Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə13/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

  B i b l i o q r a f i y a      
 
55
mehribanlığından, təvazökarlığından, nəcib, nurlu, geniş məlu-
matlı olmağından, imanlı  ağsaqqal, kamil insan, böyük bir 
örnək məktəbi, öz sahəsində zirvədə duran alim, ali və bütöv 
şəxsiyyət olmağından gedir. 
 
*** 
Hörmətli Nəriman müəllim! 
Bu günlərdə “Yazıçı” nəşriyyatının buraxdığı “Sən bağışla-
dın” kitabınızı oxudum və sevindim. Ona görə sevindim ki, yed-
di çap vərəqi həcmində olan bu kitab məni dünyanın 7 iqlim 
qurşağına səyahətə sövq etdi və  dərindən-dərinə düşündürdü. 
Bu, bir həqiqətdir ki, informasiyanın aşıb-daşdığı bir zamanda 
nə hər yazılan kitabı oxumağa, nə də onun haqqında düşünməyə 
vaxt qalır. Digər tərəfdən hər oxunan kitab da adamı düşündür-
mür. Sizin kitabınız isə doğrusu, məni düşündürdü.  
İstər ictimai-siyasi şeirləriniz, istər dünya hadisələrinə mü-
nasibətiniz, onlara cavabdehliyiniz, alim-şair kimi gözəl fəlsəfi 
ümumiləşdirmələriniz, istərsə də həyatın əşrəfi olan insana mə-
həbbətiniz, bəzən də nifrətiniz təbiiliyi, bəşəriliyi ilə fərqlənir. 
 
*** 
Atalar sözü və məsəllər xalqın tarixi inkişaf mərhələlərini, 
həyat tərzini, dünyagörüşünü, təfəkkürünü, inam və etiqadını, 
adət-ənənəsini və s. əks etdirən müstəsna dəyərə malik bir xə-
zinədir, tarixi sənədlərdir. Odur ki, müxtəlif elm sahələrində 
çalışan tədqiqatçılar bu mənəvi incilərə istinad edir, onların va-
sitəsilə müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. Ta-
rixçi atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə da-
ir məlumat baxımından, hüquqşünas onları xalq həyatının ya-
zılmamış qanunları baxımından, etnoqraf atalar sözü və məsəl-
ləri unudulub getmiş adət-ənənələrin hifz olunub saxlandığı 
mənəvi dəyərlər mənbəyi baxımından qiymətləndirir. Filosof 
onların vasitəsilə xalqın düşüncə  tərzini öyrənməyə, məntiq 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
56 
aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü 
və  məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksik-
qrammatik qayda-qanunlarını  tədqiq etmək işində  əvəzsiz 
mənbə nöqteyi-nəzərindən yanaşır. 
Azad Nəbiyevin sanballı “Azərbaycan xalq ədəbiyyatı” 
dərsliyinin şifahi xalq ədəbiyyatımızın sistemli şəkildə öyrənil-
məsində xüsusi yeri olacağına şübhə yeri qalmır. Bu qiymətli 
əsərin folklorumuzun özü qədər uzunömürlü və yeni folklorşü-
naslar nəslinin yetişməsində gərəkli olacağına inanıram. 
 
*** 
Bəhlul Abdulla Azərbaycan folklorşünaslıq elminin nəzə-
ri  əsaslarını hazırlayan, bu sahədə  məktəb yaradan M.H.Təh-
masibin yeganə əyani aspirantı olub. 
Bəhlul Abdulla müəlliminin saldığı yolla gedərək beynəl-
xalq arenaya çıxan, təkcə türk aləmində deyil, keçmiş sovetlər 
məkanında da sayılıb-seçilən alimlərdəndir. O, folklorşünaslıq 
elmi sahəsində mötəbər söz demək mərtəbəsinə yüksəlmiş, xa-
rici ölkələrdə alim, professor, elm xadimi mənasında işlənən 
akademik titulundan başqa alın təri, titanik zəhməti sayəsində 
yerdə qalan bütün titulları qazanmışdır. 
Yuxarıda dediyimiz kimi, prof. Bəhlul Abdulla çoxşaxəli 
yaradıcılıq diapazonuna malik folklorşünaslarımızdandır. Hə-
qiqətən də, folklorumuzun elə bir janrı yoxdur ki, orada Bəhlul 
Abdulla qələm çalmasın. Bu, onun hərtərəfli elmi biliyə sahib 
olmağından xəbər verir. 
 
*** 
Hər bir yaradıcı ziyalının şəxsiyyəti onun sənətinin məğzi-
ni, məqsəd və mahiyyətini, mənəvi bütövlüyünü ifadə edir. Bu 
mənada Hüseyn Arif poeziyası elə bir dəryadır ki, bu dəryada 
hər kəs qiymətli söz incisi tapa bilər. “Söz seçimi özü şair 
zövqündən xəbər verən” ədəbi priyomdur. Hüseyn Arif yaradı-


  B i b l i o q r a f i y a      
 
57
cılığına diqqətlə nəzər yetirsək, şairin epik poemalarından tut-
muş, kiçik həcmli  şeirlərinin hər qatından dərin lirizm, təbiət 
və insan psixologiyasının harmonik təsviri, həyata və zamana 
fərdi münasibəti, soykökündən irəli gələn Azərbaycan folklo-
runa, ümdə  aşıq  şeiriyyətinə (dastan, qoşma, təcnis, müxəm-
məs, qıfılbənd, gəraylı  və i.a.) bir yaxınlıq, bir doğmalıq, bir 
məhrəmlik hökmfərmandır. Haqlı fikirdir ki, Hüseyn Arif poe-
ziyası kükrəyib çağlayan saf bulaqdır, xalq təfəkkürünə yaxın-
lıq, məntiqi fikir, fəlsəfi dərinlik onun poetikasının əsas dayaq 
nöqtəsidir.  
*** 
Böyük coşğunluqla yazıb-yaradan, sağlığında klassikləşən, 
çağdaş  aşıq sənətinin memarlarından olan, yaratdığı 12 aşıq 
havası və zəngin poeziyası ilə əbədilik qazanan Azaflı Mikayıl 
sözün həqiqi mənasında ustad aşıq, el şairi və bəstəkar idi.  
 
*** 
Aşıq Əkbərin poeziyasında ustad aşıqların yaradıcılığında 
özünü göstərən, demək olar ki, bütün şeir şəkillərinə rast gəli-
nir. Buradakı qoşmalar, gəraylılar, gözəlləmələr, təcnis, 
müxəmməs, divanilər, ustadnamələr və s. cilalanmış, rəvan dil-
lə qələmə alınmış poeziya nümunələridir. Coşqun şairlik təbii 
olan aşığın şeirlərini oxuduqca sanki doğma Azərbaycanı səya-
hətə  çıxırsan. Burada ölkəmizin elə bir guşəsi yoxdur ki, il-
hamla tərənnüm edilməsin. 
 
*** 
Bu gün çəkinmədən deyə bilərik ki, yarandığı vaxtdan 
“Aşıq Pəri məclisi”nin bütün uğurları birbaşa Narınc Xatunun 
adı ilə bağlı olmuşdur. Məhz buna görə də gördüyü işin miqya-
sından asılı olmayaraq, xalq qarşısında xidməti olanlardan söz 
düşəndə, ömrünü ulu saz-söz sənətinə, onun təbliği və  tə-
rənnümünə həsr edən Narınc Xatunun adı da çəkilir. 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
58 
*** 
Elmi yaradan alimdir, lakin alimi yaşadan və ona əbədiy-
yət gətirən elmdir. 
 
*** 
Xalq öz görkəmli oğullarını dünyaya gətiri, ona ilham ve-
rir, aləmə tanıdır. Lakin vaxt gəlir ki, xalqın iftixarı olan belə 
sənətkarlar xalqını dünyaya tanıdır. Bəs bunun sirri nədədir? 
Bizcə, bunun əsas səbəbi yaradıcı insanın bəşəri olması, bəşəri 
olduğu qədər də milli kökə bağlılığındadır. 
 
*** 
Aşıq sənəti elə bir aləmdirki, onun cazibəsinə düşən çətin 
ki, bir də onun sehrindən ayrıla bilsin. 
 
*** 
Con Steynbekin həyat həqiqətlərinə sədaqəti, “orta ameri-
kalı”nın faciəli taleyini tam çılpaqlığı ilə açıb göstərməsi, kapi-
talizmin dayaqları olan bankirləri, sindikatları, sahibkar elitanı 
qəzəbləndirmişdi. Ölkənin ictimai-siyasi həyatında hadisə olan 
əsərin yayılmasına qadağa qoyulmuşdu. Bununla belə, “Qəzəb 
salxımı” öz işini görürdü. Əl-əl gəzən  əsər xalqın içərisində 
üzüm salxımı təki tədricən yetişir, qəzəbin necə ətə, şirəyə-zə-
hərə döndüyünü əks etdirirdi. 
 
*** 
İlləri-illərə calayıb çox yaşamaq hünər deyil. Hünər mənalı 
yaşamaq, gələcək nəsillərə gərəkli olan nəsə qoyub getməkdir. 
Bu baxımdan Rasim Kərimli (01.05.1932-24.06.1996) xoşbəxt 
taleli insanlardandır - desək, həqiqətdən kənar olmaz. Rasim 
Kərimli Yaradandan verilən ömür payında istedadlı bir şair ki-
mi bir-birindən maraqlı və oxunaqlı kitablar qoyub getdi. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə