57
Ey Allahın bəndələri! Allahdan qorxun fikr qəlbini öz halına
qalmağa məşğul edən, Allah və qiyamət gününün qorxusu
bədənini zəyiflədən, gecə ibadəti az olan, yuxusunu da əlindən
alan alimin qorxduğu kimi qorxun.
Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və
tələskənliyini azalt.
Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının
zaminidir.
Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı
tövsiyə edirəm. Təqva azuqə və sığınacaqdır, (istənilən mənzil
başına) çatdıran azuqə və nicat verən sığınacaq!
Ey tacirlər! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin!
Ey dəllallar! Az and için! Çünki bu iş malın satılmasına səbəb
olsa da, (həqiqi) xeyir və mənfəəti aradan aparar.
Ehtiyacsız olsa, məst və aldanmış olar. Ehtiyac olduqda
ümidsizliyə və süstlüyə qapanar.
Eyblərin böyüyü odur ki, səndə ola-ola başqasında axtarasan.
Ey Adəm övladı, öz qüvvəndən və ruzundan artıq nə qədər
qazansan başqalarına qismət olacaq.
Ehsan etmək pis niyyətli adamların dilini kəsər.
Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı
tövsiyə edirəm. Çünki təqva cilov və dayaqdır. Buna görə də,
onun möhkəm bağlarına yapışın və onun həqiqətlərindən bərk
tutun.
Ehtiyac bacarıqlı adamı da zəiflədər, (əqidəsindən döndərər).
Eyblərin böyüyü odur ki, səndə ola-ola başqasında axtarasan.
58
– Ə–
Əmanəti sahibinə qaytarın, əgər o iynə və sap da olsa.
Əmanəti sahibinə qaytarın, əgər o Peyğəmbər övladının qatili
də olsa.
Ədavət qəlb üçün böyük yükdür.
Əxlaqsız adamın şərəfi olmaz.
Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur.
Əvvəl yoldaşını tap, sonra yolu axtar.
Ədəblə ürəyini işıqlandır, necə ki, odu odunla alovlandırırlar.
Əhd peymanın şərtlərini möhkəmlədin, əhdə vəfa edin.
Əfv edənlərin layiqlisi imkanlılardır.
Əxlaqın rəhbəri pəhrizkarlıqdır.
Ədəb əxlaqın yüksək səciyyəsidir.
Ən böyük ehtiyacsızlıq ürəyi arzulara tabe etməməkdir.
Əqlin təzahürü xalq ilə xoş rəftar etməkdir.
Ən böyük dövlət ağıldır, ən böyük yoxsulluq isə nadanlıq.
Ədəb böyük mirasdır, məsləhət isə böyük arxa.
Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq
şücaətlə və qorxaqlıq yalanla birgə olar.
Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən
qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə
(onun günahı ilə) bir olmaz.
Əql kamilləşsə, danışıq azalar.
Əməllərin fəzilətlisi onun çətinliyindədir.
59
Ən böyük sərvət xalq malına göz dikməkdir.
Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.
Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların
arasında səni gözəl göstərən və acı dillərini səndən
çəkindirəndir.
Əqlinin bir hissəsini çölə atandan başqa, heç kim zarafat
etmədi.
Ən üstün zahidlik, zahidliyi gizli saxlamaqdır.
(Əsl) İmkanlılıq və yoxsulluq əməllər Allah dərgahına təqdim
olunanda bilinər.
Ən böyük yoxsulluq, ağlın azlığıdır.
Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı.
Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi,
surət verdiyinə surət verdi və surətlərini ən gözəl şəkildə
yaratdı.
Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi
binada yaşamamasıdır. Sonra da Allah-Təalanın yanına maldan
və binadan məhrum olduğu halda köçəcəkdir.
Əgər yaxşılıq etsən, özünə hörmət qoyub özünə yaxşılıq
etmisən, əgər pislik etsən özünü xar etmiş özünə zərər
yetirmisən.
Ən yaxşı ehsan odur ki, yaxşılara edilsin.
Ən üstün əmanətçilik əhdlərə vəfalı olmaqdır.
Ən üstün doğruçuluq əhdlərə vəfalı olmaqdır.
Əhdinə vəfalı olmayan şəxsin doğruluğuna etimad etmə.
Ən yaxşı mal odur ki, onun vasitəsilə abır-həya qorunsun və
hüquqlar təmin olunsun.
Ən böyük var-dövlət camaatın malında gözü olmamaqdır.
60
Ən böyük bəla ümidsizlikdir.
Əməlsiz axirətinə (savabına) ümid bağlayanlar kimi olma.
Sağlam olanda xudpəsənd olar, çətinliyə düşəndə ümidini itirər.
Ən çox qazancı dünyanı verib axirəti alan şəxs əldə edib.
Əgər təəssübkeşliyə məcbursunuzsa, ondan şağa kömək və
məzluma yardımda öz təəssübünüzü göstərin.
Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın.
Əvvəli bir nütvə, sonu isə leş, bu ikisinin arasında isə nəcasət
kisəsi olan insan övladının belə təkəbbürlü olmasına heyrət
edirəm.
Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən
naşükür insan, hamıdan tamahkar olandır.
«Ədalətli hakimlərin bəlası pəhrizkarlığın azlığıdır.»
«Ədalətliliyin bəlası güclü zalimdir.»
Ən böyük dərdi-səri dünya olan kəsin bədbəxtliyi və qəmi uzun
çəkəcək.
Əgər dinini dünyana tabe etsən, dininin və dünyanın hər ikisini
itirəcək, axirətdə isə ziyana uğrayanlardan olacaqsan. Amma öz
dünyanı dünyaya tabe etsən, dinini və dünyanı hər ikisini əldə
edəcək və axirətdə də nicat tapanlardan olacaqsan.
Əli (ə) buyurdu: Bu tövsiyədən sonra qəzavət işi mənim üçün
çox asanlaşdı. Peyğəmbər (s) mənim üçün bu duanı etdi: İlahi!
Qəzavəti ona anlat.
Ən şücaətli insan hamıdan səxavətli olandır.
Ən şücaətli insan dözümlə nadanlığa qalib gələndir.
Ən güclü insan, öz nəfsinə daha çox hakim olandır.
Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir.
Dostları ilə paylaş: |