BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2014
UOT 94 “04/15”
XVI ƏSRDƏ HİND OKEANI UĞRUNDA
OSMANLI -
PORTUQALİYA RƏQABƏTİ
N.B.MƏMMƏDOVA
Bakı Dövlət Unviersiteti
nazile.mamedova@gmail.com
XVI əsrdə Hind okeanı bölgəsi uğrunda mübarizə aparan əsas tərəflər Osmanlı imperiyası
və Portuqaliya idi. Portuqaliyanın burada möhkəmlənməsi hələ XV əsrin sonunda baş vermişdi,
Osmanlılar isə 1517-ci ildə Misiri ələ keçirdikdən sonra Qırmızı dəniz vasitəsilə Hind okeanına
çıxış əldə etmək üçün mübarizələrində Portuqaliyanın ciddi rəqabəti ilə qarşılaşmışdılar.
Hind okeanı bölgəsi uğrunda Osmanlı-Portuqaliya rəqabəti çərçivəsinə Səfəvilər dövlə-
ti, Moğol imperiyası və Venesiya respublikası da qatılmışdı. Bütün XVI əsr ərzində bu rəqabət
qanlı müharibələr və diplomatik qarşıdurmalarla müşayiət olunmuşdur.
Açar sözlər: Hind okeanı, Hörmüz, Osmanlılar, Portuqaliya, müstəmləkəçilik
Osmanlı imperiyasının Hind okeanı bölgəsində başlıca problemi portu-
qal
ların burada güclənməsi və Şərqlə ticarəti Qırmızı dəniz və İran körfəzindən
Ümid Burnuna keçirmələri cəhdi idi. Üstəlik, portuqallar Osmanlı ticarətinə də
müdaxilə etməkdən çəkinmirdilər. İran körfəzinə çıxışda yerləşən Hörmüzün
və Qırmızı dənizin çıxışında yerləşən Ədənin ələ keçirilməsi portuqalları
Osmanlılardan üstün etmişdi. Bundan əlavə, portuqallar Tunisi də tutmaq
niyyətində idilər.
Bombeydəki limana əsaslı baxış keçiriləndən sonra 1531-ci ilin əvvəllə-
rin
də bu donanma qubernator Nunu da Kunyanın rəhbərliyi ilə Damanı ələ
keçir
di və Diuya yaxınlaşdı. 16 fevral 1531-ci ildə Diuya hücum başladı, lakin
şəhəri almaq mümkün olmadı və martın 1-də portuqallar mühasirəni dayandır-
dılar (10, 194).
1534-
cü ildə Lissabondan daha iki eskadra göndərildi: onlardan biri 1500
nəfərlik heyəti olan 12 gəmidən, digəri isə - Alfonsu de Souzanın rəhbərliyi
altında 5 gəmidən ibarət idi. Hindistanda olan digər gəmilərlə öz donanmasını
birləşdirən de Souza Damana istiqamət götürdü. Şəhər və şəhərin donanması
portuqallar tərəfindən darmadağın edildi, şəhərin müdafiəçilərinın demək olar
ki, hamısı məhv edildi (10, 194).
Bu hadisədən sonra Kambeyin sultanı Bahadur-şah (1529-1537) sülh
84
istədi və buna qarşılıq olaraq Nunu da Kunya öz tələblərini irəli sürdü:
•
sultanın asılılığında olan torpaqlar həmişəlik Portuqaliya kralının
mülkiyy
əti elan edilirdi;
•
Portuqal hakimiyy
ətinin icazəsi olmadan heç bir gəmi Kambeydən
Qırmızı dənizə üzə bilməz;
•
bütün g
əmilər portuqallara gömrük ödəməli idi;
•
Kambeyd
ə hərbi donanma saxlamaq olmazdı (8, 176).
Moğol imperatoru Humayunla müharibədə dəstəyə ehtiyacı olan Baha-
dur-
şah bu şərtlərlə razı oldu və Diuda fort salmaq üçün portuqallara yardım
edəcəyini də öhdəsinə götürdü. 1534-cü ilin sentyabrında müqavilə imzalandı;
müqaviləyə görə, Portuqaliya kralı və Kambey sultanı Bahadur-şah hərbi
ittifaqa girirdilər, bunun üçün isə Diuda fort salınırdı.
Bundan sonra Nunu da Kunya fonrtun tikintisinə başladı və 1535-ci ilin
noyabrında başlayan inşaat işləri 1536-cı ildə başa çatdı. Fortun başında isə
900 nəfərlik qarnizonun komandanı Manuel de Souza yətin edildi (10, 195).
Diu fortunun inşasından sonra portuqallar bu bölgədə özlərini daha rahat
hiss etməyə başladılar; hətta Kalikutun və Koçinin yerli hakimləri arasında
1536-
cı ildə baş vermiş qarşıdurmaya da müdaxilə etməkdən çəkinmədilər. Elə
həmin il Martin Alfonsu de Souza qubernator Nunu da Kunyanın əmri ilə
Damanı işğal etdi (9, 307).
Təbii ki, portuqalların bu özbaşınalıqları yerli əhalinin, həmçinin hakim-
lərin böyük narazılığı ilə qarşılandı. 1537-ci ilin martında Nunu da Kunya
Dehliyə gələrək Bahadur-şahla danışıqlar apardı, lakin danışıqlar gedişində
sultan öldürüldü. Bahdur-
şahın qətlindən sonra Dehli sultanının varislərindən
biri Mir Məhəmməd Zaman 5000 nəfər tərəfdarını toplayaraq taxta əyləşdirildi.
Portuqaliya hakim dairələri onu sultan kimi tanımaları müqabilində sahilboyu
zolağı tələb etdilər (10, 196). Lakin tezliklə Məhəmməd Zaman Moğol impera-
toru ilə döyüşdə darmadağın edilərək ona tabe oldu.
1538-ci
ildə sultan Süveyşdən Qırmızı dənizə böyük bir eskadra göndərə-
rək Osmanlı türklərinin qüvvələləri ilə birləşdi. Ədənə gələn sultanın donanma
başçısı Süleyman-paşa Ədənə gəldi və şəhəri türk sancağına tabe etdi. Beləlik-
lə, Qırmızı dənizə giriş Osmanlı imperiyasının əlinə keçdi (10, 197).
Lakin tezliklə Osmanlı-Hind ittifaqı üçün böyük təhlükə yarandı: Hind
okeanında portuqallarla döyüşə girmək əvəzinə Süleyman-paşa əlverişli külək-
dən istifadə edərək, Hind okeanını keçdi və Hindistanın qərb sahilinə yaxın-
laşdı. 1538-ci ilin sentyabrında Süleyman-paşa 600 yeniçəri Diu adasına çıxar-
dı və buradakı portuqal qalasını mühasirəyə aldı (9, 308). Portuqaliya qarnizo-
nunun başında Antoniu da Silveyra dururdu. Döyüş xeyli gərgin keçdi və
türklərin qələbəsi üçün şərait yarandı; lakin gözlənilmədən başlayan qasırğa
Süleyman-
paşanı öz donanmasını kiçik Mahuva limanına çəkməyə məcbur etdi.
1538-
ci il sentyabrın 28-də Diuya geri dönən türklər Fransişku Paşeku-
nun komandanlığı ilə portuqal donanmasının hücumu ilə qarşılaşdı. Osmanlı
85
qüvvələri çox yaxşı döyüşürdülər və artıq portuqalların müqavimət göstərmələ-
ri üçün güc
ləri qalmamışdı. 1538-ci il oktaybrın 4-də qalaya hücum başladı və
bu hücum 20 gün çəkdi (10, 197).
Çətin vəziyyətə düşmüş portuqallara Qoadan yardım göndərildi. Bu yar-
dımın qarşısını ala bilməyən Osmanlı qüvvələri 1538-ci il noyabrın 5-də geri
çəkilməli oldular. Süleyman-paşanın donanması Hind okeanını keçərək Qır-
mızı dənizə geri dönməli oldular. 1538-ci il noyabrın 6-da isə Qarsia de Noron-
yanın komandanlığı ilə portuqal donanması Qoadan Diuya gəldi (10, 198).
Sultan Süleyman Hind okeanında portuqalların belə cəzasız qalması ilə
barışmaq istəmirdi. O, Qırmızı dənizə nəzarət etsə də, İran körfəzində böyük
porblemlərlə üzləşmişdi. Hörmüz limanı və Hörmüz körfəzi hələ də portu-
qalların əlində idi, bu səbəbdən də Bağdad ilə Bəsrə arasında hərbi-dəniz
əməliyyatları üçün əlaqəni qurmaq çətinləşmişdi.
Osmanlı imperiyasının İran körfəzi və Hind okeanı bölgəsində vəziy-
yətini pozitiv tərəfə dəyişən hadisə yalnız 1550-ci ildə baş verdi: belə ki, həmin
il Bəsrə sultanı Əl-Qatif və Bussora limanlarını ələ keçirməyi başardı və İran
körfəzinin ərəb sahillərinə nəzarəti öz əlinə aldı (4, 128). Sultan Süleymanın
nəhəng planı isə İran körfəzinin hər iki sahilinin ələ keçirilməsini nəzərdə
tuturdu. Hörmüzün portuqalların əlindən çıxması İranla Ərəbistan arasında
dəniz əlaqələrinin bərpası demək olardı. İlk addım kimi sultan Süleyman əl-
Qatif limanını möhkəmləndirmək qərarına gəldi. Burada ağır artilleriya saxla-
yıb limanda böyük sayda gəmini müdafiə etmək olardı.
Lakin bu zaman Hörmüzün əmiri, hansı ki, Səfəvilərin vassallığını saxla-
mışdı və Osmanlı imperiyasının buraya yaxınlaşmasında maraqlı deyildi, Qoa-
ya xəbər göndərərək portuqallardan yardım istədi. Vitse-kral Alfonsu de No-
ronya (1551-
1554) dərhal şura çağırdı və Hörmüzə 7 qaleon, 12 hərbi qaleon və
1200 nəfərlik ordu göndərilməsi qərara alındı.
1551-ci il aprelin 1-
də - kral Alfonsu de Noronyanın qardaşı oğlu Antonio
de Noronyanın eskadrası Qoadan çıxdı və Hörmüzə kurs götürdü (10, 199).
Aprelin sonu portuqal donanması Hörmüzə gəlib çıxdı. Hörmüzdəki yerli ha-
kimiyyət onlara yardım etdi və 3 min əsgəri portuqal komandanlığının sərənca-
mına verdi (10, 199).
1551-
ci il iyunun sonlarına doğru birləşmiş Portuqaliya-Hörmüz donan-
ma
sı Hörmüzdən çıxdı və əl-Qatifin mühasirəsinə qatıldı. 8 gün ərzində qala
atəş altında saxlandı. Əl-Qatifdəki Osmanlı qüvvələri böyük müqavimət
göstərsələr də, qalanı itirdilər. Antonio de Noronya əl-Qatifin idarəçiliyni Ras
Şərəfəyə verdi (3, 126).
Əl-Qatif kampaniyasından sonra Antonio de Noronya 18 gəmilik eskadra
ilə İran körfəzinə daxil oldu və Fəratın yuxarı ətraflarına doğru istiqamət
götürərək buradakı türkləri qovmaq qərarına gəldi. Bu arada Portuqaliya kralı
don III Juan Venesiy
adan və Romadan Osmanlıların yeni hücumu haqqında
xəbərdarlıq aldı. 1552-ci ilin mayında Qırmızı dənizə daxil olan gəmilər də bu
xəbəri təsdiqlədilər.
86
1552-
ci ilin ortalarında Süveyşdən çıxan 16000 əsgərdən ibarət Osmanlı
eskadrasına məşhur admiral Piri Rəis komandanlıq edirdi. Piri bəyin eskadrası
25 gəmidən ibarət idi. Həmin ilin avqustunda türk eskadrası Ərəbistanın cənub
sahillərinə çatdı və Məsqəti mühasirəyə aldı (10, 203). Daha iki gəmi Hörmüzə
yönəldi. Xəbəri eşidən Hörmüzün komendantı şəhəri təxliyə etmək qərarına
gəldi (3, 309).
1552-
ci il avqustun sonlarında qalanın müdafiəçilərinə yardım gəldi.
1552-
ci il oktyabrın sonlarında isə vitse-kral 80 gəmidən ibarət eskadra ilə
Qoadan Hörmüzə gəldi. Piri bəy öz nümayəndəsini Məsqət komendantının
yanına göndərərək portuqallardan tabe olmalarını tələb etdi. Məsqətin komen-
dan
tı Juan de Lijboa Piri Rəisin tələblərilə razılaşdı və qalanı təslim etdi.
Məsqət hadisəsi Piri Rəisdə belə bir təsəvvür yaratdı ki, portuqalların qalaları o
qədər güclü müdafiə olunmur və onları almaq asan olacaq. Bu səbəbdən, Piri
Rəis sultan Süleymanın tələb etdiyi kimi, Bəsrəyə gedib qüvvələrini möhkəm-
ləndirmədi, birbaşa Hörmüzə yollandı. 1552-ci il sentyabrın 17-də Hörmüzün
mühasirəsi başlandı (10, 204). Qalanın atəşə tutulması bir neçə gün çəkdi.
Hörmüzün komendantı Alvaru de Noronya öz əsgərlərinə nəyin bahasına
olursa olsun, qalanı osmanlı türklərinə təhvil verməməyi tapşırdı: “Mən Portu-
qa
liyanın Şərqdə ən qiymətli mirvarisi (kursiv bizimdir – N.M.) olan Hörmüzlə
risk edə bilmərəm” (10, 207, qeyd 46). Bu səbəbdən, Hörmüzün müdafiəsi
üçün portuqallar Qoadan daha böyük yardım tələb etdilər.
Yardım 1552-ci ilin noyabrında gəldi. Daha sonra portuqal admiralı
Alfonsu de Noronya Bəsrəyə girişi bağladı. Bundan xəbər tutan Piri Rəis
sultanın qəzəbindən qorxaraq böyük bir qənimətlə İstanbula geri döndü. Lakin
sultan Süleyman öz admiralını əfv etmədi və Piri Rəis Hörmüzdəki məğlubiy-
yətə və Bəsrəni itirdiyinə görə edam edildi (5, 189).
Osmanlı imperiyası Qırmızı dəniz və İran körfəzi ilə bağlı planlarından əl
çəkməmişdi. Piri Rəisin məğlubiyyətindən sonra sultan Süleyman Qırmızı
dənizdə portuqalların əhatəsinə düşmüş türkləri xilas etmək üçün təcrübəli
kapitan Ali bin Hüseyni təyin etdi. 7 dekabr 1553-cü ildə Ali bin Hüseyn
Bağdada gəldi. Buradan o, kiçik bir gəmidə Bəsrəyə istiqamət götürdü və
1554-
cü ilin fevralında bu limana çıxdı (6, 401).
Bu zaman Portuqaliyanın Qoadakı vitse-kralı türklərlə yeni döyüşə
böyük hazırlıq görmüşdü. 1554-cü ilin martında vitse-kral Qırmızı dənizə 6
q
aleon, 25 fustas və 1500 nəfər əsgərdən ibarət eskadra göndərdi (10, 210). Elə
həmin vaxt Bernardina de Souzanın da 5 gəmidən ibarət donanması Bəsrəyə
istiqamət götürdü.
Həlledici döyüş 25 avqust 1554-cü ildə baş verdi: elə ilk saatlardan por-
tu
qallar nəzarəti öz əllərinə aldılar. Ali bin Hüseyn mühasirəyə düşməmək
üçün gəmilərinə açıq dənizə çıxmaq əmri verdi. Osmanlı donanması Daman
yaxınlığında lövbər sala bildi. Buradan türk gəmiləri Surat limanına istiqamət
götürdülər. Suratda Qucaratın müsəlman hakimləri türk kapitanına Osmanlı
hakimiyyəti altına keçmək barədə niyyətlərini bildirdilər. Ali bin Hüseynin
87
məlumatlarına görə, onun olduğu bütün müsəlman mülklərində eyni təkliflə
rastlaşdı (10, 212).
Beləliklə, Hind okeanı bölgəsinin müsəlman hakimləri tərəfindən
portuqalların müstəmləkəçi ekspansiyasına qarşı Osmanlı imperiyası ilə briləş-
mək imkanı yarandı.
1559-
cu ildə 1200 nəfərlik türk eskadrası Bəhreyn qalasını mühasirəyə
aldı. Bəhreyn şeyxi Morado portuqallardan yardım istədi və yardıma gələn
portuq
al qüvvələri Osmanlı qüvvələri ilə döyüşdə ağır məğlubiyyətə uğradılar.
Bəhreyn qalası Osmanlı hakimiyyətinə keçdi. Bu hadisə böyük nəticələri olan bir
hadisə oldu. Osmanlılar tərəfindən Bəhreynin ələ keçirilməsi və Bəsrənin geri
qaytarılması ilə Portuqaliyanın dənizlərdəki ağalığı zəiflədi. 1561-ci ildən başla-
yaraq Hörmüzdən çıxan portuqal gəmiləri hərbi eskortla müşayiət olunmağa
məcbur qaldılar (10, 215). Türklərin İran körfəzində artan hərbi gücü Səfəvilərlə
Osmanlı imperiyasını da bir-birinə xeyli yaxınlaşdırdı. Səfəvi şahı Təhmasib
vəfatınadək (1576-cı il) 1555-ci il Amasya sülhünü iki dəfə yenilədi (2, 261).
XVI əsrin 80-ci illərinə doğru portuqalların bölgədə vəziyyəti xeyli
zəiflədi. Ələlxüsus 1581-ci ildə Portuqaliya krallığının İspaniyaya birləşməsilə
(7, 170) onun bütün müstəmləkə mülklərinin II Filipin nəzarətinə keçməsi
vəziyyəti bir qədər də ağırlaşdırdı.
Hörmüzün portuqal ağalığı altında vəziyyətinə gəlincə, 1513-cü ildən
etibarən portuqal müstəmləkəçilərinin tam nəzarətinə keçən Hörmüzün iqtisadi
vəziyyəti Avropa müəlliflərinin əsərlərində qüdrətli bir dönəm kimi qiymətlən-
dirilir (3-
60). Lakin əvvəlki fəsillərdə də qeyd etdiyimiz kimi, strateji əhəmiy-
yətli liman və böyük ticarət mərkəzi olan Hörmüz portuqalların gəlişinə qədər
art
ıq çiçəklənən bir şəhər idi və onun yüksəlişi müstəmləkəçilərlə heç bri
vəchlə bağlı ola bilməzdi.
XVI əsrin 60-cı illərindən başlayaraq bölgə uğrunda gedən Osmanlı-Por-
tu
qaliya müharibələri isə Hörmüzün iqtisadi inkişafına mane olan bir məqam
idi. Rusi
ya tarixçisi A.M.Xazanov yazır ki, “Portuqallar rasist deyildilər və
bütün irqlərə eyni gözlə baxırdılar” (10, 215). Lakin Portuqaliyanın Hind
okeanı bölgəsinin yerli əhalisinə qarşı tutduğu divan, görünür ki, tarixçinin
nəzərindən qaçmışdır.
Hörmüzün əhalisinə qarşı portuqalların “mərhəmətinə” gəlincə, bu, əhali-
nin onlara müqavimət göstərməməsi və illik xəracı vaxtlı-vaxtında ödəməsi ilə
bağlı idi. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 1581-ci ildə Hörmüzün por-
tu
qal xəzinəsinə verdiyi gəlir 51 milyon gümüş reys, buraya sərf olunan xərc
isə yalnız 11 milyon olmuşdur, yəni limanın gətirdiyi gəlirin saldosu 40 milyon
reys idi (3, 246). Hörmüzün Səfəvilər tərəfindən geri alınması ərəfəsində isə bu
rəqəm bir qədər də artaraq 172.000 qızıl serafin olmuşdur (3, 246).
Göründüyü kimi, Hörmüz Portuqaliya üçün əvəzedilməz gəlir mənbəyi
idi və bu “mənbəyə” qarşı portuqalların xeyli mərhəmətli siyasəti anlaşılandır.
88
ƏDƏBİYYAT
1.
Gözəlova Y.H. Orta əsrlərdə Avrasiyanın beynəlxalq ticarət əlaqələri. Bakı: Təhsil, 2011,
296 s.
2.
Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s.
3.
Martins O. Los hijos de Don Juan I. Buenos Aires: Macau, 1996, 248 p.
4.
Morais C.A.de. Cronologia Gerl da India Portuguesa. Lisboa: Difel, 1993, 151 p.
5.
Roberts J.M. Dünya Ta
rihi. I Cilt. Çevireni İ.Erman. İstanbul: KB, 2011, 418 s.
6.
Yılmaz Öztuna. İslam Devletleri ve Hanedanları. Cilt 1. Ankara: KB, 1989, 1044 s.
7.
История средних веков: в 2 т. Под ред. С.П.Карпова / Учебник.Т.1-2. 2-е изд. М.:
МГУ, 2011, т.1, 640 с., т.2, 432 с.
8.
Кенигсбергер Г. Европа Раннего Нового времени. М.: Весь мир, 2006, 387 с.
9.
Магидович И.П. Очерки по истории географических открытий. Т.1. М.: Учебно-
педагогическое изд-во Министерства Просвещения РСФСР, 1967, 288 с.
10.
Хазанов А.М. Португалия и мусульманский мир (XV-XV вв.). М.: РАУ - Универси-
тет, 2003, 320 с.
ОСМАНО-ПОРТУГАЛЬСКОЕ
СОПЕРНИЧЕСТВО В ИНДИЙСКОМ ОКЕАНЕ В XVI ВЕКЕ
Н.Б.МАМЕДОВА
РЕЗЮМЕ
В XVI веке основными силами, противоборствующими за лидерство в Индийском
океане, являлись Османская империя и Португалия. Укрепление Португалии в этом
регионе произошло в конце XV века: После завоевания Египта в 1517 году, Османская
империя встретила достойного соперника в борьбе за выход в Индийский океан через
Красное море.
Османо - португальское соперничество за Индийский океан охватило также госу-
дарство Сефевидов, империю Моголов и Венецию. Весь XVI век прошел кровавыми
войнами и дипломатическим противоборством за этот регион.
Ключевые слова: Индийский океан, Ормуз, османы, Португалия, колониализм
OTTOMAN-PORTUGUESE RIVALRY IN THE INDIAN
OCEAN IN THE XVI CENTURY
N.B.MAMMADOVA
RESUME
In the XVI century the major powers opposing for leadership in the Indian Ocean, were
the Ottoman Empire and Portugal. Strengthening of Portugal in the region occurred in the late
XV century, after the conquest of Egypt in 1517, the Ottoman Empire had met his match in the
struggle for access to the Indian Ocean through the Red Sea.
Ottoman - Portuguese competition for the Indian Ocean seized the Safavid, state the
Mughal Empire and Venice. All the XVI century was bloody wars and diplomatic confronta-
tion over this region.
Keywords: Indian Ocean, Ormuz, Ottoman, Portugal, colonialism
89
Dostları ilə paylaş: |