B i b l i o q r a f i y a
39
görən gözüm olmayıb. Çünki sən
işdən evə gələn kimi yeməyi-
ni yeyib kabinetinə keçirdin. Biz isə səninlə danışmaq, deyib-
gülmək istəyirdik. Budur, aradan illər keçib, yenə də zahirən
atamın davranışlarında hər şey dəyişmədən qalır. Amma indi
mən əvvəlki illərdən fərqli düşünürəm və deyirəm, nə yaxşı ki,
bu belədir. Dəyişən sadəcə mənəm, mənim duyğularım,
düşüncələrimdi. Əsl həqiqəti görə bilməyimdədir.
Yadımdadı, beşinci, ya da altıncı sinifdə oxuyurdum. Ad
günüm idi. Anam dedi ki, sənə bir sürprizim var. Əlində sənin
tərcümə etdiyin “Necə yaşayasan yüzü haqlayasan” kitabı var-
dı. Dedi ki, bu kitab atanın sənə hədiyyəsidi. İncidim. Ürəyim-
də bu nə hədiyyədi, dedim, evin hər yanı kitabdı, neynirəm
mən bunu? Anam, ay qızım, kitabın arasını bir aç bax, dedi.
Ümidləndim, bəlkə sürpriz kitabın arasındadır? Açdım. Atamın
imzası ilə bu sözlər yazılmışdı: Sevimli qızım Təranəyə. Bir
zaman kitabın dəyərini biləcəyinə əminliklə. Tarixə baxdım.
13 iyul 1982-ci il. Atam bu avtoqrafı kitaba mənim bir yaşım
olanda yazıbmış.
Ata, 35
il əvvəl, ayağımın yer, dilimin söz tutmadığı, ağlı-
mın kəsmədiyi zamanda öz əlinlə avtoqraf yazıb mənə doğum
günü hədiyyəsi etdiyin kitab indi evimin şah əsəridir, ən zəngin
xəzinəmdir!
Biz balaca olanda sənin günün Tovuzun yollarında keçirdi.
Biz bunu istəmirdik. Sənə elə hey acığım tuturdu. Nə var axı
bu kişi qalıb yollarda, filankəsin oğlunun toyudu, bir adamdan
nəmər göndərsin,
hüzürü düşən var, kömək eləsin, bu qədər iş-
gücün arasında gedir-gəlir, yorulur. Bizə zaman ayırmağa vaxt
tapmır, amma Düzqırıxlını su yolu eləyib, deyə düşünürdüm.
Bağışla, ata, sənin ürəyinin genişliyinə, mərhəmətinin, xeyir-
xahlığının tükənməzliyinə heyranam indi. Sən kitab adamısan,
ata, sən torpaq adamısan, sən insan sərrafısan və bütün varlığın
el-obaya, insanlara sevgidən yoğrulub, ata!
Doğru deyirsənmiş, insanın xasiyyəti onun qan yaddaşıdı.
Uşaq vaxtı ayağımı sürüyə-sürüyə getdiyim o kənd –
baba yur-
Qəzənfər
Məhəmməd oğlu Paşayev
40
du bu gün məni maqnit kimi özünə çəkir. Vaxt tapan kimi ge-
dirəm. Mütləq məzarlığa baş çəkirəm. Kənd adamları səliqəli
məzarları bircə-bircə göstərib deyəndə ki, bunlar kimi-kimsəsi
olmayan rəhmətliklərindi, bu məzarların üstünü Qəzənfər
müəllim
öz xərci ilə götüzdürüb, ürəyim köksümə sığmır, ata.
Xeyirxah əməllərinin şahidi olduqca, səni dönə-dönə bağrıma
basıb öpmək və uşaq düşüncələrimə görə məni bağışlamanı di-
ləmək istəyirəm. Nə qədər kimsəsizə əl tutmusan, nə qədər im-
kansızı oxutmusan. İndi anlayıram, sən bizə ayrılan vaxtı alma-
mısan, əksinə bəzən biz şıltaqlıq eləyib sənin hər anı yaxşılıq
hissi ilə dolu zamanından oğurlamışıq.
İndi mən təməlini qoyduğum və inkişaf etdirdiyim “Lo-
qos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəriyəm. Paytaxt-
da və onun rayonlarında, eləcə də Gəncə, Lənkəran, Xaçmaz
və s. şəhərlərdə şirkətin filiallarında artıq yüksək ixtisaslı psi-
xoloqlar, psixopedaqoqlar, loqopedlər çalışır. Xalqın sağlam
həyat tərzi naminə zəhmət çəkən iş adamıyam, işimlə,
insanla-
ra az-çox xidmətimlə tanınıram. Amma hara getsəm, hansı
böyük mərtəbədə olsam, mənim yeganə statusum var: Qəzən-
fər Paşayevin qızı Təranə Məmmədova! Bu statusu daşımaq
böyük məsuliyyətdir, bunu yaxşı bilirəm. Bu status təkcə mə-
nim yox, bütün ailəmizin, nəslimizin, gələcəyimizin tanınma
nişanıdır. Sənin insanlığınla, yaradıcı əməyinlə, xalqa xidmə-
tinlə qürur duyuram!
Hədiyyə verməyi sevirsən,
amma kimdənsə hədiyyə alma-
ğı xoşlamırsan, bunu bilirəm. Səni azacıq da olsa sevindirmək
istədim. Və səni nəyin daha çox sevindirə bilcəyinə əmin oldu-
ğum üçün bu “Fotodastan”ın yaradılması ideyasını səksən ya-
şına hədiyyə olaraq dəstəklədim. Dünyaya gəlişin mübarək,
Qəzənfər müəllim! Hər bir azərbaycanlı kimi biz də səninlə
fəxr edirik!
Təranə Məmmədova,
psixologiya üzrə fəlsəfə doktoru
B i b l i o q r a f i y a
41
Qəzənfər Paşayevin həyat və fəaliyyətinin
əsas tarixləri
1937
- Avqustun 27-də Tovuz rayonunun Düz-
qırıxlı kəndində anadan olmuşdur.
1946-1956
- Orta təhsilini Düzqırıxlı kəndində almışdır.
1957 - Azərbaycan Pedaqoji Dillər İnstitutunun
ingilis-Azərbaycan
dilləri fakültəsinə
daxil olmuşdur.
1962 -
Azərbaycan Pedaqoji Dillər İnstitutunun
ingilis-Azərbaycan dilləri fakültəsini əla
qiymətlərlə bitirmişdir.
-
Əli Bayramlı rayonunun Vladimirovka
kəndində ingilis dili müəllimi kimi işə
başlamışdır.
1962-1966 -
İraq Respublikasında ingilis və rus
dilləri üzrə tərcüməçi işləmişdir.
1963
- İraq Respublikasındakı Sovet Səfirliyi-
nin Təşəkkürnaməsini almışdır.
1964-1968 -
M.F.Axundov adına Pedaqoji Dillər
İnstitutunun Qrammatika və tərcümə
kafedrasında müəllim işləmişdir.
Qəzənfər Məhəmməd oğlu Paşayev
42
1964
- İraq Respublikasındakı Sovet Səfirliyi-
nin Təşəkkürnaməsini almışdır.
1968-1970 -
Xaricə işə getməyə hazırlaşan mütəxəs-
sislər üçün xarici dillər üzrə Ali Təhsil
Nazirliyinin nəzdində yaradılmış xüsusi
kursların müdiri olmuşdur.
1969
- “Kərkük dialektinin fonetikası” adlı dis-
sertasiya müdafiə edərək filologiya elm-
ləri namizədi alimlik dərəcəsi almışdır.
1970-1971
- Azərbaycan Pedaqoji Dillər İnstitutunun
ingilis dili fakültəsində dosent, dekan
müavini işləmişdir.
1972-1975 -
İraq Respublikasında tərcüməçi işləmişdir.
1972-1989 -
APDİ Xarici dillər kafedrasının müdiri
olmuşdur.
1974 -
15 mayda İraq Respublikasındakı Sovet
Səfirliyinin Təşəkkürnaməsini almışdır.
- 23 iyulda İraqda əmək fəaliyyətindəki
müvəffəqiyyətlərə və kollektivin ictimai
həyatında fəal iştirakına görə SSRİ Nazir-
lər Sovetinin Xarici İqtisadi Əlaqələr Ko-
mitəsinin Fəxri Fərmanı ilə təltif edil-
mişdir.
1976
- İraq Respublikasının “Əməkdə fərqlən-
məyə görə” medalı ilə təltif olunmuşdur.