Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

Эюйярчин 
 
 
158
Kişidir, müharibə, əsgərlik, filan deyə. 
Oğlanda amansızlıq əndazəni ötmüşdü, 
“Mənim fikrimdən başqa hər nə var, yalan!”, deyə. 
Fikri yaxşılıq etmək istəyiydi hamıya, 
Amma qul kimi ona baş əyməli bu hamı. 
Yaxşılıq edirdi də özündən olsa, guya 
Dilini dinc qoymazdı, hazır idi eyhamı. 
“Ağıl ağıldan üstün” söyləyiblər atalar, 
O hamıdan ağıllı zənn edirdi özünü. 
İdeal insan yoxdur, hər kəsdə bir qüsur var, 
Sərtlik beyindən getməz, gor görməsə üzünü. 
Hamını yaralayar, söz ilə incidərdi
Bayağı səmimiyyət qurardılar onunla. 
Üzünə söz deməyə kim cəsarət edərdi? 
Gizlədər, ya yalana bükərdilər sonunda. 
Bacılar qorxa-qorxa danışardılar, çünki, 
Nədən hirslənəcəyi bilinməzdi əvvəldən. 
Quldar-qul nisbətində yaşayırdılar sanki, 
Səmimiyyət, elə bil, azalırdı il-ildən. 
Oğlanlar bir-birindən ayrısını sevmirdi, 
Bacılar qorxusundan gen gəzirdi onlardan. 
Uşaqlarından sonra qeyrisini sevmirdi, 
Qardaşlar dərd verirdi bacılara yox yerdən. 
Cəhalət pərdəsini yırtmaq cəsarət istər, 
Başqasının fikrinə hörmət böyüklük hissi. 
İnsandan yaxşı-pisi seçmək bəsirət istər, 
Ölüm haqqdır, mənəvi ölüm olmaya kaş ki. 
Zina elə zinadır qadın ola, ya kişi, 
İslamda ikisi də daşqalaq olunurlar. 
Kişilərə nöqsanlar tutulur sözgəlişi, 
Müqəddəs sevgidə də qadına yüz irad var. 
Cəhalət dünyasında çətindir qadın olmaq,  


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
159


Эюйярчин 
 
 
160
Gümüşü saçlarını gecə çiyninə səpər. 
Həyatı süsləndirər son baharın gəlişi, 
Yarpaqlar da atılıb - düşüb torpağı öpər. 
Ana - övlad sevgisi - biri tələb, biri borc
Tələb artsa, borc ilə müvazilik pozulur. 
Günəş dairəsinin on ikidən biri bürc, 
Hər bir kəsin taleyi öz bürcünə yozulur. 
Elə bir an olur ki, insanın ürəyində    
Həsrət üst-üstə düşüb vulkan kimi püskürür. 
Həyat eşqi lavalar gəzdirir kürəyində, 
Hisslər geri çəkilib təbiəti küsdürür.  
Bir - birindən yapışıb buludlar topa - topa, 
Yeri sulamaq üçün sallanar baş aşağı. 
İldırımlar çaxanda göylərin qəlbi qopar
Amma bütün dünyaya bəs eləyər işığı. 
Fikir öz yuvasında, sanki ana bətnində 
Neçə aylıq uşaqdır, doğulub böyüyəcək. 
Səadət sözü yoxdur məhəbbətin mətnində 
Ellər düşmənə qalsa, boş əllər soyuyacaq. 
Açıq dəniz xəyala dalar müdrik qoca tək, 
Dalğalar yırğalanar, böyüyər qucağında. 
Nə vaxt Qarabağ yada düşsə, qan olur ürək
Görən, kimlərə qaldı yaşının bu çağında? 
Dağlar uzağa baxar, gözlərində qəm olar, 
Dünya, aləm cəm ola, könlünü ala bilməz. 
Arılar pətəklərdə ayılara yem olar, 
Yadelli nəsillərə Qarabağ qala bilməz! 
Qapısı qopub düşmüş sahibsiz ev inadla 
Soyuqdan daldalanmır, amma yağış gözlənir. 
Kəndləri, şəhərləri sökürlər eyni adla
Minillik abidələr torpaq kimi düzlənir. 
Sahələr başdan - başa çətənə kollarıdır, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
161
Uyuşdurucu həblər bitir taxıl yerinə. 
Əriklidən
50
 başlanan Laçının
51
 yollarıdır, 
Düşmən tapdağı altda sığınıb bir-birinə”. 
... Boğazını neçə yol arıtlayıb qəhərdən  
Yandırıb siqarını davam elədi qarı: 
– Elə mən danışıram dəli kimi səhərdən, 
Siz niyə dinmirsiniz? Artırın sualları... 
– Sizə qulaq asırıq, – Reqina tez söylədi:– 
Lüzum yaransa, yəqin, sual da verəcəyik. 
Əzəldən bu dünyanın etibarı böylədi, 
Alın yazımız nəsə, onu da görəcəyik. 
– Reqina, ailədən söhbət açıram sizə, 
Elə bir ailə ki çox ailədən üstün. 
Bir parça çörək üçün kimsə dönüb kənizə 
Həyatını qul edir çox zaman ömrü üçün.  
Bu beş qardaş-bacını təəssüf hissi ilə  
Düşünməyə bilmirəm, çünki heyif onlardan. 
Ağıllı, bir-birindən gözəl ikən, bir gilə 
Səbrləri yox idi, partlayırdılar hər an. 
Ömür sonsuzmuş kimi bir-birinin qədrini 
Bilməzdilər, gün keçər, vaxt sərhəddi aşardı. 
Hər kəs özü-özünə göstərməli həddini, 
Onda nə pislik olar, nə dünya qarışardı.  
Nöqsanı ən birinci özündə axtarmalı, 
Ayrısını günahkar hesab etməyə nə var? 
Əgər aralarında yoxsa şərikli malı, 
Adamlar bir-birinə niyə divan tuturlar? 
Hər biri ayrılıqda bacı və qardaşların  
Hörəmətə layiq idi qonum-qonşu yanında.   
                                                 
50
 Qarabağda kənd 
51
 Qarabağda şəhər 


Эюйярчин 
 
 
162
Nümunə göstərərdi onları yurddaşları, 
Bədəsillik yox idi heç birinin qanında. 
Gözləri özlərini götürmürdü, nədənsə, 
Qardaşlar səbəb idi bu ayrı-seçkiliyə. 
İnsanda heyvanlara yaxın olan bədənsə, 
Bülbül cəh-cəh vuranda bədən yox olur, niyə?  
Qəlbin böyük hissəsi istəyini istəmir, 
Az hissəsi aiddir ürəyin istəyinə. 
Yaxşı insan heç zaman özgəsini pisləmir, 
Hər sözə irad tutub xof gətirmir eyninə. 
İnsanda inam hissi zəifdirsə, deməli, 
Təfəkkürü zəifdir, yaxşı düşünə bilmir. 
İnsanı yüksəldən də, ucaldan da əməli
Əbəs yerə, idraka sərhədsizdir, deyilmir. 
Mən də filosoflardan oxumuşam bunları, 
Sınamaq eşqi ilə fəlsəfədə bəxtimi. 
Hafizəm zəifləyib, yadımda qalanları 
Ara-sıra deyirəm öz fikirlərim kimi. 
Ailə bir-birini gərək ayaqda tuta, 
Qərar verməzdən əvvəl düşünə yaxşı-yaxşı. 
Təşəxxüsü, pisliyi, incikliyi unuda, 
Səmimiyyətdir dostdan dosta ən böyük bəxşiş. 
Aspirant oğlan tez-tez ortalıqda olmazdı, 
Göldə balıq tutardı uzaq meşəyə gedib. 
Çox vaxt uşaqlarını özüylə aparmazdı, 
Təkliyə tələsərdi vaxtı bəhanə edib. 
Həddindən çox sevərdi klassik musiqini, 
Saatlarla dinlərdi Bethoveni, Bramsı. 
İradəyə xidmətə yönəldərdi əqlini, 
Özünə aid idi həyatının hamısı. 
Musiqi iradənin özünü əks etdirir,– 
Dünya təcəssümünü bəxş etmiş musiqidir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə