Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
185

Uzun arzu axirəti insanın yadından çıxarar. 

Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir. 

Uca olan Allaha aşkar surətdə itaətsizlik etmək, cəzaları 
tezləşdirər. 

Uca olan Allahın yanında  ən böyük günah, günahkarın 
nəzərində kiçik sayılan günahdır. 

Utancaqlıq məhrumiyyətə yaxındır. 

Utancaqlıq ruzinin yolunda maneədir. Kim haqqı deməyə 
utanırsa axmaqdır. 

Uca və müqəddəs Allah insanların haqqını öz haqqından üstün 
tutmuşdur. Belə ki, hər kəs Allah bəndələrinin hüququna riayət 
edərsə, bu Allahın hüququna riayət etməklə nəticələnər. 

Uğurdan  ən uzaq insanlar, əyləncə  və zarafat vurğunu 
olanlardır. 

Uca olan Allah, öz bəndələri ixtiyar sahibi olduqları halda 
onlara əmr etmişdir. Onları xəbərdarlıq etmək üçün saxlamışdır. 
İlahi vəzifələrini asan etmişdir və çətin vəzifə qoymamışdır. Az 
işə böyük mükafat verər. Ona nə güclə itaətsizlik olunar, nə də 
ikrah və  məcburiyyətlə itaət. Peyğəmbərləri oyuncaq kimi 
göndərmədi, bəndələri üçün boş yerə səmavi kitab nazil etmədi. 
Göyləri, yeri və onların arasında olanları batilliklə yaratmadı. 
Bu küfr edənlərin gumanıdır. Vay olsun, odda yanacaq 
kafirlərə!.. 

Uğurun afəti tənbəllikdir. 

Uğur (ilahi) qayğı və köməkdir. 

Uğur nemətin başlanğıcıdır. 

Uğur kimi bələdçi yoxdur. 

Uşaqlıq dövrü özünü əziyyətə  və  çətinliyə salmayan şəxs, 
böyüyəndə şərəfə çatmaz. 


 
186

Uşaqlığında soruşan böyüyəndə cavab verər. 

Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz. 

Uzaqgörənlik zirəklikdir. 

Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz 
olar. 

Uzaqgörənliyi olmayan əzm və qərarda xeyir yoxdur. 

Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə 
məsləhətləşməkdir. 

Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır. 

Uzaqgörən  şəxs odur  ki, dünyanın aldadıcı  mənzərəsi onu 
axirət naminə çalışmaqdan çəkindirməsin. 

Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu 
ilə qiymət verilir. 

Uzaqgörən  şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün 
çalışmaqdan saxlamasın. 

Uzaqgörən  şəxs odur ki, qəzəbin  şölələri  şahə qalxanda cəza 
verməyi təxirə salsın və ilkin  fürsətdə  yaxşılığın  əvəzini 
(yaxşılıqla) ödəməyə tələssin. 
 

Uca olan Allahın onu gördüyünü yəqinliyi ola-ola, yenə  də 
itaətsizlik göstərən, heç şübhəsiz  ki, Allaha ən aşağı gözlə 
baxmışdır. 

Uzun-uzadı arzu edənlərin işləri çətinləşər. 

Uzun ömürün məhsulu xəstəlik və qocalıqdır. 

Uca olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da 
görünmədən Özünü bəndələrinə göstərmişdir. 


 
187

Uşaqlarınıza elmləri öyrədin ki, düşmənin hiyləsinə 
aldanmasınlar. 

Uca Allah yeməyi imkanlıların var-dövlətində vacib 
buyurmuşdur. Buna görə də, imkanlı insan onun haqqına sahib 
çıxmasa, heç bir kasıb ac qalmaz. 

Uzun-uzadı arzu edənlərin işləri çətinləşər. 
 


 
188
 Ü– 
 

Ürəyi  yəqinliyin sərinliyini dadmış insan necə  gə böyük 
səadətə qovuşmuşdur. 

Üç  şey alicənablıq  əlamətidir: baxışları  aşağı salmaq, səsi 
astadan çıxarmaq və yolu rahat yerimək. 

Üç dəstə heç vaxt digər üç dəstədən onlara qarşı insaflı olmağı 
tələb etməz: ağıllı  ağılsızdan, yaxşı  əməl sahibi pis əməl 
sahibindən, alicənab alçaqdan. 

Üç  şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, 
təvazökarlıq və sədəqə vermək. 

Üç şey mövcud olarsa heç bir əməl qəbul olunmaz: «Şirk, küfr 
və  rəy».  Ərz etdilər: «Ey Əmirəl-möminin! Rəy dedikdə 
məqsəd nədir?» Buyurdu: «Allahın kitabını  və peyğəmbərin 
sünnəsini kənara qoyub öz rəyinə əməl etmək.» 

Üzrü təkrar etmək, günahı təzələməkdir. 

Üç nəfərə sirr vermək olmaz: (zəif) qadına, söz gəzdirənə  və 
axmağa. 

Ürək gözün Quranıdır. 

Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və 
təvazökarlıq. 

Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və  əsil-nəcabətlərin) 
böyüklüyü ilə deyil, gözəl kamal və əxlaqla ölçülür. 

Üç  şey xeyirlərin cəmidir:  nemət bəxş etmək,  əhd-peymana 
sadiq olmaq və sileyi-rəhim. 

Üç sifət qadınlar üçün ən yaxşı, kişilər üçün ən pisdir: Qürur, 
qorxaqlıq və  xəsislik. Qadın məğrur olsa özünü naməhrəmin 
ixtiyarına verməz. Xəsis-tutumcul olsa, özünün və ərinin malını 


 
189
saxlayar, qorxaq olsa başına gələn bədnamlığına səbəb olan hər 
şeydən qorxar. 

Ürək gözün kitabıdır. 

Ürəyini möizə ilə dirilt və onu hikmətlə nurlandır. 

Üzrü təkrar etmək, günahı təzələməkdir. 


 
190
 V– 
 

Vaxtının çoxunu öz övlad-uşağına sərf etmə. Çünki  onlar 
Allahın dostları olmuş olsalar, Allah Öz dostlarını öz hallarına 
buraxmaz.  Əgər Addahın düşməni olmuş olsalar, fikir xəyalın 
nəyə görə Allahın düşmənlərinin qeydinə qalmaq olmalıdır. 

Vəzirlərin bəlası düşmənçilikdir. 

«Vəfalılığın bəlası əhdi pozmaqdır.» 

Var-dövlət və övladlar dünya əkini, yaxşı  əməllər isə axirətin 
tarlasıdır. Bəzən Allah-Təala  insanlar üçün bu iki neməti 
birlikdə bəxş edər. 

Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbinin qaralığına 
görə heç kəsə etimad etməyən və pis pəftarına görə də heç kəsin 
etimad etmədiyidir. 

Var-dövlətin çoxluğu dinin puçluğuna və qəlbin sərtliyinə səbəb 
olar. 

Var-dövləti axtardım və onu qənaətdən qeyri bir şeydə 
tapmadım. Qənaətcil olun  ki, var-dövlət sahibi olasınız. 

Vermək istədiyin sədəqənin azlığından utanma, çünki dilənçini 
məhrum etmək ondan daha pisdir. 

Vaxtı çatmamış işlərdə tələsməkdən, vaxtı çatanda iş görməkdə 
lənglikdən, onlar mübhəm olanda və tanınmayanda tərslikdən, 
aşkar və aydın olanda süstlükdən çəkin. Buna görə də hər şeyi 
öz yerinə qoy. 

Var-dövlət istəklərin mənbəyidir. 

Var-dövlət arzuları gücləndirər. 

Var-dövlət qürbətdə vətən, yoxsulluq isə vətəndə qüdrətdir. 

Var-dövlətin çoxluğu ürəkləri korlayar və günahları yaradar. 


 
191

Var-dövlət odur  ki, camaata xeyri dəysin. 

Vəd iki köləlikdən biridir. Vəd yerinə yetirmək iki azadlıqdan 
biridir. 

Vəfalılıq ağalıq qalasıdır. 

Vəfalı olmaq dindarlığın çoxluğunun və güclü əmanətçiliyin 
nişanəsidir. 

Vəsiyyətdə zülm və haqsızlıq etmək böyük günahlardandır. 

Vəd verən adam vədə verənə qədər azaddır. 

Varlılıq qürbətdə vətən, yoxsulluq vətəndə qürbətdir. 

Vüqar ağlın zinətidir. 

Vüqarlı olana ehtiram göstərilər. 

Vüqar üçün yalnız heybətdən kömək istənilər. 

Varlının zəkatı qonşularına yaxşılıq və sileyi-rəhim etməkdir. 

Varlılıq qərib yerdə  vətəndir, yoxsulluq isə öz vətənində 
qəriblik. 

Vədəyə xilaf çıxmaq düşmənçilik gətirər. 

Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur. 

Vacib  əməllər! Fərizələr! Onları Allaha qaytarın  ki, sizi 
Cənnətə çatdırsın. 
 Y– 
 

Yalnız ağlı azca azalanlardan başqa, kimsə zarafat etmədi. 

Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan 
vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin. 

Yəqinliyin bəlası şəkkdir. 


 
192

«Yaxşılığın bəlası pis həmdərddir.» 

Yaxşı əməllərə - ehsana tələsmək böyük insanlara məxsusdur. 

Yer üzündə Allahın ən çox sevdiyi iş duadır. 

Yeməyi az olanın düşüncəsi saf olar. 

Yaxşı  əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini 
pislikdən saxla. 

Yaxşıları islah etmək onlara ehtiram göstərməklə, pis əməl 
sahiblərini islah etmək isə cəzalandırmaqladır. 

Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan) 
hallardandır. 

Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun 
müddətli fitnələrdən daha yaxşıdır. 

Yaxşı iş, pis işdən asandır. 

Yaxşılıq və pislik yalnız insanlarla tanınar. Yaxşılığı tanımaq 
istəsən yaxşılıq et ki, onun əhlini tanıyasan. Pisliyi tanımaq 
istəsən pislik et  ki, onun da əhlini tanıyasan. 

Yaxşılıqdan, yalnız onun mükafatı daha yaxşıdır. 

Yazıq Adəm övladı!  Əcəli məxvi, xəstəliyi gizli, əməlləri isə 
yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən 
salır və tər onu iyləndirir. 

Yəqinlik qəm-qüssəni necə də gözəl yox edər. 

Yəqinliyi şəkkə, haqqı batilə və axirəti dünyaya satan kəs məhv 
oldu. 

Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə 
yaxın və yaxını uzaq göstərəcək. 

Yaxşı niyyətin özü bir əməldir. 


 
193

Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri 
budur ki, özünü öyməyin və lovğalığın aşiqi kimi tanısınlar və 
rəftarları təkəbbürlülük sayılsın. 

Yalnız nadan öz rəyinə vurğun olar. 

Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə 
olmasıdır. Ondan da pisi qəlbin (mənəvi baxımdan) xəstə 
olmasıdır. 
 

Yersiz yerə  səni tərifləyib mədh edəndən çəkin. Çünki çox 
keçməz ki, yenə də yersiz yerə (onun tərəfindən) hörmətin abrın 
tökülər. 

Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir. 

Yoldan azdıran üç amil var: qadınları sevmək (şeytanın 
qılıncıdır),  şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara 
məhəbbət (bu da şeytanın oxudur). 

Yalnız alçaq şəxs təkəbbürlülük edər. 

Yəqinliyin həqiqəti təvəkküldədir. 

Yaxşılıq etmək, məzluma kömək etmək və qonaqpərvərlik 
sərvət vasitələridir. 

Yaxşılıq etmək  əbədi ehtiyatdır. (Yəni həmişə qalandır və 
yaxud da həmişəlik əbədi olan qiyamət gününün ehtiyatıdır.) 

Yaxşı işlərə dəvət insanların gördüyü ən üstün işdir. 

Yaxşı əməlləri əmr edib özləri ona ərinənlərə, çirkin əməllərdən 
çəkindirib özləri onu törədənlərə Allahın lənəti olsun. 

Yaxşılıq etmək sənin işin olsun  ki, bu ən yaxşı əkin və ən xeyir 
gətirən maldır. 


 
194

Yalandan kənar olun. Çünki imandan kənardır. Doğru danışan 
nicat və kəramətin sahilində yalançı isə uçurumun və zəlilliyin 
astanasındadır. 

Yalan, zarafat və onun ciddisini tərk etməyən heç bir bəndə 
imanın dadını dadmadı. 

Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır. 

Yalan nifaqla nəticələnər. 

Yalan danışan  kimsə öz mürvətini puç edər. 

Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin 
sözlərinə inanılar. 

Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın 
qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı 
düşmənçiliyini. 

Yalana aludə olmaq yoxsulluq gətirər. 

Yalan danışma  ki, böyüklüyünü itirərsən. 

Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü 
çiyinlərinə ağırlıq edər. 

Yaxşılıq etməklə qəlblər ələ alınar. 

Yalan xəyanətdir. 

Yoxsullarla otur  ki, (Allaha) zikr etməyin artsın. 

Yalançı həqir və zardır. 

Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun 
faydalarını bilsəydi, onu təcrübədən keçmiş  zərdabdan üstün 
tutardı. 

Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır. 

Yəqinliyin gücü dinin (dindarlığın) ölçüsüylədir. 

Yəqinliklə yatmaq, şəkkilə qılınan namazdan yaxşıdır. 


 
195

Yəqinliyin  ən son həddi ixlas, ixlasın sonu isə xilas və 
qurtuluşdur. 

Yoxsulluq böyük ölümdür. 

Yoxsulluq zirək adamın ağzını da öz qəlbini demək üçün 
yumar. Kasıb insan, öz şəhərində də qəribdir. 

Yoxsul öz doğulduğu  yerdə belə qəribdir. 

Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş 
gicəllənməsindən) bəyəniləndir. 

Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin. 

Yoxsulluğun ziynəti iffətdir (əl açmamaq). 

Yaxşı dost qohumdan əzizdir. 

Yalan danışmadım, yalan danışılmadı, yolumdan azmadım və 
heç kimi də azdırmadım. 

Yadda saxlayın ki, ləzzətlər gedəcək, günahlar isə yerdə 
qalacaq. 

Yetim ata-anası ölənə deməzlər, yetim o adamdır ki, əqli 
olmaya və ata-anası məlum olmaya. 

Yoxsulluq zirək adamı lal edər. 

Yaradanın  əzəmətini tərk etmək, yaranmışı  sənin gözündə 
kiçildər. 

Yurdsuzlar və fəqirlər Allahın elçiləridir, hər kim onlara kömək 
etsə, Allaha kömək edir, hər kim onları incitsə Allahı incidir. 

Yaxşı əməl sahibi pis əməl sahibindən öz haqqını tələb etməz. 
Heç bir alim nadandan haqqını tələb etməz. 

Yalançının qəlbində  məhəbbət olmaz (Yalan olan yerdə 
məhəbbət olmaz). 

Yalançının insafı, mürvəti olmaz. 


 
196

Yalançı namərd olar. 

Yeməkdən  əvvəl yuyunmaq bədənin möhkəmliyi və Allahın 
razılığına səbəbdir. 

Yalançılıqdan alçaq xasiyyət yoxdur. 


 
197
 Z– 
 

Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və 
qüdrətində uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər 
yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına 
çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» 
desə Allah cəza verməyə  tələsməz. Çünki Allah-Təalanı 
vahidliyi ilə mədh etmişdir. 

«Zənginliyin bəlası xəsislikdir.» 

Zəqqum və quru tikan cəhənnəm əhlinin qarnında qaynayan su 
kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman 
onlara  ğəssaq və  sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə 
onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar, 
amma ölməzlər. 

Zülmkar və  rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-
məclikdən) yaxşıdır. 
 

Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimdənsə bir 
günah  əməl görmədiyi surətdə onun barəsində  bədgüman 
olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və  ədalətsizlik 
zəmanəyə-xalqa hakim kəsiləndə hər hansı bir şəxsi yaxşı qəbul 
edib nikbin olarsa, aldanmışdır. (ehtiyatı əldən vermə) 

Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz. 

Zirək adam hər şeydən öyüd götürər. 

Zahidlik və dünyaya etinasızlıq ən böyük rahatlıqdır. 

Zəkat yaxşılıq etməyin qələbəsidir. 

Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz. 

Zahidlik təqvalıların xasiyyəti və daim tövbə edənlərin 
xislətidir. 


 
198

Zahidliyə ən layiqli şəxs dünyanın eybini və nöqsanını biləndir. 

Zahid, insanlardan qaçan zaman onun ardınca get, zahid, 
insanlar axtaran zaman sən ondan qaç. 

Zəmanəsini hamıdan yaxşı tanıyan insan, onun hadisələrindən 
təəccüblənməyəndir. 

Zəmanəsinə etimad edən yerə yıxılar. 

Zəmanə öz sahibinə   xəyanət edər və onu məzəmmət edəndən 
razılıq istəməz. 

Zəmanənin eybini  tutan şəxsin eyb tutmağı uzun çəkər. 

Zarafatın yerində kin qalar. 

Zina yoxsulluq gətirər. 

Zirək odur  ki, özünü tanısın və  əməlini (Allaha xatir) 
xalisləşdirsin. 

Zirək odur  ki, bu günü dünənindən yaxşı olsun və özünü 
məzəmmətdən saxlasın. 

Zorakılıq neməti aradan aparır. 

Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox 
tez torpağa sərər və zorakılıq işlədiyi ibrətə çevirər. 

Zülmkarlıq ən murdar alçaqlıqdır. 

Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və 
ümmətləri məhvə sürükləyər. 

Zorba təbiətli adamın əməli pak və öyünməli deyil. 

Zülmdən ehtiyatlı ol  ki, zülm edən hər bir şəxsin taleyi xoşa 
gəlməz oldu. 

Zəifə zülm etmək, zülmün ən murdar növüdür. 

Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha 
ağırdır. 


 
199

Zülm və sitəm edən üçün, barmağını dişləyən gün gələr. 

Zarafat çox vaxt kin-küdurət gətirər. 

Zülm edən şəxs özünü məhvə doğru aparır. 

Zalım üçün ədalətli məhkəmə qurulan gün, onun məzluma 
verdiyi əziyyətli gündən ağır olar. 

Zəhmətsiz muzd istəmək, oxsuz kaman  atmaq kimi bir şeydir. 
 
 


 
200
 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə