14
Allahın insanın üzrlərini qəbul etdiyi ömür müddəti altımış
ildir.
Allahın Peyğəmbəri (s) öz fəzilətlərindən danışanda buyururdu:
«Məqsədim özümü göstərmək və öyünmək deyil.»
Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini
öldürər.
Allahın Peyğəmbəri (s) Ramazan ayında Bədr döyüşünə getdi
və Ramazan ayında da Məkkəni fəth etdi.
Allah-Təala Mühəmmədi (s) haqlı olaraq seçdi ki, öz
bəndələrini başqa bəndələrinə ibadətdən Özünə ibadətə çəksin.
Bəndələrinin öhdəliklərindən Öz öhdəliklərinə, bəndələrinin
itaətindən Özünə itaətə, bəndələrinin hakimiyyətindən Öz
hakimiyyətinə gətirsin.
(Allah) Torpağını hazırlayıb əmrini verəndə Adəmi (ə) Özünün
üstün məxluqu kimi seçdi və onu Özünün (insan növündən
olan) ilk məxluquna çevirdi.
Allah, Mühəmməd Peyğəmbərdən (s) yaxşı insan yaratmayıb.
Allah-Təala sizə təqvalı olmağı tapşırdı və bunu, öz
bəndələrindən razılığının tacı və istəyinə çevirdi.
Allahın razılığı onun itaətinə yaxındır.
Alçaqlarla çəkişmək rəhbərliyə ləkə gətirər.
Allahın rəhməti onu yad etməklə nazil olar.
Adamın batininin xəstə və zahirinin gözəl olması necə də pisdir.
Allah-Təala ruziləri təyin etdi, bu zaman onları az, ya çox, gen-
bol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu
və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və
kasıbın şükrünü-səbrini aşkara çıxartsın.
Axirətin cavab və mükafatı dünyanın əziyyət və çətinliklərini
yaddan çıxarar.
15
Arzu həmdəm, dostdur.
Arzunun sonu yoxdur.
Arzular bitib-tükənməzdir.
Arzu ilğim kimidir, onu görəni aldadar və ümid bağlayanı
məyus edər.
Arzular bəsirətin gözlərini kor edər.
Arzu şeytanın - qafillərin qəlblərinə hakim olma amilidir.
Arzunun nəticəsi işin puç olmasıdır.
Arzu qəlbi unutqanlığa çəkər, yalan vəd verər, çoxlu qəflət və
xəbərsizlik gətirər, əfsus və həsrətlə nəticələnər.
Arzu ağlı aradan aparar, yalan vəd verər, qafilliyə
həvəsləndirər, əfsus və həsrətlə nəticələnər. Odur ki, arzunu
yalan hesab edin. Çünki o aldadandır və arzusu olan şəxs isə
aldanmış və günahkardır!
Arzu əcəli (insanın) yad(ın)dan çıxarar.
Adət ikinci təbiətdir.
Adət hər bir insanın hakimidir.
Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.
Adətlərdən əl çəkməklə nəfsinizi ram edin və onları itaətə doğru
yönəldin. Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə
yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və
günahların çirkabından uzaqda saxlayın.
Allah-Təala bir gün onun vasitəsilə xilas etdiklərindən qeyri heç
kimə ağıl vermədi.
Ağıl ən möhkəm dayaqdır.
Ağıl çirkin işlərdən uzaqlaşdırar və yaxşı işlərə əmr edər.
Ağıl hər işi səhmana salandır.
16
Ağıl insanı «İlliyyun»a (cənnət məqamlarındandır) doğru
yüksəldər.
Ağıl haqqın carçısıdır.
Ağıl möminin səmimi dostudur.
Ağıl odur ki, sözünü bilib danışasan və dediyinə əməl edəsən.
Ağıl təcrübələri qoruyub saxlamaqdır. Sənin ən yaxşı təcrübən
isə ondan öyüd götürdüyündür.
Ağıl iki növdür: təbii (zati) ağıl və təcrübi ağıl onların hər ikisi
xeyirlidir.
Ağıllı insanın sinəsi sirr xəzinəsidir.
Ağıl elə bir hissdir ki, bilik və təcrübə ilə çoxalar.
Ağıl kamilləşdikdə danışıq azalar.
Ağılların puç olmasının səbəbi üstünlük axtarmaqdadır.
Ağıl sahiblərinə qulaq asmayanların ağılı ölər.
Ağıl azalanda, (özünü) üstün bilməklər artar.
Arzuların çoxluğu ağılın puçluğundandır.
Ağılın meyvəsi dözümlülükdür. (Allahın yolunda mətanətli
olmaqdır).
Ağılın meyvəsi haqqa sadiq qalmaqdır.
Ağılın meyvəsi dünyanı düşmən bilmək və həvəsləri
öldürməkdir.
Ağılın, meyvəsi bağışlamaq və həyası olan bir ağacdır.
Ağılın düşməni nəfsani istəklərdir.
Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.
Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.
17
Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə
pis dərd və xəstəslikdir.
Axmaqlıq ən pis xəstəlikdir.
Axmağın özü özünə vurduğu ziyanı düşmən öz düşməninə
vurmaz.
Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə düşər.
Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.
Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və
müxtəlif səylərlə bəndəliyinə doğru çəkir. Bir çox çətinlik və
narahatlıqlara mübtəla edir ki, bu yolla təkəbbürü qəlbindən
çıxarıb təvazökarlığı zuhlarında qərar versin və onu öz fəslinə
doğru açılan qapıya və öz bağışlamağı üçün açan bir vasitəyə
çevirsin.
Ağıllılığın bəlası hiyləgərlikdir.
Ağlın bəlası nəfsi istəklərdir.
Alimlərin bəlası mənsəbpərəstlikdir.
«Axtarışın bəlası məqsədə çatmamaqdır.»
«Abadlığın bəlası zalim hakimdir.»
«Ağlın bəlası xudpəsəndlikdir.»
«Arzuların bəlası əcəllərin çatmasıdır.»
«Arzunun bəlası əcəldir.»
«Ağın ən pis bəlası kibr (qurur) və özünü böyük tutmaqdır.»
Allah yolunda əllərinizlə cihad edin. Əgər bunu bacarmasanız,
dillərinizlə cihad edin. Bunu da bacarmanız qəlblərinizlə cihad
edin.
« Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə
onun dilinin önündədir.»
Dostları ilə paylaş: |