının işini dayandırması (onlara müdaxilə 

etməsi) caiz deyildir. 

 

27. Müxtəlif məsələlər 

Məsələ 97: Gənc şəxsin öz gənc bacı və bacısı qızlarını, qardaşı qızları-

nı, xala və bibilərini və onların yetkinlik yaşına (həddi-büluğa) çatmayan 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə