Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

 
48

Dinində  fəqih və bilən, həyatında mötədil, qarşılaşdığı  ağır 
hadisələrdə dözümlü olmayana, qardaşlarının ağzı ona şirin 
gəlməyənə qədər kişinin mərdliyi kamil olmaz. 

Dünyada gördüyün bu qədər  əziyyətlərə  rəğmən qəlbini 
dünyaya bağışlamağın nadanlıqdır. 

Dörd nəfərin əli kəsilməlidir: qapıb qaçırdan, qənimətə xəyanət 
edən, qənimətdən oğurlayan və  oğru fəhlə. Çünki bunların işi 
oğurluq yox xəyanət sayılır. 

(Dünyadan) köç vaxtı yaxındır. 

Doğrudanda mən, Mühəmmədin (s) qullarından olan bir qulam. 

Döyüş  qızışanda və iki qoşun bir-birinin canına düşəndə, biz 
Allahın Peyğəmbərinə  sığınırdıq və heç kəs düşmənə o 
Həzrətdən yaxın olmurdu. 

Doğru fikir sakitliklə, təmkinlə  əldə olunur. Xam və 
düşünülməmiş fikir necə də pis dayaqdır. 

Doğru fikir dövlətlə yoldaşdır, onunla gələr və onunla da gedər. 

Dinin hökmlərini bilmədən ticarət və qazancla məşqul olan 
özünü "sələm"in uçurumuna atmışdır. 

Dostluq, ruhların ünsiyyəti sayəsində  qəlblərin bir-birinə olan 
meylidir. 

Dünyadan sənə  nə çatarsa, götür və  səndən nə üz döndərərsə, 
onu tərk et. Əgər belə etməsən, ən azı dünyanı istəməkdə orta 
həddi gözlə. 

Din qardaşına maddi kömək etmək ruzini artırar. 

Daim sakitliyi seç  ki, onun ən az faydası salamat qalmağındır. 

Dili hikmətin üzünə bağlamaqda bir xeyir yoxdur. Həmçinin 
nadanlıqla söz danışmağın da bir xeyri yoxdur. 

Dözümlü olmaq siyasətin zinətidir. 


 
49

Düşünməyə bir şey olmayan hər bir sükut qəflətdir. 

Dilənçini  əliboş geri qaytarma, əksinə, üzümün ya xurma 
dənəsinin yarısı olsa belə ona ver. 

Düşməninə üstün gəldiyin zaman, ona güzəşt etməyini öz 
qələbənin şükrü bil. 

Dünyada bir pillə yüksək məqama qalxmaq istəyən və qalxan 
elə bir bəndə yoxdur ki, Allah-Təala axirətdə onu həmin 
pillədən də yüksək bir pillə aşağı endirməmiş olsun. 

Doğrudan da, təqva ən yaxşı xəzinə, ən möhkəm sığınacaq, ən 
şərəfli izzət və qüdrətdir.(Ölüm və  cəhənnəmdən) hər qaçanın 
nicatı, hər axtaranın ümidi və  hər qələbə axtaranın zəfəri 
təqvadadır. 

Düşmənçilik edən şəxs  Allahdan qorxmaz. 

Danlamaqda ifrata varmaq tərslik alovunu şölələndirər. 

Dinini öz dükanı etmiş  şəxsin dinindən payı, elə  həmin 
yediyidir. 

Dostlarından ayrılacağına, torpaqda yer tutacağına, hesab-
kitabla işləyəcəyinə, qoyub getdiyinin onun işinə 
yaramayacağına və qabaqcadan göndərdiklərinə  yəqinliyi olan 
kimsə arzularını qısaldıb iş və əməl görməyə çalışar. 

Dində mübahisələr yəqinliyi aradan götürər. 

Dünyapərəstlərlə qaynayıb-qarışmaq dini eybli, yəqinliyi isə 
süst edər. 

Dünyanın çoxunu istəyən yoxsulluğa məhkumdur. Dünyadan üz 
döndərənə rahatlıq dost olar. 

Dünyaya zahid olan şəxs odur  ki, haram onun şəhrinə qalib 
gəlməsin və halal onu zikr etməkdən çəkindirməsin. 

Dünyaya zahid və rəğbətsiz ol  ki, Allahın rəhməti sənin üzərinə 
ensin. 


 
50

Dünyəvi işlərlə axirət istəyənlər kimi olma… Onlar dünyada 
zahid insanlar kimi danışar,  əməldə isə dünya sevənlər kimi 
olarlar. 

Dünyanın acılığı axirətin şirinliyidir, şirinliyi isə axirətin acılığı. 

Dostluqda sadiq olmayan həmişə xəcalətli olar. 

Dil vəhşi heyvana bənzər əgər azad buraxarsan ilan kimi çalar. 

Dost və düşmənə qarşı ədalətli ol. 

Dil öyrədənə iti dillik etmə. 

Dünya kimin üzünə gülsə başqalarının yaxşılığını ona 
müvəqqəti verər. Elə ki, arxa çevirdi ondakı yaxşılıqları da alar. 

Dilinə sahib olmayan özünün zəlilidir. 

Dostunu yaxşılığınla (yaxşılıq etməklə) məzəmmət et
düşmənini bəxşiş verməklə dəf et. 

Dostuna bütün sirrləri açma, bir gün həyat onu sənə düşmən 
edər, peşman olarsan. Düşmənçilikdə  pərdəni yırtma, bir gün 
gələr dostlaşarsan, xəcalət çəkərsən. 

Daşı atılan tərəfə qaytarın, ona görə  ki, daş atanın cavabı 
daşdır. 

Dünya xoşluğunun ki, aqibəti od olacaq, xoşluq deyil, dünya 
çətinliyinin ki, aqibəti behişt olacaq xoşluqdur. 

Dul qadınlara və yetim uşaqlara rəhm edin, məzlumlara arxa 
olun. 

Dua etmək rəhmətin açarıdır. 

Dırnaqları tutmaq xəstəliyin qarşısını alar. 

Duz-çörəyi gözləməmək alçaqlıqdandır. 

Doğru və gözəl yəqinlik sizlərdə olsun. Çünki bu ikisi yaxın 
olanların ibadətlərinin ən üstünləridir. 


 
51

Dünyaya aldanmaqdan çəkinin çünki dünya yalandan insana 
verdiyi hər neməti və yaxşılığı həmişə geri alar və kim dünyaya 
ürək bağlayıb xoş olarsa, onu özündən köçürər. 

Dil ağılın tərcümanıdır. 

Dili şirin olan adamın qardaşları çox olar. 

Dilinə nəyi öyrətsən, sənə o şeyi də qaytarar. 

Dünya iki gündür: bir gün xeyrinə, bir gün ziyanınadır. 

Dünya və axirət iki barışmaz düşməndirlər. Birinə 
yaxınlaşarkən, o birindən uzaqlaşırsan.  

Dünyanın acılığı axirətin şirinliyidir, şirinliyi isə axirətin acılığı. 

Dostluqda sadiq olmayan həmişə xəcalətli olar. 

Dostları əldən vermək qəriblikdir. 

Dil vəhşi heyvana bənzər əgər azad buraxsan ilan kimi çalar. 

Dost və düşmənə qarşı ədalətli ol. 

Düşməninə üstün olsan onu əfv et, qazandığın qüdrətinə də şükr 
elə. 

Dünya başqaları üçündür, özü üçün yox. 

Dil öyrədənə itidillik etmə. 

Dilinə sahib olmayan özünün zəlilidir. 

Dünya kimin üzünə gülsə başqalarının yaxşılığını ona 
müvəqqəti verər. Elə ki, arxa çevirdi ondakı yaxşılıqları da alar. 

Dünyanın hekayəsi ilanın hekayəsinə  bənzər,  əlini üstünə 
çəkirsə yumşaq və xoşa gələndir, içərisində isə öldürücü zəhəri 
var. 

Dünya tamaşa sarayıdır, dayanmaq üçün deyil. Xəlq iki 
dəstədir. Bir dəstə özünü ona satır, bir dəstə isə özünü ondan 
satın alır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə