Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   2   3   4   5   6   7   8   9   10   ...   44

 
26
gələr. Bununla da öz günahlarından təmizlənər, və Allahla 
günahsız halda görüşər.  Əgər günahlarından hələ  də bir şey 
qalarsa, ölüm zamanı çətinliklə can verər. 

Bir kəsin haqqına riayət və hörmət olunması, haqqın ona  
tətbiqinə mane olmaz. 

Bilin ki, Quranı düşünmədən oxumağın bir xeyri yoxdur. Bilin 
ki, fəhmsiz və düşüncəsiz ibadətin də bir xeyri olmaz. 

Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti 
sizin bilmədiyiniz şeylərdir. 

Böyük Allah ədaləti (haqq olan) rəhbərlərə vacib buyurmuşdur 
ki, özünü kasıb camaatla eyniləşdirsin və yoxsul öz 
kasıblığından qeyzləşməsin. 

Bütün yaxşı işlər və Allah yolunda cihad yaxşı işlərə dəvət və 
pis işlərdən çəkindirməklə müqayisədə dənizə tökülən ağız suyu 
qədər heçnədir. 

Batini gözəllik zahiri gözəllikdən yaxşıdır. 

Başqalarının övladlarına yaxşılıq və mehribanlıq et  ki, 
övladlarının gələcəyi hifz olunsun. 

Bivəfalarla vəfalı olmaq Allaha vəfasızlıqdır, vəfasızlarla 
vəfasızlıq Allaha vəfalı olmaqdır. 

Bütün canlılara məhəbbət bəslə, ta seviləsən. 

Bizim Novruzumuz hər gündür. 

Bədbəxt öz nəfsi istəklərinə aldanandır. 

Bədbəxt, öz əqlindən və təcrübəsindən bəhrələnməyəndir. 

Bədbəxtliyin səbəbi dünyapərəstlikdir. 

Bədbəxtliyin  əlamətlərindən biri dosta qarşı hoqqabazlıq 
etməkdir. 

Bədbəxtliyin nişanələrindən biri yaxşılara pislik etməkdir. 


 
27

Bəlağət odur ki, danışılması səlist, başa düşməsi isə asan olsun. 

Bəlağət odur ki, cavab verməkdə kütlük etməyəsən, məqsədini 
çatdırasan və söz oxun hədəfdən yayınmasın. 

Bəzən bəlağətdə yalnız müxtəsər söyləmək ilə kifayətlənilir. 

«Bəxşişin bəlası məəttəl etməkdir.» 

« Bağışlamağın (əliaçıqlığın) bəlası yoxsulluqdur.» 

« Bəxşişin bəlası yersiz xərcləməkdir.» 

«Bütün bəlaların başı ləzzətlərə və eyş-işrətə vurğunluqdur.» 

Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur. 

Böyük odur ki, simasının kəramətini xarlığından qorusun. 

Böyük insan özünü bilməməzliyə vurar və (üzdə) aldanar. 

Böyük insan vəd verərsə, ona vəfalı olar kimsəni qorxudanda 
isə keçər. 

Böyük insanların yolu bağışlamaqdır. 

Böyük insanların cəzası alçaqların güzəştindən yaxşıdır. 

Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar. 

Bilin! Mən cənnət kimi elə bir yer görmədim ki, onu axtaran 
yuxuya dalsın və  cəhənnəm kimisini də görmədim ki, ondan 
qaçan yuxuya gedib uyusun. 

Bizim  şiələrin mənzilləri cənnət  əhlinə sizin səmada 
gördüyünüz ulduzlar kimi görünəcək. 

Böyüklük və izzətin bəlası qəzavü-qədərin maneələridir. 

Bəhanə  gətirmək və minnət qoymaqla ehsanı xoşagəlməz 
etməyin. 

Baxışlarının arası kəsilməyənin həsrəti uzun çəkər. 


 
28

Başqalarına qul olma, Allah-Təala səni azad yaradıb. 

Bir işin öhdəsindən gəlmirsənsə zəmanət vermə. 

Bəla gələn zaman öz mallarınızı öz canlarınızı qorumaqçün 
sipər edin. Bir hadisə baş versə canlarınızı dininizə qurban edin 
və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət 
olunmuşun özü qarət olmuşdur. 

Bircə bilsəydin, nəfsinlə mübarizədə  sənə kömək etməyən 
şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür. 

Bəla dalğalarını dua ilə geri qaytarın. Başı  bəlalar çəkmiş, 
bəladan canı boğazına yığılmış şəxsin duaya olan ehtiyacı asudə 
yaşayan, ancaq bəladan azad olmayan şəxsdən çox deyil. 

Bu aldadıcı, vəfasız, xəyanətkar dünyadan çəkinin. Zinətləri ilə 
özünü bəzəyən və bər-bəzəyi ilə naz-işvə edən dünyadan… O, 
təzə gəlin kimi cilvələnmiş gözəl və mat-məəttəl qalmışdır. 

Bilin ki, dünya çox hiyləgər və  məkrli bir saraydır. Hər gün 
birinə ərə gedər, hər gecə bir ailəni öldürər və hər dəm, hər saat 
birlikdə olanları bir-birindən ayırar. 

Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar. 

Bədgümanlıq işləri korlayar və cürbəcür pis işlərə üz tutmağa 
səbəb olar. 

Bədgümanlıqdan çəkin. Çünki, bədgümanlıq ibadəti korlayar. 

Bu insanlara heyrətlənirəm. Sağlamlıqlarına zərər dəyəcəyindən 
qorxaraq yeməkdən pəhriz saxlayır, Amma onları  Cəhənnəm 
əzabına atan günahlardan necə də çəkinmirlər. 

Bizim haqqımızda həddinizi aşmaqdan çəkinin və bizləri (Allah 
tərəfindən) böyüdülmüş bəndələrdən sayın. Belə olduqda, bizim 
fəzilətimiz barədə nə istəsəniz deyin. 


 
29

Bu beş məsələdə Qazı hökmün zahirinə əməl etməlidir: vəlilik, 
miraslar və  şəhadət.  Şahidlər zahirən etimada və inama layiq 
olarlarsa, şəhadətləri qəbul olunar. 

Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki sahibi ondan 
doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür. 

Buludlu və yağışlı bir gündə peyğəmbərlə Bəqi qəbirstanlığında 
oturmuşduq, Oradan ulağa minmiş bir qadın keçərkən birdən 
ulağın ayağı çalaya düşdü və qadın yıxıldı. Peyğəmbər (s) 
dərhal üzünü yana çevirdi. Orada olan şəhabələr ərz etdilər: Ey 
Allahın Rəsulu! O qadının çadrasının altında  şalvar var. 
Peyğəmbər (s) üç dəfə buyurdu: Ey Allahım!  Şalvar geyinən 
qadınları bağışla. Ey insanlar, şalvar geyinin ki, şalvar sizi ən 
çox örtən paltardır və qadınlarımızı kənara çıxan zaman şalvarla 
qoruyun. 

Bir  şəxslə yaxşı  rəftar etməkdən başqa çarəsi olmayan onunla 
yaxşı davranmasa, hikmətdə heç bir payı olmaz. 

Böyük Allahdan qorx və bütün işlərini yaxşı gör. Çünki, Allah-
Təala təqvalılar və əməlisaleh insanlarla birgədir. 

Bəhanə gətirmək xəsisliyin nişanəsidir. 

Bəndəlik beş şeydədir: qarnını yeməkdən boş saxlamaq, Quran 
oxumaq, gecəni ibadətlə keçirmək, səhər çağı Allahın dərgahına 
şükürlər etmək və Allah qorxusundan ağlamaq. 

Bəndənin ədəbi(ni göstərməsi) üçün nemət və ehtiyaclarında öz 
Allahından başqa heç kəsi şərik etməməsi kifayətdir. 

Bilin ki, mükəlləf olduğunuz işlər (boynunuzda olan ilahi 
vəzifə) az, savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm 
və  təcavüz üçün də qorxulu cəzalar olmasaydı belə, yenə  də 
onlardan çəkinməyin mükafatı o qədər böyükdür ki, onları tərk 
etməyə bəhanə lazım deyil. 

Bir carçı  səmadan «həqiqətən, haqq Mühəmməd  Əhli-Beyti 
ilədir!» deyə fəryad qoparanda Mehdi camaatın dilinə düşəcək. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə