Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
  1   2   3   4   5   6   7   8   9   ...   44


 
1
 
 
QİSAR 
İMAM  ƏLİNİN  QISA 
KƏLAMLARI 
 
Tərcümə və şərhlər 
QAZİ HACI MİRƏZİZ SEYİDZADƏ 
 
 
 
Bakı 2010 
 


 
2
 
 
 A– 
 
 

Allahı yad etmək Allahı sevənlərin ləzzətidir.   

Allahı yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.  

Allahı yad etmək hər yaxşı  əməl sahibinin adəti və  hər bir 
möminin xasiyyətidir.  

Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.  

Allahı (daim) yad edən kəsi Allah-Təala adlı-sanlı edər.  

Allahı yad etmək canların qidası (qüvvəsi) və  məşuqla 
həmsöhbət olmaqdır. 

Allahı xatırlamaq, ünsiyyətin açarıdır.  

Allahı yad etmək şeytanı uzaqlaşdırar.  

Allah heç kəsi ona möhlət vermək kimi bir şeylə sınamayıb. 

Allahın  əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. 
Çünki Allahın  əzəmətini dərk edənlərin böyüklüyü, onun 
qarşısında müti olmalarına görədir. 

Allah-Təala imanı  şirkdən təmizləmək, qisası isə qanları 
qorumaq üçün vacib buyurmuşdur. 

Allah kimə  sərvət versə, onunla öz qohumlarına kömək  əlini 
uzatmalı və qonaqpərvərlik etməlidir. 

Allahı yad etmək sinələri cilalandırar və qəlblərə rahatlıq bəxş 
edər.  

Allahı yad etmək sinəni genişləndirər.  

Allah-Təalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən 
«böyük xəbər»i (Nəbəi-Əzim) yoxdur. 


 
3

Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini 
öpdüyünü, digərini isə öpmədiyini gördü. Buyurdu: Nəyə görə 
onların arasında fərq qoydun? 

(Allah) Birdir, ancaq sayda deyil. Daimidir, ancaq  (əvvəli və 
sonu olan) vaxt anlamı ilə deyil, dayanıqlıdır, ancaq sütun və 
söykənəcəklərlə deyil. 

Allah yanında  ən pis insan, özü azğın və başqalarının da 
azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və 
tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir. 

Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan 
biri Allahın onu özbaşına buraxdığı  şəxsdir. Belə  şəxs  doğru 
yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə 
bağlamışdır. Buna görə  də, ona aldanan şəxslərin fitnə  və 
fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və 
öz ardıcıllarını azdırır. Həyatı zamanı  və ölümündən sonra 
başqalarının günahlarının yükünü öz çiyninə götürər və 
xətalarının girovu olar. 

Allah ağılı qorumaq üçün… şərabdan uzaqlaşmağı vacib 
buyurmuşdur. 

Allah qorxusundan ağlamaq rəhmətin açarıdır. 

Allah qorxusundan ağlamaq qəlbi işıqlandırar və günaha adət 
etməkdən qoruyar. 

Allah-Təalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil 
ki, sənə yetişən hər xeyir Allahın lütfindən və  uğurundandır. 
Sənə yetişən hər pisliyə görə isə (bil ki) Allah sənə  möhlət və 
fürsət vermişdir. Onun sənə qarşı olan  səbr və güzəştindən 
qorx. 

Allahın yaxşılığı ilə az-az haqqın  əzabına yaxınlaşan 
günahlarının ustu örtüldüyünə görə  məğrurlaşan və aldanan, 
(camaat tərəfindən) təriflənib tədbir olunduqlarına görə fitnə-
fəsada düşənlər nə qədər də çoxdur. 


 
4

Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları 
və  pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, 
xəyal və təsəvvürlərdən uzaq  varlıqdır.   

Allah adı, Allah-Təalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, 
Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqə 
verilməz. 

Allahdan qeyrisinin vasitəsilə  əziz olan zəlildir. 

Allah qarşısında əyilməyən heç vaxt ucalmaz. 

Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: 
Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik 
edəndə isə buyurardı:  Allah sizə  bərəkət versin və mübarək 
etsin. 

Allah-Təala cihadı vacib etdi. Ona əzəmət verib qələbə  rəmzi 
və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi 
cihaddan başqa heç bir şeylə düzəlməz. 

Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla 
nail olmaq olar. 

«Altı nəfər var ki, onlarla çəkişmək lazım deyil : Fəqih, rəhbər, 
alçaq adam, acıdil, qadın və uşaq.»  

«Allahın Peyğəmbəri buyurmuşdur «Hər bir bədənin ürəyi 
düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi 
düzəlməz.» Buna görə  də sizlərdən müsəlmanların qanına və 
malına bulaşmamış əl, onların heysiyyatı və abırını (tökmədən) 
azad dillə Allah-Təalanın görüşünə  gələ bilən hər biriniz belə 
etməlidir.» 

« Allahın dinini qoruyan kəslər, dini bərpa edənlər, ona kömək 
edənlər, dini hər tərəfdən  əhatəyə alanlar, onu Allah bəndələri 
üçün saxlayanlar, onu əziz tutan və riayət edənlərdir.» 

Allahın vacib etdiyi ən mühüm hüquq rəhbərin xalq üzərində 
olan haqqı və xalqın rəhbər üzərində olan haqqıdır… əgər xalq 


 
5
rəhbərin, rəhbər də xalqın haqqını yerinə yetirərsə bu dövlət də 
haqq izzət və qüdrət tapar, dinin aydın yolları düz, hamar olar, 
ədalət və doğruluq nişanələri bərpa olunar, qayda-qanunlar 
düzgün icra edilər. Bu minvalla zəmanənin vəziyyəti 
düzələr,dövlətin möhkəm və davamlı olmasına ümid artar və 
düşmənlər öz arzularına çatmaqdan məyus olarlar.     

Allah-Təala Məryəm oğlu  İsaya vəhy etdi: Bəni  İsrailin 
zadəganlarına de ki…. Mən sizin heç birinizin və boynunda 
mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını 
qəbul etmərəm. 

Allaha and olsun, sizin dünyanızın mənim nəzərimdə cüzam 
xəstəliyinə tutulmuş şəxsin əlində olan bir donuz sümüyü qədər 
də dəyəri yoxdur. 

Allahım! Məni, xəlq etdiklərin pislərinə möhtac etmə!  Əgər 
məni möhtac edirsənsə, onların  ən xoşxasiyyətli və  ən 
səxavətlisi, mənim ehtiyacımı  şirin dillə  və  mənə daha az 
minnət qoymaqla aradan götürənə, möhtac et! 

(Allah)  Əcəlləri (ömrün müddətini) təqdir edib -
müəyyənləşdirib. Bəzilərini uzun, bəzilərini qısa edib, bir 
qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların 
amillərini ölümə bağlayıb (əcəlin sonuna çatmasının səbəblərini 
hazırlayıb). 

Allah hər bir şey üçün ölçü və  hər bir ölçü üçün əcəl - son 
qoyub. 

Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir. 

Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın. 

Allahın  ədəb və  tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz 
ədəbi əsasında da düzəlməz. 

Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, 
heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. 
Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisnadır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə