Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə177/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   173   174   175   176   177   178   179   180   181

 

401


Vacib ehtiyat: Fətva ilə  bərabər olmayan və yerinə yetirilməsi lazım 

olan ehtiyat. Vacib ehtiyat deyilən məsələlərdə  təqlid edən  şəxs istədiyi 

halda başqa bir müctehidin fətvasına əməl edə bilər.  

Müstəhəb ehtiyat: Müctehidin fətvasından kənar bir ehtiyat, yəni, fətva 

ilə birlikdə olan ehtiyat, buna əsasən, bu ehtiyata əməl etmək vacib deyildir. 



Ehtiyat namazı:  Gündəlik namazların rükətlərində şəkk edilən namazı 

tamamladıqdan sonra şəkk edilən rükətləri kamil etmək üçün surəsiz qılınan 

namaz. 

Ehtiyat tərk edilməsin: Bu termin, müctehidin fətva vermədiyi bir yer-

də istifadə edildiyi zaman vacib ehtiyat mənasındadır. Amma fətva verdiyi 

bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir. 

İcarə: Bir malın və yaxud bir şəxsin işin mənfəətlərini müəyyən bir qiy-

mətlə başqasının istifadəsinə verməklə əlaqədar bağlanan müqavilə. 



İftar: Orucu açmaq. 

İfza: Qadının sidik və heyz məcrasını, yaxud heyz məcrası ilə qaitin çı-

xacağını və yaxud hər üçünü bir məcra etmək, yəni, məcralar arasındakı pər-

dəni yırtmaq. 

Ehtilam: Yuxuda insandan spermanın xaric olması. 

İqamət məqsədi: Müsafirin bir yerdə on gün qalmaq qərarı. 

İkinci fəcr: Birinci fəcrdən sonra uzununa görünən ağartı, sübh namazı-

nın vaxtı. 



İmsak: Çəkinmək (ən çox oruc barədə işlədilir). 

İnşa məqsədi: Alqı-satqısı və s. kimi mühüm işləri bir sıra xüsusi ibarə-

lərlə dilə gətirməklə vücuda gətirməyi niyyət etmək. 



İrtimas: Suya baş vurmaq. 

İrtimasi qüsl: Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yetirilən 

qüsl. 


İrtimasi dəstəmaz:  Üzü və  əlləri suya batırıb-çıxararkən dəstəmaz 

niyyəti ilə alınan dəstəmaz. 



İrs: Ölən bir şəxsdən varisinə qalan mal. 

İstibra: Nəcisdən təmizlənmək, bu söz üç yerdə istifadə olunur:  

1. Sidikdən sonra istibra; kişilərin sidiyə getdikdən sonra sidiyin kanalda 

qalmamasına əmin olması üçün yerinə yetirdikləri müstəhəb bir əməl. 



2.  Spermadan sonra istibra; belə ki, sperma çıxdıqdan sonra kanalda 

sperma zərrəciklərinin qalmadığına əmin olmaq üçün sidiyə getmək. 



3. Nəcis yeməyə adət etmiş heyvanın istibrası; yəni, nəcis yeyən heyvan 

öz təbii yeməyinə alışana qədər insan nəcisini yeməkdən saxlamaq. 



İstihalə:  Əslin dəyişməsi, bir şeyin başqa bir şey sayılacaq qədər dəyi-

şilməsi; ağacın yanıb kül olması və yaxud itin bir duzluğa düşüb duza çevril-

məsi kimi. 

Heyz: Aybaşı, qadının adət halı. 

İstihazə: Qadınların gördüyü üç növ qandan birinin adı. 



 

402


İstimna:  Spermanın çıxmasına səbəb olacaq bir işlə  məşğul olmaq 

(masturbasiya). 



İstisqa namazı: Allahdan yağışın yağmasını istəmək üçün qılınan namaz. 

İstitaət:  Vacib həcci yerinə yetirməyə  bədən, mal və yol baxımından 

qüvvəsi çatmaq. 



Zərurət: Çarəsizlik, məcburiyyət. 

Zəkat:  İnsanın bəzi mallardan nisab həddinə çatdıqdan sonra xüsusi 

yerlərdə xərcləməsi üçün ayırdığı miqdar. 



Zəkatın nisabı: Zəkatı vacib olan şeylərin hər birində təyin edilmiş miqdar. 

Zimmə şərtləri: Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin 

İslam dövləti sayəsində canı  və mallarının qorunması üçün əməl etməli ol-

duqları şərtlər. 

Zimmi: İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları 

əvəzində İslam dövlətinin himayəsi altında yaşayan kitab əhlindən olan ka-

firlər, məsihilər və yəhudilər. 

Zina:  Şəriət baxımından kəbindən kənar qeyri-qanuni əlaqə, bir-birinə 

haram olan kişi və qadının cinsi əlaqəsi. 



Yaisə: Heyz qanı görməyəcək yaşa çatan qadın. 

Yəqin: Doğru bilgi, yanlışlığına heç bir ehtimal verilməyən məlumat. 

Kafir: 1) Allahın varlığını inkar edən şəxs; 2) Allaha şərik qoşan şəxs; 

3) Peyğəmbərliyi qəbul etməyən şəxs; 4) İmamlardan(ə) birinin Allah oldu-

ğuna və yaxud Allahın onlardan birinə hülul etdiyinə inanan şəxs; 5) İmam-

lara(ə) qarşı düşmənçilik edən xəvaric və nasibilər. 



Kitab əhli: Yəhudilər və məsihilər. 

Kiçik hədəs:  Dəstəmazı pozan şərtlər; sidik, qait, qarın yeli, yatmaq, 

ağlı aparan işlər, istihazə və qüslü lazım etməyən əməllər. 



Gecə namazı: Gecə yarısından sonra qoşa rükətlə qılınan səkkiz rükətli 

namaz. 


Gündəlik nafilələr: Gündəlik müstəhəb namazlar. Cümə günü 38, qalan 

günlərdə 34 rükətdir. 



Ləhv və  ləib alətləri:  Əyyaşlıq və digər əyləncə məclislərində istifadə 

olunan alətlər (saz və nağara kimi). 



Məhrəm: İnsanın evlənməsi əbədi haram olan şəxslər. 

Məzalim: Camaatın haqqı (haqqun-nas). 

Məzməzə: Suyu ağızda qarqara etmək. 

Məkruh: Yerinə yetirilməsi haram olmayan, lakin yerinə yetirilməməsi 

daha yaxşı olan iş. 



Məsh: Bir əşyanın üzərinə əli sürtmək, dəstəmazda əli başa və ayaqların 

üzərinə çəkmək, sürtmək. 



Meyit: Ölü, cənazə. 

Məzi: Qadınla mazaqlaşan zaman kişidən gələn su (bu sperma deyil). 


 

403


Milli mürtəd:  Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu 

bildikdən sonra müsəlman olub, yenidən kafir olan şəxs. 



Miskin: Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs. 

Mübah: Şəriət nöqteyi nəzərindən yaxşı və yaxud pis olmayan iş; vacib, 

müstəhəb, haram və məkruhdan qeyri işlər. 



Mübtədiə: İlk dəfə heyz qanı görən qadın. 

Müdd: Təqribən, 10 sir (750 qr) miqdarında ölçü. 

Möhrim: Həcc və ümrə ehramı bağlayan şəxs. 

Möhtəzər: Can verən şəxs. 

Möhtəlim: Yuxuda ikən cinsiyyət üzvündən sperma xaric olan şəxs. 

Möhtərəm mallar: İslami qaydalar üzrə sahibinin icazəsi olmadan baş-

qalarına haram olan mallar. 



Müqəllid: Müctehidə təqlid edən, onun sözlərinə əməl edən. 

Müməyyiz: Yaxşı və pisi anlayan uşaq. 

Musaqat: Suvarmaq, bağ sahibi ilə bağban arasında bağlanan müqavilə. 

Bu müqaviləyə əsasən, bağban ağacları suvarıb, onlara qulluq etməsi müqa-

bilində bağın müəyyən bir miqdarda meyvəsindən istifadə edə bilər. 

Mütə: Daimi olmayan nikah. 

Mütləq su: Saf su, meyvə və bu kimi şeylərdən əldə edilməyən və başqa 

şeylə qarışmayan, əgər qarışarsa, su halından çıxmayan adi su. 



Muvalat: Namazın bölmələrini ara vermədən, fasiləsiz qılmaq. 

Müvəkkil: Özünə vəkil tutan şəxs.  

Muzaf su: Qatqılı su, bir şeydən əldə edilən su (qarpız suyu və şərbət kimi). 

Müzariə: Yer sahibi ilə əkinçinin arasında bağlanan müqavilə. Bu mü-

qaviləyə görə məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibi-

nin olur. 

Müztəribə: Heyz qanı görən zaman adı halda olmayan qadın. 

Müctehid:  Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yəni 

kitab (Quran) və sünnədən İslam hökmlərini çıxarmağa elmi gücü olan şəxs. 



Mükəlləf: Yetkinlik həddinə çatmış ağıllı insan. 

Mürtədd: Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq Allahı, Pey-

ğəmbəri inkar etmək mənasını daşıyan zəruri din hökmlərindən birini inkar 

edən şəxs. 

Müstəhəb: Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şəriət hökmü. 

Müstəhəb qüsl: Bəzi günlər və gecələr yaxud bəzi ibadətlər və ziyarət-

lər münasibətilə yerinə yetirilməsi savab olan iş (cümə və ziyarət günü). 



Müstəhazə: İstihazə qanı görmüş qadın. 

Nafilə: Müstəhəb namaz. 

Nasiyə: Adət vaxtını unudan qadın.  

Nəcis: Pak olmayan şey. 

Nüfəsa: Nifas qanı görməkdə olan qadınlar. 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə