Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

 
44

Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o ümidi 
kəsər, işi zəiflədər və  qəm-qüssə  gətirər. Bil ki, iki çıxış yolu 
var: Ya çətinliyin çarəsi var və onun çarəsini tapmaq lazımdır, 
ya da ki, çarəsi yoxdur və onda da, səbr etmək lazımdır. 

Dözümsüzlük edərək fəryad qoparmağa səbrlə qalib gəlin. 
Çünki, dözümsüzlük edərək fəryad qoparmaq əcri aradan aparar 
və müsibəti daha da böyüdər. 

Dua rəhmət qapısının açarı və qaranlıqda işıq saçan çıraqdır. 

Dua möminin sipəridir. 

Duanın qəbul olunmasının gecikdirilməsi sənin ümidini 
kəsməsin. Çünki Allahın bəxşişi sənin niyyətinə bağlıdır. Çox 
vaxt, istəyin yerinə yetirilməsi təxirə salınar ki, dilək diləyənə 
daha böyük mükafat verilsin və (ilahi bəxşişə) ümidvar olana 
daha böyük bəxşişlər bağışlansın. Çox vaxt görürsənki, bir şey 
istəyəndə sənə verilməz, amma gec, ya tez ondan daha yaxşısı 
sənə  bəxş edilər, yaxud sənin xeyrin nəzərə alınaraq istədiyin 
şey sənə verilməz. Elə diləklər də vardır ki, onların həyata 
keçməsi sənin dinini, imanını əldən getməsinə və zay olmasına 
gətirib çıxarardı. 

Dünya  ən alçaq şey olduğu üçün dünya adlanıb. Axirətə  də 
orada əvəz və mükafat olduğuna görə axirət deyilir. 

Dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və 
sənə kifayət edəndən başqa heç nə istəmə. 

Dünya münafiqlərin sarayıdır, təqvalıların sarayı deyil. Buna 
görə, dünyadan bədəni qüvvətləndirən, səni diri saxlayan və 
axirətin üçün azuqə olan həddə bəhrələn. 

Dünyanın misalı  sənin kölgənə  bənzər. Sən dayansan, o da 
dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar. 

Dünya ziyan bazarıdır. 

Dünya ağılların torpağa düşmə (yıxılma) meydanıdır. 


 
45

Dünya pislik mədəni və aldatma məkanıdır. 

Dünya şər və pisliyin əkinəcəyidir. 

Dünya insanı xar edər. 

Dünyaya məhəbbət ağlı zay, qəlbi kar edər, qəlb hikməti 
eşitməz və ağrılı əzaba səbəb olar. 

Dünya sevgisi tamahkarlıq gətirər. 

Dünyadan çəkinin ki, onun halalının hesabatı  və haramının 
cəzası var. Başlanğıcı əziyyət, sonu isə məhv olmaqdır. 

Dünyadan uzaqlaşın ki, dünya bivəfa, məkrli və yalançıdır. 
Bəxş edən amma eyni zamanda xəsisdir. Geyindirəndir, amma 
özü də soyundurandır (verdiyi şeyi sonra geri alandır). 

Dünyadan çəkinin! Çünki o, həm Allah dostlarının düşməni, 
həm də Allah düşmənlərinin düşmənidir. Belə ki, o, Allahın 
dostlarını qəm-qüssəli edər və onun düşmənlərini isə aldadar. 

Dünyanın rəngarəng cazibələri sizi aldatmasın. Çünki onlardan 
yalnız az bir miqdarını özünüzlə aparacaqsınız. 

Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır. Məhv 
olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. 
Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq 
yoxdur. 

« Dünyaya, dünyada şahid olanların gözü ilə baxın, çünki dünya 
tezliklə öz sakinlərini qovar, naz-nemət görmüş qüdrətliləri 
dərdə-qəmə salar. Buna görə dünyada xoşunuza gələn firavanlıq 
sizi aldatmasın, çünki dünyadan özünüzlə çox az bir şey 
aparacaqsınız». 

Dünyaya, ona rəğbəti, meyli olmayan və ondan ayrılan kəs kimi 
bax, dünyaya, ona məftun aşiq kimi baxma. 

Dünyaya pərəstiş edən və onu axirətdən üstün tutan şəxsin 
aqibəti acı olacaqdır. 


 
46

Dünyanın Allah yanında xar və ucuz olması (nişanəsi) bundadır 
ki, dünyadan başqa heç bir yerdə ona itaətsizlək edilmir və 
dünyanı  tərk etməkdən başqa heç bir yolla Allahın yanında 
olanlara (Cənnətə  və Allahın razılığına) yetişmək mümkün 
deyil. 

Dünyanın acılığı axirətin  şirinliyi və dünyanın  şirinliyi isə 
axirətin acılığıdır. 

Dünya ilə axirəti bir yerə  yığmağa çalışmaq nəfsin 
hiylələrindəndir. 

Dünyanın sərfəli axirətin yoxsulluğudur. 

Dünya sənin kölgənə  bənzər. Dayansan, o da dayanar, əgər 
onun dalınca getsən, səndən uzaqlaşar. 

Dünya gəldi-gedər və fanidir. Əgər, o sənin üçün qalarsa, sən 
onun üçün qalmayacaqsan. 

Dünya keçid sarayıdır, qalmaq yeri deyil və burada insanlar iki 
dəstəyə bölünür: Biri dünyada özünü satıb pozğunluğa düçar 
edir, o biri isə özünü alır və azad edir. 

Dünya bəla ilə dolu bir saraydır, vəfasızlığı ilə  məşhurdur, 
halları davamsızdır. Onun sakinləri sağ salamat nicat tapmazlar, 
vəziyyətləri (əhvalları) müxtəlif vaxtları (növbələri) 
dəyişməkdir. Onda həyat (yaşayış) məzəmmət olunub, əmin-
amanlığı və rahatlığı yoxdur.  

Düşmənçiliyin səbəbi düşüncəsizlikdir. 

Düşünmək  yaxşılığa və ona əməl etməyə çağırar. 

Düşüncə saf bir güzgüdür. 

Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olsun? 

Dözüm eyblərin görudur. 

Din qardaşının dərdinə şərik olmaq ruzisini çoxaldır. 


 
47

Dili qorumaq və  bəxşişlə yaxşılıq etmək insanın  ən üstün 
fəzilətlərindəndir. 

Dünyəvi çətinliyə, ehtiyaca görə  həcci tərk edənin ehtiyacı  və 
çətinliyi hacıları görənədək aradan getməz. 

Dindarlıqdan başqa həyat,  əminliyi  əldən verməkdən başqa 
ölüm yoxdur. 

Doğru danışanın dəlil-sübutu güclü olar. 

Dünya və axirətin xeyri əməlisaleh insanlarla sirdaşlıq və 
dostluq etməkdə cəm olmuşdur. 

Dünyada ən xoşbəxt insan, özünə ziyan bildiyi şeydən çəkinən 
və ən bədbəxt insansa öz nəfsinin istəklərinə tabe olandır. 

Dünyadaki hadisə və dəyişkənliklərdə ibrət dərsi var. 

Daim ibrət götürmək qəlbin bəsarətinə  gətirib çıxarar və 
günahlardan, xətalardan çəkinməklə nəticələnər. 

Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun 
dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir. 

Dostluq və  məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər 
rüşvət qəbul etməyən şahidlərdir. 

Dostunun xətasına düşməninin yürüş etdiyi zamana görə döz. 

Dostun xətasına dözməyən kəs tək qalar. 

Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər. 

Dünyaya görə kədərlənən, ilahi qəzavü-qədərə şad olmaz. 

Daşı  sənə atıldığı yerə qaytar. Çünki pisliklər başqa cür dəf 
edilməz. 

Dostluq qazanılan qohumluqdur. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə