Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

 
61

Ədalət, şahidliyin ruhudur. 

Ən yaxşı söz odur ki, qulaqlar onu eşitməkdən inciyib 
bezməsin, davranışı isə düşüncələri əziyyətə salmasın. 

Ən yaxşı söz odur  ki, gözəl yığcamlıqla (gözəl yazılış  və 
tərkiblə) bəzədilmiş olsun, hamı onu başa düşsün.  

Ən yaxşı söz odur ki, nə (uzun olsun) əziyyət gətirsin nə də az 
olsun (şübhələri artırsın). 

Ən pis doğru, xəbərçilikdir. 

Əldə etdiyin hər şeydən bəxşiş et  ki, hörmətin olsun. 

Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir. 

Əhd-peymanların mıxlarını möhkəm edin. 

Əmanətə sadiq olmayana sirr vermə. 

Əgər böyüklər kimi səbr etsən çox yaxşı.  Əks halda, minik 
heyvanları kimi əziyyəti unudacaqsan. 

Əgər səbrli olsan, İlahi müqəddərat sənin barəndə icra olunar və 
sən mükafat alarsan. Səbrsizlik etsən də, İlahi müqəddərat sənin 
barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan. 

Əməlin savabı onun əziyyət və zəhməti qədərdir. 

Ən böyük savab insafın savabıdır. 

Əmanətə sadiq qalmaq ruzini artırar. 

Ən ləzzətli həyatı Allahın qismətinə razı olan kəs yaşayar. 

Ən yaxşı padşah odur ki, zülmü öldürsün ədaləti diriltsin. 

Əfsuslar olsun, ömrü onunçün hüccət olan və  həyatı onu 
bədbəxtliyə sövq edən qafil-adama. 

Ən aşkar münafiq o kəsdir ki, (başqalarını Allaha) itaətə dəvət 
edir, amma özü ona əməl etmir həmçinin başqalarını günahdan 
çəkindirir, amma özü ondan əl çəkmir. 


 
62

Əmr verən nəfsin əlində əsir olan nə çox ağıl var. 

Əgər namaz qılan Allahın cəlalından hansı tacının onu əhatə 
etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi. 

Ən böyük  müsibət qəlbi dünyaya bağlamaqdır. 

Ən böyük müsibət nadanlıqdır. 

Əgər dağ məni sevsə ovulub dağılar. 

Əvəzə (verdiyinin əvəzini alacağına)  əminliyi olan kəs, 
bağışlamaqda əliaçıq olar. 

Ən böyük dərdlərin dərmanı Qurandadır: Quran küfrün, nifaqın, 
puçluğun və azlığın dərdidir. 

Əgər danışan alim deyilsənsə, qulaq asıb eşidənlərdən ol. 

Əməlində səhlənkarlıq edən qəm-qüssəyə düçar olar. 

Əfsuslar olsun hər bir qafilə ki, ömrü öz əleyhinə hüccət olar və 
günləri onu bədbəxtliyə sürükləyər. 

Ən pis qardaş insanın zəhmət və çətinliyə düşməsinə səbəb olan 
kəsdir. 

Ən yaxşı qardaş dostluğu Allaha görə edən kəsdir. 

Ən yaxşı qardaş öyüd-nəsihət verməkdə az güzəştə gedən 
kəsdir. 

Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların sipəridir. 

Ədalətin səbəbinə bərəkət ikiqat artar. 

Ədalət idarəçiliyin nizam-intizamıdır. 

Ədalət dövlətlərin sipəridir. 

Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir. 

Əyləncə (və qəflət) axmaqlığın xörəyidir. 


 
63

Əcəlin gözətçiliyi kifayətdir. 

Əcəl möhkəm qaladır. 

Əcəl və ölümdən doğru şey yoxdur. 

Əcəl nə gözəl dərmandır. 

Ən böyük eyb budur ki, elə şeyin xırdaçılığını edəsən ki, sanki 
özündə yoxdur. 

Əgər iş görmək zəhmət və əziyyətdirsə, daima işsiz qalmaq da 
fəsada və pozğunluğa gətirib çıxarar. 

Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun. 

Ən üstün ibadət, adətə qalib gəlməkdir. 

Ən yaxşı qüdrət ağıllı olmaqdır. 

Ən pis yoxsulluq axmaqlıqdır. 

Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. 

Ən ağılsız insan odur ki, yaxşılıq etməkdən (eyni halda) 
təşəkkür gözləsin, pislik edərək (əvəzində) yaxşı mükafat 
umsun. 

Ən axmaq insan odur ki, özündə də olduğu halda başqalarının 
eybini yaramaz hesab etsin. 

Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. 
Əgər haqq batil ilə qarışmasa onun düşmənlərinin dili kəsilər. 
Lakin  bir ovuc ondan və ovuc da bundan götürülür. (beləliklə 
hərəsindən biraz götürülməklə haqq ilə batil bir-birinə qarışır və 
nəticədə şübhə meydana çıxır). 

Ədalətlə bərəkətlər qat-qat artar. 

Əməli olmadan axirətə ümid bəsləyən və uzun arzulara görə 
tövbəni təxirə salan şəxs kimi olma… Onun qarşısına bir şəhvət 
çıxanda günahı qabağa və tövbəni təxirə salar.  


 
64

Ən bəlağətli söz məqsədi rahatlıqla çatdıran və müxtəsərliyi 
gözəl olan sözdür. 

Ən gözəl kəlam gözəl quruluşla zinətlənmiş  və  həm alimin, 
həm də avamın başa düşdüyü kəlamdır. 

Əsilzadəliyin bəlası təkəbbürdür. 

Əhd-peymanların bəlası onlara əməl etməməkdir. 

Əməlin bəlası niyyət saflığının olmamasıdır. 

Əmanətin bəlası xəyanətdir. 

Əhd-peymanlara vəfalı olmaq böyüklükdəndir. 

Əvf və güzəştə tələşkənlik böyük insanların, intiqama tələsmək 
işə alçaqların xislətidir. 

Əqlin meyvəsi insanlarla mehriban davranmaqdır. 

Əgər xoşluqla rəftar etmək bir kəsi islah etmirsə, ağır cəza 
vermək onu düzəldər. 

Ən  şiddətli cəza, yaxşılığın müqabilində pislik edən  şəxsə 
çatacaq. 

Ən üstün cihad nəfsani istəklərlə mübarizə  və  nəfsi dünya 
ləzzətlərindən çəkindirməkdir. 

Ən faydalı dərman ac qalmaqdır. 

Əgər insanlar dünyanın xeyir və abadlığı naminə öz dini 
işlərindən birini tərk edərlərsə, Allah-Təala ziyanı o xeyirdən 
daha çox olan bir işi onlara düçar edər. 

Ən böyük düzgünlük və  mənfəət ağıllı, iman və  mənəviyyat 
sahibi olan insanlarla yoldaşlıq etməkdədir. 

Ədalət qədər dövləti möhkəmlədən heç bir amil yoxdur. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə