Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

30 

 

meşə-çəmən, subasar çəmən, şoranlar, pozulmuş torpaqlar, çaqıl daşlı çay yataqları 



kimi torpaq tipləri, onların yarım tipləri və b. növ müxtəlifliklərinin yayıldığı 

müəyyən olunmuşdur. 



Dağəən torpaqlar. Şəki-Zaqatala iqtisadi rayonunda 84330 ha sahədə 

yayılaraq, iqtisadi rayon torpaqlarının 8,1%-i əhatə edərək, Qəbələ rayonu 

ə

razisində Göyçay-çay və Türyan çaylarının başlanğıc hissələrində nisbətən geniş 



ə

razidə yayılaraq, qərbə doğru bəzi yerlərdə enliyi dəyişən, çay dərələri ilə kəsilən 

və bəzən də qırılan zolaq şəkilində respublikanın Gürcüstanla olan sərhəddinə 

qədər uzanır. Dağ-çəmən torpaqların cənub sərhəddi ayrı-ayrı çıxıntılar şəklində 

Qax, Zakatala, Balakən rayonları ərazisində çay dərələri və meyilli yamaclarla 

nisbtən aşağıya doğru enir. Dağ-çəmən torpaqlar Böyiik Qafqaz silsiləsinin 

suayırıcı və ona yaxın olan alp və subalp zonalarında dəniz səviyyəsindən 2000-

3000 m yüksəkliklər arasında, əsasən eroziya prosesinə məruz qalan, daşlı-çınqıllı, 

kəskin parçalanmış relyef sahələrində yayılmışdır. Morfoloji-genetik 

xüsusiyyətlərinə, inkişafetmə səviyyələrinə və ekoloji şəraitinə görə Şəki-Zaqatala 

iqtisadi rayonu ərazisində dağ-çəmən torpaqların ibtidai dağ-çəmən (21240 ha) və 

çimli dağ-çəmən (63090 ha) yarım tiplərinin yayıldığı müəyyən olunmuşdur. Dağ-

çəmən torpaqlar zonası hazırda deınək olar ki, bütünlüklə yay otlaqları və az 

miqdarda biçənək kimi istifadə olunaraq, iqtisadi rayonunun yem bitkiləri fonduna 

daxildir. Dağ-çəmən torpaqları zonasının əsas problemləri təbii və antropogen 

təsirlər nəticəsində geniş yayılmış və ildən-ilə intensivləşən eroziya prosesidir.  ri 

daşların və süxur parçalarının səthə çıxması, çim qatının yuyulması, torpaq 

səthinin nisbətən bərkiməsi, kiçik çökəklik sahələrdə izafı rütubətlənmə şəraitinin 

ə

mələgəlməsi, səthi axınların güclünməsi ilə yarğanların intensiv artması, ot 



örtüyündə yem üçün yaramayan alaq otlarının inikşaf tapması da mənfi təsir edici 

problemlər kimi qiymətləndirilməlidir. Dağ-çəmən zonasında torpaqların 

münbitliyinə və qalınlığına, ot örtüyünün məhsuldarlığına mənfı təsir göstərən bu 

halları aradan qaldırmaq və onların inkişafını dayandırmaq üçün sistemsiz və 

normadan artıq heyvan buraxılmasına yol verməmək, nisbətən bozqırlaşan 

yamaclarda üzvü gübrələrdən istifadə etməklə ot əkinləri aparmaq, alaq otlarını 

məhv etmək və iri daşları sahələrdən təmizləmək məqsədə uyğundur. 

Dağ -meşəəmən torpaqlar. Dəniz səviyyəsindən 1800-2100 m yüksəkliklər 

arasında meşənin yuxarı sərhəddində və meşəarası tala sahələrində, seyrək fıstıq 

meşələri və subalp çəmənlikləri altında, gilli şistlərin aşınma məhsulları üzərində, 

Oğuz, Şəki, Qax rayonlan ərazisində kiçik sahələrdə yayılıb. Bu torpaqların əmələ 

gəlməsində təbii faktorlarla yanaşı, insan fəaliyyəti də böyük rol oynayır. Bu 

torpaqların 6,5%-i zəif, 24,7%-i orta, 10,3%-i isə şiddətli dərəcədə eroziya 

prosesinə məruz qalıb. Dağ-çəmən-meşə torpaqlar yüksək humusludurlar.  Bu 

kəmiyyət göstəriciləri aşağı qatlarda kifayət qədər azalır. Meşə döşənəyinin 

itirilməsi nəticəsində çəmən-meşə torpaqların su-fiziki xüsusiyyətləri nisbətən 

pisləşir və nəticədə bəzi sahələrdə sistemsiz otarma nəticəsində torpaqların üst qatı 

güclü bərkidiyi üçün su keçirmə qabiliyyəti pozulur və səthi axınlar baş verir. 

Nəticədə münbitlik və məhsuldarlıq nisbətən azalır. Dağ-meşə-çəmən zonasının 

ə

sas problemləri eroziyanın (səthi, qobu, yarğan) yayılması, kiçik bataqlıq 




31 

 

sahələrin əmələ gəlməsi, izafi rütubət toplanmasıdır. Meşə döşənəyini, çim qatını 



mühafizə etmək üçün otarmanı nizamlamaqla yanaşı, yarana biləcək səthi su 

axınlarının qarşısı alınmalıdır. Qırılmış iri ağacların torpaq səthi ilə aparılmasına, 

otlaq sahələrinin çox tapdanmasına imkan verilməməlidir. Yarğan və qobu 

eroziyalarının inkişafı ehtimal olunan sahələrdə bərkitmə işləri aparmaq, əkin 

aparılan sahələrdə rütubəti nizamlamaq, torpağın strukturunu yaxşılaşdırmaq və 

torpağın üst humuslu qatını mühafızə etmək məsləhətdir. 



Qonurdağ-meşə torpaqlar. Bu torpaqlar üçün nisbətən qalın meşə 

döşənəyinin olması, tünd və geniş humuslu qatın, yaxşı su toplama və su keçirmə 

qabiliyyətinin, yüksək humusluğun, ağır gillicəli mexaniki tərkibin və kül 

elementləri ilə təmin olması kimi əlamətlər səciyyəvidir. Tədqiqatlar nəticəsində 

bu torpaqların tipik qonur dağ-meşə, zəif doymamış, karbonat qalıqlı və 

bozqırlaşmış yarım tipləri ayrılmışdır. Şəki-Zaqatala iqtisadi rayonun başqa torpaq 

zonalarında eroziya prosesi geniş yayıldığı halda meşə zonasında nisbətən 

zəifləyərək 40-45% təşkil edir. Şiddətli eroziya prosesi meşə zonasında 8-9% 

arasında dəyişir. Meşə zonasında eroziya prosesinin yaranmasına səbəb əvvəlki 

illərdə tətbiq olunan qırma işləri nəticəsində seyrəkləşmə və torpağın su-fıziki 

xassəsinin pisləşməsi olmuşdur. Qonur dağ-meşə torpaqları zonasında relyef 

şə

raitinin mürəkkəbliyi, ayrı-ayrı yamacların müxtəlif səviyyədə meyilliyi, 



torpaqəmələgətirən suxurların mənşəyi və kimyəvi tərkibilərinin fərqli olması bu 

torpaqların inkişaf mərhəllərini fərqləndirir. Qonur dağ-meşə torpaqların daha 

yaxşı formalaşmış sahələri palıd, vələs meşələri altında yayılıb. Torpaqəmələgəlmə 

prosesində meşə ağaclarının hər il torpağa verdiyi töküntülər böyük rol oynayır. 

Meşə zonası torpaqlarının əsas problemləri ərazinin nisbətən dik olması kəskin 

drenləşmiş sahələrdə eroziya prosesinin inkişafı nəticəsində meşə sahələrinin məhv 

olması, plansız qırıntı və şum edilməsi nəticəsində meşələrin koluqlara çevrilməsi, 

qiymətli ağac cinslərinin yox olmasıdır. 

Təbii amillər və insan fəaliyyəti nəticəsində yaranan bu problemlərin qarşısını 

almaq üçün özbaşına aparılan meşə qırıntı işləri, mal otarılması, dik yamacların 

ş

um edilməsi kimi mənfi vəziyyətlər aradan qaldırılmalıdır. Ona görə də sıxlığı 0,5 



dən aşağı olan nıeyilli yamaclarda yayılan meşə sahələrində heç bir qırıntıya yol 

verməmək, otarma işlərini tamailə ləğv etmək, əvvəllərdə qırılma aparılmış 

sahələrdə təbii bərpanın inkişafına, pöhrələrin mühafızəsinə qayğı göstərmək 

lazımdır. Sıxlığı 0,6 və ondan yuxarı olan meşə sahələrində, relyef şəraiti nəzərə 

alınmaqla qırıntı işləri aparmaq məqsədəuyğundur. Qırıntı materiallarını 

daşıyarkən texnika düzgün seçilməli, torpaq səthinin aşınmasına yol 

verilməməlidir. 

Dağ-meşə torpaqlar. Bu torpaqlarda humusun yüksək olmasında yaxşı 

inkişaf etmiş ot kütləsinin rolu böyükdür. Tünd humuslu profıl 60-70 sm-ə qədər 

dərinliyə enir.   qtisadi rayonun meşə sahələrində, xüsusilə dağ-meşə qəhvəyi 

torpaqlar zonasında müxtəlif məqsədlər üçün sistemsiz qırılma işlərinin aparılması, 

ardıcıl olaraq mal otarılması, uzun illər heç bir aqrotexniki tədbirlər tətbiq etmədən 

müxtəlif meyillikli yamaclarda əkin işlərinin aparılması, torpaqların eroziya 

prosesinə məruz qalmasını daha da intensivləşdirmişdir. Dağ-meşə qəhvəyi 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə