B i b l i o q r a f i y a
49
- Noyabr ayında
Azərbaycan nümayəndə
heyətinin tərkibində Nəsiminin 640 illik
yubileyi münasibətilə Suriyanın Hələb
şəhərində keçirilən Nəsimi günlərində və
Beynəlxalq konfransda “Nəsiminin həyat
və yaradıcılığına yeni baxış” mövzusunda
məruzə etmişdir.
2009 -
15 dekabrda Bakıda Nəsimiyə həsr
olunmuş II Beynəlxalq konfransda “Nəsi-
mi irsinin tədqiqi və nəşri tarixinə bir
nəzər” məruzəsi ilə çıxış etmişdir.
2010
- 20 fevralda “Xalqın nüfuzlu ziyalısı”
fəxri diplomu ilə təltif edilmişdir.
- Azərbaycan folklorşünaslıq elminin in-
kişafında xidmətlərinə görə “Borçalı” İc-
timai Cəmiyyəti tərəfindən diplomla təltif
edilmişdir.
2011
- Azərbaycan nümayəndə heyətinin tərki-
bində Hindistanda olmuşdur. Burada
“Azərbaycan və Hindistan ədəbi-mədəni
əlaqələri” mövzusunda məruzə ilə çıxış
etmişdir.
2011-2015 -
AMEA-nın Nizami adına Ədəbiyyat İns-
titutu nəzdində fəaliyyət
göstərən Ədə-
biyyat üzrə ixtisaslaşdırılmış Doktorluq
Müdafiə Şurasının həmsədri seçilmişdir.
2012 -
Sentyabr ayında İraq Yazarlar Birliyinin
“Fəxri diplom”u ilə təltif edilmişdir.
Qəzənfər Məhəmməd oğlu Paşayev
50
- Türkmeneli işbirliyi və Kültür Vaqfı
tərəfindən “Fəxri ödül” verilmişdir.
- 17 noyabr Nizami adına Ədəbiyyat İns-
titutunun Həmkarlar İttifaqı tərəfindən
“Fədakar alim” fəxri diplomu ilə təltif
edilmişdir.
- Noyabr ayında Azərbaycan nümayəndə
heyətinin tərkibində Nizaminin 870 illik
yubileyi tədbirlərində Hindistanda Bey-
nəlxalq konfransda olmuş, “Azərbaycan
və Hindistan ədəbi-mədəni əlaqələri”
mövzusunda məruzə etmiş, bölməyə səd-
rlik etmişdir. Məruzəsi Dehlidə ingiliscə
çap olunmuşdur.
- 25 dekabrda anadan olmasının 75 illiyi
münasibətilə AMEA Rəyasət
Heyətinin
Fəxri Fərmanı ilə təltif edilib.
- Yeddi cildlik “Seçilmiş əsərləri” çapdan
çıxmışdır.
2013 -
7 yanvarda “Avrasiya Beynəlxalq Araş-
dırmalar İnstitutu” İctimai Birliyi tərəfin-
dən Azərbaycan-İraq mədəni əlaqələrin
inkişafına verdiyi dəstəyə və xidmətə
görə “Fəxri diplom”a layiq görülmüşdür.
- 16 fevralda Azərbaycan Ağsaqqallar Şu-
rasının üzvü seçilmişdir.
B i b l i o q r a f i y a
51
- Xalq yazıçısı Elçin Əfəndiyevə həsr etdiyi
“Elçin haqqında düşüncələrim” kitabı
“Təhsil” nəşriyyatında çapdan çıxmışdır.
2013-2015
- Folklor üzrə Respublika Problem (Əla-
qaləndirmə) Şurasının sədri olmuşdur.
2014 - AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda “İlin alimi” seçilmişdir.
2015 -
Yazıçı, şair və ədəbiyyatşünaslara ün-
vanladığı maraqlı məktublar
toplusu olan
“Ədəbi məktublar” kitabı çapdan çıx-
mışdır.
2016 -
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutu nəzdində fəaliyyət göstərən
Ədəbiyyat üzrə ixtisaslaşdırılmış Doktor-
luq Müdafiə Şurasının üzvü seçilmişdir.
-
“Əta Tərzibaşının folklorşünaslıq fəaliy-
yəti” adlı monoqrafiyası “Təhsil” nəşriy-
yatında çapdan çıxmışdır.
2017 -
“Hüseyn Kürdoğlunun poetik dünyası”
monoqrafiyası Bakıda çapdan çıxmışdır.
- “Əta Tərzibaşının folklorşünaslıq fəaliy-
yəti” adlı monoqrafiyası Ankarada ərəb
əlifbasında nəşr edilmişdir.
Qəzənfər Məhəmməd oğlu Paşayev
52
- Yazıçı, şair və ədəbiyyatşünaslara ün-
vanladığı maraqlı məktublar toplusu olan
“Ədəbi məktublar” kitabı Tehranda ərəb
əlifbası ilə çapdan çıxmışdır.
- Avqust ayının 27-də anadan olmasının
80 illiyi tamam olmuşdur.
- Azərbaycan Yazıçılar Birliyinin İraq-
Türkman ədəbiyyatı üzrə müşaviri təyin
olunmuşdur.
B i b l i o q r a f i y a
53
Professor Qəzənfər Paşayevin qələm dostları və
ədəbiyyatımız haqqında düşüncələri
Elçinin məna tutumu
və bədii kəsəri ilə seçilən, oxucuya
estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşa-
ğında bərqərar olmuşdur. Yazıçının dili bulaq, bulud kimi
axan, qəlbə yatan, insana rahatlıq gətirən, saf, duzlu, şirin, zən-
gin bədii dildir.
Bədii yaradıcılığa Anar, Əkrəm Əylisli və bir çox başqaları
ilə başlayan, buna və keçən əsrin 60-cı illərində birgə yaradıcı-
lıqlarında yeni yolla getdiklərinə görə ədəbi aləmdə “60-cılar”
kimi tanınan nəslin ən görkəmli nümayəndələrindən biri Elçin-
dir. Onun istedadı imkan verib ki, bədii əsərlərində, ələlxüsus
romanlarında həyatın hər yazıçıya qismət olmayan qatlarına enə
bilsin. Başqalarının görə bilmədiklərini
görə bilsin, yeni yolla
gedə bilsin, oxucuya bənzərsiz əsərlər bəxş edə bilsin”.
***
Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan,
poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan,
Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən, fəlsə-
fi poeziyamızın əsasını qoyan qüdrətli sənətkar
İmaməddin
Nəsimi zəngin irs qoyub getmişdir.
***
Elə şəxsiyyətlər var ki, haqqında söz demək istəyəndə ona
layiq sözləri diqqətlə seçir, ifrata varmaqdan və oxucuların mə-
zəmmətindən çəkinirsən.
Elə şəxsiyyətlər də vardır ki, haqqında ən mötəbər sözləri
belə deməkdən çəkinmirsən. Bilirsən ki,
verilən qiymət onlara
ana südü kimi halaldır.
Qəzənfər Məhəmməd oğlu Paşayev
54
Neçə illərdən bəri əxlaqına, mədəniyyətinə, elminə, dünya-
görüşünə, sadəliyinə, təvazökarlığına, bir dost kimi sədaqətinə,
poeziyamızı, musiqimizi, bir çox dilləri gözəl bilməyinə, in-
sanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə, bəlağətli nitqinə hey-
ran olduğum, üzündən, gözündən, kəlamından
nur yağan pro-
fessor
Vasim Məmmədəliyev belə şəxsiyyətlərdəndir.
***
Fəxarətlə vurğulanmalıdır ki, ədəbiyyatşünaslığımızın,
ədəbi tənqidimizin son yarım əsrlik inkişaf mərhələləri akade-
mik
Bəkir Nəbiyevin adı ilə birbaşa bağlıdır. O, humanitar nə-
zəri fikrin, obyektiv tənqidin qaynar nöqtələrində totalitar in-
karçılıq stixiyasından uzaq, alim prinsipiallığı, ləyaqətli vətən-
daş mövqeyi ilə seçilən nadir şəxsiyyətlərdəndir. Bəkir Nəbi-
yev respublikamızda və onun sərhədlərindən kənarda elm təş-
kilatçısı və ədəbiyyat tarixçisi kimi də yaxşı tanınır.
Elə adamlar var ki,
onlarla təmasda olmaqdan, düşün-
dürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən
doymursan. Onlardan biri, bəlkə də, birincisi akademik Bəkir
Nəbiyevdir.
Bəkir müəllim ömrünün mənasını yazıb-yaratmaqda, xalqa
xidmətdə görür. Bu isə gənclərə, lap elə biz yaşlılara da örnək
olmaq baxımından dəyər kəsb edir. Başqalarına örnək, nümunə
olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim alın təri,
yuxusuz gecələri, halalca zəhməti ilə qazanmışdır
- desək həqi-
qətdən kənar olmaz.
***
Budaq müəllimin elmi fəaliyyətinə toxunmadan onun in-
sani keyfiyyətləri barədə söz açmağı özümə borc bildim. Bu-
daq müəllimi tanıdığım bütün bu illər ərzində onun əsl insana
xas olan bir çox gözəl keyfiyyətləri məni valeh edib, daim ona
oxşamağa çalışmışam. Söhbət Budaq müəllimin sadəliyindən,