Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   2   3   4   5   6   7   8   9   ...   44

 
18

Alicənabların  ən böyük dövləti qənimət, alçaqlığın dövləti isə 
alicənabların xar olmasına səbəbdir. 

Ağın artması ilə dözümlülük də artar. 

Axirət, dünya ilə əldə olunar. 

Azad insanlar fədakarlıqla qul edilirlər. 

Allaha itaət və  bəndəlik etmək üçün gecə oyaq qalmaq 
övliyaların baharı və xoşbəxtlərin bağıdır. 

Ağıllı insanın gümanı nadanın əminliyindən daha doğrudur. 

Ağılsızların məqsədi (rəvayəti) nəql etmək, alimlərin məqsədi 
isə onu dərk etməkdir. 

Ağla kömək etmək üçün səxavətdən başqa bir şeydən imdad 
istənilməsin. 

Allah-Təala insanların batinini aşkar etdi. Allah onların gizli 
sirlərindən və örtülü batinlərindən xəbərsiz deyildi. Lakin, 
(bunu) onların hansının yaxşı  işlər görmələrini sınamaq üçün 
etdi. (belə etdi  ki,) (bir) savab (yaxşı  əməl) mükafat (bir) və 
əzab (pis əməlin) cəza(sı) olsun! 

Allah-Təala bu dünyada cəzalandırdığı mömin bəndəni 
Qiyamət günü bir daha cəzalandırmaqdan daha həlim, daha ulu, 
səxavətli və daha kəramətlidir (yəni Allah-Təala bu sifətlərə 
malik olduğu üçün həmin bəndəni Qiyamətdə bir daha 
cəzalandırmaz). 

Aqil insanın sinəsi onun sirr sandığıdır. 

Alçaq insanların işi nalayiq danışmaqdır. 

Ağıl kamilləşəndə söz - danışıq azalar. 

Alimdən cavabını bilmədiyi bir sualı soruşanda «bilmirəm» 
deməyə utanmaz. 


 
19

Allahın iblislə  rəftarından dərs alın. Beləki, Allah-Təala onun 
uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə 
görə batil etdi. O altı min il Allaha ibadət etmişdir və özü də 
məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən. 

Allaha həmd edir, şeytanın qovulması  və uzaqlaşdırılmasına 
görə eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb 
olan işlərdən Allahdan kömək istəyirəm. 

Allahın yaratdıqlarını gördüyü halda, Onun varlığına şəkk edən 
şəxsə heyrət edirəm. 

Allah-Təala ağlı qorumaq üçün şərabxorluğun tərk olunmasını 
vacib etdi. 

Ağıl sahibindən şücaətli bir kimsə  yoxdur. 

Allah qarşısında sizə  ən vacib olan əməl Onun nemətinə  şükr 
etmək və Onun razılığına səbəb olan şeyləri hazırlamaqdır. 

Allah-Təala bəndəyə bir nemət verəndə və bəndə öz qəlbində o 
nemətin  şükrünü edəndə, şükrünü dilinə gətirməmişdən qabaq, 
həmin nemətin onun üçün artması vacib olur. 

Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır. 

Allahı azacıq da olsa tanımaq, dünyaya rəğbətsizliyə səbəb olar. 

Allahı ən çox tanıyan insanlar ondan ən çox dilək diləyənlərdir. 

Arifin üzü şad və gülər, qəlbi isə kədərli və qorxan olar. 

Allahdan uzaq düşməyin qorxusundan ağlamaq ariflərin 
ibadətidir. 

Allahı Allahla, Peyğəmbəri risaləti ilə, ulul-əmri (əmr 
sahiblərini) yaxşılıq,  ədalət və xeyir əmələ  əmr etmələri ilə 
tanıyın. 

Ağıl sahiblərinin böyük səylər, zənn və gümanlarının ona 
çatmadığı Allah Pak və Ucadır. 


 
20

Allah yaranan hər bir şeyi həmişə bilmişdir. Deməli, onun 
əşyanı yaranmamışdan tanıması, onu yarandıqdan sonra bilməsi 
kimidir. 

(Allah) Yaratdıqlarındakı heyrətamiz  şeylərə görə görənlər 
üçün aşkar, izzətinin  əzəmətinə görə isə düşünənlərin 
təsəvvüründən gizlindir. 

Allahdan başqa hər bir sahib, dildir. 

Allah eşidəndir, ancaq eşitmə üzvləri ilə deyil. 

Ağıl elm və təcrübə ilə artan şüurdur. 

Ağıl təcrübələri yığıb qorumaqdır. 

Allah-Təala suyu pak və pakedici yaratdı. Heç bir şey onun 
rəngini, və ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz. 

Allah-Təala imanı, şirkdən (Allaha şərik  qoşmaq) təmizləməyi 
vacib etdi. 

Allah imanı  şirkdən təmizləmək, namazı isə  təkəbbürü 
uzaqlaşdırmaq üçün vacib buyurmuşdur. 

Allahdan qorx, hətta az olsada! Özünlə Allah arasında pərdə 
(həya pərdəsi) saxla, hətta nazik olsa belə. 

Allahdan qorxaraq təqvalı olmaqdan möhkəm yapışın. Çünki 
təqvanın tutacağı möhkəm olan kəndiri və hündürlüyü göyə 
ucalmış sığınacağı vardır. 

Axirət əməli ilə dünya (malı) axtaran şəxs öz məqsədindən daha 
da uzaqlaşar. 

Allahın  əzəmətini tanıyan  şəxsə özünü böyük hesab etmək 
yaraşmaz. Çünki Allahın  əzəmətini tanıyan  şəxslərin ucalığı 
onun qarşısında təvazökar olmalarıdır. 

Allaha təvəkkül hər pislikdən xilas olmağın və  hər 
düşmənçilikdən qorunmağın səbəbidir. 


 
21

(Allahdan) Uğur (qazanılmasına kömək və qayğısı) olmadan 
heç bir səy fayda verməz. 

Allahın yaratdıqlarına şahidləri və Onun yer üzündəki dəlilləri 
bizik. Biz o kəslərik ki, Allah-Təala buyurub: «Beləliklə də sizi 
orta bir ümmət etdik». 

Allahın sizə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin 
və sizdən istədiyi haqqını əda etmək üçün ondan kömək və uğur 
diləyin. 

Allah, imanı çirkdən təmizlənmək üçün, namazı  təkəbbür və 
lovğalıqdan uzaqlaşmaq və zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi 
olmaqdan ötrü vacib buyurdu. 

Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud və 
sərhədləri  ən böyük vacib olan beş  vəzifədir: namaz, zəkat, 
həcc, oruc və vacib əməlin qoruyucusu olan imamət. 

Allahın Peyğəmbəri (s) bizə  əmr etdi  ki, günah iş görənlərlə 
qaşqabaqlı və sərt üzlə görüşün. 

Allahın yalançıların  əleyhinə etdiyi köməklərdən biri də 
unutqanlıqdır. 

Allaha and olsun! Səmadan yerə çırpılmağım və ya quşun məni 
oğurlaması Allahın Peyğəmbəri (s) haqda yalan danışmaqda 
mənə daha xoşdur. 

Azğınları öz qulaqlarınıza hakim etməyin. 

Aclıqla xəstəlik bir yerə sığışmaz. 

Arzuların qısalığı  və  əməlin xalisliyi, dünyaya rəğbətin 
olmamasına yəqinliyin dəlilidir. 

Alimlərlə otur  ki, elmin artsın, tərbiyə  və  ədəbin gözəlləşsin 
ruhun paklaşsın. 

Aza qane olun və özünüzü zəlil etməyin. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə