Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə14/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

  B i b l i o q r a f i y a      
 
59
Rasim Kərimli xalq ruhunda yazan, xalqın qəlbinə asan-
lıqla yol tapan, sevilən şairlərdən idi. 
Cəmi beş yaş fərqlə bir kənddə boya-başa çatdığım şairin 
yoxluğunu ürək ağrısı ilə xatırlayıram. Təsəllini onda tapıram 
ki, şairin “Dostluq ilk sözümdür” (“Gənclik” - 1969), “Şəfqət 
bulağım” (“Gənclik” - 1975), “Dünya mərdlər dünyasıdır” 
(“Gənclik” - 1979), “Biləydin kaş” (“Gənclik” - 1983), “İnti-
zarda qoyma məni” (“Yazıçı” - 1991) kitablarını vərəqlədikcə 
ölümün nə olduğunu bilmədiyimiz illər göz önünə gəlir. 
*** 
İnsan bir neçə dildə danışa bilər, lakin əsl poeziya nümu-
nələrini bir-iki dildə yarada bilər. Zaman və mühiti nəzərə ala-
raq güman etmək olar ki, Nəsiminin vaxtında və  hətta ondan 
da çox-çox əvvəl hakim dil ərəb dili olduğundan, Azərbaycan 
dilindən  ərəb dilinə  bədii tərcümə  təcrübəsi olub. Kim bilir, 
bəlkə  də, indi ərəbdilli azərbaycanlı  şair kimi tanıdığımız ya-
zarların çoxu vaxtında azərbaycanca yazıb, əsərləri oxunub-ya-
yılmaq üçün ərəb dilinə tərcümə edilib. 
 
*** 
Yazıçının dili o qədər ürəyəyatandır ki, oxucunun qəlbinə 
məlhəm kimi yayılır. 
 
*** 
Təcrübə göstərir ki, tərcümə edilən əsər ilə orijinal arasın-
dakı məsafə nə qədər qısa olarsa, tərcümə bir o qədər keyfiy-
yətli çıxar, maraqlı oxunar. Bunun da bircə çarəsi var: orijinal-
dan tərcümə etmək! 
 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
60 
 
 
Görkəmli şəxsiyyətlər 
Qəzənfər Paşayev haqqında 
 
Elmi ictimaiyyət Qəzənfər Paşayevi “Kərkük folklorşünas-
lığının banisi” adlandırır və bu, həqiqətdir, Kərkük azərbay-
canlılarını yenidən Azərbaycançılıq düşüncəsinin faktına çev-
rilməsində bu ədibin həlledici xidmətləri var. 
Mən “ədib” ifadəsini təsadüfən işlətmədim, çünki Qəzənfər 
Paşayev sadəcə  ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist 
yox, sözün geniş mənasında ədibdir və bu ədibin yaradıcılığını 
səciyyələndirən başlıca cəhətlərdən biri onun qələminin səmimi-
liyidir - nə yazırsa, səmimi yazır, nəyi tərcümə, yaxud tədqiq 
edirsə, sevərək edir, onda “zorən-təbib”lik yoxdur. Mən həmişə 
onun nəşr etdiyi folklor nümunələrinin səmimiliyi ilə onun qələ-
minin səmimiliyi arasında çox üzvi bir vəhdət hiss etmişəm. 
Elçin, 
Xalq yazıçısı, professor 
 
Professor Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslığının 
elmi əsaslarını yaratmış görkəmli Azərbaycan alimidir. O, eyni 
zamanda klassik və müasir Azərbaycan ədəbiyyatının əsas yara-
dıcıları, görkəmli nümayəndələri olan ədəbi simalara həsr edil-
miş ciddi elmi əsərlərin müəllifidir. Qəzənfər Paşayev Xalq ya-
zıçıları Anar və Elçin, Xalq şairləri Hüseyn Arif və Fikrət Qoca, 
ədəbiyyatşünas alimlərdən Abbas Zamanov və  Bəkir Nəbiyev 
haqqında da sanballı elmi əsərlər meydana qoymuşdur. 
 
*** 
Azərbaycan oxucusuna təqdim edilmiş yeddicildlik “Seçil-
miş  əsərləri” Qəzənfər Paşayevin 75 illik ömür yolunun, zən-


  B i b l i o q r a f i y a      
 
61
gin həyat təcrübəsinin, müdriklik və kamilliyinin, zəhmətkeşlik 
və fədakarlığının nümunəsi kimi meydana çıxmışdır. Bu, Azər-
baycan  ədəbiyyatşünaslıq elmində ilk yeddicildlik kimi də 
mühüm əhəmiyyətə malikdir... 
Fikrimcə, Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslıq 
elminin qüdrətli yaradıcısıdır. Nəinki Azərbaycanda, yaxud da 
dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünas-
lıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı 
göstərmək çətindir. 
İsa Həbibbəyli, 
akademik 
 
İraq türkmanları ilə bağlı dərin və sanballı tədqiqatları Qə-
zənfər Paşayev aparmışdır. Paşayev bizim o ziyalılarımızdan, o 
böyük alimlərimizdəndir ki, yalnız bir sahə üzrə işləməyib. Biz 
onu gözəl dilçi, folklorşünas, etnoqraf, tərcüməçi və s. kimi ta-
nıyırıq. Q.Paşayev bizim alimlərimiz içərisində  bəlkə  də  ən 
çox iş görən və ən təvazökar tədqiqatçılardandır. O, böyük bir 
institutun görə bilməyəcəyi işi görmüşdür. Bu da onun bizim 
bu günkü ədəbi-ictimai həyatımızda mövqeyini xüsusilə 
möhkəmləndirir. Bu qədər böyük işləri başqa birisi görmüş ol-
saydı, yəqin onun ədası yerə-göyə sığmazdı.  
Nizami Cəfərov, 
akademik 
 
Azərbaycanın İraqla əlaqələri çox qədimdir. Ölkəmizin bu 
qardaş diyarda ilk mədəniyyət və  mənəviyyat təmsilçisi dahi 
şairimiz Məhəmməd Füzuli olub. Bu gün Qəzənfər Paşayev 
həmin missiyanı ləyaqətlə yerinə yetirir. O, türkman qardaşla-
rımızı bir daha bizə tanıtdı, yenidən doğmalıq köynəyindən ke-
çirdi – səmimiyyəti, qayğıkeşliyi və böyük təbiətilə... 
Anar, 
Xalq yazıçısı 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
62 
Sən İraqda 6 il rəsmi bir vəzifədə işləyərkən, bu sahədə öz 
vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Rəs-
mi vəzifə borcun sənin İraqda olduğun müddətin çərçivəsində 
qaldı. İçində qımıldanan səsin əmri ilə yerinə yetirdiyin mənə-
vi vəzifə isə heç bir müddətə sığmır, müddətin çərçivəsini da-
ğıdıb tarixə qovuşur. Çünki sən bu vəzifəni yerinə yetirməklə 
özünə deyil, bir-birindən ayrılmış böyük bir xalqa xidmət et-
din.  Şəxsi borc və ictimai borc burada haçalanır.  Şəxsi borcu 
ödəməklə insan özünə, ictimai borcu ödəməklə isə xalqa xid-
mət etmiş olur. 
Bəxtiyar Vahabzadə, 
Xalq şairi 
 
İraq türkmanlarını, onların çox zəngin mənəviyyat xəzinə-
sini öz əsərləri ilə Azərbaycan üçün, müəyyən mənada, bəlkə 
də bütün türk elləri üçün, məhz Qəzənfər müəllim kəşf etmiş-
dir... O, böyük vətənpərvər ziyalıdır. 
Tarixən Azərbaycanda üç ziyalı tipi olub: ənənəvi Şərq zi-
yalı tipi, Rus-Qərb ziyalı tipi və hər ikisinin uğurlu sintezindən 
ibarət olan yeni Azərbaycan ziyalı tipi. Prof. Qəzənfər Paşayev 
Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini özündə bir-
ləşdirən dəyərli ziyalılarımızdandır. 
Bəkir Nəbiyev, 
akademik 
 
İstedadı  və  gərgin  əməyi sayəsində  Qəzənfər Paşayev bu 
gün Azərbaycanda İraq türkman dili və ədəbiyyatının, türkman 
folklorunun ən gözəl bilicisi, beynəlxalq aləmdə isə bu sahənin 
ən görkəmli mütəxəssislərindən biri hesab edilir. Qəzənfər Pa-
şayev İraq türkman dili, ədəbiyyatı və folkloruna dair bir sıra 
fundamental əsərlərin müəllifi və tərtibçisidir... 
Cəsarətlə deyə bilərik ki, Qəzənfər Paşayev “Altı il Dəclə-
Fərat sahillərində” kitabından başqa bir şey yazmasaydı belə, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə