Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 
30
Onlar onun məhəbbət piyalələrini başlarına çəkəcəklər, 
dillərində onu yada salmaqdan və onun adından başqa bir şey 
olmaz. 

Bu işi (imaməti) ancaq səbr əhli olan, gözü açıq və işlərdən baş 
çıxaran kəs çiyinlərində çəkə bilər. 

Bilin ki, müsəlmanların namus, can, qənimət, hökumət və 
rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Çünki o, onların 
mallarına həris olar. Həmçinin nadana tapşırmaq olmaz, çünki o 
da öz nadanlığı nəticəsində onları azdırar. Eləcə də  rəhmsiz və 
zülmkara! Çünki o da öz rəhmsizliyi ilə müsəlmanları möhtac 
olduqları  şeylərdən məhrum edər. Malların bölüşdürülməsini 
ədalətsiz adama da tapşırmaq olmaz. Çünki o, bir dəstəyə 
bağışlayar, bir dəstəni isə məhrum edər. Nə də qəzavət   edəndə 
rüşvət alana ki, camaatın hüquqlarını tapdalayar və haqqı 
sahiblərinə çatdırmaqda səhlənkarlıq edər və nə də sünnəni tərk 
edən kəsə ki ümməti məhvə aparar. 

Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna  
olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq 
istisna olmaqla, sizinlə  məsləhətləşmədən bir iş görməməyim 
və haqlarınızı gecikdirməməyim (sizin haqq və  bəxşişlərinizi 
vaxtında verməyimdir), onun çatdırılmasını  ləngitməməyim və 
sizin hamınızı  bərabər bilməyimdir. Beləliklə, mən belə 
etdikdən sonra Allahın neməti sizə vacib olur və bu zaman sizin 
mənə tabe olmağınız da vacibdir. 

Bir halda ki, pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər 
və günahların çirkabından təmizləyin. 

Bilin! Mühəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir. 
Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə 
də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və o, arzu 
etdiyiniz şeyləri sizə verib. 

Bizik nübüvvət ağacı  və risalətin nazil olma yeri, mələklərin 
get-gəl yeri elm mədənləri və hikmət çeşmələridir! 


 
31

Biz yolun ortasında olan söykənəcəyik. Geridə qalan özünü ona 
çatdırar və çox qabağa keçən ona tərəf qayıdar. 

Bizim nəsibimiz üstün və Peyğəmbərlə (s) bağlılığımızın daha 
möhkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə öz 
başına və  təcridedici rəftar edilməsi səbəbi, xilafətin rəğbət 
bəslənilən və cazibəli olması idi. Bir dəstə  həriscəsinə ondan 
yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan keçdi. (Bizimlə 
onlar arasında) hakim Allahdır. 

Bəndə Allahın sevdiyini sevməyincə  və Allahın sevmədiyinə 
nifrət bəsləməyincə imanı kamilləşməz. 

Bəndə istər doğru, istərsə  də zarafat ilə yalan deməyi tərk 
etməyincə imanın tamını dadmaz. 

Bilin! Hər kim camaata qarşı insaflı olsa, Allah mütləq onun 
izzətini artırar. 

Biçarə israfçı! Öz nəfsinin islahında və  əldən verdiklərinin 
yerini doldurmaqdan necə də uzaqdır? 

Birləşəndən sonra əlaqəni kəsmək, qardaşlıqdan sonra 
cəfakarlıq və dostluqdan sonra düşmənçilik necə də pisdir. 

(Bir nəfərin, övladı  Həsənin (ə) yanında qeybət etdiyini 
gördükdə): Övladım! Öz qulağını belə  şəxslərdən uzaq tut. 
Çünki o, öz qabında (vücudunda) olan ən murdar və çürük 
şeyləri sənin qabına boşaltmaq istəyir. 

Bu qəlblər bir qabdırlar. Onların ən yaxşısı ən tutumlusu ən çox 
saxlayanıdır. 

Bəndələrin pak qəlbləri, Sübhan Allahın baxdığı yerlərdir. Kim 
qəlbini paklaşdırarsa, Allah ona nəzər salar. 

Boş yerə mübahisə  və  çəkişmədən çəkinin. Çünki bu iki iş 
qəlblərdə qardaşlara qarşı  xəstəlik yaradar və onlarda nifaq 
cücərdər. 

Başıucalıq qənaətin hesabına əldə olunur. 


 
32

Bütün işlər müqəddarata tabedir. Hətta tədbirlər belə ölümlə 
sona çatar. 

Bir işdən qorxan zaman özünü onun ağuşuna at. Çünki o işdən 
bərk qorxmaq, o işə başlamaqdan daha çətin və daha çox 
ziyanlıdır. 

Bilin  ki, ən yaxşı  eşidən qulaq öyüd-nəsihəti eşidən və  qəbul 
edəndir. 

Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan 
daha tez qırılar. 

Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə 
müharibəyə çağıraraq dedim: onlar sizə hücum etməmiş, siz 
onların üzərinə  həmlə edin. Çünki, Allaha and olsun, heç bir 
xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə 
olmayıb ki, onlar bu müharibədə xar olmasınlar. 

Bir  şəxs namaza dayananda, Allahın bəndəni  əhatə etdiyi 
rəhmətini görən iblis paxıllıqla ona baxar. 

Bax gör, hansı paltar və libasla namaz qılırsan.  Əgər onu 
düzgün və halal yolla qazanmamısansa, namazın qəbul deyil. 

Birinin ləzzət hərisi olub  onun vasitəsi ilə məhv olmaması çox 
nadir hallarda baş verir. 

Bir qızın qulağından zorla mirvari sırğanı oğurlayan kişi barədə 
buyurdu: Bu aşkar oğurluqdur. Sonra şallaq vurub zindana 
saldı. 

Bədr döyüşündə biz özümüz Allahın Peyğəmbərinə (s) sığındıq. 
Həzrət hamımızdan düşmənə daha yaxın idi və  həmin gün 
hamıdan çox şücaət göstərdi. 

Bədr döyüşündə aramızda Hiqdat ibn Əsvəddən başda suvari 
yox idi. Döyüş axşamı  ağacın altında dayanıb səhərə  qədər 
namaz qılıb dua oxuyan Allahın Peyğəmbərindən (s) başqa, 
bizimlə olanların hamısı yatdı. 


 
33

Bilin ki, azacıq riya da, şirkdir. 

Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və 
oyaqlıq. Ruh da belədir: həyatı  onun elmi, ölümü onun 
nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun 
əminliyidir, yuxusu onun qəfləti və oyaqlığı onun dərrakəsidir. 

Bu qarğadır, o isə qartal, bu göyərçindir o da dəvəquşu, Allah-
Təala hər bir quşu adı ilə çağırıb və onun ruzisinə  zəmanət 
verib. 

Bəndəni heç nə  səcdələr və rukular qədər Uca olan Allaha 
yaxınlaşdırmaz. 

Bəla pərhizkar möminə yağışın (yağış suyunun təpənin ba-
şından) yerin alçaq hissələrinə çatmasından da tez çatır. 

Bəlanın sonunda açılış (işlərin duyunlərinin açılması) hasil olur. 

Başda oturanların bəlası siyasətdə acizlikdir. 

Böyük insan heç vaxt söyüş söyməz. 

Bədr günü Allah Rəsulunun (s) səhabələrinin şüarı bu idi: «Ey 
kömək olunmuş, öldür!». 

Biliyin səmərəsi Allahı tanımaqdır. 

Biz sənin zatının  əzəmətindən heç nə bilmirik. Bildiyimiz 
yalnız budur ki, sən bizdən sadiq və hər şey sənə sadiqdir. Səni 
nə mürgü tutar, nə də yuxu. Heç bir düşüncənin əli sənə yetməz 
və heç bir göz səni tapmaz. 

Başqalarını narahat edən xoşagəlməz iydən özünüzü su ilə 
təmizləyin. Özünüzə (üst-başınıza) baxın. Çünki Allah-Təala 
özünün çirkli və laqeyd bəndələrinə, onunla bir yerdə oturan hər 
bir kəsin burnunu tutub bezdiyi kimsəyə nifrət edir. 

Birini boş sözlə  qaytarmaq, gec yerinə yetirilən vədədən daha 
gözəldir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə