Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

 
39

Çox adam var  ki, özünün zərərinə olan şeyə can atır. 

Çox alimlər var  ki, nadanlığı onu öldürür elmi ona mənfəət 
vermir. 

Çox olur  ki, gözlü yolu görmür, kor isə yolu düz gedir. 

Çox məzəmmət etmək kin gətirər. 

Çox yatmaq din və dünyanın əldən çıxmasına səbəb olur. 

Çox yaxşılıq edəni dostları və qardaşları sevərlər. 

Çox yalan danışmaq dini puç edər, günahı isə böyüdər. 

Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük 
dərdlərin-yəni küfr, nifaq, əyinti və azğınlığın şəfasıdır. 

Çox sözlər var ki, onların cavabı sükutdur. 

Çəkişmək və mübahisə etməkdən çəkinin! Çünki bu iki iş 
ürəklərdə qardaşlara qarşı  xəstəlik yaradar və nifaq toxumu 
cücərdər. 

Çox gülənin zəhmi aradan gedər. 

Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad 
etmək üzərində qurulmuşdur. 

Çox hərislik gözüdoymazlıqdan və onun zəifliyindən irəli gəlir. 

Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir. 

Çox sükut et ki, düşüncən zənginləşsin, qəlbin nurlansın və 
camaat sənin əlində amanda qalsin. 

Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır. 

Çox borclu olmaq doğru danışanı yalançı  və sözübütöv adamı 
özündən çıxarar. 

Çox danışmaqdan çəkin ki, o sənin gizlin eyblərini aşkara 
çıxarar və düşmənlərinin sakitləşmiş kinlərini sənə qarşı 
qızışdırar. 


 
40

Çünki öyrənmək istəyən cahil alim kimidir. Azğınlığa qədəm 
qoyan alim isə səhv tutmaq məqsədilə soruşan cahilə bənzər. 

Çox müharibə var ki, faydası sülhdən daha çoxdur. 

Çox dua et  ki, şeytanın şərindən amanda qalasan. 

Çöllərdəki səsləri, bəndələrin gizlindəki günahlarını balıqların 
böyük dənizlərdəki hərəkətlərini  şiddətli küləklərdən suların 
bir-birinə qarışmasını bilən Allaha pənah aparın 

Çaşqınlıq zamanı dayanıb durmaq müvəffəqiyyətdəndir 
(amillərindəndir). 

Çətinlikdə də, asanlıqda da Allahdan razı ol. 


 
41
 D– 
 

Daim Allahı yad etmək qəlbi və düşüncəni işıqlandırar.   

Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, 
qarşısında hesab alacağına, özündən sonra yerdə qoyub 
getdiklərinin onun işinə yaramayacağına və qarşıya 
göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunun qısa 
və əməl dairəsini uzun olmasına daha layiqdir. 

Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluşu və 
uğurudur. 

Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. 
Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur 
ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi 
arxasında olanları müşahidə etmək  əvəzinə, elə  eşitməklə  və 
(peyqəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin. 

Dinə  ən çox kömək edən xislətlərdən biri, dünyaya meyl 
göstərməməkdir. 

Danışın ta tanınasız, kişi öz dilinin altında gizlənib. 

Dostları əldən vermək qəriblikdir. 

Düşməninə üstün olsan onu əfv et, qazandığın qüdrətinə də şükr 
elə. 

Dünya hadisələrinə (qəza və  qədərlərə) göz yummasan, özünü 
xoş hal görməzsən. 

Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır. 

Dinin bəlası bədgümanlıqdır. 

«Dolanışığın bəlası tədbirsizlikdir.»  

Dinin və dünyanın salamatlığı xalqla mehriban olmaqdır. 

Doğru cavab fəzilət və elmin nişanələrindəndir. 


 
42

Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar. 

Dil insanı ölçmək (tanımaq) üçün vasitədir. 

Dilin, sənin ağlının tərcümanıdır. 

Dilin zərbəsi nizə ucunun zərbəsindən ağırdır. 

Dil bir yırtıcıdır. Açılıb buraxılarsa, dişləyər. 

Dində (dindarlıqda) incəlikləri görən və dəqiq olan kəs Qiyamət 
günü məqam sahibi olar. 

Din nurdur. 

Din insanı qoruyar. 

Din ən qüdrətli dayaqdır. 

Dinin bəlası bədgüman olmaqdır. 

Dinin fəsadı dünyadır. 

Dinin bəlası paxıllıq, xudpəsəndlik və özünü öyməkdir. 

Doğruluq danışığın ilahi fıtrətə uyğunluğu, yalan isə danışığın 
ilahi fıtrətdən uzaqlaşmasıdır. 

Doğruluq haqqın dilidir. 

Doğruluqdan qorxsan da sənə nicat verər, yalan isə ondan 
özünə bir təhlükə hiss etməsən də, səni məhv edər. 

Doğruluq əmanətə sadiq olmaq, yalan isə xəyanətdir. 

Dost, yaxınların ən yaxınıdır. 

Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz. 

Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar. 

Dostun dosta paxıllıq etməsi, dostluğun sağlam olmamasından 
irəli gəlir. 

Düzgün işlərin çoxluğu ağılın çoxluğundan xəbər verrir. 


 
43

Dünya qurtaran, axirət isə əbədidir. 

Dünya axmaqların qənimətidir. 

Dünyaya sevinmək axmaqlıqdır. 

Dostun nemətinə paxıllıq etmək, himmətin aşağı olmasındadır. 

Digərlərinin sizin işlərinizdən qafil olmadığı insanlar! Ey üz 
döndərmiş və nəyi varsa əlindən alınacaq adamlar! Nə olub  ki, 
Allaha arxa çevirdiyinizi və ondan qeyrisinə üz tutduğunuzu 
görürəm. 

Dünya özünə hörməti olan şəxsin gözünə kiçik və  dəyərsiz 
görünər. 

Dövlətlərin dağılmasının dörd əlaməti var: Üsulu (dini 
əqidələri) kənara qoymaq, furudan (yalnız zahirən dini əməlləri 
yerinə yetirməkdən) yapışmaq, alçaqları qabağa çəkmək, 
ləyaqət və fəzilət sahiblərini geridə qoymaq. 

Dini öz dövlətinin hasarı,  şükr etməyi öz nemətlərinin 
mühafizəçisi et! Çünki din hasarları arasında olan hər bir dövlət 
məğlub edilməzdir və şükretməyin mühafizəsi altında olan hər 
bir nemət isə heç vaxt oğurlanmaz. 

Düzgünlük ağlın kamilliyidir. 

Dözümlülük möminin işinin nizama  düşməsinin səbəbidir. 

Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun. 

Dözümlülüklə vüqar yüksək  əzm və iradədən doğulmuş iki 
əkizdir. 

Dözümlü olan, ağalıq edər. 

Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr. 

Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın 
müqabilində xalqın onun köməyinə gəlməsidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə