Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə2/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   ...   72

  B i b l i o q r a f i y a      
 
7
etmiş (1969), orijinal məqalələr çap etdirmişdir. Q.Paşayevə 
qədər Kərkük dialektinə dair cüzi tədqiqatlar vardı. Bir dilçi ki-
mi o, “ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar” adlı çox 
sanballı  tədqiqatın müəllifidir. Prof. Paşayevin Mirzə Kazım 
bəy və M.F.Axundzadə kimi şəxsiyyətlərin formalaşmasında 
dillərin roluna dair araşdırması, akademik M.Şirəliyev, 
AMEA-nın müxbir üzvü T.Hacıyev, prof. Q.Kazımov və baş-
qalarına həsr etdiyi məqalələri onu bir dilçi kimi səciyyələndi-
rir. Bununla bərabər, prof. Paşayev “Kərkük dialektinin foneti-
kası” (2003, 212 səh.), “İraq-türkman ləhcəsi” (ortaqlı, 2004, 
422 s.), “Dilimiz-varlığımız” (2011, 208 səh.) kimi əsaslı mo-
noqrafiyaların müəllifidir. Qeyd edilməlidir ki, İraq xalqının, 
xüsusən də  İraqda məskən salan azərbaycanlıların mədəni və 
mənəvi dəyərlərinin tədqiqi və təbliği Paşayevin ədəbi-elmi fə-
aliyyətində mühüm yer tutur. Bunu tədqiqatçının onlarla mo-
noqrafiya və  tərtib etdiyi əsərlərdən aydınca görmək olur. 
Onun “Kərkük bayatıları” (1968, Rəsul Rza ilə birgə), “Arzu-
Qəmbər” dastanı (1971), “Kərkük mahnıları” (1973), “İraq-
Kərkük atalar sözləri” (1978), “Kərkük tapmacaları” (1984), 
“Nəsiminin İraq Divanı” (1987), “Kərkük folkloru antologiya-
sı” (1987, təkrar nəşr - 1990), “Azərbaycan folkloru antologiya-
sı” (İraq-türkman cildi, 1999, Ə.Bəndəroğlu ilə birgə), “İraq-
türkman folklorunun janrlar sistemi”, (monoqrafiya, 2003, rus-
ca), “Kərkük folklorunun janrları” (2003) və s. əsərləri deyilən-
lərə dayaq olar. Bu böyük elmi xəzinə Q.Paşayevin tədqiqatları-
na qədər elm aləminə az məlum idi. Onun bu xidməti təkcə elmi 
baxımdan deyil, eləcə də bir vətəndaş kimi vətənpərvərliyi baxı-
mından qiymətləndirilir. Q.Paşayev əlli ildən artıqdır ki, folklo-
run toplanması, tədqiqi və nəşri ilə məşğul olur. Onun yaradıcı-
lığının zirvəsi monumental “İraq-türkman folkloru” monoqrafi-
yasıdır.  Ə.Bəndəroğlunun “Şah  əsər”, M.Naqibin “Abidə bir 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 

əsər” məqalələri bu monoqrafiyaya həsr olunub. Tədqiqatçı bu 
əsər üzərində 20 ildən artıq işləmişdir. Kitabın redaktorları aka-
demik Bəkir Nəbiyev və prof. Dr. Mahir Naqibdir. Monoqrafiya 
Bakı, Bağdad, İstanbul və Tehranda çap olunmuşdur.  
Prof. Paşayevin başqa bir elmi-publisistik monumental 
əsəri “Altı il Dəclə-Fərat sahillərində” kitabıdır. Bakıda 130 
min tirajla çap olunan əsər çox böyük ədəbi hadisəyə çevrildi. 
Müəllifin “Nostradamusun möcüzəli aləmi” (2007, 760 səh.) 
kitabının taleyi də elə belə oldu. “Altı il Dəclə-Fərat sahillərin-
də” İraqda da çap olundu. Əvvəlcə hissə-hissə “Yurd” qəzetin-
də, sonra isə ərəbcə kitab halında (Bağdad, 1996 və 2014). Dr. 
Ə.Bəndəroğlunun  ərəb dilinə çevirərək çap etdirdiyi əsər 
böyük sensasiyaya səbəb oldu və təxminən bütün qəzetlər kita-
ba məqalələr həsr etdilər. 
Professor Q.Paşayev dünyanın bir çox ölkələrində olub və 
hər dəfə vətənə dönəndən sonra maraqlı məqalələrlə çıxış edib. 
Onun məqalələri, Azərbaycanda və İraqda çap etdirdiyi əsərlə-
ri, radio və televiziyada çıxışları həmişə oxucu, dinləyici və ta-
maşaçıların boyuk marağına səbəb olub. Paşayevin yüzlərlə el-
mi-publisistik məqalələri, “Rusca-ərəbcə danışıq kitabı” (Bağ-
dad, 1994), dərs vəsaiti “İngiltərə haqqında” (1981, ingiliscə) 
maraqla qarşılanıb. Paşayevin ingilis, Amerika və fransız filo-
logiyasına həsr olunan çox maraqlı  məqalələri tədqiqatçıların 
diqqətini ciddi şəkildə  cəlb etmişdir. Prof. Paşayev filologiya 
üzrə fəlsəfə doktoru Gülzar İbrahim qızı ilə birgə Azərbaycan 
yazıçı,  şair və alimlərinə  həsr olunmuş  “İsi Məlikzadə-70” 
(2004), “Hüseyn Arif-80” (2004), “Tofiq Bayram-70” (2005), 
“Əlibala Hacızadə-70” (2005), “Fikrət Qoca-70” (2005), “Bə-
kir Nəbiyev-75” (2005) və s. portret-kitabların tərtibçisidir. 
Q.Paşayev dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yu-
bileyi münasibətilə  İraq (sentyabr, 1994) və Türkiyədə (no-


  B i b l i o q r a f i y a      
 
9
yabr, 1994) olmuş, “Füzuli və XVI əsr Bağdad ədəbi mühiti” 
adlı  məruzə ilə  çıxış etmiş, məruzəsi Füzuliyə  həsr olunan 
ərəbcə məcmuədə Bağdadda çap olunmuşdur (1995). Lakin o, 
bununla Füzuli qarşısında olan mənəvi borcunu bitmiş hesab 
etməmiş, şairin həyat və yaradıcılığı haqqında ABŞ-ın “Refor-
ma” jurnalında böyük məqalə çap etdirmişdir (“Reform” jurna-
lı,  №2,1996, s.17-25). Azərbaycan mədəniyyəti günləri mü- 
nasibətilə  Səudiyyə  Ərəbistanında olan professor “Azərbay-
can-Səudiyyə  Ərəbistanı arasında  ədəbi-mədəni  əlaqələr” 
mövzusunda Ər-Riyad, Dammam və Ciddə şəhərlərində məru-
zə etmişdir (noyabr, 2007). 
Dövlət nümayəndə heyəti tərkibində Hələb şəhərində (Su-
riya) Nəsiminin 640 illik yubileyində iştirak etmiş, Beynəlxalq 
konfransda (noyabr, 2008) “Nəsiminin həyat və yaradıcılığına 
yeni baxış” adlı maraqlı  məruzə etmişdir. Professor Paşayev, 
eləcə  də dövlət nümayəndə heyəti tərkibində Hindistanda ol-
muş (noyabr-dekabr, 2012), dahi Azərbaycan  şairi Nizami 
Gəncəvinin 870 illiyinə  həsr olunan Beynəlxalq konfransda 
“Azərbaycan-Hindistan  ədəbi-mədəni  əlaqələri” mövzusunda 
maraqla qarşılanan məruzə ilə  çıxış etmişdir. Professor Paşa-
yev ABŞ-da,  İngiltərədə, Türkiyədə, Rusiyada, Qazaxıstanda 
və s. ölkələrdə keçirilən elmi simpoziumlarda da məruzə etmiş, 
məqalə və tezisləri çap olunmuşdur. Professor Paşayevin İraq-
türkman dialekti, folkloru və tarixinə dair ABŞ-ın Kaliforniya 
şəhərində çıxan “Azerbaijan İnternational” jurnalında (11 yan-
var 2003. S.22-25) və İstanbulda ingiliscə “Qardaşlıq” dərgisi-
nin iki sayında çap olunan “İraq-türkman tarixinə və ədəbiyya-
tına bir baxış” adlı məqaləsi tədqiqatçıların böyük marağına sə-
bəb olmuşdur. 
Professor Q.Paşayev bədii tərcümələrə  də xüsusi maraq 
göstərir. Aleksandr Dümanın “Qafqaz səfəri” (1985, Həmid 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
10 
Abbasovla birgə), Amerika alimi Sula Benetin “Neçə yaşaya-
san yüzü haqlayasan” (1989), Aqata Kristinin “Mavi qatarın 
sirri” (1995) əsərləri Azərbaycan dilinə Q.Paşayev tərəfindən 
tərcümə edilmiş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. 
Tokio Universitetinin professoru İrəc Parsinecadın 
“M.F.Axundzadənin  ədəbi tənqidi” (ABŞ, 1989) əsərinin 
Azərbaycan dilinə Paşayev tərəfindən tərcüməsi və çapı ədəbi 
ictimaiyyət və  tədqiqatçılar tərəfindən böyük əhəmiyyəti olan 
hadisə kimi qarşılanmışdır. 
Q.Paşayevin rusca yazılmış “Aleksandr Düma Qafqazda” 
ssenarisi “Literaturnıy Azerbaydjan” jurnalında (2004, №3, 
S.8-23) çıxandan sonra Mədəniyyət və Turizm Nazirliyi həmin 
ssenari əsasında Fransa ilə müştərək film çəkmək qərarına gəldi. 
Professor Q.Paşayev, eləcə də fəal ictimai xadimdir. Hələ 
vaxtilə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda 
fakültə Partiya təşkilatının katibi (1976-1978), ideoloji və təd-
ris işləri üzrə  İnstitutun Partiya Komitəsində müavin (1978-
1982) olmuşdur. 1995-ci ildən Nizami adına Ədəbiyyat İnstitu-
tu nəz- dində Müdafiə Şurasının üzvü, 1997-2005-ci illər arası 
həmin şu- ranın həm sədri, 2011-ci ildən şuranın sədr müavini-
dir. 2012-ci ilin may ayından Folklor üzrə Respublika Problem 
(Əlaqələndir- mə)  Şurasının sədridir. 2013-cü ilin fevralından 
Respublika Ağsaqqallar  şurasının üzvüdur. Paşayev uzun 
müddət Azər- baycan-İraq Dostluq Cəmiyyətinin sədr müavini 
olmuşdur (1990-2003). 
1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi nəzdində yara-
dılan Elmi-Dini Şuranın üzvüdur. 2004-cü ildən Yazıçılar Bir-
liyinin təftiş komissiyasının sədridir. Professor Paşayev “Ədə-
biyyat qəzeti”nin (1992-ci ildən) və  aşağıdakı jurnalların re-
daksiya heyətinin üzvüdür. “Vəfa” (2004-cü ildən), “Folklor 
və etnoqrafiya” (2004-dən), “Xəmsə” (2009-dan), “Ozan dün-


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə