Onun daşInI çOxdan atmIşam



Yüklə 131,14 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü131,14 Kb.
#73435

background image
59

№ 5 (47), 2010 



Onun daşInI çOxdan atmIşam

Rəvayətə görə qədim zamanlarda Azərbaycanda belə bir 

adət varmış: kişi evlənəndə gəlin evinin yaxınından bir daş 

gətirər və həmin arvadı ilə yaşadığı müddət ərzində daşı 

saxlayarmış. Kişi arvadı boşadıqda və ya arvad vəfat edəndə 

dəfn etməyə apardıqda həmin daşı da onun ardınca atarlardı. 

Sonralar bir şeyin “daşını atmaq” ifadəsi ilkin mənasını 

dəyişib daha geniş məna kəsb etməyə başlamış, hazırda 

ümumiyyətlə bir adamla və ya bir şeylə əlaqənin kəsildiyini 

bildirir.



Qurdla QIyamətə QalmayacaQ kİ

Qiyamət əfsanəsinə görə nə vaxtsa dünya dağılacaq və bütün canlılar tələf 

olacaq, bir tək qurd (canavar) sağ qalıb yaşayacaq. 

Ona görə də bir adamın gec-tez dünyasını dəyişəcəyini bildirmək üçün “daha 

qurd ilə qiyamətə qalmayacaq ki” ifadəsini işlədirlər.

dəmdəm halVasI deyİl kİ

Halva növləri arasında ən tez və asan bişən dəmdəm halvası hesab 

olunur. Onu hazırlamaqdan ötrü unu dağ edilmiş yağın içində qovuraraq 

odun üstündən götürür, içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün 

bu işi görmək cüzi vaxt və zəhmət istəyir. 

Çətin və çox vaxt sərf edilən hansısa işi təcili görməyi tələb etdikdə 

adətən “dəmdəm halvası deyil ki, belə tezliklə mümkün olsun” deyirlər.

İz eşşəyİn, əməl gəlİnİn

Bir qayınana gəlinini çox incidir, döyür, söyür, ac saxlayırmış. Evdən 

bir yerə gedəndə çörəyi taxçaya yığar və gəlinin oradan çörək götürüb-

götürmədiyini müəyyən etmək üçün taxçanın qabağına un səpərmiş.

Bir gün qayınana yerə un səpib qonşuya yasa gedir. Gəlin səhərdən 

ac olduğundan və taxçadan çörək götürməkdən qorxduğundan bir hiylə 

işlətmək fikrinə düşür. Bunun üçün həyətdə bağlanmış eşşəyin üstünə 

minir, eşşəyi evin içinə, taxçanın qabağına sürür, aşağı düşmədən 

taxçadan bir çörək götürür, sonra eşşəyi bayıra sürüb yerə düşür. Axşam 

qayınana yasdan qayıdıb taxçanın qabağında eşşək izlərini görür. Tez 

taxçaya baxıb bir çörəyin əskik olduğunu yəqin edir və öz-özünə deyir:

-  İz eşşəyindirsə də, əməl gəlinindir.

Bir adamın gördüyü işdə başqasının barmağı olduqda, ya həmin iş 

başqasının fitvası ilə görüldükdə bu məsəldən istifadə edirlər. 



“Rəvayətli ifadələr”, Bakı, 1961

Nİyə belə deyİrİk?



A-PDF Split DEMO : Purchase from www.A-PDF.com to remove the watermark

Yüklə 131,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə